Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-874/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru X1 1076 manat əsas borcun, 32 manat məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı qarşı tərəflə aralarında barışıq sazişi bağlandığını bildirərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi – qanuni təmsilçisi X3 arasında bağlanmış 01 may 2025-ci il tarixli Barışıq sazişindən görünür ki, Tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar:
1. Cavabdeh Məhdud Cəmiyyətinin rəhbəri Afaq Sadıqova İddiaçı olan borcunu 600 avro (manat hesabı 1156 AZN pulu) və məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqəar olaraq ödənilən 70 (yetmiş) manat olmaqla 1226 azn pulunun may ayının 15-dən başlayaraq 12 ay - 1 il müddətinə hər ay 102 (yüz iki) manat olmaqla Mehmed ER-in adına olan **********652347 kart hesabına ödəyəcəkdir.
2. “Golden Turizim” Məhdud Cəmiyyətinin rəhbəri Afaq Sadıqova, iddiaçı Türkiyə Respublikası vətəndaşı İddiaçı 600 avro (manat hesabı 1156 AZN pulu) və məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilən 70 (yetmiş) manat olmaqla 1226 azn pulunu ödəməyi öz üzərinə götürür, may ayının 15-dən başlayaraq 12 ay – 1 il ərzində hər ay 102 (yüz iki) manat olmaqla Mehmed ER-in adına olan kapital bank **********652347 hesabına ödənilməsinə imtina etmir.
3. Cavabdeh bu barışıq sazişinin şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçı barışıq sazişinin məcburi icra olunması məqsədilə icraya göndərilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair 2(005)-874/2025 saylı mülki iş üzrə İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi – qanuni təmsilçisi X3 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “Golden Turizim” Məhdud Cəmiyyətinin rəhbəri X3, iddiaçı Türkiyə Respublikası vətəndaşı İddiaçı 600 avro (manat hesabı 1156 AZN pulu) və məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq ödənilən 70 (yetmiş) manat olmaqla, cəmi 1226 (min iki yüz iyirmi altı) manat pulu ödəməyi öz üzərinə götürür, may ayının 15-dən başlayaraq 12 ay – 1 il ərzində hər ay 102 (yüz iki) manat olmaqla Mehmed ER-in adına olan “Kapital bank” **********652347 hesabına ödənilməsinə imtina etmir.
2. Cavabdeh bu barışıq sazişinin şərtlərinə əməl etmədiyi təqdirdə iddiaçı barışıq sazişinin məcburi icra olunması məqsədilə icraya göndərilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair 2(005)-874/2025 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) şikayət verilə bilər.
Sədrlik edən: Səbinə Nuriyeva