Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-975/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 fevral 2016-cü il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsi üzrə 23 fevral 2019-cu il tarixdən-15 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 2098.53 (iki min doxsan səkkiz manat, əlli üç qəpik) manat məbləğində pulun və 41.39 (qırx bir manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2016- cü il tarixli, 104850-130843\5 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 22% olmaqla, 77000 (yetmiş yeddi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün bank tərərındən ona qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Nərimanov rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(005)-99\2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh və qeyrilərinə qarşı 23 fevral 2016-cü il tarixli, 104850-130843\5 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı iddiası qismən təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(103)- 5711\2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan qətnamələrdə iddianın təmin olunmasının əsası kimi Bankla Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cü il tarixli, 104850- 130843\5 nömrəli kredit müqaviləsi olmuşdur. 23 fevral 2016-cü il tarixli, 104850-130843\5 nömrəli kredit müqaviləsindən görünür ki, bankla Cavabdeh arasında kredit müqaviləsi 36 ay müddətinə bağlanmış və kredit müqaviləsinin müddəti 23 fevral 2019-cu il tarixdə bitmişdir. Cavabdehə qarşı Bank tərəfindən verilmiş iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktında cavabdehin banka olan borcu 23 fevral 2019-cu il tarixə hesablanmış borcdur və məhkəmə qətnaməsinə əsasən həmin tarixə əsas borc 19571.82 manat, faiz borcunun məbləği isə 586.07 manat təşkil etmişdir. Qeyd olunan kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən, müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və Borcalan tərəfindən Əsas borc, faizlər və digər xərclər Banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. Göründüyü kimi, müqavilənin qüvvədə olması tərəflərin hüquq və vəzifələrinin tam yerinə yetirildiyi ana qədər qüvvədə olmasını özündə əks etdirir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(103)-5711/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində də məhkəmə tərəfindən qeyd edilmişdir ki, Banka izah edilsin ki, Bank müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun tutulması tələbini ümumi qaydada yenidən irəli sürmək hüququna sahibdir. Beləliklə, Cavabdeh 23 fevral 2016-cü il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsi üzrə 23 fevral 2019-cu il tarixdən-15 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 2098.53 (iki min doxsan səkkiz manat, əlli üç qəpik) manat məbləğində əlavə faiz borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi X10 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh eyni zamanda iddia ərizəsinə etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı - «Kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi tələbi barədə» iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdehn 23 fevral 2016-cı il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsi üzrə 23 fevral 2019-cu il tarixdən - 15 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində isə gccikdirilmiş vaxt üçün illik beş faizə hesablanmış 2098,53 manat məbləğində pulun və 41.39 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin göstərilən iddia tələbi əsassızdır. Buna görə də göstərilən iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh, X6, X4 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.338,25 manat əsas, 13.627,63 faiz borcu olmaqla cəmi 41.965,88 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kvm ümumi sahəsi, 16,59 yaşayış, 15,2 kvm yardımçı sahədən ibarət olan 10 saylı mənzilə və X5 mülkiyyətndə olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kvm ümumi, 28.11 kvm yaşayış, 20.7 kv.m-a yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracda satılması üçün hər birinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracda satıldıqdan sonra Cavabdeh X1 mənzildən çıxarılmaları və həmin mənzillərin boşaldılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" ASC- nin xeyrinə 104850-130843/5 saylı 23 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə 19571,82 manat əsas, 586,07 manat faiz borcu olmaqla cəmi 20.157,89 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqı olmaqla cəmi 60 manat xərcin, və məhkəmədə iddia iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kvm ümumi sahəsi, 16,59 yaşayış, 15,2 kvm yardımçı sahədən ibarət olan 10 saylı mənzilə və X5 mülkiyyətndə olan ünvan 3 ünvanında yerləşən 2 otaqlı, 48.81 kvm ümumi, 28.11 kvm yaşayış, 20.7 kvma yardımçı sahədən ibarət 27 saylı mənzilə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kvm ümumi sahəsi, 16,59 yaşayış, 15,2 kvm yardımçı sahədən ibarət olan 10 saylı mənzilin açıq hərracda ilkin satış qimyətinin 65.000 manat, X5 mülkiyyətndəki ünvan 3 ünvanında yerləşən 2 otaqlı, 48.81 kvm ümumi, 28.11 kvm yaşayış, 20.7 kvma yardımçı sahədən ibarət 27 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 45.500 manat müəyyən edilməsi, mənzillərin satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin Cavabdeh və X6 qaytarılması, əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh bankın xeyrinə tutulması, mənzillər hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh, X5, X2 və X7 mənzilləri tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdehr.dan tutulub Məhkəmə Ekpcrtiza Mərkəzi hesabına keçirilməsi, qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5711/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 mart 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı "xxxx" ASC hazırkı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 23 fevral 2016- cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 77000 manar kredit verilmişdir. Ekspertiza rəyləri ilə müəyyən edilmişir ki, 23.02.2016-cı il tarixli, 104850- 130843/5 saylı kredit müqaviləsinə və həmin müqavilə əsasında imzalanmış 1 saylı Əlavə Razılaşmaya uyğun olaraq Cavabdeh "xxxx" ASC-nə 23.02.2019-cu il tarixə 19.571,82 manat əsas, 586,07 manat faiz borcu yaranmışdır. Bankın apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı da müvafiq ekspertiza təyin olunmuş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilən 22 iyul 2021-ci il tarixli rəydə də əvvəlki rəylə gəlinən eyni nəticəyə gəlinmişdir. Göründüyü kimi, bankın hazırkı iddia tələbinin dəlilləri, əvvəlki məhkəmə işləri üzrə məhkəmə baxışının predmeti olmuş tələblərində ifadə etdiyi eyni dəlilərlə bağlıdır. Göründüyü kimi AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2021-ci il tarixli və 22 iyul 2021-ci il tarixli rəylərinə əsasən 23 fevral 2019-cu il tarixə banka 19571,82 manat əsas borcu, 586,07 manat faiz borcunun olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı "xxxx" ASC-nin hazırkı iddiasının əsası kimi istinad etdiyi xüsusatlar həm məhkəmə instansiyaları tərəfindən araşdırılmış və bu məqsədlə iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2021-ci il tarixli və 22 iyul 2021-ci il tarixli rəyləri ilə və bununla da xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssisləri tərəfindən 23 fevral 2019-cu il tarixə banka 19571,82 manat əsas borcun, 586,07 manat faiz borcunun olması müəyyən edilmişdir. Digər tərəfdən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi qəbul edildikdən zaman etibarı ilə daha sonra, yəni 15 aprel 2021-ci il tarixdə "xxxx" ASC həmin qətnamə ilə müəyyən edilmiş hüquq və vəziyələri qəbul etmişdir. Belə ki, 19571,82 manat əsas, 586,07 manat faiz borcu olmaqla cəmi 20.157,89 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqı olmaqla cəmi 60 manat xərcin, və məhkəmədə iddia iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulmasını qəbul etmiş və həmin tutmaların cəmi olan 20250.00 (19571,82+586,07+20+40+30.40 = 20248.29) ondan 15 aprel 2021-ci il tarixdə qəbul etmiş və əlavə olaraq 42 manat ödənişi məndən əmlakların girovdan azad olunması üçün qəbul ecərək, buna dair mənə nağd pulun mədaxili haqqında qəbzləri vermişdir. Göründüyü kimi, iddiaçı "xxxx" ASC tərəfindən də məhkəmə qətnaməsi ilə müəyən edilmiş cəmi borcun 20250.00 (19571,82+586,07+20+40+30.40 = 20248.29) olması qəbul edilmiş və bu məqsədlə 15 aprel 2021-ci il tarixdə mənim tərəfimdən 20250.00 manat bütün borclar ödənildikdən sonra öz təşəbbüsü ilə əmlakların girovdan azad edilmələri üçün əlavə olaraq 42 manat ödənişin edilməsini tələb edərək 42 manat ödənişi məndən əmlakların girovdan azad olunması üçün qəbul edərək, buna dair mənə nağd pulun mədaxili haqqında qəbzləri vermişdir. Göstərilən qanunvericilik aktları normalarına əsasən, mənim 15 aprel 2021-ci il tarixdə mənim 20250.00 manat borcu (əsas, faiz, dövlət rüsumu və s.) ödəməyimlə və həmin məbləği bankın qəbul edərək mənə əmlakın girovdan azad edilməsinə dair ödəniş edilməsinə dair qəbz verməsi ilə bank qarşısında öhdəliyimi tam icra etmiş və bununla da onun bank qarşısında öhdəlimə tamamilə xitam verilmişdir. edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, bu mümkündür. Şərh olunduğu kimi, "xxxx" ASC ilə Cavabdeh oğlu arasında 23 fevral 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 77000 manar kredit verilmişdir. Göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında 23 fevral 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 77000 manar kredit verilmiş və həmin faizə uyğun olaraq kreditora faizlər ödənilmişdir. Bununla da kreditor digər əsaslardan çıxış edərək, yəni müqavilə ilə illik 22 faiz dərəcəsinin nəzərdə tutulmasına əsaslanaraq həmin faizləri tələb etmiş və həmin faizə hesablanmış əsas və faiz borcunun tutulması qət edilmiş və əsas və faiz borcu ödənilərək öhdəliyə xitam verilmişdir. Göründüyü kimi, məhkəmə instansiyaları tərəfindən tərəflərin hüquq və vəzifələri araşdırılaraq əsas və faiz borcları müəyyən edilmiş və artıq həmin məbləğlər ödənilərək əsas və faiz borcları üzrə öhdəliklərə xitam verilmişdir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, onların izahatını iş materialları ilə yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2019 il tarixli, 104850-130843/5 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı bank tərəfindən cavabdeh X8 şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 22 % dərəcəsi ilə 77000 manat məbləğində kredit verilmişdir. 26 noyabr 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh "xxxx" ASC ilə bağlanmış 23 fevral 2016-cı il tarixli, 104850-130843/5 nömrəli Kredit müqaviləsinə əsasən 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 77.000 (yetmiş yeddi min) manat məbləğində kredit götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 26 avcust 2021-ci il tarixli, 2(103)-5711/2021 saylı qətnaməsi ilə Cavabdeh banka 23 fevral 2019-cu il tarixə olan əsas borcu 19,571.82 manat, faiz borcu isə 586.07 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra isə (23 fevral 2019-cu il tarixindən 15 aprel 2021-ci il tarixinədək) Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 2,098.53 manat faiz borcu olmaqla, cəmi 2,098.53 (iki min doxsan səkkiz manat, 53 qəpik) manat kredit borcu mövcuddur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2021 saylı, 05.03.2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 104850-130843/5 saylı 23.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19571,82 manat məbləğində əsas borc, 586,07 manat məbləğində faiz borcu olmaqla, cəmi 20157,89 (iyirmi min yüz əlli yeddi səksən doqquz qəpik) manat borcu və ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınaması üçün köçürülmüş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və X5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilsin, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılsın, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 65 000 (altmış beş min) manat, X5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 45.500 (qırx beş min) manat müəyyən edilməsi, mənzillərin satılması və ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ Cavabdeh və X6 qaytarılması. Əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, mənzillərin hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh, X9 və X12, X13 ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzili və ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzili tərk etməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-5711/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh İddiaçı ASC-nin xeyrinə 104850-130843/5 saylı 23.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19571,82 manat əsas, 586,07 manat faiz borcu olmaqla cəmi 20 157,89 (iyirmi min yüz əlli yeddi səksən doqquz qəpik) manat borcun tutulması” hissəsində dəyişdirilmədən saxlnılması qət edilmişdir. İş materiallarında olan 29.11.2021-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış borcun tələbi haqqında bildirişə əsasən, ondan 5 iş günü müddətində borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müvafiq iddia tələbi ilə müraciət ediləcəyi bildirilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386-cı maddələri). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 425 və 442-ci maddələri). Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir (Mülki Məcəllənin 432.3-cü maddəsi). Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir (Mülki Məcəllənin 440.1. maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-99/2021 saylı, 05.03.2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 104850-130843/5 saylı 23.02.2016-cı il tarixli kredit müqaviləsi üzrə 19571,82 manat məbləğində əsas borc, 586,07 manat məbləğində faiz borcu olmaqla, cəmi 20157,89 (iyirmi min yüz əlli yeddi səksən doqquz qəpik) manat borcu və ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınaması üçün köçürülmüş 20 manat dövlət rüsumu, 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilə və X5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilə yönəldilsin, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılsın, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 65 000 (altmış beş min) manat, X5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 45.500 (qırx beş min) manat müəyyən edilməsi, mənzillərin satılması və ondan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğ Cavabdeh və X6 qaytarılması. Əmlakların satışından əldə edilən vəsait iddiaçının pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, mənzillərin hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh, X9 və X12, X13 ünvan 1 ünvanında yerləşən 1 otaqlı, 31.79 kv.m ümumi, 16.59 kv.m yaşayış, 15.2 kv.m yardımçı sahədən ibarət 10 saylı mənzili və ünvan 2 ünvanında yerləşən 2 otaqlı, 48.81 kv.m ümumi, 28.11 kv.m yaşayış, 20.7 kv.m yardımçı sahədən ibarət 27 saylı mənzili tərk etməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilmiş müqavilə üzrə borcun ödənilməsi öhdəliyi məsələsinə məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Hal-hazırda iddiaçının iddia tələbi heç bir əsasa söykənmir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında 23 fevral 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 77000 manar kredit verilmişdir. Göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında 23 fevral 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 77000 manar kredit verilmiş və həmin faizə uyğun olaraq kreditora faizlər ödənilmişdir. Bununla da kreditor digər əsaslardan çıxış edərək, yəni müqavilə ilə illik 22 faiz dərəcəsinin nəzərdə tutulmasına əsaslanaraq həmin faizləri tələb etmiş və həmin faizə hesablanmış əsas və faiz borcunun tutulması qət edilmiş və əsas və faiz borcu ödənilərək öhdəliyə xitam verilmişdir. Cavabdeh banka olan borcundan yayınmamış və borcunu tam olaraq 15 aprel 2021-ci il tarixdə bağlamışdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-975/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-975/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver