Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-778/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə Cavabdeh 1900 AZN məbləğində pulun və ödənilmiş 39 AZN dövlət rüsumunun – ümumilikdə, 1939 AZN məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmiş, lakin İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin, Qazax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı və digərlərinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işlə 2(023)-60/2024, hakim: Zamiq Rəsulov) bir icraatda birləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-778/2024 nömrəli mülki iş Qazax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı, X3, X2 və X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair dair iddia ərizələri bir-biri ilə əlaqəli və bir-birilərinə qarşı olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-778/2024 nömrəli mülki iş, Qazax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı, X3, X2 və X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(023)-1551/2023 saylı mülki işlə əlaqəli olduğundan hazırkı mülki iş həmin işə birləşdirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-778/2024 saylı mülki iş, Qazax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı, X3, X2 və X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(023)-1551/2023 saylı qeydiyyat nömrəsində olmuş mülki işə birləşdirilməsi üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-778/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-778/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver