Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-869/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4762/2015 saylı 29 sentyabr 2015-ci il tarixli qətnaməsi üzrə 159 manat məbləğində aliment məbləğini yenidən artıraraq Cavabdeh Əbülfəz oğlundan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq 1 (bir) uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin artırılaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Əbülfəz oğlu ilə İddiaçı 18 iyun 2005-ci il tarixində rəsmi nikaha daxil olmuş, faktiki birgə nikahdan 20 sentyabr 2005ci il təvəllüdlü X6 adlı, 06 iyun 2011-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində 28 iyun 2016-cı il tarixində nikahın pozulması haqqında AZ-İ № 244761 saylı şəhadətnamə alınmışdır. Alimentin ödənilməsi məqsədi ilə ölkə üzrə Azərbaycan Respublikasında 2015-ci il üçün "Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 2015-ci il üçün yaşayış minimumu uşaqlar üçün 108 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar ilk dəfə Nərimanov Rayon Məhkəməsinə Cavabdeh Əbülfəz oğlundan 2 (iki) uşağa görə övladının yetkinlik yaşına çatanadək, saxlanması üçün hər ay 108 (yüz səkkiz) AZN cəmi 2016 (iki yüz on altı) AZN tutulması haqqında Nərimanov Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul etməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli İş № 2(005)-4762/2015-ci ildə məhkəmənin çıxardığı qətnaməsi ilə 29 sentyabr 2015-ci il tarixindən başlayaraq hər ay 1 (bir) uşaq üçün 108 (yüz səkkiz) manat cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsinə baxılmış, lakin əmək haqqına uyğun 1/3 hissəsi ilə məhkəmənin qərarı ilə cavabdehin əmək haqqının 1/3 hissəsi (143:3=47.6) yəni 47.6 manat təşkil edilməsi göstərilmişdir. Belə olan halda 159 manat sabit məbləği aliment tutularsa, tələb (47+159=206) manat bərabərdir. Məhkəmənin qərarına əsasən cavabdeh hər ay 159 manat sabit pul məbləği iddiaçının xeyrinə tutulması haqqında qərar qəbul edilmişdir. Lakin Cavabdeh Əbülfəz oğlunun 01 noyabr 2023-cü il tarixinədək 6534 (altı min beş yüz otuz dörd) manat aliment pulunu ödəməmişdir. Buna baxmayaraq ki, hər ay 159 (yüz əlli doqquz) manat ödəməlidir, ancaq hər ay kəsirli yarımçıq, 30, 40-50, 100 manat vəsaiti ödəyir, əsas vəsait vaxtı gecikdirib ödəməklə davam edir, kifayətlənib məhkəmənin qəbul etdiyi 160 (yüz altmış) manatdan imtina edib vəsaiti icra etməyib məsuliyyətindən yayınmışdır. Lakin 160 manat son zaman ödəyir, qalıq borc yenə də qalmaqda davam edir. Bundan başqa əlavə olaraq hal-hazıradək 6534 (altı min beş yüz otuz dörd) manat aliment pulunu ödəmir. İddia qaldırılan dövrədən 15.264 (on beş min iki yüz altmış dörd) manat ödənilməlidir, lakin 8730 (səkkiz min yeddi yüz otuz) manat ödənilmişdir, 6534 (altı min beş yüz otuz dörd) manat borcu qalmışdır. Bu vəsaitin taleyi bilinmir. Hal-hazırda 01 noyabr 2023-cü il tarixindən 6534 (altı min beş yüz otuz dörd) manat əlavə borc qalığı yaranmışdır. İddiaçı məhkəmədən xahiş edir ki, hal-hazırda Cavabdeh Əbülfəz oğlunun qalıq borcu olan aliment pulundan qalıq borc olan məbləğinin birdəfəlik əlavə bir hissəsi də tam ödənilməsi və hər ay 150-200 manat aliment pulu haqqında qətnamə qəbul edilməsini xahiş edir. Qeyd etdiyi gəlir və stabil məvacibi olduğu halda aliment pulunu kəsirlə və gecikdirməklə ödəyir. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 29 sentyabr 2015-ci ildən 159 (yüz əlli doqquz) manat aliment pulu ödənilməlidir. Lakin xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək yəni 96 ay müddətində aliment pulunu ödəməli olduğu halda cəmi hər ay kəsirlə 69 dəfə ödəmiş, 27 dəfə isə ödəməmişdir və məsuliyyətdən yayınmışdır. Beləliklə, 8 halda ödənişi olmuşdur, yəni 160x47=7520 manat, 10x1=10 manat, 30x1=30 manat, 170x1=170 manat, 50x16=800 manat, 40x1=40 manat, 60x1=60 manat, 100x1=100 manat, ümumi cəmi 8730 manat vəsaiti ödəməklə kifayətlənmişdir, qalıq borcu 6534 manat ödənilməmiş qalmışdır. Aliment öhdəliyi yarandığı gündən 96 ayda hər ay 159 manat ödənilməli aliment vəsaitinin məbləği 15.264 manat olmalı idi. (15.264-8730=6534). Bu ödənişlər birbaşa poçt və Bank vasitəsi ilə həyata keçirilmişdir. Eyni zamanda iddiaçı qeyd edir ki, aralarında nikah pozulduqdan sonra heç bir zaman övladları ilə maraqlanmamışdır, təlim-tərbiyəsi ilə, dərsləri və sağlamlıqları ilə, habelə heç bir bayramlarda, hətta ad günlərini belə yada salıb təbrik etməmişdir. Böyük övladı dəfələrlə zəng edib vəziyyətinin pis olduğunu bildirsə də, acı ifadələrlə cavab vermişdir. İddiaçı əmək fəaliyyəti göstərir, ancaq əmək haqqı dolanışığa kifayət etmir. Eyni zamanda bildirir ki, hal-hazırda iddiaçı və cavabdeh ayrı-ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat aparırıq, övladı da iddiaçı ilə birlikdə qalmaqla onun himayəsindədir. Hal-hazırda iddiaçı valideynlərinin himayəsində yaşayır. İddiaçı bildirir ki, övladlarının sağlamlığı keşiyində durub ərzaq, geyim, dəftər-kitabını vaxtlı-vaxtında təmin edilməsində çətinlik çəkib yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu, alimentin artırılması üçün əsasların olmadığını bildirib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan bir övladı doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır və onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh Əbülfəz oğlu ilkin mediasiyada iştirak etmiş, İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli, AZ-İ 244761 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 195 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Quliyev, qadına Baxışova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2011-ci il tarixli, AZ-İİ 725899 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Sabirabad rayon Qalaqoyun kənd K/D icra nümayəndəliyi tərəfindən verilən xx.xx.2005-ci il tarixli, AZ-İ 678645 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-4762/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Cəbrayıl rayon Qeydiyyat Şöbəsində 18 iyun 2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 257 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 20 sentyabr 2005-ci il təvəllüdlü X4 və 18 iyun 2011-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş 20 sentyabr 2005-ci il təvəllüdlü X2 və 18 iyun 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 04 avqust 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında və 159 (yüz əlli doqquz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən bu günə kimi "xxxx" QSC-də avtomobil sürücüsü peşəsində çalışır və aylıq əmək haqqısı xx.xx.2023-cü il tarixdən 889 AZN təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Düzdür iddiaçı 2023cü il üçün nəzərdə tutulmuş aliment miqdarının uşaq üçün yaşayış minimumunu tələb etmişdir. Ona görə də məhkəmə tələb olunan məbləğdə alimentə qiymət vermişdir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia tələbi alimentin tutulması hissəsində təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə əlavə olaraq iddia tələbinin “alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq“ tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4762/2015 saylı 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməli, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməli, Cavabdeh 60 manat mediasiya xərci tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4762/2015 saylı 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 60 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-869/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-869/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver