Məhkəmə qərarları › İş №2(102)-7540/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7540/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Kredit müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7540/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh1 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)10793/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(005)346/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.N.Novruzova) İd diaçı ASC (bundan sonra bank) Cavabdeh1 (bundan sonra cavabdeh) və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə iddiası qismən təmin edilərək, bankla Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsinə və Cavabdeh2 ilə bank arasında bağlanmış 19 iyun 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 11.628 ABŞ dolları, faiz borcuna görə 859,63 ABŞ dolları, hesablanmış cəriməyə görə 50 ABŞ dolları, cəmi 12.537,63 ABŞ dollarının tutulub banka ödənilməsi, tu tmanın 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan ünvaninə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 63.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması və iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilib. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)10793/2019 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov sədrlik edən, məruzəçi, V.N.Sadıqov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti ve rib. İŞİN HALLARİ İşdən görünür ki, bank məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 55.000 manat məbləğində kredit xətti açılıb. Həmin müqavilənin tərkib hissəsi sayılan 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 17.000 ABŞ dolları kredit verilib. Əsas kredit müqaviləsinin təminatı üsulu kimi bankla Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, sonuncuya məxsus olan ünvani bankın xeyrinə ipoteka ilə yüklü edilib. Eyni zamanda əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi bankla digər Cavabdeh2 arasında 19 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb və sonuncu həmin müqavilə üzrə öhdəlikləri tam həcmdə yerinə yetirməyi öz üzərinə götürüb. Hazırda həmin müqavilə üzrə Cavabdeh1 banka ödənilməmiş 11.628 ABŞ dolları əsas, 3.939 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 16.567 ABŞ dolları borcu vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayara Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbu l edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili İmran Kərimov kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı ASC, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, yəni 19 iyun 2025-ci il tarixədək 55.000 ABŞ dolları kredit xətti açılıb. Həmin müqavilə çərçivəsində bağlanmış 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 17.000 ABŞ dolları kredit verilib. Bundan sonra, sözügedən müqavilə üzrə tərəflər arasında 18 fevral 2016-cı il tarixdə əlavə razılaşma əldə edilib və razılaşmanın şərtlərinə görə, əlavə kredit müqaviləsi üzrə kreditin faiz dərəcəsi 19 faizə endirilib, Cavabdeh1 3 ay güzəşt müddəti verilib, aylıq ödənişin 400 ABŞ dolları olmaqla qalıq məbləğinin son ödəniş tarixinə yığılması müəyyən edilib. Həmçinin ödəniş müddəti çatanadək valyuta məzənnəsində baş vermiş artma və ya azalma riskləri üzrə məsuliyyətin X7-zədinin üzərinə düşdüyü, ödəniş xarici valyutada aparıldıqda isə ödəniş aparılan günə cari məzənnə ilə konvertasiya olunaraq ödənilməsi müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi yalnız ekspertin rəyinə və bankın gətirdiyi arqumentələrə əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilə üzrə X2 banka olan əsas və faiz borclarının duzgun hesablandığı, təkrar ekspertizanın keçirilməsinə zərurət olmadığı qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, iddia ərizəsində bank, Cavabdeh1 27 sentyabr 2018-ci il ta rixə ödənilməmiş əsas borcunun 11.628 ABŞ dolları, faiz borcunun isə 3.939 ABŞ dolları olduğunu iddia edir. İşə əlavə edilmiş bankın 02 iyul 2018-ci il tarixli arayışından isə görünür ki, Cavabdeh1, 19 iyun 2015-ci il tarixdə götürdüyü 17.000 ABŞ dolları kredit borcundan 02 iyul 2018-ci il tarixədək (02 iyul 2018-ci ildə daxil olmaqla) banka 11.821,43 ABŞ dolları məbləğində ödəniş etmişdir (iş vərəq-50). İşə əlavə edilmiş 02 aprel 2019-cu il tarixli ekspert rəyi ilə isə müəyyən olunur ki, Cavabdeh1 tərəfindən sözügedən müqavilə üzrə 19 iyun 2015-ci ildən 24 sentyabr 2018-ci il tarixədək banka bütövlükdə 2.200 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Həmin məbləğində də 1.394,17 ABŞ doları əsas borca, 805,83 ABŞ dolları faiz borcuna silinmişdir. Eyni zamanda əlavə kredit müqaviləsinin və ə lavə razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka iddia ərizəsinin məhkəməyə daxil olduğu günə əsas borcu 13.292,80 ABŞ dolları, faiz borcu isə 859,63 ABŞ dolları, cəmi 14.152,80 ABŞ dolları təşkil edir (iş vərəq 85-88). İşə əlavə edilmiş Cavabdeh1 etiraz ərizəsindən, çoxsaylı müraciətlərindən, yazılı vəsatətlərindən, eləcə də apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, o, sözügedən müqavilə üzrə banka 19 iyun 2015-ci ildən 02 iyul 2018-ci il tarixədək 11.821,43 ABŞ dolları məbləğində ödəniş etmişdir, lakin ekspertin rəyində ödənilmiş məbləğin bütövlükdə 2.200 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmçinin onun ödədiyi məbləğin əsas hissəsi bank tərəfindən əsas borca deyil, faiz borcuna silinmişdir. Ona görə də iddia ərizəsinə etiraz edir və iş üzrə təkrar ekspertiza keçirilməsini xahiş edir. Göründüyü kimi bankın özünün verdiyi arayışda Cavabdeh1 19 iyun 2015-ci ildən 02 iyul 2018-ci il tarixədək banka ödədiyi məbləğin bütövlükdə 11.821,43 ABŞ dolları olduğu qeyd edildiyi halda, sözügedən ekspert rəyində həmin məbləğin bütövlükdə 2.200 ABŞ dolları olduğu göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ bəndinin, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələbləri baxımından hazırki məhkəmə icraatı üzrə həqiqətə nail olmaq üçün ekspertin rəyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən bankın özünün arayışı, işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə tədqiq edib araşdırmadan, ekspertin rəyi ilə bankın arayışı arasındakı ziddiyyətə aydınlıq gətirmək üçün iş üzr ə təkrar ekspertiza keçirib əsaslandırılmış rəy almadan, həmçinin həmin sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən obyektiv baxıb hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə- məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən e dilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (Azərbaycan Respublikası MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi bil iyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, məhkəmə təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər. Nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə- rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşül ür. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 101.3 və 205.1-ci maddələri). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti incumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin t əkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə Cavabdeh1 sözügedən müqavilə üzrə 19 iyun 2015-ci ildən 19 iyun 2018-ci il tarixədək banka ödədiyi vəsaitin məbləği müəyyən edilməli, bundan sonra ödənilmiş məbləğin Mülki Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulan qaydada hansı öhdəliyin hesabına daxil edilməsi araşdırılmaqla, iddia ərizəsinin əsas və faiz borcunun tutulması hissəsinə düzgün hüquqi qiymət verilməlidir. Qeyd olunan maddəni n mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərlərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Hazırki halda isə, borclu Cavabdeh1 banka ödədiyi vəsaitin necə, hansı qaydada və hansı öhdəliyin hesabına daxil edilməsi mülki iş materilları ilə müəyyən olunmur. Digər tərəfdən, bankla Cavabdeh1 arasında bağlanmış əsas kredit xətti müqaviləsində kreditin məbləği, müddəti müəyyən edilsə də, kreditin illik faiz dərəcəsi göstərilməyib, əlavə kredit müqaviləsində isə, kreditin məbləği 17.000 ABŞ dolları, müddəti 36 ay, illik faiz dərəcəsi isə 22 faiz müəyyən edilib. Göründüyü kimi əlavə kredit müqaviləsinin müddəti 19 iyun 2018-ci i l tarixdə bitdiyi halda, bank hazırki iddia ərizəsi ilə məhkəməyə 27 sentyabr 2018-ci il tarixdə müraciət edərək, həmin tarixədək olan əsas və ona 19 və ya 22 faizlə dərəcəsi ilə hesablanmış faiz borcunu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsində göstərilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma m üddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə də, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaramasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qəra rında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bi lər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranın öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutumuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərd ə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsinin 36 ay müddətinə, yəni 19 iyun 2018-ci il tarixədək bağlanmasına diqqət yetirmədən, həmin müqavilənin qüvvədə olma müddətinədək ödənilməmiş əsas borcun, ona hesablanmış faizlərin məbləğini dəqiqləşdirmədən, bankın hazırki iddia ərizəsi ilə məhkəməyə 27 sentyabr 2018-ci il tarixdə müraciət etməsini, 19 iyun 2018-ci ildən 27 sentyabr 2018-ci il tarixədək borclu Cavabdeh1 barəsində müqavilədə göstərilən faiz dərəcəsi üzrə faiz hesablanmasını nəzərə almadan, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarlarında formalaşmış hüquqi mövqeyə uyğun olmayan qətnamə qəbul etmişdir. Halbuki, q eyd olunan maddələrin mənasına görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutumuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərini, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən sözügedən müqavilənin bitmə tarixinədək ödənilməmiş əsas borcun və illik faiz dərəcəsi nəzərə alınmaqla kredit müqaviləsinin bitmə tarixinədək hesablanmış faizlərin məbləği müəyyən edilməli, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunver icilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərin və ya əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ iddiaçı təşkilata izah edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının 2-ci bəndində də göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtl ərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcə llənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan başqa, işdən görünür ki, sözügedən kredit müqaviləsinin təminatı olaraq 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 mülkiyyətind ə olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 68 saylı evin, ümumi sahəsi 29,34 kv.metr, yaşayış sahəsi 16,74 kv.metr olan 35-ci mənzili bankın xeyrinə ipoteka qoyulub və ipoteka müqaviləsində tərəflərin razılaşmasına əsasən ipoteka predmetinə 55.000 manat məbləğində qiymət qoyulub. İşə əlavə edilmiş “xxxx” MMC-nin 30 may 2019-cu il tarixli ekspert rəyinə görə sözügedən mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, analoji mənzillərlə müqayisəli satışı, sahəsi, aşınması, mərtəbəsi və sair xüsusiyyətləri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən mənzilin 30 may 2019-cu il tarixə bazar qiyməti 70.000 manat, 2015-ci il tarixə bazar qiyməti isə 63.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi sözügedən mənzilin açıq hərracdan satılmasını 18 iyun 2019-cu il tarixli qətnamə ilə qət etdiyi halda, həmin mənzilin ilkin satış qiymətini 30 may 2019cu il tarixə olan bazar qiyməti ilə deyil, 2015-ci il tarixə olan bazar qiyməti ilə müəyyən etmişdir. İpoteka qoyan Cavabdeh1 apellyasiya şikayətində bununla razılaşmayıb birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə də mübahisələndiridiyi halda, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini nəyə görə 2019-cu ilə aid bazar qiyməti ilə deyil, 2015-ci ilə aid bazar qiyməti ilə göstərməsini qətnamədə əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka s axlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə, ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin rea l bazar qiyməti sayıla bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə ipoteka predmetinin hazırkı vaxta olan real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya müstəqil qiymətləndirici dəvət etməklə əsaslandırılmış rəy alınmalı və yalnız bundan sonra iddia tələbinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bü tün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(103)-10793/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar