Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-826/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 və “xxxx” MTK-ya qarşı pulun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı pulun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixində cavabdehin direktoru olduğu Cavabdeh3 Mənzil-Tikinti Kooperativi ilə alqı-satqı müqaviləsi imzalamışdır. Bu müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən və 59,3 kvadrat metrdən ibarət olan 1 otaqlı 63 saylı mənzil olmuşdur. Onunla müqavilə bağlayıb podratçı kimi fəaliyyət göstərən şirkət olan “xxxx” MTK bu mənzili 2008-ci il iyun ayında imzalanan müqavilə ilə X2. Həmin şəxs isə 2017-ci ildə “xxxx” MTK və “xxxx” MTK-nın cavabdeh qismində göstərərək Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesində “xxxx” MTK-nın nümayəndəsi X14 ərizə təqdim edərək iddia tələbini qəbul etmiş, mənzilin boş olduğunu heç kimə satılmadığını bildirmişdir. Buna əsasən Məhkəmə x xxxxxx 2017-ci il tarixli 2(004)-5726/2017 saylı qətnamə çıxarmış və bu qətnaməyə əsasən həmin mənzilə X7 istifadə hüququ tanınmışdır. Yasamal rayon Məhkəməsinin x xxxxxx 2017-ci il tarixli 2(004)-5726/2017 saylı qətnaməsindən “xxxx” MTK Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsində iddia tələbi “xxxx” MTK-nın səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edildiyindən apelyasiya şikayəti rədd edilmişdir. Nə qədər acınacaqlı haldır ki, “xxxx” MTK tərəfindən verilən apelyasiya şikayətinə əsasən çıxarılmış qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilməmişdir. Ondan sözügedən mənzilə dair 32000 azərbaycan manatını alan və onunla xx.xx.2013-cü il tarixli müqaviləni imzalayan şirkət onun hüquqlarını müdafiə etmir. Eyni zamanda həmin şirkətin nümayəndəsi həmin mənzili boş olduğunu və heç kimə satılmadığını bildirərək birinci instansiya məhkəməsinə iddianı qəbul edir. Halbuki onun şirkətlə “xxxx” MTK arasında 2017-ci ildə məhkəmə mübahisəsi olduqda o, Cavabdeh2 müraciət etmiş və bildirmişdur ki, bəlkə o, da məhkəməyə gəlib öz hüquqlarını müdafiə etsin, o, isə bu şirkətlər arasında olan mübahisə olduğunu və bunun ona aidiyyatı olmadığını bildirmişdir. O, nə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, nə də Yasamal rayon Məhkəməsində gedən məhkəmədə öz hüquqlarını müdafiə edə bilməmişdir. Öz mülkiyyət hüquqlarını müdafiə etmək üçün Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin “xxxx” MTK ilə “xxxx” MTK arasında 2017-ci ildə gedən məhkəmə mübahisəsinə əsasən Azərbaycan Respublikası Ali məhkəməsi tərəfindən çıxarılmış qərarla sözü qedən mənzil 196 savlf' MTK-ya verildiyi üçün mənzili qaytarmaq mümkün olmamış və Yasamal rayon Məhkəməsi tərəfindən X11 ilə “xxxx” MTK arasında bağlanan müqavilə etibarsız sayılmamışdır. Yasamal rayon İcra və Probasiya şöbəsinin məmurları bu qətnaməyə görə verilən icra vərəqəsinə əsasən onu evindən çıxarmışlar. Onunla cavabdeh aranızda imzalanan xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən maklerlərə verilən pul vəsaitini də nəzərə almaqla tərəfindən ödənilən pul məbləği 32000 (otuz iki min) manat təşkil etmişdir. Bugünkü şərtlərlə və bazar qiymətləri ilə həmin mənzili 70000 (yetmiş min) manat civarında almaq olar, Eyni zamanda uzun müddətli məhkəmə prosesləri getmiş, Yasamal rayon Məhkəməsi tərəfindən “xxxx” MTK haqqında xüsusi qərardad çıxarılmış və iş Binəqədi rayon Prokurorluğuna göndərilmiş, Bakı Apelyasiya Məhkəməsi tərəfindən isə “xxxx" MTK haqqır.da xüsusi qərardad çıxarılmış və iş Yasamal rayon Prokurorluğuna göndərilmişdir. Bu işlərlə əlaqədar məhkəmədə və Prokurorluq orqanlarında iştirak edən vəkillərə və digər məsələlərə xeyli miqdarda təxminən 10000 manatadək xərci çıxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə isə bu məbləğ iddiaçıda olsaydı normal dövriyyədə xeyli miqdarda vəsait əldə edə bilərdi, ona görə də burada əldən çıxmış fayda da nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və X3 70000 manat mənzilin real dəyərinin, 5000 manat vəkillərə, ekspertizaya ödənilən vəsait, nəqliyyat xərcləri, digər xərclər, 10000 manat əldən çıxmış fayda və 15000 manat mənəvi ziyanın ümumilikdə 100000 manat pul vəsaitinin ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizəsi əsasında “xxxx” MTK cavabdeh qismində cəlb edilmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı Seyfəddin oğlu ilə Cavabdeh3 MTK arasında bağlanmış 30 iyul 2 019-cu il tarixli ilkin müqavilənin və mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 70000 manat (yetmiş min) mənzilin dəyəri, 10000 manat (on min) əldən çıxmış fayda, 5000 manat (beş min) ekspertiza, nəqliyyat, vəkillərə ödənilmiş vəsait və digər xərclər, 15000 manat (on beş) mənəvi ziyan olmaqla, ümumilikdə 100000 manat (yüz min) pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin qəbul etmədi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh2 “xxxx “MTK-nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq iddiaçı ilə bağlanmış 2013 cü il tarixli müqaviləyə imza atmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən MTK-ya heç bir pul ödənişi edilməmişdir.Ödənilmiş pul məbləği olan 30000 manat MTK-nın ilkin müqavilə üzrə mənzilin sahibləri olan X10 ödənilib. Bu fakt xx xxxxxxxx 2013-cü il tarixli aktla rəsmiləşdirilib və həmin aktı elə iddiaçının özü də imza edib. Bunu qeyd etməkdə məqsəd onun sadəcə MTK-nın etibarnamə üzrə nümayəndəsi olaraq müqaviləni “xxxx” keçirməyidir. Onun MTK-nı etibarnamə əsasında təmsil etməyi bağlanmış müqavilə üzrə öhdəliklərin ona aid olması anlamına gəlmir. Çünki qanunla onun təmsilçiliyi üzrə hərəkətlər hüquqi şəxs olan MTK-nın öhdəçiliyi sayılır. Yuxarıda sadalanan işin faktiki halları və eləcə də qanunun tələbləri üzrə ümümiyyətlə o, hazırkı iddia üzrə cavabdeh ola bilmir. Çünki iddia üzrə 2 fiziki şəxs cavabdeh qoyulub ki, bu qanunsuzdur. Cavabdehlərdən Camələddin Məmmədov MTK-nın direktoru və təsisçisidir. O, isə MTKnin xx xxxx 2012-ci il tarixli 5 il müddətinə qüvvədə olmuş etibarnamə üzrə nümayəndəsi, qanunla hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəliklərinə cavabdeh deyil. Eləcə də qeyd etdiyi kimi, nümayəndə fiziki şəxs olaraq təmsilçiliyinə görə təmsil etdiyi şəxsin öhdəçiliyinə cavab verə bilmir. Nəzərə almaq lazımdır ki, iddiaçı bağlanmış müqavilələr üzrə onunla yox “xxxx” MTK ilə tərəfdir. Qanunla da müqavilə tərəfi olaraq hesab etdiyi hüququnun pozulmasına dair və vurulmuş ziyanın ödənilməsini müqavilə üzrə məsuliyyət daşıyan tərəfdən tələb edə bilər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hazırki iddia ərizəsini aldıqdan sonra araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, artıq iddiaçı ilə “xxxx” MTK arasında xx xxxxxx 2019 cu il tarixli Barışıq Sazişi bağlanmış və həmin Sazişə əsasən MTK iddiaçıya 2 mənzil vermiş,buna dair müqavilələr bağlanmış və tərəflər qarşılıqlı öhdəçiliklər götürmüşlər. Belə olan halda iddiaçının barışıq sazişi qüvvədə ola-ola buna dair iddia ərizəsində heç bir söz belə bildirmədən məhkəməni aldatmaq və sonda ədalətsiz, qanunsuz iddia tələbini təmin edilməsi arzusuna düşüb. Məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki işin materiallarında olan “xxxx” MTK ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış ilkin müqavilədən görünür ki, müqavilənin predrneti Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki yaşavəş massivində 39 saylı kooperativ yaşayış evinin tikintisi başa çatdıqdan soma həmin evin Xİİ mərtəbəsində yerləşən və ümumi sahəsi 59,3 m2 olan 1 otaqlı mənzil bir pay kimi verilir. «İcraçı» tərəfindən görülən işlər: tikintinin xarici tərtibatı, daxili arakəsmələr, binanın tikinti quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır. Giriş dəmir seyf qapısının qoyulması, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, mənzillərə elektrik, qaz, su və kanalizasiya xəttinin çəkilməsi, divarların suvaq edilməsi, PVC tipli meloplastik pəncələrin qoyulması və şüşələnməsi. «Payçı» müqavilədə göstərilmiş məbləği vaxtında təmamilə ödəməyi öz üzərinə götürür. Bu mümkıin olnıtıdıqda payçının pulunun qaytarılması şərti ilə müqavilə ləğv olunur. Tikinti 12 ay müddətinədək təhvil verilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən cavabdehlər X5 və Cavabdeh2 pul vəsaitinin qaytarılması əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “xxxx” MTK-nın direktoru X4 Cavabdeh2 tərəfindən ünvanlanmış ərizədən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş 2 girişli yaşayış binasının 1 -ci blok 7-ci mərtəsində yerləşən 70 kv.m mansard sahədən ibarət olan mənzilin Göy-Göl rayonu Nəsibov məhəlləsində inşa olunmuş 2 girişli 7 mərtəbəli (mansardlı) yaşayış binasında eyni sahə ilə əvəzləmək şərtilə İddiaçı Seyfəddin oğlunun adına sənədləşdirilərək özgəninkiləşdirilməsinə etirazı yoxdur. İş materiallarına əlavə edilmiş “xxxx” MTK ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Gəncə şəhəri, Xanlar küçəsində yerləşən 6 (altı) Mərtəbəli yaşayış evinin 1. blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 7 mərtəbəsində yerləşən və ümumi sahəsi 70 m2 olan otaqlı mənzil bir pay kimi verilir. “İcraçı” tərəfindən görülən işlər: Tikintinin xarici tərtibatı, daxili arakəsmələr, binanin tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır. Giriş dəmir seyf qapısmm qoyulması, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, mənzillərə elektrik, qaz, su çəni və kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, PVC tipli metoplastik pəncərələrin qoyulması və şüşələnməsi. “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi öz üzərmə götürür. Bu mümkün olmadıqda “Payçı”nın pulunun qaytarılması şərti ilə müqavilə ləğv olunur. Ödəmələr qarşılıqlı razılaşmalar əsasında həll edilir. İş materiallarına əlavə edilmiş “xxxx” MTK ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Gəncə şəhəri, X13 64a-da yerləşən 12 (on iki) mərtəbəli yaşayış evinin blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 12. Mərtəbəsində yerləşən və ümumi sahəsi 140 m2 olan 3 otaqlı mənzil bir pay kimi verilir.“İcraçı” tərəfindən görülən işlər: Tikintinin xarici tərtibatı, daxili arakəsmələr, binanin tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır. Giriş dəmir seyf qapısının qoyulması, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, mənzillərə elektrik, qaz, su çəni və kanalizasiya xətlərinin çəkilməsi, divarların suvaq edilməsi, PVC tipli metoplastik pəncərələrin qoyulması və şüşələnməsi. “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtmda tamamilə ödəməyi öz üzərmə götürür. Bu mümkün olmadıqda “Payçı”nın pulunun qaytarılması şərti ilə müqavilə ləğv olunur. İş materiallarına əlavə edilmiş İddiaçı ilə X5 arasında imzalanmış xx.xx.2019-cu il tarixli barışıq sazişindən görünür ki, “Avanqard MTK”-mn direktoru X1 Heydər Seyfətdin oğlu ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsindəki yaşayış massivində 39 saylı kooperativ evinin 12-ci mərtəbəsində yerləşən və 59,3 kvadrat metrdən ibarət olan 1 otaqlı 63 saylı mənzilin əvəzində ona ünvan 1 ünvanında İ blok 7-ci mərtəbədə yerləşən 70 kv.metı mansard sahəsindən ibarət mənzil verir. Eyni zamanda Gəncə şəhəri, X13, 64 a ünvanda yerləşən yeni tikilinin 12-ci mərtəbəsində 150 kv.metr mansard sahədən ibarət mənzil verir. Şikayətçi İddiaçı bu sadalanan əmlakları qəbul edir və bunlara dair hazırlanan alqı-satqı müqaviləsini imzalayır. Şikayətçi bu əmlakları qəbul edib alqı-satqı müqäviləsini imzaladıqdan sonra əgər borclu söz verdiyi öhdəlikləri lazımınca yerinə yetirərsə, (əmlakların təhvil verilməsi və satıldıqdan sonra 40000 manat şikayətçiyə verilməsi daxil olmaqla) bu məsələyə dair heç bir məhkəmələrdə iddia qaldırmayacağına, prokurorluq və digər hüquq mühafizə orqanlarında şikayət verməyəcəyinə söz verir. Şikayətçi İddiaçı bu əmlaklar satıldıqdan sonra alınan vəsaitdən 40000 (qırx min) manat götürüb qalan pulu Avanqard MTK-mn direktoru X4 qaytarmağı öz öhdəsinə götürür. Birinci əmlak satıldıqdan sonra pul məbləğini bütövlükdə İddiaçı Seyfəddin oğlu götürəcəkdir. Bununla o, məhkəmədə onun üzərinə qoyulan ekspertiza xərcini, vəkillərin xərcini, dövlət rüsumlarını və digər xərcləri ödəyəcəkdir. İkinci əmlak satıldıqdan sonra şikayətçi özünə çatacaq 40000 (qırx min) manat məbləği özünə götürüb (birinci və ikinci əmlaklardan gələn məbləğlər cəmlənməklə) qalanını isə “Avanqard MTK”-nın direktoruna qaytaracaqdır. X21 imzalandığı andan qüvvəyə minir. X21 tərəflərin hər birində bir nüsxə, Bakı şəhər Binəqədi rayon Prokurorluğuna təqdim etmək üçün 1 nüsxə, cəmi 3 (üç) nüsxədə imzalanmışdır. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X12 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər X5, Cavabdeh2 və “xxxx” MTK-ya qarşı pulun, dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri ümumiyyətcə əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, maddi ziyanın ödənilməsi barədə iddia tələbləri təmin oluna bilməz. Məhkəmə tərəflərin mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X16 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X16 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və X16 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 15000 manat mənəvi ziyanının əvəzi kimi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X5, Cavabdeh2 və “xxxx” MTK-ya qarşı pulun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-826/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-826/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver