Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-918/2021 11.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (elektron qolbaq 1 əd x 637.91 AZN) ümumi dəyəri 637.91 AZN məbləğində pulun ondan alınaraq dövlət büdcəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Quliyev X1 Rayon Məhkəməsinin 7(005)137/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Nəsimi Rayon Məhkəməsinin 1(006)- 288/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 24 gün islah işləri cəzası 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Hökmün icrasına nəzarət İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə şöbənin icra məmuru (probasiya üzrə) X2 tərəfindən məhkum Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixli protokol tərtib edilmiş və Cavabdeh cəzanın İcrası ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh xx.xx.2020-ci il tarixdə şöbədə olarkən yazdığı izahatında xx.xx.2020-ci il tarixdə səhər saat 09:00 radələrində corabını rahat geyinmək istəyərkən həmin qırılmış qolbağı bir az yuxarı qaldırdığını və bu zaman qolbağın açıldığını gördüyünü qeyd etmiş, sadə elektron qolbağa heç bir fiziki təsir göstərmədiyini, qolbağın qopmasında onun heç bir günahı olmadığını, qolbağın qırılma anında evdə atasının və anasının şahid olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsindən göndərilmiş məktubda həmin vasitənin ümümi dəyəri (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh, təhvil verilmiş (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN ödənilməsi tələb olunmuş, bu barədə ona bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum Cavabdeh xəstəliyi ilə əlaqədar olaraq, hal-hazırda işləmədiyi üçün həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda cavabdeh lazımınca məsuliyyətli olmadığından ona təhvil verilmiş avadanlıqları yararsız hala salmış, iddiaçıya maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Həmin Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(005)-137/2020 saylı qərarı ilə məhkum Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-288/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 11 ay 24 gün islah işləri cəzası 5 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla, Cavabdeh üzərinə yaşayış axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmaqla, azadlığın məhdudlaşdırılması cəzasının icrası Cavabdeh yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Cavabdehə 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Cavabdeh həmin elektron qolbağı zədələmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsindən göndərilmiş məktubda həmin vasitənin ümümi dəyəri (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh, təhvil verilmiş (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN ödənilməsi tələb olunmuş, bu barədə ona bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum Cavabdeh xəstəliyi ilə əlaqədar olaraq, halhazırda işləmədiyi üçün həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə və xx.xx.2020-ci il tarixli azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş şəxslə aparılmış söhbətin nəticələrinə dair protokollar tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 21-3-1717 nömrəli məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında cədvəldə qeyd olunduğu kimi 637 manat 91 qəpik (altı yüz otuz yeddi manat doxsan bir qəpik) müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törtəmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcra” haqqında Azərbaycan Respublikası qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzfiəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsindən göndərilmiş məktubda həmin vasitənin ümümi dəyəri (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh, təhvil verilmiş (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN ödənilməsi tələb olunmuş, bu barədə ona bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum Cavabdeh xəstəliyi ilə əlaqədar olaraq, hal-hazırda işləmədiyi üçün həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri iddiaçıya vurulmuş maddi zərər kimi qiymətləndirilməlidir. Belə ki, Ədliyyə Nazirliyinin məktubunda qeyd edildiyi kimi elektron nəzarət vasitəsinin maddi dəyəri 637 manat 91 qəpik müəyyən edildiyindən cavabdehin vurulmuş zərərə görə iddiaçı qarşısında maddi məsuliyyəti yarandığından cavabdeh vurmuş olduğu zərəri iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia təmin edilməli, Cavabdeh ümumi dəyəri 637,91 (altı yüz otuz yeddi manat 91 qəpik) AZN pul alınaraq İddiaçı xeyrinə tutulmaqla dövlət büdcəsinə köçürülməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumi dəyəri 637,91 (altı yüz otuz yeddi manat 91 qəpik) AZN pul İddiaçı xeyrinə tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-918/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-918/2021
11.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver