Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-98/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı2 nümayəndəsi və İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borcun və dəymiş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat borcun və vurduğu ziyana görə 4000 manatın, cəmi 8000 manatın tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda 1 qrup əlildir və mütəmadi olaraq müalicə alır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 sot torpaq sahəsində bir mərtəbəli ev tikmək qərarına gəlmişdir, bu səbəbdən də usta kimi tanıdığı cavabdehə müraciət etmişdir. O, bildirmişdir ki, 11000 manata evi tikib təhvil verəcək. O da 2018-ci ildən başlayaraq mütəmadi olaraq cavabdehə hissə-hissə 11 000 manat ödəmişdir. 07 mart 2018-ci il tarixdə cavadeh onun yaşadığı ünvana gəlib borc olaraq ondan 4000 manat pul götürmüşdür. Sonradan həmin borcu ondan istəmiş, hər dəfə bəhanələrlə borcu qaytarmamışdır. O, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. 11 noyabr 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqda qərarda göstərilmişdir ki, o, bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. Bundan əlavə cavabdeh onlara məxsus evi planına uyğun tikmədiyindən bunun nəticəsində onlara 4000 manat ziyan vurmuşdur. 18.05.2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh vurduğu ziyana görə 4000 manatın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli 3074 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 798 C saylı sahədə İddiaçı2 məxsus fərdi yaşayş evinin inşaası ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyəri təqribən 10830,0 manat məbləğində müəyyən edilmişdi. Rəyin tədqiqat hissəsində göstərilərləri nəzərə alaraq, tədqiq olunlan yaşayış evinin 1-ci mərtəbəsinin daxilindəki tikililərin, eləcə də mansard mərtəbəsinin planlı yerləşməsinin “xxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihəsinə uyğun olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin layihəyə uyğun inşa edilməsi texniki cəhətdən mümkündür. Bunun üçün, 1ci mərtəbənin daxilindəki arakəsmələr, eləcə də evin dam örtüyü sökülərək, yenidən layihəyə uyğun inşa edilməlidir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan yaşayış evinin bəzi konstruktiv elementləri üzrə qüsurlar mövcud olduğu, həmçinin yerinə yetirilmiş işlər zamanı tikintinin aparılması texnologiyasına riayət olunmadığı müəyyən edilmişdir. Belə ki, qapı və pəncərə boşluqlarının üstünə beton atmalar qoyulmamış, divarların boşluqlu kərpiclə hörüldüyü nəzərə alınaraq, qapı və pəncərə boşluqlarının kənarlarında bərkidici elementlər qoyulmamış, evin inşası zamanı düzəldilən monolit dəmir-beton seysmik kəmər, dəmir-beton rigel və döşəmə sement və otsep qarışığından hazırlanmışdır ki, həmin elementlərin möhkəmliyini azaltmış (bəzi yerlərdə beton qatı tökülmüşdür), yağış sularının axıdılması üçün quraşdırılmış novalçalar yerinə tam bərkidilməmiş, sərhəd hasarının hörgüsündə yapışdırıcı məhlul az istifadə olunduğundan bəzi yerlərdə hörgü daşları yerindən çıxmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2021-ci il tarixli 10/3756 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, 798 C saylı sahədə İddiaçı2 məxsus fərdi yaşayış evi faktiki olaraq təmirsiz (təmir işləri tam başa çatmamış) vəziyyətdə olduğunu nəzərə alaraq «xxxx» MMC-nin təqdim etdiyi eskiz layihəyə uyğun tikilməməsi nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyanın dəymədiyi müəyyən edilir. Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, 798C saylı sahədə İddiaçı2 məxsus fərdi yaşayış evinin daxilində İddiaçı1 terefindən cavabdeh tərəfindən aparılan təmir tikinti işlərindən sonra əlavə təmir tikinti işləri aparıldığından (ilkin vəziyyəti saxlanmadığından) 2018-ci il tarixdə tikintisinə çəkilən xərcin həcmi (usta pulu və təmir xərci) nə qədər təşkil olunduğunu və fərdi yaşayış evinin tikilməsi zamanı yol verilmiş qüsrların aradan qaldırılması üçün nə qədər vəsait tələb olduğunu dəqiqiliklə müəyyən etmək mümkün olmadı. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, 798 C saylı sahədə yerləşən fərdi yaşayış eviİddiaçı2 məxsusdur. Cavabdeh həmin fərdi yaşayış evinin “xxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihəsi üzrə tikib təhvil verilməsini öhdəsinə götürmüşdür. Lakin fərdi yaşayış evi tikintisi başa çatdıqdan sonra iddaçılar müəyyən etmişdilər ki, ev qüsurlu tikilib. Cavabdeh isə bununla razılaşmayaraq, fərdi yşayış evini razılaşdıqları qaydada və keyfiyyətdə tikib təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki Məcəllənin 762.4-cü maddəsinə əsasən, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan evin layihəyə uyğun olmayaraq tikilməsinə görə Cavabdeh tərəfindən ona ziyan vurulduğunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ilkin ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan yaşayış evinin bəzi konstruktiv elementləri üzrə qüsurlar mövcud olduğu, həmçinin yerinə yetirilmiş işlər zamanı tikintinin aparılması texnologiyasına riayət olunmadığı müəyyən edilmişdir. Lakin təyin edilmiş təkrar məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, 798 C saylı sahədə İddiaçı2 məxsus fərdi yaşayış evi faktiki olaraq təmirsiz (təmir işləri tam başa çatmamış) vəziyyətdə olduğunu nəzərə alaraq «xxxx» MMC-nin təqdim etdiyi eskiz layihəyə uyğun tikilməməsi nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyanın dəymədiyi müəyyən edilir. Göründüyü kimi, iddiaçı məhkəmə iclasında maddi zərərlə bağlı sübutlar təqdim edə bilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhz bu halla bağlı mötəbər dəlillər mövcud deyildir ki, hazırki iş üzrə iddiaçıların izahatları da mülahizə xarakterli olmuşdur. Belə ki, onların izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, bunun nəticəsində də iddiaçılara 4000 manat məbləğində maddi ziyanın vurulması barə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçıların mülahizələrinin əksinə olaraq iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 09 aprel 2021-ci il tarixli 10/3756 nömrəli ekspert rəyi ilə, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, 798 C saylı sahədə İddiaçı2 məxsus fərdi yaşayış evi faktiki olaraq təmirsiz (təmir işləri tam başa çatmamış) vəziyyətdə olduğunu nəzərə alaraq «xxxx» MMC-nin təqdim etdiyi eskiz layihəyə uyğun tikilməməsi nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyanın dəymədiyi müəyyən edilmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, cavabdehin onlara məxsus evi planına uyğun tikmədiyindən onlara 4000 manat ziyan vurulması barədə iddiası açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Hər hansı zərərin vurulmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iş üzrə keçirilmiş ekspertizanın dəyəri iddiaçılar tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-98/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-98/2021
07.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver