Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1042/2020 10.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsivəvəkilix5nuniştirakıilə İddiaçı Cavabdeh qarşı "əmlak tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "əmlak tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 fevral 2006-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında dövlət nömrə nişanı ** RB *** olan “NİSSAN Maxsima” markalı avtomobilin mülkiyyətçisi olmuşdur. İddiaçı özü avtomaşını idarə edə bilmədiyi üçün avtomaşının idarə etməyini qohumu x2 həvalə etmişdir. Avtomaşın hələdə iddiaçının mülkiyyətindədir.2015-ci ilin avqust ayında x3 iddiaçının xahişi ilə maşını satmaq üçün Bakı şəhəri Yasamal rayonunda yerləşən maşın bazarına çıxarmışdır. Bazarda maşının satılması Cavabdeh tapşırılmışdır.Maşın satılmadı, lakin geri də qaytarılmadı. Həmin ildən cavabdehin özü heç bir sənədi olmadan maşını idarə edir, cərimələr 850(səkkiz yüz əlli) manat isə x1 adına yazılır. Göstərilənlərə əsasən iddiaçının mülkiyyətində olan dövlət nömrə nişanı ** RB *** olan “NİSSAN Maxsima” markalı avtomobilin cavabdehin qanunsuz istifadəsindən alınıb iddiaçıya qaytarılması, həmin avtomaşının qanunsuz istifadəsi nəticəsində Azərbaycan Respublikası DYP tərəfindən tərtib olunmuş protokollar əsasında yığılmış 850 manatın ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili x5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AA № 773045 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, “Nissan Maxima” minik markalı,**-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x7 21.09.2019-cu il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət x7 Qeydiyyatimtahan İdarəsinin kompyuter uçot bazasına görə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1949-cu il təvəllüdlü İddiaçı adında 25.02.2006-cı il tarixdən “Nissan Maxima” minik markalı,**-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmçinin, İddiaçı məxsus “Nissan Maxima” minik markalı,**-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə 03.01.2009-cu il tarixdən 03.01.2059-cu il tarixədək x1 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcuddur. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 05.03.2020-ci il tarixli məktubundan görünür ki, “Nissan- Maxima” markalı,**-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti qaydaları pozuntusuna görə 27.02.1969-cu il təvəllüdlü x3 barəsində tərtib edilmiş protokollar üzrə 980 manat və xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh barəsində isə tərtib edilmiş protokol üzrə 650 manat ödənilməyən cərimələrin məbləği mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Göründüyü kimi İddiaçı “NİSSAN Maxsima” markalı,** RB *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobildən mülkiyyətçi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mülkiyyətində olan ** RB *** dövlət nömrə nişanlı, “NİSSAN Maxsima” markalı avtomobilin qanunsuz istifadəsi nəticəsində Azərbaycan Respublikası DYP tərəfindən tərtib olunmuş protokollar əsasında yığılmış 850 (səkkiz yüz əlli) manat cərimə məbləğinin Cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən avtomobilə dair yol hərəkəti qaydaları pozuntusuna görə Cavabdeh barəsində tərtib edilmiş protokol üzrə 650 manat ödənilməyən cərimə məbləği mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ** RB *** dövlət nömrə nişanlı, “NİSSAN Maxsima” markalı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınıb İddiaçı qaytarılmalı, İddiaçı mülkiyyətində olan ** RB *** dövlət nömrə nişanlı, “NİSSAN Maxsima” markalı avtomobilin qanunsuz istifadəsi nəticəsində Azərbaycan Respublikası DYP tərəfindən tərtib olunmuş protokollar əsasında yığılmış 650 (altı yüz əlli) manat cərimə məbləği Cavabdeh tərəfindən ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ** RB *** dövlət nömrə nişanlı, “NİSSAN Maxsima” markalı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınıb İddiaçı qaytarılsın. İddiaçı mülkiyyətində olan ** RB *** dövlət nömrə nişanlı, “NİSSAN Maxsima” markalı avtomobilin qanunsuz istifadəsi nəticəsində Azərbaycan Respublikası DYP tərəfindən tərtib olunmuş protokollar əsasında yığılmış 650 (altı yüz əlli) manat cərimə məbləği Cavabdeh tərəfindən ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1042/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1042/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver