Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-815/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-nə qarşı üçüncü şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoru cəlb edilməklə icra qeydinin ləğvi və borc miqdarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-nə qarşı üçüncü şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoru cəlb edilməklə icra qeydinin ləğvi və borc miqdarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı 2019-cu ilin yanvar ayında Cavabdeh- ilə CC/59839/66/14 nömrəli kredit müqaviləsi bağlayaraq 3000 (üç min) manat pul borc götürmüşdür. Kredit müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulmuşdur. O, 2019-cu ilin yanvar ayından dekabr ayınadək hər ay müqavilə üzrə 100 manat olmaqla Cavabdeh-yə ödənişlər etmişdir. Lakin, sonradan dünyada baş verən siyasi və iqtisadi hadisələr ilə əlaqədar (pandemiya, iqtisadi krizis və.s) maddi vəziyyətimin pisləşməsi səbəbindən ödənişləri edə bilməmişdir. Cavabdeh-nin 24 saylı Notariat kontoruna müraciəti əsasında xx xxxxxxx 2020-ci il tarixdə notarius X2 müqavilə əsasında icra qeydi aparmış və icraya yönəltmişdir. İcra məmurunun ona müraciətindən dərhal sonra o, icra məmuruna öz etiraz ərizəni təqdim etmişdir. Bildirir ki, o, bir il müqavilə üzrə hər ay 100 manat olmaqla ödəmişdir. Bunu nəzərə alsa, onun qalıq borcu 3000 (üç min) manat qala bilməz. Bundan əlavə müqavilənin müddəti hələ bitməmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq bu müqavilə üzrə qalıq borcun dəqiqləşdirilməsinə ehdiyac vardır. Ödənişlər etməyinə baxmayaraq ondan yenidən 3000 manat pul tutulması onun hüquqlarının pozulması deməkdir. Qeyd edilənləri nəzərə alaraq, 24 saylı Natariat kontorunun qəbul etdiyi icra qeydi üzrə Cavabdeh-i tərəfindən tələb olunan 3000 (üç min) manat pul ilə bağlı tələbin ləğv edilməsi (icra qeydinin ləğvi) və ödəniləcək məbləğin dəqiqləşdirilməsi ilə ədalətli qərar qəbul ediləsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi X1 ərizə təqdim edərək məhkəmə iclasının iştirakı olmadan baxılıb rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavab iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 24 saylı notariat ofisinin xüsusi notariusu X3 'Notariat haqqında’ Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir həmin sənədlər üzrə AZ1069 Bakı şəhəri Nərimanov rayonu, X5, ev 42 ünvanında yerləşən Cavabdeh xeyrinə Bakı, Suraxanı, Günəşli qəs., d y\s 31 167 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********. xx.xx.2016 - Asan4-2) CC/59839/66/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3006 manat 28 qəpik (üç min altı manat iyrmi səkkiz qəpik) tutulsun. Bundan əlavə təklif edirə borcludan İddiaçı 32 manat 74 qəpik (otuz iki manat yetmiş dörd qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3059 manat 02 qəpik (üç min əlli doqquz manat iki qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2020 tarixdə aparılmışdır. Notariat haqqında Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır.Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir.Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında mübahisə yarandığından və icra qeydi mübahisəsiz tələblər üzrə tərtib edilmədiyindən sözügedən icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-nə qarşı üçüncü şəxs Bakı şəhəri 24 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğvi və borc miqdarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-815/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-815/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver