Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1009/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinə dair çıxarışın silinməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinə dair çıxarışın silinməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Hümmətali oğlu 2009-cu ilin axırlarında "xxxx" Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından hər kvadrat metri üçün 1100 (min yüz) manat ödəməklə 3 otaqlı sahəsi 140 kv.metr olan dəyəri 154.000 manat təşkil edən 40 nömrəli mənzili almaq barədə "xxxx" Kooperativi ilə razılaşmış və xx.xx.2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün Müqavilə” bağlamışdırlar. İddiaçının tikilidən aldığı 40 nömrəli mənzil Cavabdeh2 ASC tərəfindən ipoteka krediti ilə təmin edilmiş və bankla kooperativin rəhbərliyi iddiaçıya bildirmişdirlər ki, yeni tikilən binada ona ayrılan 3 otaqlı sahəsi 140 kv.metr olan 40 nömrəli mənzilin ümumi dəyəri 154.000 manat təşkil edir və tikilinin pulu Cavabdeh2 ASC tərəfindən ödənilir. İddiaçı müqaviləyə əsasən mənzil üçün hər ay ən azı 2000 manat pulu "xxxx" Kooperativinin xx.xx.2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün Müqavilə”yə əsasən Cavabdeh2 ASC-də **********0000 nömrəli hesaba köçürmüşdür. Həmin müqaviləyə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ümumilikdə 25.812 manat pulu "xxxx" Kooperativinin Cavabdeh2 ASC-də olan bank hesabına ödəmişdir. Sonradan imkanı olmadığından mənzil haqqını ödəmək imkanı olmamış və bunu bank rəhbərliyinə bildirmişdir. Cavabdeh2 ASC və "xxxx" Kooperativinin rəhbərliyi iddiaçıya bildirmişdirlər ki, ödədiyi 25.812 manat pul müqavilənin şərtinə əsasən mənzili başqa şəxsə satandan sonra özünə qaytarılacaqdır. Ona görə də iddiaçıya Cavabdeh2 ASC-nin X3 Z.B.Quliyevanın imza və möhürü ilə təsdiq edilmiş 24 iyul 2013-cü il tarixli 11/K-369 nömrəli arayış verilmiş və həmin arayışda göstərilmişdir ki, İddiaçı Hümmətali oğlunun Cavabdeh2 ASC-də bankda **********24420000 saylı hesabı vardır və onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. Sonradan iddiaçı "xxxx" Kooperativinə və Cavabdeh2 ASC-yə ödədiyi 25.812 manat pulun qaytarılması barədə müraciət etmişdir və ona məlum olmuşdur ki, mənzili başqa şəxsə satılmışdır. "xxxx" Kooperativi və Cavabdeh2 ASC onun ödədiyi 25.812 manat pulu geri qaytarmadığından "xxxx" Kooperativi və Cavabdeh2 ASC-yə qarşı ödədiyi 25.812 manat pulun tələbi barədə Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 ASC (kreditor) iddiaçı (borcalan) arasında xx.xx.2009-cu il tarixli 103 nömrəli kredit müqaviləsi bağlanılmış və kreditor tərəfindən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 40 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində kredit verilmişdir. Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Halbuki, həmin mənzil mülkiyyətə dair dövlət qeydiyyatına alınmadığı halda Cavabdeh2 ASC tərəfindən həmin tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 07 may 2019-cu il tarixli 2(102)-2549/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 dekabr 2018-ci il tarixli qətnaməsi məhkəmə aidiyyətinin pozulması əsası ilə ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmış və eyni zamanda qəbul edilmiş qərarla yanaşı Cavabdeh2 ASC və "xxxx" firmasının (indiki "xxxx" MMC) vəzifəli şəxsləri barəsində xüsusi qərardad qəbul edilərək araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7713/2019-cu il tarixli qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-4360/2022 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7713/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 28 noyabr 2022-ci il tarixli 2(102)- 5519/2022 saylı sonuncu qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-4360/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Ondan sonra cavabdeh – Əmanətlərin Sığortalanması Fondu (Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) iddiaçıya qarşı “Kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia tələbi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Qobustan rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli e-2(026)-82/2023 saylı qətnaməsi ilə iddiaçı - Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli 2(105)- 1638/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2024 il tarixli 2(102)-945/2024 saylı qərarı ilə iddiaçı - Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya qarşı “Kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia tələbinin rədd edilməsi barədə Qobustan rayon məhkəməsinin 05 iyun 2023-cü il tarixli e- 2(026)-82/2023 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı bildirir ki, sosial problemlərini həll etmək üçün kreditlə bağlı banklara müraciət etdikdə adında kredit müqaviləsi və kredit borcunun olması bildirilərək kredit verilməsindən imtina edilir. Göstərilənlərə əsasən, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə dair adında Azərbaycan Kredit Bürosunda qeydə alınmış çıxarışın silinməsinin cavabdeh-Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3.İddiaçı iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, üçüncü şəxs qismində isə Azərbaycan Respublikasının Mərkəzi Bankı qeyd edilməklə cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə onun arasında bağlanılmış xx.xx.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsi və həmin tarixli ipoteka müqaviləsi üzrə kredit borcunun silinməsi və onun adında kredit borcuna görə Azərbaycan Kredit Bürosunda qeydə alınmış çıxarışın silinməsinin cavabdeh tərəfindən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının cavabdeh banka heç bir borcunun olmaması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Həmçinin, tələbin dəqiqləşdirilməsi məqsədilə iddiaçının borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi nəzərə alınmasını xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(026)-82/2023 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı 151.269 manat əsas, 248,900 manat faiz və 691 manat dövlət rüsumu olmaqla, cəmi 400.169,50 manat pulun tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın 2-ci blokunda tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş 3 otaqlı 40 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanılması üçün kfayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsinə dair iddiası təmin edilməmişdir. 8.Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1638/2023 nömrəli qətnaməsi ilə Qobustan Rayon Məhkəməsinin e-2(026)-82/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-945/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1638/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 10.Mülki işin materiallarında olan Cavabdeh2 ASC tərəfindən verilən 24 iyul 2013-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Cavabdeh2 ASC-də olan **********4420000 saylı hesabı var və onun xx.xx.2013-cü il tarixinə banka heç bir borcu yoxdur. 11.Mülki işin materiallarında olan Cavabdeh2 ASC (Kreditor) ilə İddiaçı (Borcalan) arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor tərəfindən borcalana Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 2-ci blokunda 40 saylı mənzilin alınması üçün 180 ay müddətinə illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində verilmişdir. 12.Mülki işin materiallarında olan Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli, 103/1 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 24 noyabr 2009-cu il tarixdə Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 103 saylı kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən və İddiaçı ayrılmış 154000 (bir yüz əlli dörd min) manat məbləğində kreditin təminatı üçün İpoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoymuşdur. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2023-cü il tarixli, 13(102)-81/2023 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2022-ci il 28 noyabr tarixli, 2(102)-5519/2022 nömrəli qərarından cavabdeh "xxxx" MMC və vəkili X1 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir. 14.Mülki işin materiallarında olan "xxxx" firması (İcraçı) və İddiaçı (Payçı) arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün Müqavilə”nin surətindən görünür ki, “İcraçı” ünvan 2 ünvanında tikilən 15 mərtəbəli yaşayış binasının İİ blokunda İİİ mərtəbədə 40 nömrəli mənzili “Payçı”-ya verməyi öz öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 140 kv.metr təşkil edir. Mənzil sahəsinin ümumi dəyəri 154000 (yüz əlli dörd min) manat təşkil edir. 15.Mülki işin materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(011)-7713/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdah "xxxx" firmasından ünvan 2 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı 40 nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 16.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-4360/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(011)-7713/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5519/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 18.Mülki işin materiallarında olan ödəniş qəbzləri. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 24 noyabr 2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən 2-ci blokunda 40 saylı mənzilin alınması üçün 180 ay müddətinə illik 15% ödəmək şərti ilə 154.000 manat məbləğində verilmiş, 24 noyabr 2009-cu il tarixli, 103/1 nömrəli ipoteka müqaviləsinə əsasən isə İddiaçı ayrılmış 154000 manat məbləğində kreditin təminatı üçün mülkiyyətində olan mənzili ipotekaya qoymuşdur. Cavabdeh2 ASC tərəfindən verilən 24 iyul 2013-cü il tarixli Arayışdan görünür ki, İddiaçı Cavabdeh2 ASCyə xx.xx.2013-cü il tarixinə müqavilə üzrə heç bir borcu yoxdur. Sonradan iddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti İddiaçı qarşı Qobustan Rayon Məhkəməsində iddia qaldıraraq, borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq kredit borcuna yönəlməsi, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borcun İddiaçı tutulması, həmçinin əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq Banka təhvil verilməsini tələb etsə də, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş, sözügedən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1638/2023 nömrəli qətnaməsi və sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-945/2024 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda İddiaçı onunla cavabdeh Bank arasında bağlanan xx.xx.2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsi və həmin tarixli ipoteka müqaviləsi üzrə kredit borcunun silinməsi və onun adında kredit borcuna görə Azərbaycan Kredit Bürosunda qeydə alınmış çıxarışın silinməsinin cavabdeh tərəfindən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 21.Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 22.Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 23.Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 24.Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 25.Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları əsasında iddiaçının cavabdeh Banka heç bir borcunun olmaması öz təsdiqini tapmışdır. 26.İş materiallarında olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən göründüyü kimi LPO Cavabdeh2 ASC iddiaçıya qarşı iddia qaldırsa da, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında kredit müqaviləsi bağlansada nəzərdə tutulmuş pul məbləği borcalana (iddiaçıya) təqdim edilməmiş, bu isə tərəflər arasında kredit münasibətlərinin olmaması kimi hüquqi qiymət verilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan 103/1 saylı müqavilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra normalarının tələblərinə riayət edilməməklə bağlanılmışdır. Göründüyü kimi hazırki vəziyyətdə iddiaçının cavabdeh Bank qarşısında heç bir borc öhdəliyi mövcud deyildir. 27.Bundan başqa, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. 28.“İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 29.Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. 30.Məhkəmə qeyd edir ki, 24 noyabr 2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsi üzrə iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan onun adının Mərkəzi Kredit Reyetsrindən çıxarılması üçün borcunun olmaması barədə məlumatın Mərkəzi Kredit Reyetsrinə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. 31.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 24 noyabr 2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu silinməli, həmin kredit müqaviləsi üzrə iddiaçının borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. 32.Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 34.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 35.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 36.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 24 noyabr 2009-cu il tarixli, 103 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu cavabdeh LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən silinsin və həmin kredit müqaviləsi üzrə iddiaçının borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə və "xxxx" MMC-yə göndərilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1009/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1009/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver