Məhkəmə qərarları › İş №2(006)-1047/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1047/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1047/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 1991-ci il tarixdə SSRİ X22 rayonun Xudat şəhər Əmanət Kassasında qoyduğu 40.000 (qırx min) rubl əmanətinə görə 2500 (iki min beş yüz) manat birdəfəlik verilməli olan kompensasiya pulunun SSRİ Əmanət Bankının qanuni varisi Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 19 dekabr 1991-ci il tarixdə SSRİ X22 rayonun Xudat şəhər Əmanət Kassasına 40.000 (qırx min) rubl əmanət qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 602 nömrəli fərmanını nəzərə alaraq, 2012-ci ilin iyun ayında fərmanda qeyd olunmuş bütün qaydalara, tələblərə riayət edərək əmanətlərə görə hesablanacaq birdəfəlik kompensasiya pulunu almaq məqsədilə SSRİ Əmanət Bankının varisi Cavabdeh ASC-nin Xaçmaz rayon Cavabdeh filialına müraciət etmişdir. Cavabdeh ASC-nin Xaçmaz Bank filialının əməkdaşları rəsmi ərizəsini qanunsuz olaraq qəbul etmədən geri qaytararaq, xx.xx.1991ci il tarixdən sonra qoyulan əmanətlərə görə birdəfəlik kompensasiyanın verilmədiyini bildirərək, qanunla verilməli birdəfəlik kompensasiya pulunu iddiaçıya geri qaytarmamışdır. Cavabdeh ASC-nin Xaçmaz Bank filialı rəhbərliyinin qanunsuz hərəkətlərindən narazı qaldığına görə sistematik olaraq, dəfələrlə dövlət orqanlarının rəhbərlərinə, o cümlədən, 10 avqust 2012-ci il tarixdə Xaçmaz Bank filialının rəhbərliyinə rəsmi müraciət etsə də, həmin bankın rəhbərliyi qanunvericilik tələblərini bilərəkdən pozmaqla, müraciətlərə 6 aydan sonra, yəni 20 fevral 2013-cü il tarixdə cavab verərək bir daha rəsmən bildirmişdir ki, “Sizin 10 avqust 2012-ci il tarixli müraciətiniz əsasında Xaçmaz Bank filialının arxiv bazasında araşdırma aparılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, sizin əmanət hesablarınız xx.xx.1991-ci il tarixli qərardan sonra açılmış, ona görə də həmin tarixdən sonra açılan əmanətlərə görə birdəfəlik kompensasiya verilmir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli 602 nömrəli Fərmanında açıq aydın bir tələb olaraq qeyd edilmişdir ki, xx.xx.1992-ci ilədək banka qoyulmuş bütün əmanətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına birdəfəlik kompensasiyalar verilir. Azərbaycan Respublikası Prezdentinin 14 mart 2012-ci il tarixli, 602 nömrəli fərmanında qeyd edilmiş tələblərə, qaydalara əsaslanmaqla dəfələrlə, sistematik olaraq, pozulmuş Konstitusiya hüquqlarının bərpası məqsədilə Cavabdeh ASC-in rəhbərliyinə, digər dövlət orqanlarının rəhbərlərinə müraciət etsə də, Cavabdeh ASC-in rəhbərliyi ona bir-birindən fərqli cavablar göndərməklə, iddiaçının haqlı-əsaslı tələbinin həlli istiqamətində heç bir təşəbbüs göstərməyərək, qanunla ona verilməli birdəfəlik kompensasiya pulu Cavabdeh ASC tərəfindən qaytarılmamışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə izahat ünvanlayaraq göstərmişdir ki, ailə üzvlərinin adından SSRİ X22 rayonun Xudat şəhər Əmanət Kassalarında ailə üzvlərinin adlarına mövcud olmuş əmanətləri şəxsən yerləşdirib. Onlardan bəzilərinə görə birdəfəlik kompensasiya pulu geri qaytarılmamışdır: 1) anası X8 adına 40.000 (qırx min) rubl əmanəti olmuş, lakin naməlum səbəblərdən Cavabdeh ASCnin rəhbərliyi həmin əmanətə görə hesablanaraq qaytarmalı 2500 (iki min beş yüz) manat kompensasiya pulunu qaytarmamışdır (hesab ********); 2) həyat yoldaşı İddiaçı adına 40.000 (qırx min) rubl əmanəti olmuş, lakin naməlum səbəblərdən Cavabdeh ASC-nin rəhbərliyi həmin əmanətə görə hesablanaraq qaytarmalı 1500 (bir min beş yüz) manat kompensasiya pulunu qaytarmamışdır (hesab ********); 3) oğlu X2 adına 20.000 (iyirmi min) rubl əmanəti olmuş, lakin naməlum səbəblərdən Cavabdeh ASC-nin rəhbərliyi həmin əmanətə görə hesablanaraq qaytarmalı 2500 (iki min beş yüz) manat kompensasiya pulunu qaytarmamışdır (hesab ********). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, bu qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi Cavabdeh Açıq Səhmdar Cəmiyyətində bu Qaydaların qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd əlavə olunmalıdır. Sözügedən Qaydaların 4.3-cü bəndinə əsasən Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının əmanət kitabçası yoxdur, onun tərəfindən itirilmişdir. Bu səbəbdən Banka müraciət etmiş və həmin müraciətə cavab olaraq təqdim edilmiş xx.xx.2012-ci il tarixli məktub ilə ona xx.xx.2012-ci il tarixədək Bankın Quba rayon və Xaçmaz rayon filiallarına müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən prosedurlara 5 №-li əlavəsinə uyğun olaraq əmanətçi tərəfindən tərtib edilən ərizədə Bank tərəfindən hər hansı bir qeydin aparılmaması və həmin ərizənin iddiaçıda olması onu deməyə əsas verir ki, iddiaçı Bankın Xaçmaz rayon filialına ərizə ilə müraciət etmiş, lakin ərizəsində verdiyi məlumatlar öz təsdiqini tapmadığı üçün əmanət (bank) kitabçasını əvəz edən sənədin verilməsi ilə bağlı prosedurun davam etdirilməsi mümkün olmamışdır. Belə ki, Qaydalara əsasən ərizədə verilən məlumatlar öz təsdiqini tapsa idi, həmin ərizə Xüsusi Komissiyaya göndərilərdi və sonuncunun qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilərdi. Məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda Bank tərəfindən aparılmış araşdırma nəticəsində məlumat bazasında iddiaçı tərəfindən təqdim edilən məlumatlara uyğun əmanət hesabı aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən bildirilən onun şəxsi əmanət hesabının mövcud olmasını təsdiq edən heç bir sübut mövcud deyil. Belə olan halda isə onun tərəfindən hazırkı Banka qarşı irəli sürülmüş iddia tələbinin heç bir əsası və sübutu mövcud deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanının 5-ci bəndinə əsasən birdəfəlik ödəmələr Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi əsasında dövlət büdcəsindən maliyyələşdirilirdi və maliyyələşdirmə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi" Qaydalarının 4.6-cı bəndinə əsasən, birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır. Həmin müddət isə daha sonra uzadılmamışdır. Bu səbəbdən hal-hazırda hazırki iddia tələbi ilə Banka qarşı müraciət edilməsi başa düşülən deyil. Məhkəməyə təqdim edilmiş cavabdehin nümayəndəsi (vəkili) Vəkil yazılı izahatında göstərilmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək 19 dekabr 1991-ci il tarixdə SSRİ X22 rayonunun Xudat şəhər Əmanət kassasında qoyduğu 40 min (qırx min) rubl əmanətinə görə 2500 manat (iki min beş yüz manat) birdəfəlik verilməli kompensasiya pulunun SSRİ Əmanət Bankının qanuni varisi "Kapital Bank” ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, bu qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi Cavabdeh Açıq Səhmdar Cəmiyyətində (bundan sonra - Bank) bu Qaydaların qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin (bundan sonra - birdəfəlik ödəmə) verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməli və ərizəyə əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd əlavə olunmalıdır. Sözügedən Qaydaların 4.3-cü bəndinə əsasən Əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının əmanət kitabçası yoxdur, onun tərəfindən itirilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən prosedurlara 5 №-li əlavəyə əsasən əmanətçi tərəfindən tərtib edilmiş ərizə təqdim edilmişdir. Həmin sənədə münasibətdə bildirir ki, sənədin yuxarı sağ küncündə aparılmış qeyddən də müəyyən edilir ki, həmin sənəd əmanətçi tərəfindən tərtib edilir. Həmçinin, həmin ərizədə kəsilmə xəttinin üzərində ərizənin “Təhvil verdi” və “Təhvil aldı: Əməliyyatçı” hissələri mövcuddur. Ərizənin “Təhvil verdi” hissəsi əmanətçi tərəfindən imzalansa da, “Təhvil aldı” hissəsi əməliyyatçı tərəfindən imzalanmamışdır, yəni Bank tərəfindən həmin ərizə təhvil alınmamışdır. Nəzərə alınmalıdır ki, həmin sənədin təhvil alınması mümkünsüz idi. Belə ki, həmin ərizə sözügedən Qayadaların 4.1-ci bəndinə əsasən əmanətçi tərəfindən tərtib edilərək Banka təqdim olunmalı olan ərizədir və həmin ərizəyə həmin Qaydaların tələbinə görə digər sənədlər ilə yanaşı əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd əlavə olunmalıdır (Qaydaların 4.1.1-ci bəndi). İddiaçıda isə əmanət kitabçası yox idi, belə ki, onun deməsinə görə itirilmişdir. Belə olduğu təqdirdə isə tarix olaraq 2012-ci ilin iyun ayı göstərilməklə prosedurlara 5 №-li əlavəyə əsasən tərtib edilmiş ərizənin Bank tərəfindən təhvil alınması mümkünsüz idi. İddiaçının nümayəndəsinin məhkəmə iclasında deməsinə görə həmin ərizədə qeyd olunan əmanət kitabçasının nömrəsi əməliyyatçı tərəfindən iddiaçıya bildirilmişdir. Bununla əlaqədar bildiririk ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir. Belə ki, əməliyyatçı tərəfindən həmin məlumat iddiaçıya verilmiş olsa idi, onun müvafiq müraciəti əsasında Bankda tutuşdurma nəticəsində əmanətçinin verdiyi məlumatlar təsdiqini tapardı və Bank tərəfindən Xüsusi Komissiyaya müraciət edilə və həmin komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilərdi. Lakin Bankda mövcud olan əməliyyat sisteminin müvafiq məlumat bazasında (əmanət hesablarının qalıqlarını saxlamış və həmin qalıqlara münasibətdə birdəfəlik ödəmələr edilməmiş şəxslərin əmanət hesabları barədə məlumat bazasında) iddiaçı tərəfindən təqdim edilən məlumatlara uyğun əmanət hesabının aşkar edilməməsi, iddiaçı tərəfindən qeyd olunan əmanət hesabına dair əmanət kitabçasının və ya hər hansı bir digər təsdiqedici sənədin təqdim edilməməsi onu deməyə əsas verir ki, iddiaçının bildirdikləri əsassızdır və həqiqəti əks etdirmir. İddiaçı tərəfindən iddia tələbində qeyd edilənlərin əsası kimi istinad edilən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 20 fevral 2013-cü il tarixli 273 nömrəli məktubuna münasibətdə isə bildirir ki, həmin məktubla iddiaçının adına Bankda əmanətin yerləşdirilməsi və ya əmanət kitabçasının mövcudluğu öz təsdiqini tapmamışdır. İddiaçı 10 avqust 2012-ci il tarixli müraciətində 40.000 rubl əmanət qoyduğunu, buna görə kompensasiya pulunu ala bilmədiyini bildirmişdir. Buna əsasən cavab məktubunda da xx.xx.1991-ci il tarixdən sonra yerləşdirilmiş əmanətlərə kompensasiyanın hesablanmaması izah olunmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixli Fərmana əsasən Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş əmanətlərə əsasən birdəfəlik ödəmələrin verilməsi qaydası müəyyən edilmişdir. Həmçinin məlumdur ki, SSRİ Prezidentinin xx.xx.1991-ci il tarixli yn-1708 saylı Fərmanı ilə xx.xx.1991-ci il tarixə olan əmanət qalıqlarına kompensasiyaların hesablanaraq ödənilməsi təsdiqlənmişdir. Göründüyü kimi normativ sənədlərdə əmanətlərə görə verilən vəsaitlər müxtəlif adlarla adlandırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş müraciətdən və cavab məktubundan görünür ki, iddiaçı əmanəti üzrə kompensasiya ala bilmədiyini bildirmiş və Bank tərəfindən ona kompensasiya almaq hüququnun olmaması izah olunmuşdur. Həmin məktubla iddiaçının adına Bankda əmanətin olması təsdiq edilməmiş, ümumi xarakterli məlumat verilmişdir. Yəni məktubda izah edilmişdir ki, əgər həmin tarixə əmanət olarsa belə, qeyd olunan tarixdən sonra yerləşdirildiyi üçün kompensasiya hesablanmır. Ümumiyyətlə iddiaçının xx.xx.2012-ci il tarixli müraciəti üzrə onun adına Bankda əmanətin olub-olmaması məlumat bazası üzrə araşdırılmamış, sadəcə təqdim etdiyi məlumatlara əsasən cavab verilmişdir. Bundan sonrakı dövrlərdə iddiaçının təkrar müraciətləri üzrə araşdırma aparılmış və Bankda onun adına götürülməmiş əmanətin qalması müəyyən edilməmişdir. Əgər iddiaçının adına hər hansı əmanət məbləği aşkar edilsə idi, sözügedən Fərmana əsasən birdəfəlik ödəmənin götürülməsi üçün müəyyən edilmiş müddət ötürülmüş olsa belə, həmin günə qalıq vəsaitin 10 rubl=1 AZM, 5000 AZM=1 AZN hesablanmaqla təqdim edilməsi təklif edilərdi. Göründüyü kimi, iddiaçı tərəfindən bildirilən onun şəxsi əmanət hesabının mövcud olmasını təsdiq edən heç bir sübut mövcud deyil. Belə olan halda isə onun tərəfindən hazırki Banka qarşı irəli sürülmüş iddia tələbinin heç bir əsası və sübutu mövcud deyil. Azərbaycan Respublikasının Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanının 5-ci bəndinə əsasən birdəfəlik ödəmələr Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sifarişləri, habelə Xüsusi Komissiyanın rəyi əsasında dövlət büdcəsindən maliyyələşdirilirdi və maliyyələşdirmə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilirdi. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi” Qaydalarının 4.6-cı bəndinə əsasən, birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır. Həmin müddət isə daha sonra uzadılmamışdır. Bu səbəbdən hal-hazırda hazırki iddia tələbi ilə Banka qarşı müraciət edilməsi başa düşülən deyil. Sonda, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə 19 dekabr 1991 -ci il tarixdə SSRİ X22 rayonunun Xudat şəhər Əmanət kassasında qoyduğu 40 min (qıxr min) rubl əmanətinə görə 2500 manat (iki min beş yüz manat) birdəfəlik verilməli kompensasiya pulunun qaytarılması tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş materialları: İddiaçı Cavabdeh ASC-nin Xaçmaz rayon şöbəsinə ünvanlanmış 10 avqust 2012-ci l tarixli müraciətində qeyd edilmişdir ki, tərəfindən 19 dekabr 1991-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində mövcud olmuş SSRİ-nin Dövlət Əmanət kassasında 40 min rubl pul əmanəti qoymuşdur.Əmanət kitabçasını itirdiyinə görə ona verilməli kompensasiyanı ala bilmir, xahiş edir ki, araşdırma aparılmaqla tərəfindən naməlum şəraitdə itirdiyi əmanət kitabçasını əvəz edən dublikat verilməklə, ona çatası kompensasiya pulunun verilməsinə aidiyyəti üzrə sərəncam versinlər. Cavabdeh Xaçmaz rayon filialının 20 fevral 2013-cü il tarixli məktubundan görünür ki, İddiaçı 10 avqust 2012-ci il tarixli müraciəti əsasında arxivin bazasında araşdırma aparılmışdır və araşdırma nəticəsində onun adına olan əmanət kitabçası xx.xx.1991-ci il tarixli qərardan sonra açılmışdır və həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmır. Cavabdeh ASC-nin 07 dekabr 2012-ci il tarixli məktubuna əsasən, İddiaçı müraciətində qeyd edilmiş məsələ ilə əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» 14 mart 2012-ci il tarixli 602 nömrəli Fərmanı və bu Fərmanla təsdiq edilmiş Qaydalara əsasən, fərdi birdəfəlik ödəmələrin alınması ilə bağlı əmanətçilərin müraciətləri 31 dekabr 2012-ci il tarixədək Bank tərəfindən qəbul edilir. Yuxarıda qeyd edilmiş hüquqi aktlara uyğun olaraq xüsusi kompensasiya hesabı üzrə əmanət kitabçası olmadığı üçün ona Quba şəhəri, H.Əliyev prospekti 23 ünvanda yerləşən Cavabdehın ünvan 4ləşən Cavabdehın Xaçmaz rayon filiallarına xx.xx.2012-ci il tarixədək müraciət etməyi tövsiyyə olunur. Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X15 Edilməsi Agentliyinin xx.xx.2022ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X15 Edilməsi Agentliyində İddiaçı əmanətlərin indeksləşdirilməsi barədə müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012ci il tarixli 602 nömrəli “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanı yalnız 01 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə şamil edilirdi. Adı çəkilən Fərmanın 3-cü bəndinə əsasən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayıb və 2013-cü il 31 dekabr tarixində başa çatmışdır. Eyni zamanda, məlumat üçün qeyd edilir ki, əmanətçi pul islahatları (AR Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 №li və 11 dekabr 1993-cü il tarixli 58 №li Fərmanlarına əsasən xx.xx.1994-cü il tarixdən 10 rubl=1 AZM; 7 fevral 2005-ci il tarixli 189 N-li Fərmana əsasən xx.xx.2006-cı il tarixdən 5000 AZM=1 AZN) nəzərə alınmaqla, şəxsiyyətini təsdiq edən sənəd və əmanət kitabçası təqdim etməklə əmanətinin müraciət tarixinə olan qalığını “Kapital Bank" ASC-nin müvafiq filialından ala bilər. Cavabdeh ASC-nin 18 noyabr 2022-ci il tarixli məktubuna əsasən, İddiaçı banka 19 oktyabr 2022-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Məlumat üçün bildirilir ki, fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» 14 mart 2012-ci il tarixli 602 N-li Fərmanına və Fərmanla təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”na əsasən həyata keçirilmişdir. Proses 2012-ci ilin iyun ayının 1-də başlamış və 2013-cü il 31 dekabr tarixində başa çatmışdır. Qaydaların 4.1-ci maddəsinə əsasən birdəfəlik ödəmənin alınması üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə banka ərizə ilə müraciət etməli idi. Qaydaların 4.2-ci maddəsinə əsasən Banka təqdim edilən əmanət (bank) kitabçasında olan məlumatların Bankda olan sənədlərdəki məlumatlarla tutuşdurulması zamanı öz əksini tapan məlumatlar üzrə əmanətçiyə birdəfəlik ödəmənin verilməsi həyata keçirilmişdir. Birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olmuş Xüsusi Komissiya tərəfindən həyata keçirilmişdir. Birdəfəlik ödəmələrin verilməsinə dair Xüsusi Komissiyanın qəbul etdiyi qərarlar Bank üçün məcburi xarakter daşımışdır. Əmanətçi Xüsusi Komissiyanın qərarından qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərdi. Müraciətə əlavə edilmiş 5 N-li əlavədə Bankın qeydləri əks olunmamışdır. Əlavə olaraq, məsələ ilə bağlı Xüsusi Komissiyaya müraciətə dair sənədlər əlavə edilməmişdir. Xüsusi kompensasiya hesabları ilə bağlı bildirilir ki, qeyd edilən hesablar SSRİ Prezidentinin 1991-ci il 22 mart tarixli УП-1708 Fərmanına əsasən açılmışdır. Belə ki, qeyd edilən Fərmana əsasən əmanət hesablarının 01 mart 1991-ci il tarixinə olan qalıqlarına 40 faiz həcmində kompensasiya hesablanmış və kompensasiyanın 200 rubldan artıq hissəsi xüsusi hesablara köçürülməklə ödənilmişdir. 01 mart 1991-ci il tarixdən sonra açılan hesablara kompensasiya hesablanmaması barədə Bankın Xaçmaz rayon filialı tərəfindən ona məlumat verilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat’a əsasən sənədlər 5 il müddətinə saxlanılır. Saxlama müddəti bitmiş sənədlər ləğv edildiyi üçün ətraflı araşdırma aparılması mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, aparılmış araşdırma nəticəsində keçmiş X22 rayon şöbəsinə aid məlumat bazasında təqdim etdiyi məlumatlara uyğun olan əmanət hesabı aşkar edilməmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1047/2024 nömrəli sorğusuna Cavabdeh ASC tərəfindən cavab olaraq bildirilmişdir ki, bank əməliyyat sistemində sorğuda qeyd edilən 07900312, 07900313, 07900314, nömrəli hesablarından əvvəl və sonra açılmış ən azı 5 ardıcıl hesablar üzrə axtarış aparılmış və heç bir nəticə aşkar edilməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanlanmış (qeydiyyat tarix: xx.xx.2024) şikayətində göstərmişdir ki, 19 dekabr 1991-ci il tarixdə ailə üzvləri, anası X13 SSRİ X22 rayonun Xudat şəhər Əmanət kassasına 40.000 (qırx min) rubl, həyat yoldaşı İddiaçı (həmin kassaya) 40.000 min (qırx min) rubl, oğlu X9 20.000 (iyirmi min) rubl (həmin kassaya) əmanət yerləşdirmişdir. Azərbaycan Respublikası Prezdentinin 14 mart 2012-ci il tarixli Fərmanını nəzərə alaraq, iyun 2012-ci il tarixdə hər üçü onlara veriləcək birdəfəlik kompensasiya pulunun alınması məqsədilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətin Xaçmaz rayon Cavabdeh şöbəsinə rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq, onlara 14 mart 2012-ci il tarixli Prezident Fərmanına uyğun olaraq verilməli birdəfəlik kompensasiya pulu qanunsuz olaraq, Azərbaycan Respublikası Prezdentinin 14 mart 2012-ci il tarixli məlum fərmanın tələbləri Cavabdeh ASC-nin Xaçmaz rayon şöbəsinin rəhbərliyi tərəfindən bilərəkdən kobudca pozulmaqla birdəfəlik kompensasiya pulu verilməmişdir. Cavabdeh ASC-in Xaçmaz rayon Cavabdeh şöbəsinin rəhbərliyin qanunsuz hərəkətlərindən narazı qaldıqlarına görə, X13, İddiaçı, X9 tərəfindən Azərbaycan Respublikasının Maliyyə nazirinə, Cavabdeh ASC-nin sədrinə, həmçinin, təkrarən Cavabdeh ASC-nin Xaçmaz rayon şöbəsinin rəhbərliyinə, Azərbaycan Respublikası Prezdentinin 14 mart 2012-ci il fərmanına və fərmanda qeyd edilmiş qaydalara, müddətə əməl edilməklə, dəfələrlə, sistematik olaraq müraciətlər edilmişdir. Ailə üzvləri, X13, İddiaçı, X9 10 avqust 2012-ci il tarixdə Cavabdeh ASC-nin Xaçmaz rayon şöbəsinin rəhbərliyinə müraciət edərək, ailə üzvləri tərəfindən naməlum şəraitdə itirdiyi əmanət kitabçanı əvəz edən dublikat kitabçanın verilməsi və ailə üzvlərinə verilməli birdəfəlik kompensasiya pulunun qaytarılması xahişi ilə 10 avqust 2012-ci il tarixli rəsmi ərizə ilə müraciət etsə də, ailə üzvlərinə Xaçmaz Cavabdeh şöbəsinin müdiri Hakim Abbasov, baş mühasib Rafiq Müzəffərov cənabların imzaları və bank möhürü ilə təsdiqlənmiş 20 fevral 2013-cü il tarixli, 273 və 274 saylı aşağıda qeyd edilmiş məzmunda qeyri-obyektiv cavab göndərmişdir: “Sizin 10 avqust 2012-ci il tarixli müraciət ərizəniz əsasında arxivin bazasında araşdırma aparılmışdır və araşdırma nəticəsində adınıza olan əmanət kitabçası xx.xx.1991-ci il tarixli qərardan sonra açılmışdır və həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmır.” Belə ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli, 602 saylı fərmanın tələblərinə əsaslanmaqla, əmanətçilərə 01 yanvar 2012-ci il tarixə keçmiş əmanətlərə görə bank rəhbərliyi birdəfəlik kompensasiya pulu ödəməli olduğu halda, bank rəhbərliyi rəsmən 20 fevral 2013-cü il tarixli qeyri obyektiv cavabı ilə rəsmən ailə üzvlərini aldadaraq, 14 mart 2012-ci il tarixli fərmanın tələblərini bilərəkdən kobudca pozmaqla, vəzifə səlahiyyətlərdən sui-istifadə edilməklə, qanunla qorunan Konstitusiya hüquqlarını pozaraq ailə üzvlərinə qaytarmalı birdəfəlik kompensasiya pulunu qaytarmamışdır. Belə ki, ailə üzvləri, anası X13, həyat yoldaşı İddiaçı, oğlu X2 şəxsi ərizələri əsasında onlara məxsus bank hesabları bağlanaraq, xitam verilmədiyi halda, hansı əsasla Cavabdeh ASC rəhbərliyi ailə üzvlərinə aid sənədlərin məhv edilməsinə sərəncam verməklə qanunla qorunan Konstitusiya hüquqlarını kobudca pozmuşdur? Cavabdeh ASC tərəfindən ailə üzvlərinə qarşı edilmiş ədalətsiz, qanunsuz hərəkətlə əlaqədar, qanunsuz olaraq ailə üzvlərinə qaytarılmamış birdəfəlik kompensasiya pulunun qaytarılması tələbi ilə, Kapital Bank ASC-nə qarşı SSRİ X23 şəhər Əmanət kassasına qoyulmuş 100.000 (yüz min) rubl əmanətə görə 6500 (altı min beş yüz) manat birdəfəlik kompensasiya pulunun qaytarılması tələbi ilə Nəsimi Rayon Məhkəməsində Kapital Bank ASC-nə qarşı ailə üzvləri tərəfindən mülki iddia qaldırılmışdır. Ailə üzvləri, anası X13, həyat yoldaşı İddiaçı, oğlu X9 tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərə, sübutlara, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli sərəncamı, (qaydalara əsaslanmaqla) məhkəməyə yazılmış xx.xx.2024-cü il tarixli şikayəti nəzərə alınmaqla, ailə üzvlərinin qanunla qorunan Konstitusiya hüquqlarının qorunması məqsədilə, Cavabdeh ASC tərəfindən X11 2500 manat, İddiaçı 2500 manat, X3 qaytarılmalı 1500 manat birdəfəlik kompensasiya pulu (cəmi 6500 manat) Cavabdeh ASC-dən alınaraq ailə üzvlərinə qaytarılması barədə qətnamə çıxarılmasını Nəsimi Rayon Məhkəməsindən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş əmanət kitabçalarının surətlərindən görünür ki, SSRİ Əmanət Bankının 7024 Məhərrəmkənd filialının Məhərrəmkənd şöbəsində X6 adına 03.1991-ci il tarixdə 3 il müddətinə ******* nömrəli hesab, əlavə olaraq 04193 nömrəli hesab, X10 adına 07900426 nömrəli hesab, X7 adına 07900425 nömrəli hesab açılmışdır. Tətbiq edilməli qanunvericilik: “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 602 nömrəli Fərmanının 4.1-ci bəndində qərara alınmışdır ki, birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə həmin ödəmələrin verilməsi başa çatanadək fəaliyyətdə olacaq Xüsusi Komissiyanın (bundan sonra – Xüsusi Komissiya) yaradılmasını təmin etsin. Azərbaycan Respublikası Prezidentinin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» 14 mart 2012-ci il tarixli 602 nömrəli Fərmanı təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq üçün əmanətçi şəxsi əmanət hesabını bağlamaq barədə müvəkkil banka ərizə ilə müraciət etməlidir. Ərizəyə əmanət (bank) kitabçası və ya bu Qaydaların 4.3-cü bəndinə uyğun olaraq onu əvəz edən sənəd, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, soyad və ad dəyişikliyi olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti, vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı kimi sənədlər əlavə olunmalıdır 4.2-ci bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sənədləri Banka təqdim edən əmanətçilərin əmanət (bank) kitabçasında olan məlumatlar (bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və əmanət (bank) kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı və həmin məlumatların bank tərəfindən təsdiqi) Bankda olan sənədlərdəki məlumatlarla tutuşdurulur. Tutuşdurma zamanı məlumatlar öz təsdiqini taparsa, əmanətçiyə birdəfəlik ödəmənin verilməsi bu Qaydalara uyğun olaraq Bank tərəfindən həyata keçirilir. Tutuşdurma zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə, əmanətçinin müraciəti əsasında bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiya tərəfindən araşdırma aparılır və müvafiq qərar qəbul edilir. 4.3-cü bəndinə əsasən əmanət (bank) kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda tutuşdurma aparılır. Tutuşdurma nəticəsində əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bankın təklifi ilə bu Qaydaların 5-ci bəndində göstərilən Xüsusi Komissiyanın qərarı əsasında əmanətçiyə əmanət (bank) kitabçasını əvəz edən sənəd verilir və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçirilir. Əmanət (bank) kitabçasını əvəz edən sənədin formasını Xüsusi Komissiya təsdiq edir. 4.6-cı bəndinə əsasən birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır. 5.1-ci bəndinə əsasən birdəfəlik ödəmənin verilməsi üzrə yaradılmış Xüsusi Komissiya həmin birdəfəlik ödəmənin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxır və bu işlərə ümumi nəzarəti həyata keçirir. Xüsusi Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar Bank üçün məcburidir. Əmanətçi Xüsusi Komissiyanın qərarından qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirilməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, X12 və onun ailə üzvlərinin Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının müxtəlif rayon filiallarında əmanətləri olmuşdur. Belə ki,məhkəməyə təqdim edilmiş əmanət kitabçalarının surətlərindən SSRİ Əmanət Bankının 7024 Məhərrəmkənd filialının Məhərrəmkənd şöbəsində X6 adına 03.1991-ci il tarixdə 3 il müddətinə ******* nömrəli hesab, əlavə olaraq 04193 nömrəli hesab, X10 adına 07900426 nömrəli hesab, X7 adına 07900425 nömrəli əmanət hesabları açılması aydın olur. Lakin hazırki iddia tələbi, X4 məhz Xaçmaz rayon Xudat şəhər Əmanət Kassasına 40.000 rubl məbləğində qoyulmuş əmanətinin geri qaytarılmasıdır. İddiaçı özünün və ailə üzvlərinin adına xx.xx.1991-ci ildə ardıcıllıqla X8 adına 07900313 nömrəli, İddiaçı adına 07900312 nömrəli və X2 adına isə 07900314 nömrəli hesabların açıldığını bildirərək həmin hesablar üzrə əmanətlərin qaytarılmasını tələb edir. İddiaçı tələbini əsaslandıracaq əsas sübut olaraq Cavabdeh ASC-nin Xaçmaz rayon filialının xx.xx.2013-cü il tarixli məktubunu göstərmişdir. İddiaçı bildirmişdir ki, onun tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh ASC-nin Xaçmaz rayon filialına müraciət edilmiş, həmin müraciətində göstərmişdir ki, o,əmanət kitabçasını itirmişdir, ona həmin əmanət kitabçasını əvəz edən dublikat verilməklə kompensasiya pulunun ödənilməsini xahiş etmişdir. Bank isə onun xx.xx.2012-ci il tarixli müraciətinə 20 fevral 2013-cü il tarixli cavabında əmanətçinin əmanətinin xx.xx.1991-ci il tarixli qərardan sonra açılmasını və həmin göstərilən tarixdən sonra açılan əmanət kitabçalarına kompensasiya hesablanmadığını bildirmişdir. Hazırda iddiaçı tələbini onunla əsaslandırır ki, Bank xx.xx.2013-cü il tarixli məktubunda onun adına əmanət olduğunu göstərmişdir, odur ki, hazırda bankın ondan əmanətin mövcudluğu ilə bağlı hər hansı təsdiqləyici sənəd tələb etməsi və onun adına əmanətin ümumiyyətlə mövcud olmadığı əsası ilə əmanətə görə kompensasiya ödənişindən imtinası əsassızdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinə verilən suallara cavabında bildirmişdir ki, məlum fərmandan sonra bankın digər filiallarında olduğu kimi Xaçmaz rayon filialında da çox gərgin iş şəraiti olmuş, belə ki, vətəndaşların banka kütləvi müraciətləri müşahidə edilmişdir, hətta onların özü də bankda olduqları zaman qarışıqlıqdan başqa bəzi sənədləri də itirmişlər. Məhkəmə tərəfindən verilən suallara cavablardan aydın olmuşdur ki, iddiaçı banka müraciətində göstərdiyi kimi əmanətinin xx.xx.1991-ci il tarixdə yerləşdirdiyini qeyd etmişdir, məhkəmə tərəfindən ehtimal olunan hal ondan ibarətdir ki, həmin dövrdə bankın Xaçmaz rayon filialında elə müraciət edən şəxsin müraciətində göstərilən tarix, yəni əmanətin xx.xx.1991-ci il tarixdə yerləşdirilməsi əsas götürülməklə ona cavab yazılmışdır. Həmin dövrdə bank tərəfindən həqiqətən də iddiaçının adına hər hansı əmanətin ümumiyyətlə mövcudluğu ilə bağlı zəruri araşdırma aparılmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin özünün təsvir etdiyi hallardan irəli gələrək bunu həmin dövrdə həmin şərait üçün yolverilən hesab edir. İddiaçı istinadla bu məqamı xüsusilə vurğulamışdır ki, onun Bankın həmin rayon filialında əmanətinin mövcudluğu məhz filial müdirinin və baş mühasibin imzası ilə ona ünvanlanmış məktubla öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı iddiaçının vəsatətinə əsasən Bank tərəfindən yenidən araşdırma aparılaraq iddiaçının ad, soyad və ata adı ilə eynilik təşkil edən məlumatlar təhlil edilmiş, habelə iddiaçının irəli sürdüyü əmanət hesabları üzərindən də axtarış aparılmış, lakin iddiaçının bildirdiyi 07900312 hesab nömrəsindən əvvəl və ya sonra 5 ardıcıl hesab nömrələri aşkarlanmamışdır. Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 07900312 hesab nömrəsinin ona bank tərəfindən verildiyini bildirmişdir, belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi Prosedurlara 5 nömrəli əlavədə (əmanətçi tərəfindən tərtib edilir) X1 3447 nömrəli Əmanət Bankı şöbəsində 011 nömrəli filialda xx.xx.1992-ci l tarixinədək açılmış 07900312 nömrəli əmanət hesabı olduğunu göstərmişdir. Həmçinin həmin ərizəyə əlavə olaraq müraciət edən şəxs, yəni hazırki halda İddiaçı şəxsiyyətini təsdiq edən sənədin surətini və ******* nömrəli əmanət kitabçasını da əlavə etdiyini ərizədə göstərmişdir. Lakin həmin ərizə müraciət edən şəxsin özündədir, yəni banka təqdim edilməmişdir və əlavənin kəsilmə xəttinin aşağı hissəsi- məxaric orderi hissəsi (bu hissə Mərkəzdən təsdiqnamə aldıqdan sonra doldurulur) isə də tam şəkildə qalmışdır. Göründüyü kimi iddiaçı sənəddə iyun 2012-ci il qeyd edilən tarixdə Banka müraciət etdiyini bildirsə də, həmin sənədin banka təqdim edilmədiyi aydın olur, belə ki, sənədin hər hansı bir hissəsində bank tərəfindən qəbul faktı müəyyən edilmir. Məhkəmə iclasında iddiaçıya həmin sənədin banka təqdim edilib-edilməməsi ilə bağlı suala cavabında ərizənin əmanət kitabçası olmaması səbəbindən bank tərəfindən qəbul edilmədiyi göstərilmişdir. Həmçinin məhkəmə bir məqamı da nəzərə çatdırır ki, iddiaçı onun hazırki mübahisənin predmetini təşkil edən əmanət hesabının nömrəsinin 07900312 olduğunu və bu nömrənin onlara bank tərəfindən bildirildiyini qeyd etmişdir. Lakin SSRİ Əmanət Bankının 7024 Məhərrəmkənd filialının Məhərrəmkənd şöbəsində X10 adına olan 07900426 və X7 adına olan 07900425 hesab nömrələri ilə hazırki iddia tələbində qeyd edilən X4 adına olduğu iddia edilən və məhz Xaçmaz 3447 nömrəli Əmanət Bankı şöbəsində 011 nömrəli filialda yerləşdirilmiş əmanət hesabının -07900312 nömrəsinin ardıcıllığı izah olunmur. İddiaçının istinad etdiyi digər bir hal ondan ibarət olmuşdur ki, ona Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilən cavabda Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən sənədlərin 5 il müddətinə saxlanılması və saxlama müddəti bitmiş sənədlər ləğv edildiyi üçün ətraflı araşdırma aparılmasının mümkün olmaması göstərilmişdir. İddiaçı bu halı əsas tutaraq iddia etmişdir ki, onun adına olmuş əmanətlə bağlı sənədlər əsassız olaraq məhv edilmişdir. Bu baxımdan onun hüquqları pozulmuş və hazırda o, hüquqlarını bərpa edə bilmir.Məhkəmə xatırladır ki, elə həmin məktubda son olaraq o da qeyd edilmişdir ki, şəxs tərəfindən təqdim edilmiş məlumatlara uyğunluq təşkil edən əmanət hesabı aşkar edilməmişdir. Bununla bağlı cavabdehin də nümayəndəsi izahatında bildirmişdir ki, hazırda da bankda əmanətlərini (kompensasiyasını) almamış şəxslərə və onların əmanət hesablarına dair məlumatlar saxlanılmışdır, yəni bank tərəfindən icra edilməmiş öhdəliklər üzrə hesablar bağlanmamışdır. Lakin hazırki iddiaçıya münasibətdə isə ümumiyyətlə hesab mövcud olmamışdır. Bank tərəfindən icra edilmiş, qaytarılmış əmanətlər üzrə isə hesablar bağlanmış və Təlimatla müəyyən edilən müddət keçdiyi üçün həmin sənədlər müvafiq qaydada məhv edilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Yəni ki, iddiaçıya məxsus hüquqların bərpası daha aşağı normativ sənəd olan Təlimatın tələblərinə uyğun qaydada bu və ya digər sənədlərin məhv edilməsindən asılı olmayaraq iddia müddətinin şamil edilmədiyi hüquqlardır və əsaslılığı sübuta yetiriləcəyi təqdirdə təmin edilməsi qaçınılmaz olardı. Lakin hazırki halda iddiaçının iddia tələbinin əsaslılığı şübhədənkənar sübutlar məcmusu ilə təsdiq olunmamışdır. Beləliklə məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçının həqiqətən də xx.xx.1991-ci il tarixdə SSRİ X22 rayon filialına 40000 rubl əmanət yerləşdirməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar