Məhkəmə qərarları › İş №2(005)-83/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-83/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-83/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə Cavabdeh 5.055 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Kia Optima” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 09:00 radələrində özünə məxsus “KİA OPTİİMA“ markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan zaman F.Əmirov küçəsi ilə kəsişmədə “Toyota Prius” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Göstərilən yol-nəqliyyat hadisəsi “Toyota Prius” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomobili idarə edən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən X3 təqsiri Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarla müəyyən edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Tərəfindən müəyyən edilmişdir ki, “Toyota Prius” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur və X7 həmin avtomobili qanuni əsas olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınına ciddi şəkildə ziyan dəymişdir. Məhkəmə iclasında X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, özünə məxsus “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobillə baş vermiş qəza etibarnamə əsasında idarə etmək üçün verdiyi X7 tərəfindən törədilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı Cavabdeh əsl cavabdeh X7 ilə əvəz etməsi təklif edilmiş, iddiaçı buna zərurət olmadığını bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan fiziki şəxs X6 (Vöen **********) xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5.055 manatdır. İş materiallarında olan X11 ******* nömrəli İXP seriyalı xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-da “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobili idarə edən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və eyni tarixdə Bakı şəhəri DYPİ polis mayoru X4 tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, X7 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrinin zədələnməsi barədə xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı məxsus “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə saat 09:00-da X7 tərəfindən idarə olunan “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində zərər dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-175475/2023 nömrəli məktubuna əlavə edilmiş kompüter çıxarışından görünür ki, “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh tərəfindən X5 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli №3-16-16/2-9/9773/2023 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “F/Ş X8 VÖEN **********” qüsur aktında olan məlumatlara əsasən 2015-ci il buraxılışlı “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avto ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4.247 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli №3-16-16/2-9/3815/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “F/Ş X8 VÖEN **********” qüsur aktında olan məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hazırkı tarixə təxminən 3.940 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 2.480 manat, təmir-bərpa işlərinin qiyməti – 1.460 manat. “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobili idarə edən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X7 inzibati xəta hadisəsi törədərək İddiaçı məxsus və onun tərəfindən idarə edilən “Kia Optima” markalı ** VY *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində sonuncu avtomobilə zərər dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin avtomobili idarə edəndən (zərər vurandan) deyil, avtomobilin mülkiyyətçisi olan Cavabdeh tutulmasını və ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobil etibarnamə əsasında və etibarnamənin qüvvədə olduğu dövrdə X7 tərəfindən idarə edilərkən yuxarıda qeyd edilən qəza hadisəsi baş vermişdir və nəticədə Turan Əliyev İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus avtomobilə dəymiş zərərin Cavabdeh tərəfindən vurulması və ya sonuncunun təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə qanuni əsasla, məsələn nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Hazırkı işin hallarından müəyyən edilir ki, üçüncü şəxs X7 cavabdehə məxsus Cavabdeh məxsus “Toyota Prius” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilə qanuni əsasla sahiblik etmişdir. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh X7 ilə əvəz edilməsi təklif edilsə də, lakin o, belə təklifi qəbul etməmişdir. İddiaçı bildirmişdir ki, avtomobilinə dəymiş zərər birbaşa cavabdeh tərəfindən vurulmasa da, lakin sonuncunun iradəsi ilə hüquqazidd hərəkəti nəticəsində üçüncü şəxs tərəfindən vurulmuşdur. Cavabdeh o zaman məsuliyyətdən yayına bilər ki, belə hüquqazidd hərəkətin onun iradəsindən asılı olmayan səbəbdən baş verdiyini sübuta yetirsin. Məhkəmə iddiaçının qeyd olunan əsası ilə bağlı bir daha qeyd edir ki, cavabdeh özünə məxsus avtomobili öz iradəsinə uyğun olaraq hüquqauyğun bir şəkildə, yəni qanuni əsaslarla idarə edilməsi üçün etibarnamə ilə X1 vermişdir. Belə olanda cavabdehə məxsus Cavabdeh məxsus “Toyota Prius” markalı, **-BO-*** dövlət nömrə nişanlı avtomobil onun sahibliyindən hüquqa zidd götürülmədiyindən, cavabdeh üçüncü şəxs tərəfindən törədilmiş delikt nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşıya bilməz. Odur ki, məhkəmə Mülki-Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxır və hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində və ya sonuncunun iradəsi ilə, lakin hüquqazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində üçüncü şəxs tərəfindən vurulması məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 50 manat olmaqla, cəmi 150 manat pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) “dəymiş maddi ziyanın ödənilməsi” ödənilməsi barədə iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı 150 manat məbləğində pul tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar