Məhkəmə qərarları › İş №2(006)-1/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 oktyabr 2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsi üzrə 1.200.000 manat əsas, 209.570 manat isə faiz borcunun, 17 mart 2014-cü il tarixli 6 nömrəli digər kredit müqaviləsi üzrə 1.300.000 manat əsas, 252.002,14 manat faiz borcunun, cəmi 2.961.572,14 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin məbləğinin artırılmasına dair ərizə təqdim edərək, 24 oktyabr 2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsi üzrə 1.200.000 manat əsas, 230.470 manat isə faiz borcunun, 17 mart 2014-cü il tarixli 6 nömrəli digər kredit müqaviləsi üzrə 1.300.000 manat əsas, 274.643,79 manat faiz borcunun, cəmi 3.005.113,79 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin məbləğinin artırılmasına dair ərizə təqdim edərək, 24 oktyabr 2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsi üzrə 1.200.000 manat əsas, 240.730 manat isə faiz borcunun, 17 mart 2014-cü il tarixli 6 nömrəli digər kredit müqaviləsi üzrə 1.300.000 manat əsas, 285.758,78 manat faiz borcunun, cəmi 3.026.488,78 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsinə əsasən kommersiya məqsədi üçün Cavabdeh 24 ay müddətinə illik 11% dərəcəsi ilə 1.200.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 mart 2014-cü il tarixli 6 nömrəli kredit müqaviləsinə əsasən kommersiya məqsədi üçün Cavabdeh 24 ay müddətinə illik 11% dərəcəsi ilə 1.300.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış hər iki kredit müqaviləsinin 1.1, 2.3, 3.1 və 7.2.2-ci bəndlərinə əsasən Cavabdeh tərəfindən kreditlərin əsas məbləğlərinin və ona hesablanmış faizlərin müqavilələrdə göstərilmiş müddətlərdə Banka qaytarmaq barədə öhdəlik götürülməsinə baxmayaraq o, bu öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit götürdükdən sonra banka 24 oktyabr 2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsinə görə yalnız faiz borcu üzrə 258.829,93 manat, 17 mart 2014-cü il tarixli 6 nömrəli digər kredit müqaviləsinə görə isə yalnız faiz borcu üzrə 198.231,35 manat məbləğində ödəniş etməklə kifayətlənmişdir. xx.xx.2016-cı il tarixdə isə banka 24 oktyabr 2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsi üzrə 35.530 manat və 17 mart 2014-cü il tarixli 6 nömrəli kredit müqaviləsi üzrə isə 17.023 manat sonuncu ödəniş edildikdən sonra hər iki kredit müqaviləsi üzrə ödənişlər tam dayanmışdır. Kredit müqavilələrinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xx.xx.2016-cı il tarixli 558 nömrəli, xx.xx.2017-ci il tarixli 168 nömrəli və 05 fevral 2018-ci il tarixli **********033 nömrəli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borclarının banka qaytarılması təmin edilməmişdir. Hətta xx.xx.2015-ci il tarixli əlavələrlə hər iki kredit müqaviləsi üzrə faiz dərəcələrinin 5.7 faizə endirilməsinə və kredit müqavilələrinin müddətinin xx.xx.2016-cı il tarixinə kimi uzadılmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. 12 fevral 2018-ci il tarixə Cavabdeh 24 oktyabr 2013-cü il tarixli 41 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi ******* manat məbləğində borcu vardır. Həmin borcun ******* manatını əsas, 209570 manatını isə faiz borcu təşkil edir. Cavabdehin 17 mart 2014-cü il tarixli 6 nömrəli digər kredit müqaviləsi üzrə isə banka ödənilməmiş 1552002,14 manat borcu vardır. Həmin borcun 1.300.000 manatını əsas, 252.002,14 manatını isə faiz borcu təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən (№4********) görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli 41№li kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 11% dərəcəsi ilə 1.200.000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli 6№li kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 11% dərəcəsi ilə 1.300.000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2013-cü il tarixli 41№li kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 6№li kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan 07 may 2018-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.300.000 manat, faiz borcu 285.758,78 manat, xx.xx.2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi üzrə isə əsas borcu 1.200.000 manat, faiz borcu 240.730 manat təşkil edir. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 14075 №-li ekspert rəyindən görünür ki, 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarında olan Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, titul vərəqəsi məlumatları, ödəniş qəbzləri, 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli əlavənin şərtləri və ödəniş qrafiki əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixə iddiaçı Əmanətlərin Sığortalanması Fonduna əsas borc üzrə 1.200.000 manat, faiz borcu üzrə 134.900 manat məbləğində; 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarında olan Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, titul vərəqəsi məlumatları, ödəniş qəbzləri, 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli əlavənin şərtləri və ödəniş qrafiki əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixə iddiaçı Əmanətlərin Sığortalanması Fonduna əsas borc üzrə 1.300.000 manat, faiz borcu üzrə 167.609,50 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil etmişdir. Mülki işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/290 №-li ekspert rəyindən görünür ki, 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarında olan Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, titul vərəqəsi məlumatları, ödəniş qəbzləri, 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli əlavənin şərtləri və ödəniş qrafiki əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixə iddiaçı Əmanətlərin Sığortalanması Fonduna əsas borc üzrə 1.200.000 manat, faiz borcu üzrə 134.900 manat olmaqla, cəmi borcu 1.334.900 manat məbləğində; 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarında olan Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, titul vərəqəsi məlumatları, ödəniş qəbzləri, 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli əlavənin şərtləri və ödəniş qrafiki əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixə iddiaçı Əmanətlərin Sığortalanması Fonduna əsas borc üzrə 1.300.000 manat, faiz borcu üzrə 137.609,50 manat olmaqla, cəmi borcu 1.467.609,50 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixdə kredit müqavilələri bağlanmış, həmin müqavilələr üzrə cavabdeh öz üzərinə müəyyən öhdəliklər götürmüş, lakin həmin öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmiş, nəticədə "xxxx" ASC qarşısında 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1.200.000 manat, faiz borcu üzrə 134.900 manat məbləğində, 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi üzrə isə əsas borc üzrə 1.300.000 manat, faiz borcu üzrə 137.609,50 manat məbləğində borcu yaranmışdır (Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/290 №-li ekspert rəyi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdeh Balakişiyev Məmməd Balakişi oğlunun üzərinə düşür. Lakin, mülki işdə cavabdeh Balakişiyev Məmməd Balakişi oğlunun öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh Balakişiyev Məmməd Balakişi oğluna vermişdir. Lakin, cavabdeh Balakişiyev Məmməd Balakişi oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, Bank cavabdehin qarşısında müqavilələrdə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin əsas borc hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin Bank qarşısında kredit müqavilələri üzrə ümumilikdə 2.500.000 (iki milyon beş yüz min) manat əsas borc məbləğinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü əsasında cavabdehdən iddiaçının xeyrinə tutulması hökm edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-228/2022 saylı Qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə iş üzrə Cavabdeh qarşı zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı-ləğv prosesində olan "xxxx" KB ASC tərəfindən qaldırılmış mülki iddia qismən təmin edilmiş və 2.500.000 manat məbləğində pulun mülki Cavabdeh alınaraq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı-ləğv prosesində olan "xxxx" KB ASC-yə qaytarılması hökm edilmişdir. Odur ki, məhkəmə əsas borc məbləği ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin faiz məbləği hissəsinə münasibətdə isə qeyd edir ki, məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş, məhkəməyə təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, cavabdehin bank qarşısında 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi üzrə 134.900 manat məbləğində faiz borcu, 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi üzrə isə 137.609,50 manat məbləğində faiz borcu mövcuddur. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, cavabdeh tərəfindən 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi və 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi üzrə ödənilməyən 134.900 manat və 137.609,50 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24 oktyabr 2013-cü il tarixli, 41 saylı kredit müqaviləsi üzrə 134.900 (yüz otuz dörd min doqquz yüz) manat məbləğində faiz borcu, 17 mart 2014-cü il tarixli, 6 saylı kredit müqaviləsi üzrə isə 137.609,50 (yüz otuz yeddi min altı yüz doqquz manat əlli qəpik) manat məbləğində faiz borcu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar