Məhkəmə qərarları › İş №2(102)-6089/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6089/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Kredit müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6089/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilmə si, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və istifadə hüququnun itirilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-294/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 19.06.2015ci il tarixli, 23-4586 saylı kredit xətt müqaviləsinə əsasən, Bank borcalana 120 ay müddətinə 55.000 manat məbləğində kredit xətti açmışdır.

2. Həmin kredit xətti müqaviləsinə uyğun olaraq, Bank ilə borcalan arasında bağlanmış 19.06.2015-ci il tarixli 23-4587 saylı əlavə kredit müqaviləsinə əsasən, Bank borcalana 36 ay müddətinə, illik 22% dərəcəsi hesablanmaq şərti ilə 17.000 ABŞ dolları məbləğində kredit vermişdir.

3. Bank ilə borcalan arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən, borcalan 20.07.2015-ci il tarixdən 19.06.2018-ci il tarixinədək hər ay 649,78 ABŞ dolları (sonuncu ay 641,97 ABŞ dolları) ödəniş etməklə 17.000 ABŞ dolları əsas, 6.384,27 ABŞ dolları məbləğində faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür.

4. Bank ilə borcalan arasında bağlanmış 19.06.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 19.06.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəli klərinin təminatı olaraq borcalanın mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 55.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 68 nömrəli evin 35 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

5. Bank ilə Cavabdeh2 (bundan sonra – zamin) arasında bağlanmış 19.06.2015-ci il tarixli 23-4587/1 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə tam məsuliyyət daşımağı üzərinə götürmüşdür.

6. Bank ilə borcalan arasında 19.06.2015-ci il tarixli 23-4587 saylı əlavə kredit müqaviləsi üzrə 18 fevral 2016-cı il tarixdə bağlanmış əlavə razılaşmaya əsasən, tərəflər illik faiz dərəcəsinin 19% endirilməsi barədə razılığa gəlmişlər.

7. Bank ilə borcalan arasında 18 fevral 2016-cı il tarixdə bağlanmış əlavə razılaşma üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən borcalan 19.02.2016-cı il tarixdən 19.06.2018ci il tarixinədək hər ay 400 ABŞ dolları (ilk ay 264,64 ABŞ dolları, ikinci və üçüncü ay 229,60 ABŞ dolları, sonuncu ay 9.477,23 ABŞ dolları) ödəniş etməklə 14.501 ABŞ dolları əsas, 5.700,07 ABŞ dolları məbləğində faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Bank Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankın “Nərimanov” filialı ilə borcalan arasında bağlanmış 19 iyun 2015-ci il tarixli, 23-4586 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayıl an 19 iyun 2015-cü il tarixli, 23-4587 saylı əlavə kredit müqaviləsinə, Bankla zamin arasında bağlanmış 19 iyun 2015-cü il tarixli, 234587/1 saylı zaminlik müqaviləsinə əsasən, borcalan və zamindən birgə qaydada 11.628 ABŞ dolları əsas, 3.939 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 16.567 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, vəsaitin borcun ödənilməsinə yönəldilməsi, qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 55.000 manat qiymətləndirilməsi, mənzildə qeydiyyatda olan borcalan və digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci bi r ay ərzində boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Bank tələbini onunla əsaslandırmışdır ki, borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcu ödəməmişdir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 02.07.2018-ci il tarixdə 505 ABŞ dolları məbləğində olmuş və bundan sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə hər hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. 19 iyun 2015-cü il tarixli Nb 23-4587 saylı əlavə kredit müqaviləsi üzrə hazırda borcalanın Banka 11.628 ABŞ dolları əsas, 3.939 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 16.567 ABŞ dolları borcu vardır.

10. Bankın 24.09.2018-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, borcalanın 19.06.2015-ci i l tarixli kredit müqaviləsinə əsasən Banka 11.628 ABŞ dolları məbləğində əsas, 3.939 ABŞ dolları məbləğində faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 16.077 ABŞ dolları məbləğində borcu vardır.

11. Məhkəmə iclasında borcalan iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, yeganə yaşayış yeri olan mənzilini ipoteka ilə yüklü edərək, krediti məcburən, ailə problemlərini həll etmək üçün götürmüşdür. Milli valyutanın 2 dəfə devalvasiyaya uğraması hamı kimi onun da kredit ödənişində ciddi fəsadlar yaratmışdır. Ancaq çox çətinliklə də olsa 11.821,43 ABŞ dolları məbləğində, yaxud Azərbaycan manatı ilə 19.000 manat ödəniş etmişdir. Banka borcu yoxdur. Bundan əlavə, kreditə hesablanmış cərimə borcu da silinməlidir. Belə ki, cərimə borcunun da yaranmasına səbəb Azərbaycan manatının devalvasiyaya uğraması olmuşdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2019-cu il tarixli, 31714 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 19 iyun 2015-ci il tarixli, 23-4587 tarixli kredit müqaviləsi və 18 fevral 2016cı il tarixli əlavə kredit razılaşması üzrə 24.09.2018-ci il tarixə borcalanın Banka olan əsas borcu 13.292,80 ABŞ dolları, faiz borcu isə 859,63 ABŞ dolları təşkil edir.

13. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertizası üzrə "xxxx" MMC-nin 30.05.2019cu il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ipoteka predmeti olan mənzilin 2015-ci il tarixinə bazar dəyəri 63.000 manat təşkil edir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan s onra – birinci instansiya məhkəməsi) 2(005)-346/2019 nömrəli iş üzrə 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin edilmiş, Bank ilə borcalan arasında bağlanmış 19 iyun 2015-ci il tarixli, 23-4586 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 19 iyun 2015-cü il tarixli, 23-4587 saylı əlavə kredit müqaviləsinə, Bank ilə zamin arasında bağlanmış 19 iyun 2015-cü il tarixli, 23-4587/1 saylı zaminlik müqaviləsinə əsasən borcalandan və zamindən birgə qaydada 11.628 ABŞ dolları əsas borc, 859,63 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 12.537,63 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq borcun öd ənilməsinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 63.000 manat məbləğində müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 150 manat pul vəsaitinin borcalandan tutularaq Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi, qiymətləndirmə ekspertizası xərci olan 150 manat pul vəsaitinin borcalandan tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri üzrə 02.04.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməli, lakin ekspert rəyi ilə əsas borc qismində müəyyən edilmiş məbləğ iddiaçı tərəfin dən təqdim edilmiş 24.09.2018-ci il tarixli maliyyə arayışında əsas borc qismində qeyd olunmuş məbləğdən artıq olduğundan, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 24.09.2018-ci il tarixli maliyyə arayışı əsas götürülməli və 11.628 ABŞ dolları məbləğində əsas borc borcalandan Bankın xeyrinə tutulmalıdır.

16. Məhkəmə iddiaçının tələb etdiyi faiz borcu məbləği ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, ekspert rəyi əsas götürülməklə, 859,63 ABŞ dolları məbləğində faiz borcu borcalandan Bankın xeyrinə tutulmalıdır.

17. Bununla belə, məhkəmə hesab etmişdir ki, cərimə borcu müəyyən edilərkən tənasüb qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə mə bləği endirilməli və 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

18. Məhkəmə, həmçinin hesab etmişdir ki, Cavabdeh2 zamin kimi borcalanın iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada ondan da iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə daha sonra hesab etmişdir ki, borc ipoteka predmetinə tutma yönəldilməsi hesabına ödənilməli və ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndirmə barədə rəy üzrə müəyyən olunaraq, açıq hərraca çıxarılmalı və mənzil hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.4, 269.7, 282.1, 317.1, 319.1, 385.1, 427. 3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467, 472.1-472.3, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 34.1, 36.1, 36.3, 39.3.3, 47.4, 59.3.1, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

21. Qətnamədən borcalan apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Borcalan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit götürdükdən sonra Azərbaycan manatı 2 dəfə devalvasiyaya uğramışdır. Lakin Bankdan götürdüyü 17.000 ABŞ dolları kreditin 11.821,43 dollarını 02.07.2018-ci il tarixinə kimi Banka ödəmişdir. Bu fakt 02 aprel 2019-cu il tarixli ekspert rəyi ilə də təsdiq olunmuşdur. Devalvasiyadan sonra 18.02.2016-cı il tarixdə guya Bank güzəşt məqsədilə kreditin faiz dərəcəsini 22%-dən 19%-ə endirmişdir. Lakin ödədiyi pul məbləğlərinin kreditin faizlərinə yönəldilməsi nəticəsində bu güzəştin heç bir əhəmiyyəti olmamışdır. Eyni zamanda ekspert rəyində göstərilən əsas borc və faiz borcu da düzgün hesablanmamışdır.

23. İşin apellyasiya icraatı zamanı apellyantın nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, qətnamədən narazılığı 3 hissədədir. İlk olaraq, təkrar ekspertiza keçirilməlidir. İkincisi, mənzilin təkrar qiymətləndirilməsi üzrə ekspertiza təyin olunmalıdır. Üçüncüsü, təmsil etdiyi şəxs alimdir və onun cəmi bir yaşayış sahəsi var. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ipoteka predmeti yeganə yaşa yış yeri olduğundan, tələb həmin evə yönəldilə bilməz.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10793/2019 nömrəli iş üzrə 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi borcun məbləğinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirərkən, ekspert rəyinə əsaslanmışdır. Borcalan onun tərəfindən ödənilmiş hər hansı bir ödənişin nəzərə alınmaması və yaxud hesabından düzgün silinməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Borcun məbləğinin düzgün hesablanmaması barədə əsaslı şübhələr olmadığından iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə zərurət yoxdur.

26. Məhkəmə ipoteka predmetinin düzgün qiymətləndirilməməsi barədə dəlilə münasibətdə qeyd etmişdir ki, əmlakın qiymətinin 63.000 manat olması heç bir şübhə doğurmur və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı düzgün dəyərləndirmə aparmışdır. Belə ki, mənzil bir otaqdan ibarət olmaqla Nərimanov rayonu ərazisində yerləşir. Mənzilin ekspert rəyi ilə müəyyən edilmiş qiyməti mövcud bazar qiymətlərinə uyğundur. Tələbin yeganə yaşayış yerinə yönəldilməsi barədə dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, mənzil mülkiyyətçinin öz iradəsi ilə ipoteka ilə yüklü edilmi şdir.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

28. Qətnamədən borcalan kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7540/2019 nömrəli iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansi yası məhkəməsinin 20 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

30. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız ekspertin rəyinə və Bankın gətirdiyi arqumentlərə əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilə üzrə borcalanın Banka olan əsas və faiz borclarının düzgün hesablandığı, təkrar ekspertizanın keçirilməsinə zərurət olmadığı qənaətinə gəlməklə yanlışlığa yol vermişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə borcalanın müqavilə üzrə 19 iyun 2015-ci il tarixdən 19 iyun 2018-ci il tarixədək Banka ödədiyi vəsaitin məbləği müəyyən edilməli, bu ndan sonra ödənilmiş məbləğin Mülki Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulan qaydada hansı öhdəliyin hesabına daxil edilməsi araşdırılmalı, iddia ərizəsinin əsas və faiz borcunun tutulması hissəsinə düzgün hüquqi qiymət verilməlidir. Hazırkı halda borclunun Banka ödədiyi vəsaitin necə, hansı qaydada və hansı öhdəliyin hesabına daxil edilməsi mülki iş materialları ilə müəyyən olunmur.

31. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsinin 36 ay müddətinə, yəni 19 iyun 2018-ci il tarixədək bağlanmasına diqqət yetirmədən, həmin müqavilənin qüvvədə olma müddətinədək ödənilməmiş əsas borcun, ona hesablanmış faizlərin məbləğini dəqiqləşdirmədən, Bankın hazırkı iddia ərizəsi ilə məhkəməyə 27 sentyabr 2018-ci il tarixdə müraciət etməsini, 1 9 iyun 2018-ci il tarixdən 27 sentyabr 2018-ci il tarixədək borcalan barəsində müqavilədə göstərilən faiz dərəcəsi üzrə faiz hesablanmasını nəzərə almadan Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşmış hüquqi mövqeyə uyğun olmayan qətnamə qəbul etmişdir. Ona görə də, işə yenidən apellyasiya qaydasında baxılarkən sözügedən müqavilənin bitmə tarixinədək ödənilməmiş əsas borcun və illik faiz dərəcəsi nəzərə alınmaqla kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faizlərin məbləği müəyyən edilməli, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ iddiaçı təşkilata izah edilməlidir.

32. Bundan başqa, ipot eka müqaviləsində tərəflərin razılaşmasına əsasən ipoteka predmetinə 55.000 manat məbləğində qiymət qoyulmuşdur. İşə əlavə edilmiş "xxxx" MMC-nin 30 may 2019-cu il tarixli ekspert rəyinə görə, sözügedən mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoji mənzillərlə müqayisəli satışı, sahəsi, aşınması, mərtəbəsi və sair xüsusiyyətləri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən mənzilin 30 may 2019-cu il tarixinə bazar qiyməti 70.000 manat, 2015-ci ilə bazar qiyməti isə 63.000 manat təşkil etdiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi sözügedən mənzilin açıq hərracdan satılmasını 18 iyun 2019-cu il tarixli qətnamə ilə qət etdiyi halda, həmin mənzilin ilkin satış qiymətini 30 may 2019-cu il tarixə olan bazar qiyməti ilə deyil, 2015-ci ilə olan bazar qiyməti ilə müə yyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə ipoteka predmetinin ilkin satış qiymətini nəyə görə 2019-cu ilə aid bazar qiyməti ilə deyil, 2015-ci ilə aid bazar qiyməti ilə göstərməsini qətnamədə əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Ona görə də, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət edilməklə əsaslandırılmış rəy alınmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyini nəzərə alan məhkəmə təkrar apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə E kspertizası Mərkəzinin 11 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, borcalanın 27.09.2018-ci il tarixə Banka 13.292,92 ABŞ dolları əsas və 193,07 ABŞ dolları faiz borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, borcalanın 19.06.2018-ci il tarixə Banka 13.292,92 ABŞ dolları əsas və 490,24 ABŞ dolları faiz borcu vardır.

34. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə təkrar apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş və "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 06 iyul 2020-ci il tarixli rəyi ilə ipoteka predmetinin likvid qiymətinin 72.000 manat olması müəyyən edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-294/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il ta rixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Nağıyeva və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi borcalandan və zamindən birgə qaydada 859,63 ABŞ dolları faiz borcunun və cəmi 12.537,63 ABŞ dolları pul vəsaitinin tutularaq Bankın xeyrinə ödənilməsi və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 63.000 manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilmiş, borcalandan və zamindən birgə qaydada 193,07 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.871,07 ABŞ dolları pul vəsaitinin tutularaq Bankın xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 72.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, keçirilmi ş qiymətləndirmə tədqiqatının dəyəri olan 150 manatın borcalanla Bank arasında bərabər bölünərək, "xxxx" MMC-nin hesabına köçürülməsi, məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 295 manatın borcalanla Bank arasında bərabər bölünərək Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

36. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. İş üzrə verilmiş 18 fevral 2021-ci il tarixli ekspert rəyində borcalanın 19.06.2018-ci il tarixə 490,24 ABŞ dolları faiz borcunun olduğu qeyd edilsə də, 19.06.2018-ci il tarixdən sonrakı dövrdə 297,06 ABŞ dolları məbləğində aparılmış ödəniş nəzərə alınmamışdır. Buna görə də 11.06.2020-ci il tarixli ekspert rəyində göstərilən məbləğlər əsas götür ülməlidir.

37. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd etmişdir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur.

38. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

39. Bank (vəkil X4) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunması, yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi madd i və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

41. Şikayətdə qeyd olunmuşdur ki, ekspert iş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Həmçinin, ekspert rəyində cavabdehin kredit müqaviləsinin şərtlərinə əməl edəcəyi təqdirdə, yəni lazımı qaydada vaxtlı-vaxtında ödənişlərin olduğu tədqirdə kredit müddətinin sonuna qalan borc məbləği göstərilmişdir. Başqa sözlə, ekspertin hesablamaları "borc götürən şəxs kredit müqaviləsinin şərtlərinə əməl etsəydi bu qədər faiz borcu qalacaqdır” kimi başa düşülür. Lakin, cavabdeh nə verdiyi apellyasiya şikayətinin mətnində, nə də apellyasiya şikayətinə baxış iclasında onu müdafiə edərək hər hansı bir tutarlı sübut gətirə bilməmişdir. Buna baxmayaraq, ekspert Bank tərəfindən verilmiş sübu tlar əsasında rəy vermiş, əsas borc məbləğini eyni, faiz məbləğini isə fərqli çıxarmışdır. Bu hal isə ekspert rəyinə qiymət verərkən nəzərə alınmamış, bu isə öz növbəsində Bankın hüquqlarının pozulması ilə nəticələnən qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə bu hallara əhəmiyyət verməmiş, eksperti dəvət edərək qarşısında hesablama ilə bağlı suallar qoymamışdır. Bu isə onu göstərir ki, məhkəmə işə səthi yanaşmışdır.

42. İkincisi, kassasiya instansiyası məhkəməsi işi yalnız əsas və faiz borcunun araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya məhkəməsi isə Ali Məhkəmənin göstərişlərindən kənara çıxaraq mübahisələndirilməyən hissə olan əmlakın ilkin satiş qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin etmişdir.

43. Şikayəti n əsası kimi, MPM-in 88, 103.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, apellyasiya instansiya məhkəməsi qətnaməsinin qismən ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etdi.

46. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya bax ışının hədləri

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Bankın kassasiya şikayəti əsasında faiz borcunun təmin edilməyən və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq

49. Mülki M əcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). 50. “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tə rəfindən müəyyən edilir.

51. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassator şikayətində apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır.

54. Kassasiya şikayətinin dəlili iş üzrə keçirilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

55. İşə yenidən bax mış apellyasiya instansiyası məhkəməsinin hədlərdən kənara çıxdığı barədə kassasiya şikayətinin dəlili də açıq-aşkar əsassızdır. Çünki kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında işə yenidən baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar qiymətinin müəyyən edilməsi ilə bağlı birbaşa göstəriş verilmiş və bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə yoxlanılması yeni apellyasiya baxışının predmetinə daxil olmuşdur.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-294/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - faiz borcunun təmin olunmayan və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar