Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-938/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması, əldən çıxmış faydanın ödənilməsi, şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş akta əsasən ona təhvil verilmiş Cavabdeh əşyalarının (altı ildən artıq müddətdə iddiaçının mənzilində saxlanıldığını nəzərə alaraq) onun cavabdehliyindən çıxarılması, sahibsiz əmlakın daşınmasına və əldən çıxmış fayda olaraq xx.xx.2018-ci il tarixdən əşyalar daşınan günə qədər hər ay üçün 300 manat məbləğinin əşyaları üzündən mənzildən istifadə edə bilmədikləri üçün Cavabdeh ona ödəməsini, iddiaçını sosial mediyada təhqir edib böhtan atdığı üçün cəzalanmasını və mənəvi zərər olaraq 30.000 manat ödəməsini, Cavabdeh və oğlu H.Qənbərovun mənzilində heç bir hüquqi sənəd olmadan daxil olaraq 12 gün mənzildə yaşayıb enerji, qaz və sudan istifadə edib mənzilin döşəmələrini tualet kimi istifadə edib mənzili bərbad etdikləri üçün vurduqları maddi və mənəvi zərərin qarşılığı olaraq 10.000 manat ödəmələrini, Cavabdeh və oğlu H.Qənbərovun maddi ziyan tələbi ilə məhkəməyə müraciət edərək 60.000 manatın ekspertiza və araşdırma nəticəsində sübut olunmadığı üçün böhtan olaraq qəbul edilib Cavabdeh və oğlu H.Qənbərovun şər atdıqları üçün mənəvi zərər olaraq həmin məbləği 60.000 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı İddiaçı cavabdehlər Cavabdeh, X6, X10 və X4 qarşı ünvan 1 ünvanlı “mənzildən cıxarılma tələbinə dair iddia ərizəsinə və Cavabdeh İddiaçı və X11 qarşı “mənzilə görə ödənilmiş pulun və çəkilmiş xərcin əvəzinin geri qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işdə İddiaçı 24.000 ABŞ dolları və 6.107 manat məbləğində pulun alınıb Cavabdeh ödənilməsi barədə mülki işə X14 hakimliyi ilə baxılmışdır. xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsində Cavabdeh, Y.Qənbərov, H.Qənbərov, V.Haxverdiyev mülkiyyət hüququ ilə İddiaçı məxus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 140,98 kv.m mənzilin 46.87 sahədən ibarət olan 3 otağindan çıxarılması, İddiaçı 24.000 ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6.107 manat mənzilin təmiri üçün sərf edilmiş pul vəsaitinin alınaraq Cavabdeh xeyrinə ödənilməsı qət edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən 2(010)-76/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərara əsasən qətnamənin “mənzildən çıxarılma tələbinə dair” hissəsi icra edilmiş, Cavabdeh təqdim edilən bildirişlərə baxmayaraq icrada iştirak etməmişdir. Nəticədə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi xx.xx.2018-ci il tarixli akt tərtib edərak Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 75, mənzil 20-də olan əşyaları İddiaçı saxlamaq üçün təhvil vermişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadənin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-76/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra sənədinin yenidən icraya göndərilməsi barədə və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 saylı qətnaməsi ilə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi anı (vaxtı) ilə bağlı məhkəmə tərəfindən qətnaməyə izah verilməsini xahiş etmiş, hakim Gulsarə İmanova xx.xx.2018-ci il tarixli qərardadda Cavabdeh hər iki şikayətini təmin etmişdir. A.Hamidova tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində Rafael Eyvazovun sədrliyi ilə keçirilən xx.xx.2018-i il tarixli 2(103)-13296/2018 saylı iş üzrə məhkəmə iclasında baxılaraq xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən 2(010)-76/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərar ləğv edilmiş və həmin icra sənədi yenidən icraya göndərilmiş, izahla bağlı ərizə yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə geri göndərilmış xx.xx.2019-cu il tarixdə Suraxanı Rayon Məhkəməsinin hakimi Leyla Talıbova tərəfindən ləğv edilmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh bu günə qədər əşyalarını təhvil almamışdır. Bildirir ki, ünvan 2, 46.87 kv.metr 3 otaqlı mənzil 1-ci mərtəbədə yerləşir, havasız və nəmdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən iddiaçıya saxlamaq üçün verilmiş əşyalar xx.xx.2018-ci il tarixinə artıq tullantı vəziyyətində olduğundan (xx.xx.2018-ci il tarixli icra şöbəsi tərəfindən aparılan kamera çəkilişləri mövcuddur) hal hazırda artıq üfunət vəiyyətindədir və evi böcək basır. Mənzil Cavabdeh aid tullantıların əlindən istifadəyə yararsız haldadır, evdə iydən nəfəs almaq olmur. Bina qəzalı olduğu üçün yaxın müddətdə söküləcəkdir. Dəfələrlə iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə yazılı və şifahi olaraq əşyaların daşınması barədə müraciət etmişdir. Cavabdeh icra şöbəsinin xəbərdarlıq və müraciətlərini cavabsız qoyduğu barədə cavab almışdır. xx.xx.2017-ci il tarixli 2(010)-76/2017 saylı qətnaməsinə əsasən “mənzilə görə ödənilmiş pulun və çəkilmiş xərcin əvəzinin geri qaytarılması tələbi” hissəsini icra edə bilmədiyi üçün xx.xx.2020-ci il tarixdə CM-nin 306.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilmədən faydalanaraq Cavabdeh, X13, bacısı və bacısının uşaqları ilə bərabər heç bir hüquqi sənədi olmadan A.Rzayev küçəsi, ev75, mənzil 20-də yerləşən mənzilə icazəsiz daxil olmuşlar. İddiaçıya və özünə aid olan əşyalara qəsdən zərər vermişlər, mənzilin hər tərəfini tualet kimi istifadə etmiş 12 gün mənzildə yaşadıqdan sonra qohumlarının səyi nəticəsində mənzildən çıxmışlar. Nəticədə mənzil daha da yararsız hala düşmüşdür. Cavabdeh dəfələrlə sosial mediada onu təhqir etmiş və dünyaya övlad gətirmədiyi halda 2 uşağı olduğunu analıqdan məhrum edildiyini, əxlaqsız olduğunu və s. iddia edərək böhtan atmışdır. Nəticədə iddaçı boyun onurğa əməliyyatı keçirmış bir şəxs olaraq stress keçirərək dəfələrlə xəstəxanalarda və ambulator müalicə almışdır. Bundan əlavə Cavabdeh və oğlu H.Qənbərov Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həm iddiaçıya məxsus olan Suraxanı rayon, A.Rzayev 75 mənzil 20-yə qanunsuz daxil olduqlarını təsdiq etmişdir, həm də onun 60.000 manatlıq əmlakına ziyan vurub talan etdiyini iddia edərək böhtan atmışdır. İddiaçı diabet və ürək xəstəsi olduğu üçün bu sayədə ağir günlər keçirmişdir. Cavabdeh məhkəmə iddia tələblərinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdehlə aralarında baş vermiş mübahisələr və onun nəticələri barədə bəzi məqamları qeyd etmişdir. Lakin faktki mövcud halları yanlış qeyd etmiş, mövcud olmayan və aşkar şəkildə formal olan hallara istinad edərək öz xeyrinə şərh etmişdir. Belə ki, ilk öncə İddiaçı özünə məxsus mülkiyyətində olan Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 75 saylı evin 20-ci mənzilin bir hissəsi olan (3 otaqlı, y/s-46,87 kv.m.) sahəni Cavabdeh hisə-hisə ödənişlə 24.000 ABŞ dollara stmış və ilkin ödənişi alandan sonra mənzili ona təhvil vermişdir. Sonuncu mənzili təmir etmiş, mənzilin məbləğini tam ödəyəndən sonra Arzu mənzili onun adına rəsmiləşdirməsindən imtina etmiş və onu mənzildən çıxarılmasını tələb etmişdir. Mübahisələri də məhz buradan başlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 76/2017 saylı, 31 may 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh, qardaşı və uşaqların qeyd olunan Bakı şəhəri, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi 75 saylı evin 20ci mənzilin bir hissəsindən (3 otaqlı, y/s-46,87 kv.m.) çıxarılması, həmin mənzilə görə cavabdeh İddiaçı ödədiyi 24.000 ABŞ dollar və təmirə sərf etdiyi 6.107 manat məbləğin tutulub ona verilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin həmin iş üzrə qərardadına əsasən Cavabdeh mənzildən çıxarılması hisəsinin, cavabdehdən pulun alınıb ona verilməsi hissəsi ilə eyni zamanda icra edilməsinə qərar verilmişdir. Lakin Suraxanı icra şöbəsi tərəfindən mənzil cavabdehlərin iştirakı olmadan tələbkar İddiaçı təhvil verilmişdir. O, da həmin mənzili anasının adına keçirmiş və daha sonra da mənzilə kirayə qalması üçün başqa şəxslər buraxmışdır. Mənzildə qalmış əşyalarının götürülməsinə Arzu tərəf imkan verməmiş və icra sənədinə xitam verildiyindən, iddiaçılar uzun müddət mənzilə daxıl olub, əşyalarını götürə bilməmişdir. Daha sonra icra məmurun icraata xitam verilməsi qərarı ləğv edilmiş, icra sənədi üzrə icranı ilkin vəziyyəti bərpa edib, icra olunması üçün göndərilmişdir. İcra sənədi yenilənmiş, icra məmuru ilə ünvana gələn Cavabdeh, orada qalmış əşyalarının çox hissəsinin yoxa çıxdığını, yerdə qalan az bir hissəsinin isə tamamilə yararsız hala salındığı müəyyən edilmişdir. Ona görə də Aynur və oğlu onlara məxsus aqibəti məlum olmayan yoxa çıxarılmış əmlakların siyahısı tutulmuş və dəyəri 60.000 manat müəyyən edilmişdir. Daha sonra mənzildə olan və yararsız hala salınmış əşyalarından başqa, icra məmuru tərəfindən Arzuya saxlanca verilmiş əmlakların aktı təqdim edilmişdir. İddia tələbinin həcmi azaldılmışdır. Bununla bağlı Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il, 2(010)-1459/2021 saylı qətnaməsi mövcuddur və qətnamə ilə müəyyən edilən məbləğ İddiaçı təhvil verilmiş əşyaların dəyəri deyil, mənzildə qalan yararsız hala salınmış əşyalara hesablanmışdır. Xatırlatmaq lazımdır ki, Aynur ona məxsus mənzildə qalmış əşyaların qaytarılmasını icra məmurundan dəfələrlə tələb edilməsinə baxmayaraq, həmin malların İddiaçı təhvil verildiyi bildirilmiş, lakin aqibəti barədə məlumat verilməmişdir. Məhz İddiaçı məhkəmə qətnaməsinin qəsdən icra edilməməsi, bu məqəsdlə mənzili anasının adına keçirdiyi və aşkar şəkildə icrasından imtina etməsi kimi əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qətnamənin müəyyən edilmiş icrası qaydasına uğun olaraq, mənzildən Aynurun çıxarılması, onun xeyrinə müəyyən edilmiş 24.000 ABŞ dollar və 6.107 manat məbləğin ona ödənilməsi ilə eyni vaxtda icra olunmalıdır. Məhkəmə aktlarına görə nə qədər ki, qeyd olunan məbləğ ona ödənilməmişdir, mənzildə qalmaqda davam etmək hüququ Aynurda saxlanmış olur. Bu baxımdan adıçəkilən mənzilin istifadəsinə və orada Aynura məxsus hər hansı əşyanın qalması üçün ondan haqq tələb etməyə Arzunun və ya başqa birinin haqqı yoxdur. Əksinə aşkar şəkildə məhkəmə qərarlarından məlumatlı ola-ola, İddiaçı üzərinə öhdəlik qoyulmuş məbləği ödəmədən, mənzilə sahiblənməsi, eləcə də mənzili kirayə verməklə orada olan Aynura məxsus əşyaları başqasının istifadəsinə verməsi, özbaşnalıq əməlləri ilə aşkar şəkildə qanuna hörmətsizlik nümayış etdirmişdir. Bundan başqa, icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurun qərarının ləğv edilməsi ilə icra təkrar ilkin vəziyyətə gəldiyi bəllidir. Aynur həmin ünvana icra məmuru ilə gəlmiş və icra məmuru mənzildə icra sənədinin ilkin vəziyyətə gəldiyini, pul ödəniləndən sonra mənzilin boşaldılmasını elan etmişdir. Lakin kirayəçi mənzildən çıxmamış və Aynur Arzu tərəfin qohumlarının təzyiqi altında mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Daha doğrusu növbəti dəfə mənzilə qayıdanda qapını bağlayıb, onu içəri buraxmamışlar. Həmçinin Aynur icra məmuru ilə mənzilə ilk dəfə gələndə, Arzuya təhvil verilməklə siyahıda qeyd edilən əşyalar mənzildə olmamışdır. Həmin vaxtı Arzu cəzaçəkmə müəssisəsində olduğundan, ona təhvil verilmiş əşyaların harda olduğunu müəyyən edilməsi mümkün olmamışdır. Mənzildə qalmış əslində Aynura məxsus malları Arzu icra məmuruna öz malı kimi təqdim etmişdir. Əslində həmin mənzili satın aldığından və uzun illər orada yaşadığından mənzildə bütün əşyalar Aynura aid idi və Arzunun orada heç nəyi olmamışdır. Ona görə də adıçəkilən malların Arzunun özündə saxlamaqla Aynura təhvil verməməsi, özgəsinin iradəsinə zidd əşyalarına sahiblənməsidir. Həmin əşyalarda Aynur və onun ailəsinə məxsus çoxlu sayda mövsümü geyimlər vardır və uzun illərdir ki, sonuncular öz əşyalardan istifadəsindən məhrum olunmuşdur. Əlavə edilməlidir ki, Aynur tərəfindən Azru barəsində onun şərəf və ləyaqətini, şəxsiyyətini alçadan, hər hansı məlumatlar sosial setdə və ya başqa informasiya vasitələrində yaynlanmamışdır. O ki, qaldı Arzunun Aynuru aldadıb mənzili ona stdığına inandırıb, ondan hisə-hisə 24.000 ABŞ dolların alması, mənzilin təmirinə çəkdiyi xərcə görə Aynura 6.107 manat ziyan vurduğu, məhkəmə qətnaməsini eyni vaxta icrasını bilə-bilə, pulu ödəməmiş, mənzilə sahiblənməsi və məhkəmə qətnaməsinin icrasından yayınmaq məqəsdi ilə qəsdən mənzili anasının adına rəsmiləşdirməsi, bütün bunlara görə onun azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna, bunlar böhtan və ya şər deyildir. Çünki bütün bunlara dair qanuni qüvvəsində olan məhkəmə aktları mövcuddur. Mübahisələrin həllində tərəflərin münasibətləri önəmli məsələdir. Məhkəmə aktına əsasən Cavabdeh ödənilməli olan 24.000 ABŞ dollar və 6.107 manat məbləğin ödənilməsi təmin edilməklə, adıçəkilən mənzildən çıxarılması eyni zamanda reallaşdırılmalıdır. Cavabdeh pul ödənilməyib. Amma mənzili Arzu ələ keçirib, kirayə verib, ondan bəhrələnir. Aynur da kirayələrdə qalır və ödədiyi kirayə haqqı məbləğində ziyanla üzləşir. Gündəlik istifadə və geyim əşyalarını da Arzu özündə saxladığından, Aynuru təkrar xərclərə üzləşmək məcburiyyətində buraxmışdır. Bundan başqa, pulun alıcılıq qabiliyyəti son illərdə sürətlə aşağı düşməklə infilasiyası baxımından, Arzu özgəsinin pul vəsaitini özündə saxlamaq, ondan bəhərlənməkdə, eyni məbləğdə də Aynura ziyan vurmaqda davam edir. Tərəflərdən mülki delikt törədən kimdir iddia üzrə Cavabdeh, yoxsa İddiaçı? Göründüyü kimi, hazırkı iddiaanın heç bir hüquqi əsas yoxdur. Ona görə də məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının qeyd etdiklərinin əsası və sübutu yoxdur. O, mənzili iddiaçıdan aldıqdan sonra evdə təmir işləri aparmış, evə əşyalar almışdır. İddiaçı isə onu evdən çıxardıqdan sonra, evə kirayə yaşamaq üçün şəxslər yerləşdirmişdir. Həmin şəxslərə evdən necə istəyirlərsə, elə istifadə etməyi tapşırmışdır. Nəticədə evdə qalan ona məxsus əşyalar sıradan çıxaraq məhv olmuşdur. Hazırda iddiaçı mənzildə əşyaların qaldığını iddia etsə də, lakin ona məxsus heç bir əşya mənzildə qalmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 76/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X15, X16 və X4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh, X15, X16 və X3 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 140,98 kv.metr olan mənzilin 46,87 kv.metr sahədən ibarət olan 3 otağından çıxarılması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdehlər İddiaçı və X11 qarşı mənzilə görə ödənilmiş pulun və çəkilmiş xərcin əvəzinin geri qaytarılması tələbi barədə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı 24.000 ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6.107 manat mübahisəli mənzilin təmiri üçün sərf edilmiş pul vəsaitinin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8784/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 nömrəli xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bağlı izah olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)- 76/2017 saylı qətnaməsi ilə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi hər iki tərəfə münasibətdə eyni vaxtda icra edilməsi, yəni ilk iddia üzrə-Cavabdeh, X13, X16 və X7 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 140.98 kv.metr olan mənzilin 46.87 kv.metr sahədən ibarət olan 3 otağından çıxarıldığı an, qarşılıqlı iddia üzrə İddiaçı 24.000 ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6.107 manat mübahisəli mənzilin təmiri üçün sərf olunmuş pul vəsaiti alınaraq Cavabdeh xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 nömrəli xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Vəlizadənin “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-76/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmə barədə” xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, icra işinin ilkin vəziyyətət qaytarılması və həmin icra sənədinin yenidən icra edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 nömrəli xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7685/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh məxsus olan (1 ədəd divan 80 manat, 2 ədəd kreslo 100 manat, 1 ədəd Dnepr markalı soyuducu 50 manat və 1 ədəd qab-qacaq dolabı 40 manat) əməlaklara vurulmuş maddi zərərin əvəzi, cəmi 270 manat tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən həmçinin görünür ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, serya MA, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyət hüquqları üzrə İddiaçı 3 otaq yaşayış sahəsi 46.87 kv.m hissədə, X1 3 otaq yaşayış sahəsi 49.5 kv.m hissədə adlarına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nərimanov rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, X25 prospekti, ev 34, 26 saylı mənzil qeydiyyatdan keçmişdir. Lakin 21 saylı NK-nun xx.xx.2017-ci il tarixli 4Ə-220 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 75, 20 saylı mənzilin bir hissəsi (3 otaq, y/s-46.87 kv.m) qeydiyyatdan keçmişdir. Lakin 21 saylı NK-nun xx.xx.2017-ci il tarixli 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, serya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyət hüquqları üzrə X2 3 otaq yaşayış sahəsi 49.5 kv.m hissədə, X12 3 otaq yaşayış sahəsi 46.87 kv.m hissədə adlarına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4764/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali əhkəməsinin Cinayət Kollegiyasının 1(102)-747/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, məhkum İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, məhkum İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1- ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu və cəza çəkdiyi 6 ay 28 gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla və 1 il 1 ay 26 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, İddiaçı üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, İddiaçı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, İddiaçı dərhal cəzaçəkmə müəssisəsindən azad olunması qərara alınmışdır. İş materiallarında olan Pravda.az xəbər portalında xx.xx.2020-ci il tarixdə yerləşdirilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X19 Aynur Arifqızı tərəfindən şikayət ünvanlanıb” başlıqlı məqalədə aşağıdakılar qeyd edilmişdir: Pravda.az-ın xəbərinə görə, şikayətçi İddiaçı adlı xanımın saxta əlillik sənədi aldığını iddia edib. “Cənab Nazir, hər kəsə məlumdur ki, rüşvət yolu ilə sağlam adamların Sosial müavinət, təqaüd alması halları baş alıb gedir və həqiqi əlilliyi olanlar, yoxsulluq içində zülm çəkib, balasına çörək almağa imkanı olmayanlar öz haqlı imtiyazlarından istifadə edə bilmirlər. Belə hallardan biri də, illərdir ki, məhkəmə davasında olduğum Nərimanov rayonu X25 34 mənzil 26-da yaşayan İddiaçıdır. Mənzilə görə ödədiyim 25 min dollar və 6700 manat təmir xərci 2017 –ci ildən icraata verilsə də, bu dələduz qadın qanunun heç bir tələbinə əhəmiyyət vermir. Çünki əlində hansısa yolla əldə etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Əlillik kağızı var. Bu qadın sələmi ilə pul verdiyi adamları şərləyib, cinayət məsuliyyətinə cəlb edərək aylarla şou yaradır sonunda isə qarşı tərəf öz günahsızlığını, bunun günahkar olduğunu sübut etdikdə isə 2-ci qrup əlil olduğunu əsas gətirib məsuliyyətdən boyun qaçırır. Necə olur ki, bir neçə mülki, “LEXUS” markalı maşını olan (məhkəmə dövründə hamısı anasının adına keçirilib) tam sağlam vicudu olduğu halda bütün günü fitnes və üzgüçülüklə məşğul olan bu dələduz qadın 2-ci qrup əlillik kağızı əldə edərək neçə illərdir ki, dövlətdən pul alır?! İddiaçı ilə münasibətlərimiz yaxşı olduğu zaman etibarlı adamları olduğunu, yüksək təqaüdlə ömürlük müavinət kəsdirmək təklifini mənə də etmişdir. Söylənilən yüksək məbləğ mənə mümkünsüz görünsə də bir neçə tanışıma bu işdə “yardımçı” olmuşdu. Cənab Nazir! Çox xahiş edirəm ki, İddiaçı əlində bütün dələduzluq oyunlarında yaşıl işıq olan, az qala “Green card”a çevrilmiş bu saxta əlillik sənədinin araşdırılmasına sərəncam verəsiniz. Bəlkə də bu yolla saxta əlillik sənədi verən cinayətkar şəbəkəni ifşa edilə və haqlı olanların haqqının dələduzların, saxtakarların sahiblənməsinin qarşısı alına”.Bizimyol.info İş materiallarından görünür ki, eyni məzmunlu məqalə todays.az saytında da dərc edilmişdir. İş materiallarında olan Bizimyol.info saytına müraciət edən aynurarifqizi adlı şəxsin məqaləsi yerləşdirilmiş və məqaləyə şərh yazan digər izləyicilərə cavablar verilmişdir. Həmin cavablardan birində qeyd edilir: @_gulya_66_ Əslində həmin vaxtı Xırdalanda “Gənclər şəhərciyində” bundan daha ucuz və sərfəli ev danışdıq. Buna qardaşımın dostu guya evlənmişdi. Elə onda anlamalıydım ki, öncə dostluq edib sonra qəsdlə oyun düzəldib özündən 18 yaş kiçik, üç uşaq atası ilə yatağa girib, guya kimsə xəbər verib və yoldaşı qəfildən evinə gəlib, bunları öz yatağında tutub bununla da oğlanla evlənməsindən şübhələnməli idi. Neçə illər Bacı, bacı oynadıq. “Mənim övladım yoxdur, Hüseyn mənim oğlumdur. O, evimi pul ilə almısız, bu evimi də mən Hüseyn oğluma verəcəm” deyirdi. 3 il “bacı” olduq, sonra öyrəndim ki, övladı olub və əxlaqsızlığına görə “Analıqdan məhrum” edilib. Başıma gəlməyən müsibət qalmadı. Amma inanın ki, yenə də adamlara inanıram. Bu yad biri idi, ay sizə qurban. Ən böyük müsibət Nənə, Bibi adını daşıya məxluqlardır ki, oğul öləndən sonra onun uşaqlarına qalmış yeganə mülkə sahib çıxırlar. Bu yaddır. Bundan nə görsəm də təccüblənmədim. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Vətəndaşlıq Vəziyyəti Aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün məlumatlar üzrə yoxlama aparılmışdır. Uşağın doğumu ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2013-cü il tarixindən ümumi xəstəlik səbəbi ilə İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlilliyə görə əmək pensiyası təyin edilib. Pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılıb. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən İddiaçı əmlak məlumatlarından görünür ki, onun adına qeydiyyat keçmiş hər hansı daşınmaz əmlak yoxdur. “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən İddiaçı notariat hərəkətləri barədə məlumatlarından görünür ki, o, mərhum X8 qanuni vərəsəsi olması barədə müvafiq şəhadətnamə almış, şəhadətnamə ilə qəbul edilən əmlak Bakı şəhəri, Nərimanov rayonu, X25 prospekti, ev 34, mənzil 26-dır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 75, 20 saylı mənzillə bağlı məhkəmə mübahisələri olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktı (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi) ilə müəyyən edilmişdir ki, ilkin olaraq İddiaçı özünə məxsus adıçəkilən mənzili Cavabdeh satmış, sonuncu mənzili adına rəsmiləşdirmədən, iddiaçı cavabdehin mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdeh və onun ailə üzvləri mənzildən çıxarılmışdır. Həmçinin məhkəmə qətnaməsi ilə Cavabdeh mənzilə görə ödənilmiş pulun və çəkilmiş xərcin əvəzinin geri qaytarılması barədə qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı 24.000 ABŞ dolları məbləğində mübahisəli mənzil üçün ödənilmiş pul vəsaiti və 6.107 manat mübahisəli mənzilin təmiri üçün sərf edilmiş pul vəsaitinin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İşin hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, hazırda cavabdeh mübahisəli mənzildən çıxarılmışdır. Lakin qeyd edilən qətnamə ilə onun xeyrinə tutulmuş pul vəsaitlərini isə o, hələ də almamışdır. Həmçinin tərəflər arasında olan digər məhkəmə mübahisəsi isə ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı və digərlərinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, mənzildə ona aid olan əşyaların yararsız vəziyyətə düşməsi və yoxa çıxması nəticəsində 28.000 manat (dəqiqləşdirmədən əvvəl 60.000 manat olmuşdur) maddi ziyanın xeyrinə tutulmasını və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin icra olunanadək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 75, 20 saylı mənzillin onun istifadəsində qalmasına İddiaçı və digər cavabdehlər tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, onun bu iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1459/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh məxsus olan (1 ədəd divan 80 manat, 2 ədəd kreslo 100 manat, 1 ədəd Dnepr markalı soyuducu 50 manat və 1 ədəd qab-qacaq dolabı 40 manat) əməlaklara vurulmuş maddi zərərin əvəzi, cəmi 270 manat tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin Suraxanı Rayon məhkəməsinin 2(010)-1459/2021 saylı iş üzrə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 75, 20 saylı mənzil İddiaçı tərəfindən bağışlanma müqaviləsinə əsasən 2017-ci ildə anası X12 bağışlamışdır. Məhkəmə iddiaçının “xx.xx.2018-ci ildən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş akta əsasən ona təhvil verilmiş Cavabdeh əşyalarının (altı ildən artıq müddətdə iddiaçının mənzilində saxlanıldığını nəzərə alaraq) onun cavabdehliyindən çıxarılması, sahibsiz əmlakın daşınmasına və əldən çıxmış fayda olaraq xx.xx.2018-ci il tarixdən əsyalar daşınan günə qədər hər ay üçün 300 manat məbləğinin əşyaları üzündən mənzildən istifadə edə bilmədikləri üçün Cavabdeh ona ödəməsi” və “Cavabdeh və oğlu H.Qənbərovun mənzilində heç bir hüquqi sənəd olmadan daxil olaraq 12 gün mənzildə yaşayıb enerji, qaz və sudan istifadə edib mənzilin döşəmələrini tualet kimi istifadə edib mənzili bərbad etdikləri üçün vurduqları maddi və mənəvi zərərin qarşılığı olaraq 10.000 manat ödəmələri” barədə iddia tələblərinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçının həmin tələbləri irəli sürməyə subyektiv hüququ olmadığından, iddia tələbləri göstərilən hissələrdə təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə araşdırılması zamanı iddiaçının özünə məxsus olduğunu iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 75, 20 saylı mənzilin ona məxsus olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bunun əksinə müəyyən edilmişdir ki, o, əvvəllər özünə məxsus olmuş həmin mənzili anasına bağışlamışdır. Hazırda isə “Azemis” Elektron Məhkəmə İnformasiya sistemindən İddiaçı əmlak məlumatlarından müəyyən edilir ki, İddiaçı adına qeydiyyat keçmiş hər hansı daşınmaz əmlak yoxdur. Bu baxımdan, iddiaçı özünə məxsus olmayan mənzildən əşyaların cavabdeh tərəfindən çıxarılmasını və mənzilə dəymiş maddi ziyanı, nəticədə özünə dəymiş mənəvi ziyanı tələb etməklə iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçının hazırda Cavabdeh qarşı irəli sürdüyü iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə qarşı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “Cavabdeh və oğlu H.Qənbərovun mənzilində heç bir hüquqi sənəd olmadan daxil olaraq 12 gün mənzildə yaşayıb enerji, qaz və sudan istifadə edib mənzilin döşəmələrini tualet kimi istifadə edib mənzili bərbad etdikləri üçün vurduqları maddi və mənəvi zərərin qarşılığı olaraq 10.000 manat ödəmələri” barədə iddia tələblərini irəli sürməyə subyektiv hüququ olsaydı belə, iddiaçının həmin tələblərini sübuta yetirən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi cavabdeh tərəfindən mənzildə 12 gün yaşamalarını, mənzildə qaz, su, işıqdan istifadə və mənzilə zərər verməsi nəticəsində ona maddi ziyan vurduğunu sübuta yetirməlidir. Lakin, iddiaçının dəlilləri məhkəmə araşdırılması zamanı tədqiq edilmiş iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbləri göstərilən hissələrdə əsassız olduğundan, təmin edilməməlidir. Bundan başqa, iddiaçı mövcud tələbini həm də H.Qənbərov adlı şəxsə qarşı irəli sürsə də, lakin həmin şəxsi iddiaya baxılan zaman cavabdeh qismində işə baxılmasına cəlb etməmişdir. Məhkəmə iddiaçının “Cavabdeh və oğlu H.Qənbərovun maddi ziyan tələbi ilə məhkəməyə müraciət edərək 60.000 manatın ekspertiza və araşdırma nəticəsində sübut olunmadığı üçün böhtan olaraq qəbul edilib Cavabdeh və oğlu H.Qənbərovun şər atdıqları üçün mənəvi zərər olaraq həmin məbləği 60.000 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mövcud tələbini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1459/2021 saylı iş üzrə Cavabdeh və oğlu tərəfindən ona qarşı qaldırılmış əsassız iddia ilə bağlı olaraq, ona mənəvi zərər dəydiyini bildirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Məhkəmə ilk növbədə bildirir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı qaldırılmış iddianın qiyməti sonradan azaldılaraq, 28.000 manat olmuşdur. Həmçinin həmin iddia tələbləri məhkəmə tərəfindən qismən təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı verilmiş iddia tələbləri vicdansızcasına əsassız olmamışdır. Bundan başqa işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bir-birinə qarşı çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Eyni zamanda işin bir digər halı ondan ibarətdir ki, İddiaçı uzun müddətdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınır, adına olan mənzili bağışlama müqaviləsi əsasında özgəninkiləşdirir və s. Bütün bu hallar onu göstərir ki, cavabdeh tərəfindən ona qarşı irəli sürülən iddia tələbləri məhz bu səbəbdən – icra sənədinin icra edilməməsindən irəli gəlir. Bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçının göstərilən iddia tələbləri də öz təsdiqini tapmadığından, təmin edilməməlidir. Məhkəmə iddianın “cavabdehin iddiaçını sosial mediyada təhqir edib böhtan atdığı üçün cəzalanması və mənəvi zərər olaraq 30.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri göstərilən hissədə qismən əsaslıdır. Belə ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Yuxarıda sadalanan normaların məzmunundan və mahiyyətdən müəyyən edildiyi kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddianın əsaslılığı üçün 3 şərt eyni anda mövcud olmalıdır. Yəni hazırki mübahisəyə münasibətdə məhkəmə müəyyən etməlidir ki, cavabdeh tərəfindən mediyada iddiaçıya haqqında bildirdiyi nalayiq ifadələr qeyrimüəyyən şəxslər dairəsinə yayılmışdır, cavabdehin iddiaçıya qarşı işlətdiyi ifadələr şərəf və ləyaqəti alçaldan ifadələrdir və həmin ifadələr həqiqətə uyğun deyildir. Aydın məsələdir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların vətəndaş barəsində əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Lakin məhkəmə Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarına və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, iddia ərizəsində qeyd edilən ifadələrin vətəndaşın şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilib-edilməməsi barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Aydın məsələdir ki, iddiaçı barədə cavabdeh tərəfindən yayılmış ifadələr kütləvi informasiya vasitələrində (mediyada) yayılmışdır. Məhkəmə cavabdeh tərəfindən iddiaçı barədə yayılmış “saxta əlliik barədə sənəd düzəltməsi”nə dair məlumatların doğruluğunun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu ilə müraciət etmiş, sorğuya verilmiş xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2013-cü il tarixindən ümumi xəstəlik səbəbi ilə İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlilliyə görə əmək pensiyası təyin edilib. Pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılıb. Həmçinin cavabdehin iddiaçı barədə mediyada şərh verərək, bildirdiyi “@_gulya_66_ Əslində həmin vaxtı Xırdalanda “Gənclər şəhərciyində” bundan daha ucuz və sərfəli ev danışdıq. Buna qardaşımın dostu guya evlənmişdi. Elə onda anlamalıydım ki, öncə dostluq edib sonra qəsdlə oyun düzəldib özündən 18 yaş kiçik, üç uşaq atası ilə yatağa girib, guya kimsə xəbər verib və yoldaşı qəfildən evinə gəlib, bunları öz yatağında tutub bununla da oğlanla evlənməsindən şübhələnməli idi. Neçə illər Bacı, bacı oynadıq. “Mənim övladım yoxdur, Hüseyn mənim oğlumdur. O, evimi pul ilə almısız, bu evimi də mən Hüseyn oğluma verəcəm” deyirdi. 3 il “bacı” olduq, sonra öyrəndim ki, övladı olub və əxlaqsızlığına görə “Analıqdan məhrum” edilib. Başıma gəlməyən müsibət qalmadı. Amma inanın ki, yenə də adamlara inanıram. Bu yad biri idi, ay sizə qurban. Ən böyük müsibət Nənə, Bibi adını daşıya məxluqlardır ki, oğul öləndən sonra onun uşaqlarına qalmış yeganə mülkə sahib çıxırlar. Bu yaddır. Bundan nə görsəm də təccüblənmədim.” ifadələrinə də qiymət verərək, hesab edir ki, məhkəmə araşdırılması zamanı iddiaçının özündən 18 yaş kiçik bir şəxslə evlənməsi halı müəyyən edilməmiş, iddiaçı ümumiyyətlə heç zaman ana olmamasına dair Qeydiyyat şöbəsindən müvafiq cavabı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı barədə yayılmış ifadələr həqiqətə uyğun olmamaqla, onun şərəf və ləyaqətini ləkələyən ifadələrdir və həmin ifadələr kütləvi informasiya vasitələrində, çoxsaylı şəxslər dairəsinə yayılmışdır. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 30000 manatın iddiaçının xeyrinə tutulması, onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. Məhkəmə mənəvi zərər həddinin iddiaçıya 200 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Odur ki, həmin ifadələr iddiaçının şərəf və ləyaqətinə toxunan ifadələr kimi tanınmalı və həmin ifadələrin yayılmasına görə cavabdehdən 200 manat mənəvi zərərə görə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddianın pul tələbi barədə hissələri təmin edilmədiyindən mülki iş üzrə çəkilmiş məhkəmə xərclərinə daxil olan 100 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməli, qalan məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Pravda.az xəbər portalında xx.xx.2020-ci il tarixdə yerləşdirilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X19 Aynur Arifqızı tərəfindən şikayət ünvanlanıb” başlıqlı məqalədə qeyd edilən: -Pravda.az-ın xəbərinə görə, şikayətçi İddiaçı adlı xanımın saxta əlillik sənədi aldığını iddia edib. -“Cənab Nazir, hər kəsə məlumdur ki, rüşvət yolu ilə sağlam adamların Sosial müavinət, təqaüd alması halları baş alıb gedir və həqiqi əlilliyi olanlar, yoxsulluq içində zülm çəkib, balasına çörək almağa imkanı olmayanlar öz haqlı imtiyazlarından istifadə edə bilmirlər. -Belə hallardan biri də, illərdir ki, məhkəmə davasında olduğum Nərimanov rayonu X25 34 mənzil 26-da yaşayan İddiaçıdır. Mənzilə görə ödədiyim 25 min dollar və 6700 manat təmir xərci 2017 –ci ildən icraata verilsə də, bu dələduz qadın qanunun heç bir tələbinə əhəmiyyət vermir. Çünki əlində hansısa yolla əldə etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Əlillik kağızı var. Bu qadın sələmi ilə pul verdiyi adamları şərləyib, cinayət məsuliyyətinə cəlb edərək aylarla şou yaradır sonunda isə qarşı tərəf öz günahsızlığını, bunun günahkar olduğunu sübut etdikdə isə 2-ci qrup əlil olduğunu əsas gətirib məsuliyyətdən boyun qaçırır. -Necə olur ki, bir neçə mülki, “LEXUS” markalı maşını olan (məhkəmə dövründə hamısı anasının adına keçirilib) tam sağlam vicudu olduğu halda bütün günü fitnes və üzgüçülüklə məşğul olan bu dələduz qadın 2-ci qrup əlillik kağızı əldə edərək neçə illərdir ki, dövlətdən pul alır?! -İddiaçı ilə münasibətlərimiz yaxşı olduğu zaman etibarlı adamları olduğunu, yüksək təqaüdlə ömürlük müavinət kəsdirmək təklifini mənə də etmişdir. Söylənilən yüksək məbləğ mənə mümkünsüz görünsə də bir neçə tanışıma bu işdə “yardımçı” olmuşdu. -Cənab Nazir! -Çox xahiş edirəm ki, İddiaçı əlində bütün dələduzluq oyunlarında yaşıl işıq olan, az qala “Green card”a çevrilmiş bu saxta əlillik sənədinin araşdırılmasına sərəncam verəsiniz. -Bəlkə də bu yolla saxta əlillik sənədi verən cinayətkar şəbəkəni ifşa edilə və haqlı olanların haqqının dələduzların, saxtakarların sahiblənməsinin qarşısı alına”.Bizimyol.info – məlumatlar həqiqətə uyğun olmayan məlumatlar olmaqla, İddiaçı şərəf və ləyaqətini ləkələyən ifadələr kimi tanınsın. Bizimyol.info saytına müraciət edən aynurarifqizi adlı şəxsin yerləşdirilmiş məqaləsinə yazılan şərhə Cavabdeh tərəfindən verilən cavabda qeyd edilən: “@_gulya_66_ Əslində həmin vaxtı Xırdalanda “Gənclər şəhərciyində” bundan daha ucuz və sərfəli ev danışdıq. Buna qardaşımın dostu guya evlənmişdi. Elə onda anlamalıydım ki, öncə dostluq edib sonra qəsdlə oyun düzəldib özündən 18 yaş kiçik, üç uşaq atası ilə yatağa girib, guya kimsə xəbər verib və yoldaşı qəfildən evinə gəlib, bunları öz yatağında tutub bununla da oğlanla evlənməsindən şübhələnməli idi. Neçə illər Bacı, bacı oynadıq. “Mənim övladım yoxdur, Hüseyn mənim oğlumdur. O, evimi pul ilə almısız, bu evimi də mən Hüseyn oğluma verəcəm” deyirdi. 3 il “bacı” olduq, sonra öyrəndim ki, övladı olub və əxlaqsızlığına görə “Analıqdan məhrum” edilib. Başıma gəlməyən müsibət qalmadı. Amma inanın ki, yenə də adamlara inanıram. Bu yad biri idi, ay sizə qurban. Ən böyük müsibət Nənə, Bibi adını daşıya məxluqlardır ki, oğul öləndən sonra onun uşaqlarına qalmış yeganə mülkə sahib çıxırlar. Bu yaddır. Bundan nə görsəm də təccüblənmədim.” kimi qeyd edilənlər həqiqətə uyğun olmayan məlumatlar olmaqla, İddiaçı şərəf və ləyaqətini ləkələyən ifadələr kimi tanınsın. Cavabdeh 200 manat mənəvi zərərə görə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərclərinə daxil olan 100 manat Cavabdeh iddiaçı Cavabdeh ödənilsin, qalan məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İddia tələbləri qalan hissədə təmin edilməməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-938/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-938/2025
30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver