Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-81/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 125.500 (yüz iyirmi beş min beş yüz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında 17 may 2017-ci il tarixində N.Yusifbəyli 25/27 ünvanında yerləşən mənzilin verilməsinə dair müqavilə imzalanmışdır. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə 17 may 2017-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə etibarsız hesab edilmiş və həmin qətnamədən tərəflərindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə edilməmişdir. Lakin tərəflərindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 18 aprel 2019-cuil tarixli qərarı ilə qismən təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi vurulmuş maddi ziyana görə 251.000 (iki yüz əlli bir min) manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq bütünlükdə X1 verilməsi hissəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən yəmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi baxılan (iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və vurulmuş maddi ziyana görə 251.000 (iki yüz əlli bir min) manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq bütünlükdə X1 verilməsi) hissəsində ləğv edilmiş və həmin hissədə iddia ərizəsi qismən təmin edilərək maddi ziyan görə 125.500 (yüz iyirmi beş min beş yüz) manat, mənəvi ziyana görə 5.000 (beş min) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan alınaraq iddiaçı X1 verilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, maddi zərərin digər yarısına cavabdeh F.Q.İskəndərovun hüquqlarının olduğunu, lakin onun MTK ilə mübahisəsi olmadığından onların müxtəlif formada razılığa gəlmək imkanlarını nəzərə alınaraq ona münasibətdə mülki prosessula nəticənin elan edilməsini, habelə iddia tələbinin digər hissələri qanuni qüvvəsini aldığından onlara hər hansı qiymət verilməsini kollegiya yolverilməz hesab edir. Cavabdeh MTK 16.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Cavabdeh MTK-nın iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərdən keçirərək, mülki iş üzrə icraata xitam verilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-81/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-81/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver