Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-89/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus, ünvan 1 ünvanda yerləşən mənzilinə onun təqsirli hərəkətləri nəticəsində vurulmuş 5000 manat məbləğində maddi ziyanın və tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. İddiaçı bildirir ki, qeyd olunan mənzil göstərdiyi ünvanda yerləşən yaşayış binasının 4-cü mərtəbəsində yerləşir. Həmin binanın 5-ci mərtəbəsində, yəni onun mənzilinin üstündə cavabdehə 19 noyabr 2005-ci il tarixdən 29 sentyabr 2022-ci il tarixədək məxsus olmuş 51 saylı mənzil yerləşir. Cavabdeh 2022-ci ilin sentyabr ayında həmin mənzili satmışdır. Lakin xeyli müddətdir ki, yəni 2018-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayınadək cavabedhin mənzilindən ona məxsus mənzilə su axıdılmış və dəfələrlə onun tərəfindən xəbərdarlıq edilməyinə baxmayaraq cavabdehin mənzilində olan nasazlığı aradan qaldırmaması nəticəsində onun mənzili bərbad vəziyyətə düşmüşdür. O, bildirir ki, hər dəfə cavabdehə qonşuluq münasibətlərinə hörmətlə yanaşmasını bildirib bunun qarşısını almağı xahiş etmişdir. Cavabdeh suyun axıdılmasnın müəyyən müddət qarşısını alsa da, yenidən su axıdılması mütəmadi olaraq davam etdirilmişdir. Cavabdeh mənzili satan ərəfədə isə onun təqsiri nəticəsində bərbad vəziyyətə düşən mənzilini təmir etdirməsini, yaxud da ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etsə də, müxtəlif bəhanələr gətirərək bunu elməmiş və mənzili başqa bir şəxsə sataraq çıxıb getmişdir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən heç bir tədbir görülmədiyini və ümumiyyətlə hər hansı tədbir görülməsindən imtina etdiyini görüb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o əvvəl yaşadıqları binanın aid olduğu «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə müraciət etmişdir. «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti onun müraciəti əsasında mənzillərə baxış keçirərək həqiqətən də cavabdehə məxsus olmuş 51 saylı mənzildən axıdılan su nəticəsində onun mənzilinin bərbad vəziyyətə düşməsi müəyyən olunmuş və müvafiq olaraq akt tərtib olunmuşdur. İddiaçı bildirir ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində ustaların hesablaması ilə ona ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, cavabdeh tərəfindən ona məxsus əmlakla maddi ziyanın vurulduğunu, bu səbəbdən də iddiasının əsaslı olduğunu və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında heç bir üzrlü səbəb təqdim etmədən iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsiinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən 48 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri X7(0ZEA8E7), cəmiyyətin komendantı X6(AZE№********), qonşu X4 (AZE№********) bu aktı ona görə tərtib etmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 saylı yaşayış binasının 5-ci mərtəbə 51 saylı mənzilindən 2018-ci ildən su sızması nəticəsində aşağı mərtəbədə olan 4-cü mərtəbə 48 saylı axması nəticəsində ziyan dəymişdir. Su axması nəticəsində 48 saylı mənzilin divar kağızlarının kiflənmiş, mənzilin elektrik xətlərində nasazlıq və təhlükə yaranmış, tavanın bir hissəsin qopmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 18 №-li arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən yaşayış binasının 51 saylı mənzilində xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həmin mənzilin mülkiyyətçisi olub. İş materiallarında olan Azərbaycan Respublikası «Nərimanov-5» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-ci il tarixli 02 №-li arayışından görünür ki, X2 Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən yaşayış binasının 51 saylı mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə sorğusuna cavab məktubunda görünür ki, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12, mənzil 48 ünvanı xx.xx.2006-cı il tarixdə X3 adına ilkin qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 9 saylı NKnın 4ə-583 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə baxışı zamanı məhkəmə tikinti-texni ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/1 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 saylı evin 48 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2083,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində yerləşən 9/12 saylı evin 48 saylı mənzildə su sızması vurulmuş zərərin həcmi 2083,0 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 2083 (iki min səksən üç) manat İddiaçı xeyirinə tutulmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev 9/12 ünvanda yerləşən 48 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 2083,0 (iki min səksən üç) manat məbləğində pul və iş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-89/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-89/2024
22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver