Məhkəmə qərarları › İş №2(103)-294/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-294/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Kredit müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-294/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 Cavabdeh1, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-346/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsinə, X10 arasında 19 iyun 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 11628 ABŞ dolları əsas borc, 3939 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 16567 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 29.34 kv.metr ümumi sahəsi, 16.74 kv.metr yaşayış sahədən ibarət 68 nömrəli evin 35 nömrəli mənzilə yönəldilərək açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 55000 manat qiymətləndirilməsinə, qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Məmməd X11 oğlu və Cavabdeh5 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsi bağlanaraq borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla gələcəkdə bağlanacaq Əlavə Kredit Müqaviləsi ilə müəyyən olunacaq ümumilikdə 55000 manat məbləğində 120 ay müddətinə, yəni 10.04.2025-ci il tarixinədək müddət ərzində kredit limiti müəyyən edərək kredit məhsulları verilməsi razılaşdırılmışdır. İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanaraq, borcalana 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə, 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə bağlanmış 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Məmməd HəsənX6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 29.34 kv.ınetr ümumi sahəsi, 16.74 kv.m yaşayış sahədən ibarət 68 nömrəli evin 35 nömrəli mənzil bankda ipoteka ilə yüklü edilmişdir. Həmin mənzildə Cavabdeh1, Cavabdeh3, Məmməd X11 oğlu və Cavabdeh5 qeydiyyatdadırlar. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin "Nərimanov" filialı ilə Cavabdeh2 arasında 19 iyun 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. 19 iyun 2015-cii il tarixli kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal- hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. 19 iyun 2015-cü il tarixli əlavə kredit müqaviləsi üzrə hazırda cavabdehin banka 11628 ABŞ dolları əsas borc, 3939 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 16567 ABŞ dolları borcu var. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan 19 iyun 2015-ci il tarixli əlavə kredit müqaviləsi, Cavabdeh2 arasında 19 iyun 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 11628 ABŞ dolları əsas borcun, 859,63 ABŞ dolları faiz borcunun, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 12 537, 63 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyət hüququ üzrə Məmməd Həsən- X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 29.34 kv.metr ümumi sahəsi, 16.74 kv.metr yaşayış sahədən ibarət 68 nömrəli evin 35 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 29.34 kv.metr ümumi sahəsi, 16.74 kv.metr yaşayış sahədən ibarət 68 nömrəli evin 35 nömrəli mənzilin ilkin satış qiymətinin 63.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 29.34 kv.metr ümumi sahəsi, 16.74 kv.metr yaşayış sahədən ibarət 68 nömrəli evin 35 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 150 manat pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci olaraq 150 manat pul vəsaitinin Cavabdeh1 tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit götürdükdən sonra Azərbaycan manatı 2 dəfə devalvasiyaya uğramışdır. Lakin bankdan götürdüyü 17000 ABŞ dollar kreditin 02.07.2018-ci il tarixə kimi 11821,43 dollarını banka ödəmişdir. Bu fakt 02 aprel 2019-cu il tarixli ekspert rəyində də təsdiq olunur. Devalvasiyadan sonra 18.02.2016-cı il tarixdə guya bank güzəşt məqsədilə kreditin faiz dərəcəsini 22%-dən 19%-ə endirmişdir. Lakin ödədiyi pul məbləğlərinin kreditin faizlərinə yönəldilməsi nəticəsində bu güzəştin heç bir əhəmiyyəti olmamışdır. Eyni zamanda ekspert rəyində göstərilən əsas borc və faiz borcu da düzgün hesablanmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(103)-10793/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 18 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-7540/2019 saylı, 24 dekabr 2019-cu il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin 20.08.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Apellyasiya instansiyası məhkəməsi yalnız ekspertin rəyinə və bankın gətirdiyi arqumentələrə əsaslanaraq birinci instansiya məhkəməsi tərəfindən sözügedən müqavilə üzrə X8 banka olan əsas və faiz borclarının duzgun hesablandığı, təkrar ekspertizanın keçirilməsinə zərurət olmadığı qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, bankın özünün verdiyi arayışda Cavabdeh1 19 iyun 2015-ci ildən 02 iyul 2018-ci il tarixədək banka ödədiyi məbləğin bütövlükdə 11.821,43 ABŞ dolları olduğu qeyd edildiyi halda, sözügedən ekspert rəyində həmin məbləğin bütövlükdə 2.200 ABŞ dolları olduğu göstərilmişdir. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə Cavabdeh1 sözügedən müqavilə üzrə 19 iyun 2015-ci ildən 19 iyun 2018-ci il tarixədək banka ödədiyi vəsaitin məbləği müəyyən edilməli, bundan sonra ödənilmiş məbləğin Mülki Məcəllənin 432.4- cü maddəsində nəzərdə tutulan qaydada hansı öhdəliyin hesabına daxil edilməsi araşdırılmaqla, iddia ərizəsinin əsas və faiz borcunun tutulması hissəsinə düzgün hüquqi qiymət verilməlidir. Qeyd olunan maddənin mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərlərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir...” Təkrar apellyasiya baxışı zamanı iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun, bununla əlaqədar olaraq ümumi borcun məbləğnə və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişdirilməlidir. İşin müəyyən olunan hallarına görə, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 120 ay müddətinə 55.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsinə uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 22% dərəcəsi hesablanmaq şərti ilə 17.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 20.07.2015-ci il tarixdən 19.06.2018-ci il tarixədək hər ay 649,78 ABŞ dolları (sonuncu ay 641,97 ABŞ dolları) ödəniş etməklə 17.000 ABŞ dolları əsas, 6.384,27 ABŞ dolları məbləğində faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 18 fevral 2016-cı il tarixdə bağlanmış əlavə razılaşmanın surətinə əsasən tərəflər illik faiz dərəcəsinin 19% endirilməsi barədə razılığa gəlmişlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında 19.06.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 18 fevral 2016-cı il tarixdə bağlanmış əlavə razılaşması üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 19.02.2016-cı il tarixdən 19.06.2018-ci il tarixədək hər ay 400 ABŞ dolları (ilk ay 264,64 ABŞ dolları, ikinci və üçüncü ay 229,60 ABŞ dolları, sonuncu ay 9.477,23 ABŞ dolları) ödəniş etməklə 14.501 ABŞ dolları əsas, 5.700,07 ABŞ dolları məbləğində faiz borcu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 müvafiq hesabından çıxarışa əsasən 17.000 ABŞ dolları məbləğində kredit Cavabdeh1 ödənilmişdir. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 02.07.2018-ci il tarixdə 505 ABŞ dolları məbləğində olmuş və bundan sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə hər hansı məbləğdə ödəniş həyata keçirilməmişdir. İddiaçı ASC-nin 24.09.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19.06.2015ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 11.628 ABŞ dolları məbləğində əsas, 3939 ABŞ dolları məbləğində faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 16.077 ABŞ dolları məbləğində borcu var. İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarının surətinə əsasən Cavabdeh1 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə yaranmış borcu barədə məlumat verilməklə borcun ödənilməsi tələb edilmiş, əks halda ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsinə əsasən 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi və 18 fevral 2016-cı il tarixli əlavə kredit razılaşması üzrə 24.09.2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan əsas borcu 13.292,80 ABŞ dolları, faiz borcu isə 859,63 ABŞ dolları təşkil edir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 19.06.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 55.000 manat məbləğində qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 68 nömrəli evin, 35 nömrəli mənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair Dövlət Reyestrindən arayışın surətinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 68 nömrəli evin, 35 nömrəli mənzili üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ASC-yə ünvanladığı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” məktubun surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 68 nömrəli evin, 35 nömrəli mənzilinə tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. "İddiaçı" ASC ilə Cavabdeh2arasında bağlanmış 19.06.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 19.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin Bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə s əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə “Borcalan” kimi tam məsuliyyət daşıyır. “xxxx” MMC-nin 30.05.2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 68 nömrəli evin, 35 nömrəli mənzilinin 2015-ci il tarixinə bazar dəyəri 63.000 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdeh, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyini nəzərə alan kollegiya təkrar apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasə təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyun 2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh1 27.09.2018-ci il tarixə banka 13 292,92 ABŞ dolları əsas və 193,07 ABŞ dolları faiz borcu borcu vardır. Buna görə də kollegiya cavabdehlərin borc məbləğlərinin düzgün hesablanmamsı arqumentini qismən əsaslı hesab edir ve qeyd edir ki, cavabdehdən tutulmalı olan faiz borcununun məbləğinin ekspert rəyinə uyğun müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, iş üzrə verilmiş 18 fevral 2021-ci il tarixli ekspert rəyində Cavabdeh1 19.06.2018-ci il tarixə 490,24 ABŞ dolları faiz borcunun olduğu qeyd edilsə də, 19.06.2018-ci il tarixdən sonraki dövrdə 297,06 ABŞ dolları məbləğində aparılmış ödəniş nəzərə alınmamışdır. Buna görə də kollegiya 11.06.2020-ci il tarixli ekspert rəyində göstərilən məbləğlər əsas götürülməlidir. Kollegiya, apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir; belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə təkrar apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizası təyin olunmuş və qiymətləndirici rəyi ilə ipoteka predmetinin likvid qiymətinin 72 000 manat olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, qiymətləndiricinin hazırda müəyyənləşdirdiyi qiymətin ilkin satış kimi əsas götürülməsi daha məqsədəuyğundur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalı, iş üzrə keçirilmiş ekspertiza xərcləri isə tərəflərdən alınaraq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T Dİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-346/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi “Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 859,63 ABŞ dolları faiz borcunun və cəmi 12 537, 63 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” və “ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 29.34 kv.metr ümumi sahəsi, 16.74 kv.metr yaşayış sahədən ibarət 68 nömrəli evin 35 nömrəli mənzilin ilkin satış qiymətinin 63.000 manat məbləğində müəyyən edilməsi” hissələrində dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 193,07 (yüz doxsan üç dollar 07 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 11871,07 (on bir min səkkiz yüz yetmiş bir dollar 07 sent) ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 29.34 kv.metr ümumi sahəsi, 16.74 kv.metr yaşayış sahədən ibarət 68 nömrəli evin 35 nömrəli mənzilin ilkin satış qiymətinin 72 000 (yetmiş iki min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı Cavabdeh1, 75 (yetmiş beş) manatı isə İddiaçı ASC-dən alınaraq “xxxx” MMC-nin hesabına köçürülsün. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza olan 295 (iki yüz doxsan beş) manatın 147,5 (yüz qırx yeddi manat 50 qəpik) manatı Cavabdeh1, 147,5 (yüz qırx yeddi manat 50 qəpik) manatı isə İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Elmira Nağıyeva Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar