Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-790/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3250 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN pul məbləğinin tutulub ona qaytarılması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18.04.2019-cu il tarixdə Cavabdeh 3250 AZN (üç min iki yüz əlli manat) borca pul vermişdir. Borcu həmin tarixdə A4 kağız vərəqi üzərində "İltizam'' başlığı adı altında rəsmiləşdirmişlər. Cavabdeh öz xətti və imzası ilə girovsuz şəkildə ona 3250 manat pul borcu olduğu qeyd edərək, yaxını Günay Məmmədovanın da bu pula görə ona "qarant" zamin durduğunu qeyd etmişdir. Cavabdeh tezliklə borcu qaytaracağına onu inandırsa da, sonradan dəfələrlə telefon əlaqəsi yaratmağa çalışmasına baxmayaraq telefon zənglərinə cavab verməyərək borcu qaytarmaqdan imtina etmişdir. Yaranmış durumu görüb iddiaçı Daxili İşlər Nazirliyinin 102 qaynar telefon xətti ilə əlaqə yaradaraq, borcu qaytarmadığına görə ondan şikayətçi olduğunu bildirmişdir. Şikayətinin araşdırılması Səbail RPİ-nin 8-ci polis bölməsinə həvalə olunmuşdur. Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən aparılan araşdırma əsnasında hər ikisindən yazılı izahat alınaraq, işin halları müəyyən olunmuşdur. Belə ki, Cavabdeh öz izahatında onun yazdığı şikayət ərizəsi ilə tanış olduğunu qeyd edərək, ondan 3250 manat pul aldığını etiraf etmişdir. İzahatda Cavabdeh onunla 2 il bundan qabaq tanış olduğunu deyərək, ona hər ay 160 manat pul qaytardığını bildirmiş, halbuki bu tamamilə yalandır. 3250 manat alınan borca görə iddiaçıya heç bir pul məbləği qaytarılmamışdır. Bununla belə Cavabdeh pulun qalan məbləğini qazancının olmadığına görə qaytarmadığını və 2020-ci ilin sentyabr ayının axırına qədər qaytaracağını qeyd etmişdir. Sentyabr ayının axırına qədər də Cavabdeh tərəfindən götürdüyü 3250 AZN borca dair ona heç bir ödəniş edilməmişdir. 01.07.2020-ci il tarixdə DİN Səbail RPİ-nin qərarı ilə şikayət ərizəsində qeyd etdiklərinə dair müraciətinin mülki xarakterli olması səbəbindən aidiyyatı üzrə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(005)- 790/2021 nömrəli qiyabi qətnaməsinə iddia ərizəsi təmin edilmişdir. Cavabdeh 14.04.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(005)-790/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(005)- 790/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bak Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(005)-790/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16.08.2018-ci il tarixli Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamnamədə “Mən Cavabdeh ümumi çəkisi 38 qram olan 1 sep klon, 1 ədəd klondan ibarət olan 38 qram qızıl əşyanı razılaşma yolu ilə qohumum İddiaçı 1850 manata satdım” qeyd olunmuşdur; 18.04.2019-cu il tarixli Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamnamda “18.04.2019-cu ildə İddiaçı 3250 AZN girovsuz pul borcum olduğunu və yaxınım olan Günay Məmmədovanı mənim İddiaçı qarşı garant olduğunu imzamla təsdiq edərək, qolumu çəkib iltizamı təsdiq edirəm” qeyd olunmuşdur; Cavabdeh Səbail RPİ-nin 8-ci Polis Bölməsinə verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, təxminən iki il bundan əvvəl xalasıqızı X4 Ənvər ilə İlham adlı şəxsin yanına (onun evinə) pul faizə götürmək məqsədi ilə birlikdə getmişlər. O, İddiaçı hər ay 160 AZN faiz ödəmək şərti ilə 3250 manatlıq pul götürmüşdür. Pulu götürdüyünə görə təxminən bir il 160 manat İlhama pul ödəmiş, amma İlham ondan pul verdiyinə görə qızıl-zinət əşyası götürməmişdir. Bugünə qədər İlhama olan 3250 manatı ödəyə bilməməsinin səbəbini qazancının olmaması ilə əlaqələndirmişdir. 3250 manat AZN pulu sentyabr ayının axırına kimi alacağı lotereya pulunu götürüb verməklə ödəyə biləcəyini qeyd etmişdir. Onun Günaydan xəbəri yoxdur. 3250 manat pulu özü üçün götürdüyünü və özünə xərclədiyini demişdir. Cavabdeh iki ay müddətində ona pulun ödənilməsi ilə bağlı imkan yaradılmasını xahiş etmişdir; 23.11.2020-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Səbail RPİ-nin 8-ci Polis Bölməsinə verdiyi izahatında 3250 AZN manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15.07.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3250 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3250 AZN (üç min iki yüz əlli) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3250 AZN (üç min iki yüz əlli) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-790/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-790/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver