Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-831/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən bağlanmış xx.xx.2015-ci il tarixli 12-xx-xx-037014 saylı kredit müqaviləsi əsasında İddiaçı pensiyasından artıq tutulmuş 10.455 (on min dörd yüz əlli beş) ABŞ dollarının Cavabdeh ASC-dən tutularaq İddiaçı tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 12-xx-xx-037014 saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə illik 27 % olmaqla 4.771 (dörd min yeddi yüz yetmiş bir) ABŞ dolları məbləğində kredit verilmiş, həmin kreditin 1.500 (bir min beş yüz) ABŞ dollarını nağd şəkildə banka ödəmişdir. İddiaçı həmin müddətdə ağır xəstəliyə tutularaq 2 (iki) il yataq xəstəsi olmuş, həkim nəzarətində olaraq müalicə almış, evdən bayıra çıxa bilməmişdir. Cavabdeh ASC məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin əmri ilə xx.xx.2016-cı il tarixdən başlayaraq bu günə kimi iddiaçının aldığı pensiyasından hər ay 159 (bir yüz əlli doqquz) ABŞ dolları xx.xx.2022-ci il tarixə kimi qanunsuz olaraq Cavabdeh ASC-yə cəmi 15.810 (on beş min səkkiz yüz on) ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə İddiaçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli əmrindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə etiraz verərək, əmrin ləğv edilməsini, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2016-cı il tarixli iş № 2(009)-1243/2016 saylı məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə iddiaçı Cavabdeh ASC xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini və mülki işə iştirakları olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmiş, hakim isə qanunsuz və əsassız olaraq Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 1243/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, bundan narazı qalan cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-656/2022 saylı qətnaməsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1243/2021 saylı qətnaməsi ləğv edilərək, apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehdən faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı 12-xx-xx-03714 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4.771.00 ABŞ dolları məbləğində əsas borc və 583.25 ABŞ dolları məbləğində faiz, ümumilikdə isə 5354,25 (beş min üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları Cavabdeh ASC-nin xeyrinə tutulması qət olunsa da, Cavabdeh ASC cavabdeh İddiaçı aylıq aldığı pensiyadan xx.xx.2022-ci il tarixə kimi 159 (bir yüz əlli doqquz) ABŞ dolları məbləğində pul tutulmuş, bununla da qanunvericiliyin tələblərini kobud surətdə pozaraq İddiaçı xeyli miqdarda ziyan vuraraq pensiyasından 5354.25 (beş min üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları tutmaq əvəzinə cəmi aldığı pensiyadan 15.810 (on beş min səkkiz yüz on) ABŞ dollarından 5354.25 (beş min üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları çıxıldıqda, yerdə əlavə olaraq 10.455 (on min dörd yüz əlli beş) ABŞ dolları pul vəsaitinin artıq tutaraq, iddiaçıya 10.455 (on min dörd yüz əlli beş) ABŞ dolları məbləğində ziyan vurmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən bu iş üzrə məhkəmə ekspertizası təyin edilərək xx.xx.2021-ci il tarixdə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspert qarşısında sual düzgün qoyulmamış, habelə ekspert rəyinin nəticə hissəsində iş materiallarının 50-ci səhifəsində olan cavabdeh tərəfindən təqdim edilmiş etirazda xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən sonra cavabdehin aldığı pensiyasından hər ay 159 (bir yüz əlli doqquz) ABŞ dolları tutulduğu xx.xx.2021-ci il tarixədək ümumilikdə 11.835,00 (on bir min səkkiz yüz otuz beş) ABŞ dolları məbləğində vəsaitin, Cavabdeh ASC-yə ödənilməsi qeyd olunmuşdur. Bununla bağlı bildirilmişdir ki, bank tərəfindən xx.xx.2016-cı il tarixdən sonrakı ödənişlərlə bağlı iş materiallarında heç bir məlumat olmadığı üçün həmin ödənişlərə münasibət bildirilməmişdir. Həmin ödənişlərin olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməli, müsbət halda cavabdehin borcundan tutullmalıdır kimi qeyd edilmiş, ancaq, ekspert rəyinə diqqət yetirildikdə görünmüşdür ki, rəy ziddiyyətlərlə zəngindir. Beləliklə də ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay cavabdehin pensiyasından 159 (bir yüz əlli doqquz) ABŞ dolları tutularaq iddiaçıya ödənilmiş, digər halda qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixli tarixdən sonrakı ödənişlərlə bağlı iş materiallarında heç bir məlumat olmadığı üçün həmin ödənişlərə münasibət bildirilməmişdir. Burdan belə qənaətə gəlmək olar ki, İddiaçı pensiyasından tutularaq ödənilmiş məbləğ ekspert rəyində göstərilən 11.835 (on bir min səkkiz yüz otuz beş) ABŞ dollarının 6.480 (altı min dörd yüz səksən) ABŞ dolları əsassız hesablanmış, iddiaçı tərəfindən hesablanan rəsmi rəqəmlərdə isə cavabdehdən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ümumilikdə 15.810 (on beş min səkkiz yüz on) ABŞ dolları banka ödənilmiş həmin məbləğdən 5354,25 (beş min üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları banka, qalan 10.455 (on min dörd yüz əlli beş) ABŞ dolları isə “şəxsi hesablara” ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Həmin maddəyə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən cavabdehdən faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilmişdir. Cavabdeh İddiaçı 12-xx-xx-037014 saylı 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləği 583,25 ABŞ dolları həddində müəyyən edilmişdir. Cavabdeh İddiaçı 12-xx-xx-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4.771 ABŞ dolları məbləğində əsas borc və 583,25 ABŞ dolları məbləğində faiz, ümumilikdə isə 5354,25 (beş min üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1243/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 656/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2730/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən cavabdehdən faiz borcunun məbləğinin tutulması hissəsində dəyişdirilmişdir. Cavabdeh İddiaçı 12-xx-xx-037014 saylı 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən tutulmalı olan faiz məbləği 583,25 ABŞ dolları həddində müəyyən edilmişdir. Cavabdeh İddiaçı 12-xxxx-037014 saylı, 02 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 4.771 ABŞ dolları məbləğində əsas borc və 583,25 ABŞ dolları məbləğində faiz, ümumilikdə isə 5354,25 (beş min üç yüz əlli dörd ABŞ dolları, iyirmi beş sent) ABŞ dolları Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Hazırkı iddia tələbinin “Bank tərəfindən qanunsuz tutulmuş artıq pul vəsaitinin geri qaytarılması” şəklində ifadə edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının 2(009)-1243/2016 nömrəli mülki iş üzrə “pul” tələbinə dair cavabdeh qismində göstərdiyi hallar oxşar məzmunludur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunmuşdur (səh.6, 4-cü abzas) «bundan başqa cavabdeh İddiaçı birinci instansiya məhkəməsində iddia tələbinə dair təqdim etdiyi etirazda, apellyasiya şikayətində bankdan kredit götürən vaxtı 1500 ABŞ dolları ilkin olaraq pul ödəməsi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi onun pensiyasından hər ay 159 ABŞ dolları pul tutulması, hazırda isə götürdüyü kreditə görə 12312 ABŞ dolları pul ödəməsini bildirsə də, şəmin xüsusatları təsdiq edən hər hansı sübut təqdim etmədiyindən kollegiya apelyatorun həmin dəllilərini əsassız hesab edir». Halbuki tərəflər arasında artıq qanuni qüvvəsini almış və preyudisial xarakterli məhkəmə aktları mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.2 və 82.3-cü maddələriə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh ASC tərəfindən bağlanmış xx.xx.2015-ci il tarixli 12-xx-xx-037014 saylı kredit müqaviləsi əsasında İddiaçı pensiyasından artıq tutulmanın olubolmaması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə münasibət bildirilimişdir.Bu səbəbdən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-831/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-831/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver