Məhkəmə qərarları › İş №2(005)-857/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-857/2021

30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-857/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Mövlüd oğlunun, Cavabdeh "xxxx" MMC-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Mövlüd oğlunun cavabdeh "xxxx" MMC-ya qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Mövlüd oğlunun cavabdeh "xxxx" MMC-ə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə bağlanan müqaviləyə əsasən cavabdehin öz üzərinə götürdüyü öhdəliyə əməl etməməsi nəticəsində iki ay ödədiyi, həmçinin 19.11.2020-ci ildən 19.12.2020-ci ilə qədər ödəyəcəyi kirayə məbləğini, ümumilikdə ona dəyən 900 manat zərərin əvəzini və həmin kvadrat fərqinin yəni, 4000 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22.05.201-ci ildə cavabdeh "xxxx" MMC ilə bağlanan müqaviləyə əsasən, "xxxx" MMC ona ümumi sahəsi 80 kv.m mənzil verməli idi. Həmin proyektə həmin kv.m olan mənzil olmadığı üçün ona iki otaqlı və ümumi sahəsi 92,9 kv.m olan mənzili təklif etmişlər. Bİr şərtlə ki, həmin mənzildə hər kvadrat üçün 500 manat kvadrat fərqini ödəməli idir. Bu isə 7000 manat etmişdir. Həmin məbləği təmirə ayrılmış 12000 manatdan çıxılmış, ona 5000 manat ödəmişdilər. Daha sonra isə həmin mənzili özü olçdükdə mənzilin əslində 86-87 kv.m olduğu ona məlum olmuşdur. Həmin kvadrat fərqinin 4000 manatın ona ödənilməsini tələb edir. Cavabdeh "xxxx" MMC ilə bağlanan müqaviləyə əsasən həmin mənzil tam hazır olub ona təhvil verilənədək, "xxxx" MMC onun kirayə haqqısını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iki aydır ki bağlanan müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və iki aydır ki, kirayə haqqını özü ödəmişdir. Kirayə haqqını öncədən ödənilməli və 19.11.2020-ci il tarixində yenidən 300 manat kirayə haqqı ödəməlidir. Məhkəməyə müraci.t etməkdə məqsədi cavabdehin öz üzərinə götürdüyü öhdəliyə əməl etməməsi nəticəsində iki ay ödədiyi, həmçinin 19.11.2020-ci ildə 19.12.2020-ci ilə qədər ödəyəcəyi məbləği, ümumilikdə isə ona dəymiş 900 manat zərərin əvəzini ödənilməsi və həmin kvadrat fərqinin, 4000 manat öna ödənilməsi ilə bağlıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Mövlüd oğlu iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 22.05.2017-ci il tarixli, 6 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı Mövlüd oğlu arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarına əsasən Xətai rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 8 mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmətrəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda iddiaçının söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 60,63 kv.m ibarət mənzilin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 15% əlavə etməklə tikiləcək binanın 1-ci blokunda 80 kv.m ibarət 3-cü mərtəbədə 9 saylı mənzili iddiaçının sərəncamına verməyi cavabdeh öhdəsinə götürmüşdür. 18.02.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC tikinti şirkətinin Pilot Lahiyə çərçivəsində Zığ yolu 31A ünvanında inşa etdiyi çox mənzilli yaşayış binasının sakinləri akt tərtib etmiş və bildirmişlər ki, 2020-ci ilin sentyabr ayından həmin bina su, elektrik enerjisi və qazla təmin olunmuş, mənzillər onlara təhvil verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X5 06.12.2019-cu il tarixli, 1031 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 3 girişli 2 bloklu 16 mərtəbəli yaşayış binasının təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.07.2021-ci il tarixli, 10/1175 nömrəli ekpert rəyindən görünür ki, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən İddiaçı Mövlüd oğluna məxsus mənzil üzrə tədqiqat aparılmışdır. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan mənzilin ümumi sahəsi cəmi 88,09 kv.metrdir. Qeyd olunmuşdur ki, İddiaçı məxsus mənzildə təmin işləri aparılaraq, yaşayış otaqlarının divarlarına şpaklyovka çəkilmiş, sanitar qovşağının divarlarına kafel vurulduğu müəyyən edilmişdir. Mənzildə aparılmış təmir işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzilin sahəsini azalmasına səbəb olduğu müəyyən edilmişdir. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamar nəticəsində tədqiq olunan İddiaçı məxsus mənzillə eynilik təşkil edən mənzilin ümumi sahəsi, eləcədə tikililərinin cəmi sahələri 93,02 kv.metrdir. Aparılmış tədqiqat nəticəsində "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 22.05.2017-ci il tarixli 6 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yeni binada İddiaçı verilmiş mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalama və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömərli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla 88,09 kv.m təşkil edir. Qeyd olunur ki, iddiaçıya məxsus mənzildə təmir işləri aparılaraq, yaşayış otaqlarının divarlarına şpaklyovka çəkilmiş, sanitar qovşağının divarlarına kafel vurulduğu müəyyən edilmişdir. Mənzildə aparılmış təmin işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzil sahəsinin azalmasına səbəb olmuşdur. Bundan başqa "xxxx" MMC tərəfindən inşa edilmiş binada iddiaçıya verilmiş mənzil ilə eynilik təşkil edən digər təmirsiz mənzilə baxış keçirilərək, ölçü işləri aparılmışdır. Tədqiq olunan iddiaçıya məxsus mənzil ilə eynilik təşkil edən mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikasl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömərli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla 93.02 kv.m təşkil edir. 23.06.2018-ci il tarixli “02.05.2017-ci ildə bağlanmış 6 №-li müqaviləyə əlavədən görünür ki, iddia ərizəsində qeyd olunan binana İddiaçı 80 kv.m əvəzində 92.9 kv.m mənzil götürür və əlavə 12.9 kv.m sahəsi üçün 7000 manat pul ödəyir. "xxxx" MMC Pilot Lahiyə çərçivəsində İddiaçı 80 kv.m mənzili təmirli təhvil verməli olduğunu nəzərə alaraq, həmin mənzilin təmiri 1 kv.m 150 manat olmaqla, 80x150=12000 manat təşkil etmişdir. İddiaçı onun mənzilini MMC tərəfindən təmir olunmasında imtina etdiyi üçün təmirə xərclənəcək vəsaitin bir hissəsini, yəni 7000 manatını, əlavə götürülmüş 12.9 kv.m sahəyə görə qarşılqlı hesablaşma yolu ilə MMC-yə yaranmış borcun silinməsinə və qalan 5000 manat pulun ona nəğd şəkildə ödənildikdən sonra mənzilin təmiri özü tərəfindən aparılmasına zəmanət verilmişdir. 28.07.2020-ci il tarixli İddiaçı "xxxx" MMC-yə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı 23.06.2018-ci il tarixli “02.05.2017-ci ildə bağlanmış 6 №-li müqaviləyə” 5000 manat pulu almış və gələcəkdə şirkətə qarşı sözü gedən müqavilə ilə bağlı heç bir etiraz və şikayəti olmayacağını bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Tərəflər arasında müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus mənzilin əvəzində əlavə 15% olmaqla yeni tikilidə təmirli mənzili verməyi öhdəliyinə götürmüşdür. Lakin iddiaçı təmirdən imtina edərək, təmir xərcləri əvəzində 12.9 kv.m sahəsi artıq olan mənzili götürmüşdür. İddiaçı mənzilin sahəsini ölçdükdə mənzilin 86-87 kv.m olduğunu zənn etmiş və dəymiş zərərin əvəzini ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə araşdırması və ekspertiza rəyindən müəyyən olunmuşdur ki, iddiaçı mənzildə təmir işləri görmüş və mənzilin divar səthində gördüyü suvaq və kafel işləri mənzilin ümumi sahəsinin azalmasına səbəb olmuşdur. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılara uyöun əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının 15.12.2012-ci il tarixli Qərarının: 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir. 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. 3.3. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. 3.4. Yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır. 3.5. Binanın tikinti sahəsi, çıxıntı hissələri, o cümlədən terraslar və bayır giriş pilləkəni (artırma) də daxil edilməklə, onun xarici haşiyəsi üzrə kürsü səviyyəsində üfüqi kəsiyinin sahəsi kimi müəyyən edilir. Dayaqlar üstündə yerləşmiş binanın altındakı sahə, həmçinin binanın altındakı keçidlər tikinti sahəsinə daxil edilir. 3.6. Binanın mərtəbəliliyi müəyyənləşdirilərkən bütün yerüstü mərtəbələr, o cümlədən texniki mərtəbə, mansarda, həmçinin kürsü mərtəbəsi (onun örtüyünün üstü ilə torpağın orta planlaşdırma səviyyəsi arasındakı fərq 2,0 metrdən az olmadıqda) nəzərə alınır. Mərtəbələrin sayı müəyyənləşdirilərkən bütün mərtəbələr - yeraltı, zirzəmi, kürsü, yerüstü, texniki, mansarda nəzərə alınmalıdır. Döşəməaltı hissə hündürlüyündən asılı olmayaraq, həmçinin hündürlüyü 1,8 metrdən az olan mərtəbələrarası məkan və texniki çardaq yerüstü mərtəbələrin sayına daxil edilmir. Binanın müxtəlif hissələrində müxtəlif sayda mərtəbələr olarsa, həmçinin bina maillik olan sahədə yerləşdikdə və maillik hesabına mərtəbələrin sayı dəyişdikdə mərtəbəlik binanın hər bir hissəsi üçün ayrıca təyin edilir. 3.7. Yaşayış binasının tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan hissənin (yerüstü hissənin) və bu səviyyədən aşağıda olan hissənin (yeraltı hissənin) tikinti həcminin cəmi kimi təyin edilir. Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir. 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5-ci maddəsinə əsasən mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. İşiin hallarından göründüyü kimi, iddiaçı mənzilin sahəsini ölçərkən rəydə qeyd olunan şərtləri nəzərə almamışdır. Müfavafiq ekspert rəyindən göründüyü kimi iddiaçının mənzilində aparılmış təmin işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzil sahəsinin azalmasına səbəb olmuşdur. Bununla belə bu mənzillə eynilik təşkil edən mənzillərin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikasl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömərli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla 93.02 kv.m təşkil edir. Qeyd edilənlərə əsasən Cavabdeh MMC müqavilədə nəzərdə tutulan şərtləri yerinə yetirməklə tərəflərin razılığı ilə müəyyənləşən sahədə və ölçüdə mənzili iddiaçının istifadəsinə vermişdir. Odur ki, iddiaçının tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır. Bundan başqa iddiaçı 19.11.2020-ci ildən 19.12.2020-ci ilə qədər ödədiyi kirayə məbləğini müqaviləyə əsasən tələb etsə də, iş materiallarında olan 18.02.2021-ci il tarixli aktdan və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X5 06.12.2019-cu il tarixli, 1031 nömrəli rəyindən görünür ki, bina sakinlərə 2019-cu ilin noyabr ayında təhvil verlmiş və "xxxx" MMC-nin 22.05.2019-ci il tarixli müqavilə üzrə aylıq kirayə məbləğinin əvəzini ödəməsi öhdəliyi tam yerinə yetirilmiş və zərurət qalmamışdır. Ona görə də, məhkəmə iddianı bu hissədə rədd edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Mövlüd oğlunun cavabdeh "xxxx" MMC-ya qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Mövlüd oğlundan tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar