Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-833/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə X1 üçün müəyyən edilmiş 170 manat sabit pul məbləğində tutulan alimentin Cavabdeh müraciət elədiyi tarixdən artırılaraq əmək haqqısının ¼ məbləğində X2 xeyrinə aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmiş alimentin məbləği Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq X1 üçün İddiaçı xeyrinə hər ay hər uşağa 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, cavabdehdən tutulmuş hər uşağa görə 170 manat aliment miqdarı uşağının saxlanılması üçün kifayət etmir. Bu səbəbdən də hesab edir ki, alimentin miqdarı artırılmalıdır. Belə ki, Cavabdeh hərbi qulluqçudur, əmək haqqısı yüksəkdir. İddiaçı xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı iddia ərizəsinə düzəliş ərizəsi təqdim edərək, Nərimanov rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə X1 üçün müəyyən edilmiş 170 manat sabit pul məbləğində tutulan aliment Cavabdeh məhkəməyə müraciət etdiyi vaxtdan artırılaraq əmək haqqısının və bütün gəlirlərin ¼ məbləğində, İddiaçı xeyrinə aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı iddia ərizəsinə düzəliş ərizəsi təqdim edərək, Mələk Rövşən qızının saxlanılması üçün müəyyən edilmiş 170 manat sabit pul məbləğində tutulan aliment artırılaraq Cavabdeh əmək haqqının və bütün gəlirlərinin ¼ hissəsi məbləğində İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, qeyd olunan aliment məbləğini ödəməyə etiraz etmir. Hazırda rəsmi iş yeri var, hərbiçidir və 1029 manat əmək haqqı alır. Aliment məbləğini ödəməyə razıdır. Lakin cənab Prezidentin əlavəsinin müddətinin 1 il müddətinə bitəcəyinin nəzərə alınmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020ci il tarixil qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlaması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2021-ci ilədək 50 (əlli) manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməlidir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti rədd olunmuş, hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020-ci il tarixil qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - 30 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 30/0567 saylı arayışdan görünür ki, İddiaçı F.Yusifov 29, 37 saylı bağçada müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonu köçkünüdür. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissə tərəfindən verilmiş 12 №-li xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, N №-li hərbi hissənin qulluqçusu Cavabdeh aylıq əmək haqqı məbləği vergilər ödənildikdən sonra 1129,63 (min yüz iyirmi doqquz manat altmış üç qəpik) təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının izahatını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020-ci il tarixil qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hər ay cavabdehin əmək haqqının ¼ hissəsi məbləğində aliment tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında. -78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; -78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3584/2020 saylı xx.xx.2020-ci il tarixil qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən 170 manat aliment məbləği hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın 4 yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını – dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissə tərəfindən verilmiş 12 №-li xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, N №-li hərbi hissənin qulluqçusu Cavabdeh aylıq əmək haqqı məbləği vergilər ödənildikdən sonra 1129,63 (min yüz iyirmi doqquz manat altmış üç qəpik) təşkil edir. Məhkəmə araşdırması zamanı cavabdeh yazılı ərizə təqdim edərək, iddia tələbində qeyd olunan aliment məbləğini ödəməyə razı olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə 2020-ci il tarixdən hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılmasını, uşağın böyüməsi ilə onun xərclərinin və tələbatlarının da artmasını, cavabdehin işləməsini, aylıq qazanca malik olmasını, habelə onun iddia tələbi ilə razılığını nəzərə almaqla, aliment məbləğinin dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay iddiaçının xeyrinə cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulmasını ədalətli və qanunauyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun: -9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar; -9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3584/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay onun - cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-833/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-833/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver