Məhkəmə qərarları › İş №2(005)-913/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-913/2021

07.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-913/2021 07.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədov Anar Rasim oğlunun katibliyi ilə, İddiaçı “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Ferrum Capital” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 662 (altı yüz altmış iki) manat məbləğində əsas və 99,29 (doxsan doqquz manat iyirmi doqquz) manat məbləğində cərimə borcunun, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 966 (doqquz yüz altmış altı) manat dəyərində nisyə aldığı malın 80 (səksən) manat hissəsini ilkin olaraq ödəmiş, qalan 886 (səkkiz yüz səksən altı) manat hissəsini isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 (on iki) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 886 (səkkiz yüz səksən altı) manat məbləğindəki tələb hüququ “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Eyni zamanda, tələb hüququnun “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə, satıcı alıcıya qeyd olunan müqavilənin 1 nömrəli əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqısatqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 nömrəli əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh sonuncu dəfə xx xxxxxx 2020-ci ildə ödəniş etmişdir. Cavabdeh bu günə 662 (altı yüz altmış iki) manat məbləğində əsas və 99,29 (doxsan doqquz manat iyirmi doqquz) manat məbləğində cərimə borcu yaranmışdır. Eyni zamanda, həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən, mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı iddiaçı şəxs tərəfindən Cavabdeh bildiriş göndərilmiş, lakin borclu şəxs tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddiaçı təşkilat müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli WFK001414 nömrəli nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən cavabdeh 966 (doqquz yüz altmış altı) manat dəyərində nisyə aldığı malın 80 (səksən) manat hissəsini ilkin olaraq ödəmiş, qalan 886 (səkkiz yüz səksən altı) manat hissəsini isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 (on iki) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan xx xxxxxx 2019-cu il tarixli R-268/19 nömrəli faktorinq (tələbin güzəşti barədə) müqaviləsinin və həmin faktorinq müqaviləsinə əlavə olunan xx xxxxxx 2020-ci il tarixli R-2xx/xx-0022 nömrəli sazişin məzmunundan görünür ki, müvafiq müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş sazişə əsasən “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 886 (səkkiz yüz səksən altı) manat məbləğindəki tələb hüququ “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş tələb hüququnun “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya göndərilmiş xx xxxxxx 2020-ci il tarixli müvafiq bildirişin surətindən görünür ki, ümumilikdə 761,29 (yeddi yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində qalıq borcu 3 (üç) gün müddətində tam olaraq ödənilməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh iddiaçı “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə 662 (altı yüz altmış iki) manat məbləğində əsas və 99,30 (doxsan doqquz manat otuz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 761,30 (yeddi yüz altmış bir manat otuz qəpik) manat məbləğində qalıq borcu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 966 (doqquz yüz altmış altı) manat dəyərində nisyə aldığı malın 80 (səksən) manat hissəsini ilkin olaraq ödəmiş, qalan 886 (səkkiz yüz səksən altı) manat hissəsini isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 (on iki) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən “Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 886 (səkkiz yüz səksən altı) manat məbləğindəki tələb hüququ “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Eyni zamanda, tələb hüququnun “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Cavabdeh sonuncu dəfə xx xxxxxx 2020-ci ildə ödəniş etmişdir. Cavabdeh bu günə 662 (altı yüz altmış iki) manat məbləğində əsas və 99,29 (doxsan doqquz manat iyirmi doqquz) manat məbləğində cərimə borcu yaranmışdır. Müvafiq kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər; 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər; 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 662 (altı yüz altmış iki) manat məbləğində əsas və 99,29 (doxsan doqquz manat iyirmi doqquz) manat məbləğində cərimə borcu, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 791,69 (yeddi yüz doxsan bir manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq “Ferrum Capital” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar