Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1020/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-515/2017 tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərmir. Buna görə o aliment tələbi ilə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-515/2017 saylı, xx/xx-80834/11-xx.xx.2017 saylı qətnaməsi ilə onlar birgə nikahdan doğulmuş X2 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 272 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda qızları Ayanənin 13, Aylinin 10 yaşları var. Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədə qeyd olunmuş aliment məbləği uşaqlarının tələbatının ödənilməsinə yetirmir. Övladları orta məktəbdə təhsil alırlar, məsrəfləri xeyli çoxdur. Ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimum 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Cavabdeh uşaqlar ilə maraqlanmır. Məhkəmə tərəfindən müəyyən edilən aliment uzun müddətdir ödəmir. Övladlarının bütün ehtiyaclarını qayğılarını o çəkir. Cavabdeh tərəfindən heç bir qayğı və diqqət göstərilmir. Uşaqlarının təlim-tərbiyəsi ilə yanaşı, onların maddi tələblərini ödəmək tək qadın olaraq ona çətindir. Bütün bu hallara görə o aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-515/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Setidəhməd qızı ilə Cavabdeh1 arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış və Səadət sarayı (Bakı nikah evi) tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3441 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx xxxx 2007-ci il tarixdə anadan olmuş X5 və xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuş, X6 anaları İddiaçı yanında qalsınlar. Cavabdeh1 xx xxxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxx 2007-ci il tarixdə anadan olmuş X5 və xx xxxxxxx 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 136 mana, cəmi 272 manat məbləğində pul tutularaq İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2010cu il tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X3 valideynləridir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, tərəflər xx.xx.2007-ci il təvəllüdlü X2 valideynləridir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli axtarış haqqında qərardan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 377 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin məhkəmə qətnaməsinə əsasən hər ay ödədiyi aliment uşağın saxlanılması üçün yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh1 hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1020/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1020/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver