Məhkəmə qərarları › İş №2(005)-779/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-779/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-779/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı LPO “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Zamin qarşı “kredit borcunun qaytarılması tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X1 və Zamin cəmi 2893.66 (iki min səkkiz yüz doxsan üç manat, altmış altı qəpik) manat təşkil edir. Bundan 1508 (min beş yüz səkkiz manat) manat əsas, 416.09 (dörd yüz on altı manat, doqquz qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 969.57 (doqquz yüz altmış doqquz manat,əlli yeddi qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Əliyeva (Baxışova) Lalə Ələkbər qızı və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 9 saylı filialı ilə cavabdeh Əliyeva (Baxışova) Lalə Ələkbər qızı arasında bağlanmış 57 F9 JVs-li xx xxxx 2007-ci İl tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 2280 (iki min iki yüz səksən) manat məbləğində kredit verilmişdir. Cavabdeh Əliyeva (Baxışova) Lalə Ələkbər qızına kredit verilərkən Zamin ilə Bank arasında xx xxxx 2007-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2-ci maddəsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 9 saylı filialı ilə cavabdeh Əliyeva (Baxışova) Lalə Ələkbər qızı arasında bağlanmış 57 F9 JVs-li xx xxxx 2007-ci İl tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 2280 (iki min iki yüz səksən) manat məbləğində kredit verilmişdir. Cavabdeh Əliyeva (Baxışova) Lalə Ələkbər qızına kredit verilərkən Zamin ilə Bank arasında xx xxxx 2007-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2-ci maddəsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 13-cü maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********504 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Əliyeva (Baxışova) Lalə Ələkbər qızının xx.xx.2020-ci il tarixə kredit üzrə cəmi borcu 2893.66 (iki min səkkiz yüz doxsan üç manat, altmış altı qəpik) manat təşkil edir. Bundan 1508 (min beş yüz səkkiz manat) manat əsas, 416.09 (dörd yüz on altı manat, doqquz qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 969.57 (doqquz yüz altmış doqquz manat, əlli yeddi qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; xx xxxx 2007-ci il tarixli 57 F9 N-li təminatlı kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc verən şəxsi evin təmiri məqsədi ilə borcalana 2.280 (iki min iki yüz səksən) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 2.3-cü bəndə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablancaq faziləri borc verənə qaytarmağı öhdəsinə götürür. 5.4cü bəndə əsasən borc alana verilən kredit vəsaitindən istifadə müddəti 12 (on iki) aydır. xx xxxx 2007-ci il tarixli 10 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin bu müqaviləyə əsasən Zamin qızı kreditor qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürür. 1.2-ci bəndə əsasən zamin borclunun kreditorla bağladığı 57 F9 saylı kredit müqaviləsinə əsasən götürdüyü 2.280 (iki min iki yüz səksən) manat məbləğində kredit borcunun və ona hesablanmış faizlərin vaxtında geri qaytarılmasına təminat verir. “xxxx” ASC-nin 9 saylı filalı və fiziki şəxs Cavabdeh arasında bağlanmış 57 F9 saylı kredit müqaviləsinə ödəniş cədvəlindən görünür ki, cavabdehə xx.xx.2007-ci il tarixdə, 2.280 (iki min iki yüz səksən) manat məbləğində kredit 12 ay müddətinə 20%-lə ayrılmışdır. xxxx ASC-nin xx.xx.2020-ci il tarixli **********515 nömrəli cədvəl üzrə xx xxxx 2007-ci il tarixli 3-18292-5 saylı kredit müqaviləsi üzrə x xxxxxx 2020-ci il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 1508 (min beş yüz səkkiz) manat, müqavilənin müddəti xx xxxx 2007-ci il tarixdən xx xxxx 2008-ci il tarixinədək olmaqla, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 416 (dörd yüz on altı) manat 09 (doqquz) qəpik, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0 (sıfır) manat, A R MM-nin 445.7-ci maddəsinə görə gecikdirlmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), həmin faizin hesablanması düsturu (əsas borc/100*5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0 (sıfır) manat 21 (iyirmi bir) qəpik 4617 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 969 (doqquz yüz altmış doqquz) manat 57 (əlli yeddi) qəpik və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2893 (iki min səkkiz yüz doxsan üç) manat 66 (altmış altı) qəpik müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli **********504 nömrəli xəbərdarlıq (pretenziya) məktubunun surətindən görünür ki, borclu Əliyeva (Baxışova) Lalə Ələkbər qızı hər ay banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də onun xx xxxxxx 2020-ci il tarixə kredit müqaviləsi üzrə banka ödənilməmiş 1508 manat (min beş yüz səkkiz manat) əsas, 416.09 manat (dörd yüz on altı manat, doqquz qəpik) faiz, kredit üzrə müddət bitəndən sonra Konsitutsiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 969.57 manat (doqquz yüz altmış doqquz manat, əlli yeddi qəpik) məbləğində faiz borcu yarandığı və xx xxxx 2007-ci il tarixli 57 F9 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 2893.66 manat (iki min səkkiz yüz doxsan üç manat, altmış altı qəpik) məbləğində kredit borcunun qısa müddət ərzində banka qaytrarılması əks təqdirdə mülki qanunverciliyin tələblərinə uyğun olaraq kredit borcunun qaytarılması tələbi ilə bank tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi, kredit öhdəliyi üzrə əsas borc və faiz borcu ilə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün cərimələr hesablanmaqla dəbbə pulunun da ödənilməsi tələb oluncaqdır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Zamin xx.xx.1965-ci ildə Azərbaycan, Naxçıvan MR, Şərur rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 9 inzibati binada qeydiyyatdadır. Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh Əlkəbr qızı xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş və Abşeron rayonu, Xırdalan qəs. məh.22, ev.47 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Zamin xx.xx.1965-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş və Nərimanov rayonu, N.Süleymanov küç, ev. 1, m. 1 ünvanında qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh münasibətdə təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “xxxx” ASC ilə X3 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli 57 F9 saylı kredit müqaviləsi üzrə cavabdeh Əliyeva (Baxışova) Lalə Ələkbər qızından 1508 (min beş yüz səkkiz) manat əsas, 416,09 (dörd yüz on altı manat 09 qəpik) manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik hesablanmış 969,57 ( doqquz yüz altmış doqquz manat 57 qəpik) faiz borcu olmaqla, ümumilikdə 2893,66 (iki min səkkiz yüz doxsan üç manat, 66 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” ASC ilə X3 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli 57 F9 saylı kredit müqaviləsi üzrə cavabdeh Əliyeva (Baxışova) Lalə Ələkbər qızından 1508 (min beş yüz səkkiz) manat əsas, 416,09 (dörd yüz on altı manat 09 qəpik) manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik hesablanmış 969,57 ( doqquz yüz altmış doqquz manat 57 qəpik) faiz borcu olmaqla, ümumilikdə 2893,66 (iki min səkkiz yüz doxsan üç manat, 66 qəpik) manat məbləğində pul məbləği və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu LPO “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar