Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-776/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın tam həcmdə onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 11B saylı mənzil ona məxsusdur, cavabdeh isə onun üst qonşusudur. Cavabdehin qanunsuz hərəkətləri barədə onun şikayəti əsasında 16.11.2020ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon 53 saylı MKİS-nin iştirakı ilə mənzilə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Mənzilə baxış keçirilərkən məlum oldu ki, həmin binanın Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 13 saylı mənzildən su axıdılır. Mənzil sahibi Cavabdehdır. Əvvəllər onunla şəxsi qərəzli olub, ona görə də qəsdən çirkab suları axıdır. Mənzilin mətbəx hissəsini yenidən qurma ilə yemək otağına çevirmişdir, həmin sahədə mətbəx mebeli, soyuducu və digər əmlaklar var. Bundan əvvəl də cavabdeh 2 dəfə çirkab suları axıdılmış, o öz hesabıma təmir etmişdir. Axırıncı dəfə noyabr ayının əvvəllərində cavabdeh müntəzəm olaraq üst mərtəbədən su axıtmış ona ziyan vurmuşdur. O, dəfələrlə polisə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin araşdırmasından sonra mənə rəsmi qaydada izah olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri barədə yəni onun tərəfindən vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməlidir. Bundan sonra da cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmiş, mənzilində heç bir təmirbərpa işləri aparmamış, nəticədə onun mənzilində dözülməz antisanitar şəraiti yaranmışdır, üst mərtəbədən çirkab sularının axıdılması davam edir. Hesab edir ki, cavabdehin mənzilindən çirkab sularının axıdılması nəticəsində vurmuş olduğu zərəri tam həcmdə ödəməli, mülkiyyətimə qəsd edən hərəkətlərin qarşısı alınmalıdr. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 2000 manat maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçıiddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 53 saylı Mənzil- Kommunal İstisamar sahəsinin 006156 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 13 saylı mənzilində yaşayır və mənzil şəxsi mülküdür. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon 53 saylı MKİS-nin 16.11.2020ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 11B saylı mənzilindən olunmuş şikayətə əsasən mənzilə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 13 saylı mənzilinin mətbəx otağının kanalizasiya xəttinin və su xətlərinin nasaz olması səbəbindən 2-ci mərtəbədə yerləşən 11 saylı mənzilin mətbəx otağının tavan hissəsinə, döşəməsinə, yan divar hissəsinə və mətbəx əşyalarına külli miqdarda zərər dəymişdir. Mənzil sahibi Cavabdehdır. Mənzilin sahibinə dəymiş ziyanın aradn qaldırılması ilə bağlı dəfələrlə məlumat verilməsinə baxmayaraq onun tərəfindən heç bir hərəkəticra edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin 05 dekabr 2020-ci il tarixli sorğusuna cavab məktubundan görünür ki , 9 saylı DNK-nın 30.10.2010-cu il tarixli 4Ə-9/1220 nömrəli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 13 saylı mənzili Cavabdeh adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 13 saylı mənzili 19 noyabr 2010-cu il tarixdə Cavabdeh adına hüquqi rəsmiləşdirilib. Məhkəmə baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/455 №-li ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi, 32 nömrəli evin, 11B saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan AKT-ların göstəricilərini nəzərə alaraq 11B saylı mənzilə ilkin olaraq 13 saylı mənzildən, daha sonra isə 14 saylı mənzildə aparılan təmir işləri zamanı suyun axıdılmasının mümkün olması müəyyən edilir. Hər iki halda suyun axıdılmasının texniki səbəbi su xətlərində olan nasazlıq və sudan nəzarətsiz istifadə edilməsidir. Faktiki olaraq mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zaman susızması müəyyən edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi. 32 nömrəli evin. 11B saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyqun olaraq 896.00 manat məbləğində təşkil edir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 11B saylı mənzilinə, ilkin olaraq üst mərtəbədə yerləşən 13 saylı mənzildən su sızması nəticəsində həmin mənzilə zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert tərəfindən 896 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 896 manat müəyyən edildiyindən iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 896 manat İddiaçı xeyirinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının hər hansı tələbi olmadığından iş üzrə ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 11B saylı mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 896 (səkkiz yüz doxsan altı) manat məbləğində pul İddiaçı qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-776/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-776/2021
04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver