Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-997/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “kreditlər üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 08 iyul tarixli kredit müqaviləsi üzrə 1285.13 ABŞ dollar: faiz, 88.26 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1373.39 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qevdə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən, 2 otaqlı, 60.6 kv.m ümumi, 38.0 kv.m yaşayış, 22.6 kv.m yardımçı sahədən ibarət 34 nömrəli evin 30 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən, 2 otaqlı, 60.6 kv.m ümurrli, 38.0 kv.m yaşayış, 22.6 kv.m yardımçı sahədən ibarət 34 nömrəli evin 30 nömrəli mənzilindən hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən, 2 otaqlı, 60.6 kv.m ümumi, 38.0 kv.m yaşayış, 22.6 kv.m yardımçı sahədən ibarət 34 nömrəli evin 30 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2 İofıq oğlunun , Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən, 2 otaqlı, 60.6 kv.m ümumi, 38.0 kv.m yaşayış, 22.6 kv.m yardımçı sahədən ibarət 34 nömrəli evin 30 nömrəli mənzilindən olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 , Cavabdeh2 , Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2015-ci il 08 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin "13 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq. Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən, 2 otaqlı, 60.6 kv.m ümumi, 38.0 kv.m yaşayış, 22.6 kv.m yardımçı sahədən ibarət 34 nömrəli evin 30 nömrəli mənzili 2015-ci il 08 iyul tarixli ipoteka müqaviləsilə yüklii edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 08 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gccikdirilən gün üçün gccikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il noyabrın 20-dək Cavabdeh1 2015-ci il 08 iyul tarixli kredit müqaviləsi üzrə banka 1285.13 ABŞ dolları faiz, 88.26 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1373.39 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 İofıq qızı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iddiaçı “İddiaçı ” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinin həcminin azalmasına dair ərizə verərək Cavabdeh1 1285.13 ABŞ dolları faiz, 88.26 ABŞ dolları cərimə, cəmi 1373,39 ABŞ dolları məbləgində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 2015-ci il 08 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin "13 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində yerləşən, 2 otaqlı, 60.6 kv.m ümumi, 38.0 kv.m yaşayış, 22.6 kv.m yardımçı sahədən ibarət 34 nömrəli evin 30 nömrəli mənzili 2015-ci il 08 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 (beş) gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən (“xxxx” X3 Açıq Səhmdar Cəmiyyətindən) aldığı kredit borcun iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1285.13 ABŞ dolları faiz, 88.26 ABŞ dolları cərimə, cəmi 1373,39 ABŞ dolları məbləgində borc vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh1 xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1285.13 ABŞ dolları faiz, 88.26 ABŞ dolları cərimə, cəmi 1373,39 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X10 Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-997/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-997/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Kredit müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver