Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-771/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 253,70 (iki yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının, ümumilikdə 424,10 (dörd yüz iyirmi dörd manat on qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “AG Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq kiçik iddia tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx xxxxxx 2005-ci il tarixli, TR 057 nömrəli və xx xxxxxx 2011-ci il tarixli, TR 066 nömrəli teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı ilə “Ədalət-A” hüquq firması arasında xx xxx 2008-ci il, xx xxxx 2011-ci il, xx xxxxxxx 2014-cü il, xx xxxx 2015-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 83V ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunan Bakı şəhəri notariusu X3 tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 2012-ci il tarixdən ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuşdur. Belə ki, xx xxxxxx 2015-ci il tarixdə həmin ünvanda yaşayan X4 ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx xxxx 2016-cı il tarixinədək etmiş və xx xxx 2016-cı il tarixdə 22,30 (iyirmi iki manat otuz qəpik) manat məbləğində borc ilə şəbəkədən ayrılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə mənzil sakininin iştirakı ilə 6966 nömrəli akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 6966 nömrəli akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx xxxx 2016-cı il tarixdə baxış keçirilmişdir. Həmin ünvana xx xxxxxx 2018-ci il tarixdə keçirilən nəzarət baxışı zaman yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7116 nömrəli akt tərtib edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçınə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 (doqquz) manat, xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 (on) manat təşkil etmişdir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keşirilməsə idi, Cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdir. Sözügedən ünvana son baxışın keçirildiyi xx xxxx 2016cı il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx xxxxxx 2018-ci il tarixədək olan müddət 769 (yeddi yüz altmış doqquz) gün təşkil etmişdir. Bu isə həmin dövrdə hər gün üçün 0,33 (otuz üç qəpik) manat məbləğində maddi ziyan hesablamaq şərtilə İddiaçınə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərərin məbləği 253,70 (iki yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində təşkil edir. Bundan əlavə, İddiaçı “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat məbləğində pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün Cavabdeh dəfələrlə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin Cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydalar”nın 6.3cü maddəsinə əsasən, dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Müvafiq kiçik iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş, həmin tarixdə icraata qəbul edilərək, eyni tarixdə Cavabdeh iddia tələbinə dair mülahizələrini, etirazını və etirazını əsaslandıran sübutları qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq bildiriş göndərilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən məbləğdə razı olmadığını bildirərək, müvafiq iddia tələbinə sədələşdirilmiş icraat qaydasında kiçik iddia kimi deyil, iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh müvafiq etirazını onunla əsaslandırmışdır ki, müvafiq tələblə bağlı iddia ərizəsinə etiraz edir, çünki, bu iddianın onunla heç bir əlaqəsi yoxdur. Belə ki, Cəbrayıl rayon köçkünü X5 onun evini qanunsuz zəbt etmişdir, yaşadığı müddətdə əmlak yiyəsi kimi onun xəbəri olmadan İddiaçı arasında müqavilə bağlamışdır. Həmin mənzildən onları çıxartdığı tarixdə, yəni xx xxxx 2016-cı ildə 22,30 (iyirmi iki manat otuz qəpik) manat məbləğində borc ilə şəbəkədən ayrılmışdır. “K@TV1” əməkdaşları ondan pul istəyəndə o öz növbəsində etiraz etmişdir. Onlar da öz növbələrində ondan əlavə pul vəsaiti alınacağını bildirmişlər. xx xxxxxxx 2017-ci il tarixdə kirayə məqsədilə evə 94 yaşlı qoca atası və 80 yaşlı qoca anası ilə birlikdə Asif adlı şəxs gəldi. Əvvəlcə kirayə müqaviləsi bağlamağa razı oldular. Bir aydan sonra onlar müqavilə bağlamadılar. Oğlan Qarabağ qazisi və kantuziya olduğunu ona bildirmiş və ona demişdir ki, hələlik pul ödəyə bilməyəcəkdir. On yeddi ay evdə qalmış və pul ödəmişdir. Bundan sonra həmin şəxsi evindən çıxartmışdır. Həmin müddətdə “K@TV1” işçiləri ona akt yazıblar və 80 yaşlı qoca qadına imzaladıblar. xx xxxxxx 2017-ci tarixinədək olan müddətdə üç dəfə İddiaçı (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 177) rəhbərliyinin qəbulunda olmuşdur. Ona bildirmişdir ki, onların paylayıcı aparatları döşəmə səviyyəsindən 3,5-4 metr hündürlükdə yerləşir, xüsusi kilidlə bağlıdır. Onların əməkdaşlarının razılığı olmadan ora heç kim qoşula bilməz. Aylıq ödənişi 1 (bir) ay müddətində ödəmə olmadıqda dərhal yayım dayandırılır. Rəhbərlik ona bildirmişdir ki, 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödədiyi təqdirdə şikayətlərini geri götürəcəklər. O da öz növbəsində qeyd edilən məbləği ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Sonra yenidən onları təkrar olaraq çağırmışdır, yenə qoşulma olduğu bildirilmişdir. O da öz növbəsində onlara üç dəfə müraciət etməsini və blokdan onun çıxardılmasını xahiş etdiyini bildirmişdir. Lakin bunun bir faydası olmamışdır. Belə ki, onun özü hazırda işləmir. Həyat yoldaşı həkimdir və dövlət poliklinikasında işləyir, şəkər xəstəsidir. X11 hərbi xidmətdədir. Qazax və Tovuz rayonlarında döyüşlərdə iştirak etmişdir. Hazırda xidməti bitsə də, məlum hadisələrlə əlaqədar Cəbrayıl rayonunda qulluq edir. Əvvəlcə köçkünlər həmin mənzili zəbt etmişlər, daha sonra Qarabağ qazisi yaşamış, lakin heç biri pul vəsaiti ödəmişdir. Onun mülkiyyətindən pul qazanmaq məqsədi ilə “K@TV1”-nin işçiləri onun razilığı olmadan kabel çəkiblərsə, bunun onunla heç bir əlaqəsi yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-4338/2020 nömrəli qərardadı ilə İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması müəyyən edilmişdir. İddiaçı xx xxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, müvafiq iddia tələbinin ona heç bir aidiyyəti olmadığını bildirərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ seriyalı ******* nömrəli xx xxxxxx 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 3 Cavabdeh tərəfindən 17.279 (on yeddi min iki yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitinə X2 almışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 226 nömrəli reyestr kitabının 22724 nömrəli vərəqində xx xxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır; xx xxxxxxx 2017-ci il tarixli 6966 və xx xxxxxx 2018-ci il tarixli 7116 nömrəli aktların müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 30, 11 nömrəli mənzilin sakini İddiaçı KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmuşdur; İddiaçı tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanına 6966 nömrəli akt tərtib olunana qədər sonuncu dəfə xx xxxx 2016-cı il tarixdə həmin binaya baxış keçirilmişdir; İddiaçı tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə ünvan 3 ünvanında yaşayan X4 arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx xxxxxx 2015-ci il tarixdə həmin ünvan “KATV1” Kabel televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini xx xxxx 2016-cı il tarixdə edərək, xx xxx 2016-cı il tarixdə həmin mənzil 22,30 (iyirmi iki manat otuz qəpik) manat məbləğində borc vəsaiti ilə şəbəkədən ayrılmışdır; xx xxxxxxx 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh məhkəmə işi üzrə İddiaçı tərəfindən “Ədalət-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir; Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 nömrəli evin sakinləri tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli aktın məzmunundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 nömrəli evin 11 nömrəli mənzilində uzun müddət, yəni 2018-ci ilədək Cəbrayıl rayonundan məcburi köçkünlər məskunlaşmışdır; 120 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 nömrəli evin 11 nömrəli mənzilində 2014-cü il tarixdən 2018-ci il tarixədək məcburi köçkün X4 yaşamışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 83V ünvanında qeydiyyatdadır; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ğdənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasəsən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ( real zərər ) habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldən çıxmış fayda ) başa düşülür; 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. xx xxxxxxx 2017-ci il tarixdə və xx xxxxxx 2018-ci il tarixdə tərtin edilmiş müvafiq olaraq 6966 və 7116 nömrəli aktlar əsasında Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 30, 11 nömrəli mənzilin sakininin İddiaçı KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulması müəyyən edilmişdir. İddiaçı ilə ünvan 3 ünvanında yaşayan X4 arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx xxxxxx 2015-ci il tarixdə həmin ünvan “KATV1” Kabel televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini xx xxxx 2016-cı il tarixdə edərək, xx xxx 2016-cı il tarixdə həmin mənzil 22,30 (iyirmi iki manat otuz qəpik) manat məbləğində borc vəsaiti ilə şəbəkədən ayrılmışdır. xx xxxxxxx 2020-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh məhkəmə işi üzrə İddiaçı tərəfindən “Ədalət-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 nömrəli evin sakinləri tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli aktla Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 nömrəli evin 11 nömrəli mənzilində uzun müddət, yəni 2018-ci ilədək Cəbrayıl rayonundan məcburi köçkünlər məskunlaşmışdır. Eyni zamanda, 120 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin xx xxxx 2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 30 nömrəli evin 11 nömrəli mənzilində 2014-cü il tarixdən 2018-ci il tarixədək məcburi köçkün X4 yaşamışdır. Beləliklə, məhkəmə hazırki mübahisənin abunə xidmətinin göstərilməsi ilə bağlı münasibətlərdən yaranan mübahisə olduğunu və həmin mübahisənin müqavilə tərəfi olaraq Cavabdeh Rüstə qızına aidiyyəti olmadığından iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-771/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-771/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver