Məhkəmə qərarları › İş №2(005)-970/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-970/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-970/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.12.2021 -ci il tarixində 6 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə 908 (doqquz yüz səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh Ağababaycv Əlixan 'Pofıq oğlundan alınaraq mənə ödənilməsinə və eyni zamanda tərəfimdən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, hüquqi yardımın göstərilməsinə ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15.12.2021 -ci il tarixində 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh ilə 908 (doqquz yüz səkkiz) manat məbləğində pulun 25.12.2021-ci il tarixinədək qaytarılması şərtilə aralarında Kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, tərəfindən cavabdehə verilmiş 908 (doqquz yüz səkkiz) manat məbləğində borc pul verilmişdir. Müqavilənin 2-ci bəndində isə cavabdeh X2 tərəfindən 25.12.2021-ci il tarixinədək 908 (doqquz yüz səkkiz) manat məbləğində pul vəsaitini qaytarmasını öz öhdəsinə götürməsi qeydi öz əksini tapmışdır. Bundan başqa, 15.12.2021 -ci il tarixində 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində tərtib olunmuş FJB**********217 saylı kassa mədaxil çekindəndə aydın olduğu kimi mən Cavabdeh sözü gedən mübahisə predmetini ödəmişdir. Lakin, 15.12.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi cavabdeh kobud surətdə pozaraq bu günədək borcundan heç bir məbləğ ödəməmişdir. Cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən 25.12.2021-ci il tarixinədək 908 (doqquz yüz səkkiz) manat nağd pulun ödənilməsindən boyun qaçırdığından kredit müqaviləsi üzrə mövcud borcun ona geri qaytarılmasını tələb edir. Bundan başqa, tərəfindən məhkəmə üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu, hüquqi yardımın göstərilməsinə 40 (qırx) manat məbləğində xərc çəkilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin müvafiq maddəsinə əsasən, tərəfindən ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş xidmət haqqı Cavabdeh tərəfindən onun xeyrinə ödənilməlidir. Bütün bunlara əsasən, o, cavabdehə 15.12.2021-ci il tarixində 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış kredit müqaviləsi üzrə 908 (doqquz yüz səkkiz) manat məbləğində pul vəsaitinin, eyni zamanda tərəfimdən məhkəmə üçün 30 (otuz) manat, hüquqi yardımın göstərilməsinə ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona geri qaytarılmasına dair son ümüdi ilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15.12.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ( borc verən) Cavabdeh (borc alan) 908 manat məbləğində pul borc vermiş, borc alan krediti 25.12.021-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2- ci maddəsinə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, 15.12.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh ilə 6 saylı Bakı “ASAN xidmət" mərkəzində notariat ofisində kredit müqaviləsi bağlayaraq Cavabdeh 10 gün müddətinə qaytarmaq şərti ilə 908 manat məbləğində borc pul vermişdir. Cavabdeh 25.12.2021-ci il tarixə kimi borcunu ödəməyi öz öhdəsini götürmüş, lakin iddiaçıdan fərqli olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmədə sübut olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 908 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə məhkəmə, 40 manat məbləğində göstərilmiş hüquqi yardımla bağlı ödənilmiş pulun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi sübuta yetmədiyindən əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 908 manat məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar