Məhkəmə qərarları › İş №2(005)-976/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-976/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-976/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibinin Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış, 06 sentyabr 2018-ci il tarixli, 50000 (əlli min) manat məbləğində Kredit Müqaviləsinin etibarsız hesab edilməsi, habelə icra qeydinin də ləğv edilməsi və o cümlədən, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və dostları-X3 və X2 “Hacı oğlu Leylək" firmasına məxsus uşaq bezlərinin satışı ilə əlaqədar uşaq bezlərinin satışının həyata keçirilməsi məqsədilə xeyli miqdarda uşaq bezləri verməyi, iddiaçı isə həmin uşaq bezlərini satdıqdan sonra əldə etdilmiş gəliri cavabdehə çatan hissəsini ödəməyi razılaşmışlar. İddiaçı Cavabdehlə daxili inama əsaslanan iş birliyi qurmuşlar, aralarında alqı- satqı nisyə ödəmə vasitəsi ilə və onun istəyinə uyğun faktura yazılmadan həyata keçirilirdi. Tərəflərin sağlam etibarı yaranmışdır. Bezlərin alqı-satqısından alınan dəyərin etibarlı və vaxtında ödənilməsi üçün cavabdehin ünvanına göndərir, bezlərin satışını isə dostu ilə müştərək qaydada həyata keçirmişlər. İddiaçı bu satışa rəhbərlik etmiş, əslində satış pulları cavabdehdə olurdu. Cavabdehlə alqı-satqı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən işgüzar adətlərə uyğun olaraq alış-verişi nisyə aparmışlar. Cavabdeh iddiaçı ilə sənədsiz alış-veriş etdiyindən, hər etimala görə formal olaraq müəyyən məbləğə alqısatqı müqaviləsi bağlamasını, ancaq iddiaçı həmişəki kimi satışdan az-az ödəməli idi. İddiaçı aralarında olan inama görə həmin təkliflə razı olmuşdur. Bununla yanaşı cavabdehlə olan razılaşmaya görə aralarında hazırki işlərinə uyğun alqı-satqı müqaviləsi bağlanmalı idi. Lakin sonradan 06 sentyabr 2018-ci il tarixli 50000 (əlli min) manat kredit müqaviləsinə əsasən Nəsimi rayon Məhkəhməsinin 2(006)-3631/2020-011 saylı 10.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan bu müqaviləyə əsasən 50000 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh qaytarılması qət edilmişdir. icraya yönəldikdən sonra iddiaçıya tərəflər arasında bağlanan müqavilənin borc müqaviləsi olduğu, yəni guya iddiaçı cavabdehdən 50000 manat borc pul alındığı müəyyən edilmişdir. Cavabdeh bu məsələyə aydınlıq gətirməyini istədikdə, bildirmişdir ki bu müqavilə formal xarakter daşıyır və narahat olmağına dəyməz. Cavabdeh özünün şirkətə olduğu borcunu başqa heç cür gizlədə bilmir və iddiaçıdan guya ’’borclu olanlar” (borc alanlar) kimi təqdim edib. Cavabdeh söz vermişdir ki, yaxın vaxtlarda bütün oz məsələlərini yoluna qoyub iddiaçı ilə bağlanan formal borc- müqaviləsini ləğv edəcəkdir. Göründüyü kimi kredit müqaviləsinə əsasən iddiaçı 50000 (əlli min) manat pulu bir il altı ay müddətinə qaytarmalıydı. Buradan aydın olur ki, iddiaçı belə şərtlərlə müqavilə bağlamaq niyyətində olmamışdır. İddiaçı notariat kontorunda və ya notariusun şəxsi hesabından çek vasitəsi ilə və ya nağd qaydada Cavabdeh heç bir məbləğdə pul almamışdır. Lakin bütün bunlara baxmayaraq , X7 Rayon Məhkəməsi 18.11.2021 -ci il tarixdə 3(006)-3564/2021 nömrəli qərarı ilə Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilib və 10(on) gün müddətinə iddiaçı inzibati qaydada həbs edilmişdir. Odur ki, iddiaçı cavabdeh tərəfindən aldadıldığını və cavabdehin vədinə əməl etməyəcəyini başa düşərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili hər biri ayrıayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 06.09.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borcverən” Cavabdeh ilə “Borc alan” İddiaçı arasında 50000 manat borc verilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən "Borc alan" krediti 06/03/2019-cu il tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(006)-3631/2020 nömrəli Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 50.000 (əlli min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.030 (əlli min otuz) manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh ödənilməsi qətt edilmişdir. Qeyd olunan qətnamənin əsaslandırıcı hissəsində tərəflər arasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 06.09.2018-ci il tarixli kredit müqaviləsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 06 sentyabr 2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır.Kredit müqaviləsi Bakı şəhəri 14 saylı notariat ofisində rəsmiləşdirilmişdir.Tərəflər arasında bağlanılmış "Borc Kredit” müqaviləsinin l-ci bəndinə əsasən kredit verən (borc verən) kredit alana (borc alan) 50 000 (əlli min) manat məbləğində pulu borc verir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan İddiaçı krediti 06 mart 2019-cu il tarixədək borc verən Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(006)-3631/2020 nömrəli Qətnaməsi ilə cavabdeh İddiaçı 50.000 (əlli min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 50.30 (əlli min otuz) manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh ödənilməsi qətt edilmişdir. Bundan sonra iddiaçı tərəflər arasında bağlanmış müqavilənin uydurma əqd olduğunu iddia edərək, həmin müqavilənin etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin ə sasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddi a tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisi ya şərtləri ilə uzlaşırsa,habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmır sa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhk əmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına e htiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Göründüyü kimi qanunverici əqdin etibarsız hesab edilməsi dair müvafiq imperativ şərtləri müəyyən etmişdir. Lakin hazırda iddiaçı tərəfindən mübahisə predmeti olaraq göstərilmiş müqavilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(006)-3631/2020 nömrəli Qətnaməsi ilə müəyyən edilmiş faktdır və hazırki iş üzrə iddiaçı həmin işdə cavabdeh olaraq cəlb olunmuşdur. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan maddi hüquq norması məhkəmədə işlərə baxılan zaman mübahisələndirilən hallara dair digər məhkəmə aktında müəyyən edilmiş halların preyudisial əhəmiyyətini müəyyən edərək, məhkəmə araşdırmasının tamlığını təşkil etmək məqsədini təmin edir. Belə olan halda iddiaçı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(006)-3631/2020 nömrəli Qətnaməsi ilə müəyyən edilmiş fakt olan Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 06.09.2018-ci il tarixli kredit müqaviləsini mübahisələndirilməsi yolverilməzdir. Hal-hazırda mübahisələndirlən müqavilə Nəsimi rayon Məhkəməsinin 2(006)- 3631/2020 nömrəli işi üzrə irəli sürülmüş iddiada mübahisə predmeti olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin müqavilə qanuni və əsaslı hesab olunaraq, onun əsasında iddia tələbnin təmin edilməsi qət edilmişdir. Belə olan halda, məhkəmə Nəsimi rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(006)-3631/2020 nömrəli artıq qanuni qüvvəsini aldığından həmin qətnamənin əsaslandırma hissəsini təyin edən müqavilənin mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Qeyd olunan qərardan göründüyü kimi məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar