Məhkəmə qərarları › İş №2(005)-883/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-883/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-883/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X7 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh2SC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı və Cavabdeh2SC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı və Cavabdeh2SC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 notariusu X6 tərəfindən 8İ-11405 nömrəli reyestrlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 25 manat dövət rüsumu və 4644,10 manat pulun tutulması haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 notariusu X6 tərəfindən 8i- 11405 nömrəli reyestrlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən məndən "xxxx" ASC-nin xeyrinə 25 manat dövət rüsumu, 4644.10 manat oul tutulması haqqında Nizami rayon İcra Şöbəsinə icra qeydi göndərilmişdir. Nizami rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli "İcraata başlamaq haqqında" qərarı ilə icraata başlanmışdır. Lakin, Cavabdeh1 notariusu X6 tərəfindən 8i-l 1405 nömrəli reyestrlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Belə ki, borc verən "xxxx" ASC ilə iddiaçının arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit meüqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 34 ay müddətinə qaytarmaq şərti ilə 4300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlanmasından bir müddət kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirirək, aylıq ödənişləri ödəyərək, 3320 manat ödənilş etsə də, sonradan kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirə bilmədiyindən, xx.xx.2015-ci il tarixli İB- RV/069894/55/3 saylı sa/işə əsasən kredit müqaviləsi restrukturizasiya edilmiş, ödənilməmiş qalan 3912.22 manat məbləğində borc 72 ay müddətinə ödəmək şərti ilə yeni ödəniş cədvəli verilmişdir. Həmin vaxtdan isə kredit müqaviləsi üzrə ödənişlər iddiaçının aylıq pensiyasına yönəldilmiş və pensiyasından kredit məbləği tutulmuşdur. 2013-cü ildən 2022-ci il tarixinədək "xxxx" ASC kreditin tutulması barədə məhkəməyə müraciət etməmişdir. Lakin 2022-ci ildə artıq kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə iddia müddətinin keçməsini müəyyən etdikdə, məhkəmənin iddianı rədd edəcəyini güman edərək, məhkəməyə müraciət etmədən, 30 saylı Notariat Ofisinə müraciət etmiş və Cavabdeh1 notariusu X6 tərəfindən 8i-11405 nömrəli reyestrlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 25 manat dövət rüsumu, 4644.10 manat pul tutulması haqqında Nizami rayon İcra Şöbəsinə icra qeydi göndərilmişdir. 30 saylı Notariat Ofisinin notariusu isə kredit müqaviləsi üzrə ödənilmiş məbləğləri nəzərə almadan, mübahisə olmasına baxmayaraq, tələbkarın tələb etdiyi məbləğdə ödənişin tutulması barədə qərar qəbul etmişdir. "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsinin icra müddəti başa çatmışdır. İddiaçı isə məhkəməyə müraciət etməmişdir və nəticədə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır. Hesab edir ki, Cavabdeh1 notariusu X6 tərəfindən 8i-l 1405 nömrəli reyestrlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 25 manat dövət rüsumu, 4644.10 manat pul tutulması haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, borcunun şişirdildiyini, bankla arasında bağlanmış restruktruzasiya müqaviləsini bankda imzalasa da hesab edir ki, o müqavilənin şərtləri düzgün deyil, onun hüquqlarını pozur, həmin şərtləri o vaxt xəstəliyi ilə əlaqədar daha sonra görmüşdür. Belə ki, o hazırda həmin şərtlərlə razı deyil. Bundan başqa hesab edir ki, bankla arasında 2013-cü il tarixdə bağlanmış müqavilə üzrə bank pul tələbi üçün iddia müddətini ötürmüşdür. Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyək, iddianın əsassız olduğunu bildirdi, tərəflər arasında 2015-ci ildə kredit müqaviləsinin yeni şərtlərlə müddəti uzadılmaqla restrktruzasiya edildiyini və iddiaçının həmin şərtlərlə razılaşıb müqaviləni bağladığını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin nümayəndəsi xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş edərək, mübahisənin həlli üzrə məsələni məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin nümayəndəsi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış bildirişdə qeyd edilir k, Sizin barənizdə xx.xx.2015 tarixli, № RV/06894/55/3 saylı, borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. Həmin sənədə görə 72 ay müddətinə, illik 26.88 faiz olmaqla 3913.22 Azərbaycan manatı məbləğində kredit götürmüsünüz və öhdəliyiniz yaranmışdır. xx.xx.2021 tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2022 tarixinə xx.xx.2015 tarixli, № RV/06894/55/3 saylı sənəddən irəli gələrək 1454.36 AZN əsas, 3138.49 AZN faiz, 0.00 AZN cərimə borcu tərəfinizdən ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. xx.xx.2022-ci il tarixli İcra qeydinin surətindən görünür ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X6 “Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə Cavabdeh2 ASC-nin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı RV/06894/55/3 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4619 manat 10 qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4644 manat 10 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2022 tarixdə aparılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli 9/1787 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 02 dekabr 2015- ci il tarixli, RV/06894/55/3 saylı X3 qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; müqavilə müddətinə əsas borc üzrə 1404,35 manat; faiz borcu üzrə 2762,61 manat, icra qeydinin çıxarıldığı tarixə əsas borc üzrə 1404,35 manat; faiz borcu üzrə 3079,28 manat. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2015-ci tarixli, № RV/06894/55/3 saylı kredit müqaviləsinə əsasən borc verən Cavabdeh2 ASC borcalan İddiaçı 72 ay müddətinə, illik 26,88 faiz olmaqla 3913,22 Azərbaycan manatı məbləğində kredit vermiş, borc alan krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2022-ci il tarixinə İddiaçı xx.xx.2015-ci tarixli, № RV/06894/55/3 saylı sənəddən irəli gələrək 1454,36 AZN əsas, 3138,49 AZN faiz, 0 AZN cərimə borcunun olduğu, bu səbəbdən də borcun ödənilməsi xahiş edilmiş, notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat verilmişdir. Hazırda iddiaçı məhkəmədə onun banka ödənişlərinin nəzərə alınmadan icra qeydi verilməsini, o cümlədən 2013-cü ildən 2022-ci il tarixinədək "xxxx" ASC kreditin tutulması barədə məhkəməyə müraciət etmədiyindən, iddia müddətini ötürməsi səbəbindən məhkəmənin iddianı rədd edəcəyini güman edərək, məhkəməyə müraciət etmədən, 30 saylı Notariat Ofisinə müraciət etməsini mübahisələndirir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü İddiaçı üzərinə düşür. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə iddiaçının banka olan ümumi borcu 4483,63 manat təşkil etmişdir. Göründüyü kimi, iddia tələbinin dəlilləri (onun banka ödənişlərinin nəzərə alınmadan) ekspertiza rəyi ilə təkzib olunmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, icra qeydindəki məbləğlə ekspert rəyi arasında 160,47 manat fərq mövcuddur. Lakin bu fərqin olması icra qeydinin ləğvi üçün hüquqi əsas hesab oluna bilməz. Çünki qanunvericilikdə icra qeydinin ləğvi üçün nəzərdə tutulmuş hüquqi əsaslar başqadır. Göründüyü kimi, qanunverici icra qeydi aparılmış tələb üzrə borclunun məhkəməyə müraciət etmək hüququnu müəyyən etmişdir. Belə olanda isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı artıq hesablanmış borc məbləğinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının əsas gətirdiyi dəlillər məhkəmədə işin araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı belə iddia irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, icra qeydi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Cavabdeh2 ASC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı xəbərnaməli poçtla bildiriş göndərilmiş, həmin bildiriş ünvan sahibinə çatdırılmış, nəhayət borclu tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən Notarius xx.xx.2022-ci il tarixdə icra qeydi vermişdir. Məhkəmə yekun olaraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı və Cavabdeh2SC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, icra qeydi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Cavabdeh2 ASC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı xəbərnaməli poçtla bildiriş göndərilmiş, həmin bildiriş 3 dəfə ünvan sahibinə çatdırılmağa cəhd edilsə də bu mümkün olmamış, nəhayət borclu tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən Notarius xx.xx.2021-ci il tarixdə icra qeydi vermişdir. Məhkəmə yekun olaraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı və Cavabdeh2SC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış aparılmış mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizasının hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar