Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1048/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyüv Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "Bank Standard" Kommersiya Bankına (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun ipoteka predmetinə yönləndirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "Bank Standard" Kommersiya Bankına (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun ipoteka predmetinə yönləndirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması, QSC “Bank Standart” KB ilə İddiaçı arasında bağlanmış 22 avqust 2011-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcun ipoteka predmeti olan “Şkoda Fabia” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilərək, öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla QSC “Bank Standard" KB arasında 22 avqust 2011-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ona bank tərəfindən 60 ay müddətinə illik 18 faizin ödənilməsi şərti ilə 15.052 manat pul vəsaiti verilmişdir. Lakin həmin pul vəsaiti ona verilməmiş, bilavasitə «Şkoda Fabia» markalı, **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün satıcı şirkətə köçürülmüş, həmin avtomobil isə ipoteka müqaviləsi üzrə girov qoyulmuşdur. Bir müddət sonra götürdüyü krediti ödəyə bilmədiyi üçün QSC “Bank Standard” KB ilə 2014-cü ilin aprel ayında ipoteka predmeti olan «Şkoda Fabia» markalı 90-MB- 926 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh banka təhvil verilərək onun hərracda satılmasından əldə ediləcək pul vəsaitinin qalan borcunun ödənilməsi üçün istifadə edilməsinə dair razılığa gəlmişdilər. Bu məqsədlə cavabdeh bank tərəfindən №11/6793 nömrəli 01 oktyabr 2014-cü il tarixli məktub ilə Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə müraciət edilərək, 23 avqust 2011-ci İl tarixli girov şəhadətnaməsinə əsasən, «Şkoda Fabia» markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etmiş, müvafiq avtomobil xx.xx.2014-cü il tarixdə ipoteka yüklülüyündən azad edilmişdir. Bundan sonra, avtomobilin satılması üçün tərəfindən bank əməkdaşının adına etibarnamə verilmiş, həmin avtomobil rəsmi alqı-satqı müqaviləsi ilə başqasına satılmış, satış nəticəsində əldə olunmuş pul vəsaitindən isə ona ümumiyyətlə hər hansı məbləğ verilməmişdir. Göründüyü kimi, cavabdehlə aralarında olan razılaşmaya əsasən qalan borcunun ödənilməsi kredit öhdəliyinin təmini üçün girov qoyulmuş avtomobil hesabına reallaşdırılmışdır. Lakin cavabdeh bank tərəfindən müvafiq avtomobil satılmış və əldə edilmiş pul vəsait bütövlükdə mənimsənilmiş olmasına baxmayaraq, cavabdeh sonradan ona qarşı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmədən İddiaçı ilə bank arasındı bağlanmış 22 avqust 2011-ci il tarixdə xx/xx/5590/11 saylı Kredit müqaviləsi və 21 iyun 2012-ci tarixdə 1xx/xx/5590/12 və 12 yanvar 2013-cü il tarixdə 1xx/xx/5590/11 saylı zaminlik müqavilələri üzrə cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 11563.14 (on bir min beş yüz altmış üç manat o dörd qəpik) manat, faiz üzrə 1013 (bir min on üç) manat, cərimə üzrə 1168.39 (bir min bir yüz altm səkkiz manat otuz doqquz qəpik) manat, ümumilikdə isə 13744.58 (on üç min yeddi yüz qırx dörd manat əlli səkkiz qəpik) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apeilyasiya Məhkəməsinin 2(103)-10862/2017 say 06 12.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, müvafiq borcun müştərək qaydada tutularaq QSC “Bank Standard" KB-ə ödənilməsi qət edilmişdir. Lakin məhkəmə müvafiq kredit öhdəliyinin icrasının təmini kimi avtomobilin ipoteka qoyulmuş olmasını, sonradan bank tərəfindən azad edilərək satılmasını və pul vəsaitinin bank tərəfindən mənimsənilməsini nəzərə almamışdır. Bildirmək istəyir ki, müvafiq kredit öhdəliyinin həm ondan və zamin göstərdiyi digər şəxslərdən müştərək qaydada tutulması, həm də girov kimi qoyulmuş, ona məxsus avtomobil hesabına ödənilməsi cavabdehin əsassız varlanmasına səbəb olmaqla bərabər mülkiyyətçi kimi hüquqlarını pozmaqdadır. Ona görə də hesab edir ki, QSC “Bank Standard” KB arasında 22 avqust 2011 -ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun ipoteka predmeti olan «Şkoda Fabia» markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və kredit öhdəliyinə xitam verilməsi mütləq və zəruridir. Daha sonra cavabdeh Əmanətlərin Sığortalanması Fondu və QSC “Bank Standart” “borcun ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın qanunsuz və əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində 2014-cü ilin aprel ayında avtomobilin satılmasına dair tərəfindən bank əməkdaşının adına etibarnamə verməsini, həmin avtomobilin başqasına satılmasını iddia etmişdir. Lakin iddiaçı nəqliyyat vasitəsinin banka təhvil verilməsinə dair təhvil-təslim aktı və digər sübutları təqdim etməmişdir. İddiaçı və Bank arasında iddia edilən kredit münasibətləri xx.xx.2011-ci il tarixindən yaranmışdır. AR DİN BDYPİ tərəfindən təqdim edilmiş kompüter çıxarışına əsasən İddiaçı tərəfindən xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasında müxtəlif şəxslərə nəqliyyat vasitəsi ilə bağlı etibarnamələr verilmişdir. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda xx.xx.2013cü il tarixində Banka 4000 manat sığorta ödənişinin daxil olması öz əksini tapmışdır. Belə ki, mübahisə predmeti olan nəqliyyat vasitəsinin iştirakı ilə qəza törədilib. (avtomobilin qəzalı vəziyyətinə dair fotolar məhkəməyə təqdim edilmişdir.) Həmin sığorta ödənişi iddiaçı tərəfindən bankdan çıxarılmışdır. Hesabdan çıxarışa əsasən xx.xx.2014-cü il tarixində Banka 3519.00 manat kredit borcu ödənilmişdir. xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən avtomobil İddiaçı adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, Bank avtomobilin qəzaya düşməsi nəticəsində dəyərinin azalması və kreditin təminatı olaraq zaminlərin cəlb edilməsi ilə avtomobilin girovdan azad edilməsinə razılıq vermiş, beləliklə, avtomobil girovdan azad edilmiş, başqa şəxsə satılmış və 3519.00 manat banka kredit borcu üzrə ödəniş edilmişdir. 2017-ci il tarixində Bank tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, cavabdeh İddiaçı və zaminlərdən borcun müştərək qaydada tutulması xahiş edilmiş, Bakı şəhəri Binəqədi RM-nin 2(001)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə bankın iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10862/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti dövlət rüsumu hissəsində azaldılmış, digər hissələr dəyişdirilmədən saxlanılmışdır. 2019-cu il tarixində İddiaçı cavabdeh QSC “Bank Standard” KB-nin ləğvedicisi ƏSF-a qarşı “kredit borcunun əvəzləşdirilərək ləğv olunması və həmin öhdəliyə xitam verilməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Nəsimi RM-ə müraciət etmişdir. Nəsimi RM-nin 2(006)-514/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Nəsimi RM-nin 2(006)-514/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, daha sonra iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13752/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı Bakı şəhəri Binəqədi RM-nin 2(001)-2349/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində hazırkı iş üzrə iddia ərizəsində qeyd etdiyi əsaslara istinad etmişdir. Həmin əsaslar Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmış, həmin hissələrə qiymət verilmişdir (istinad edilmiş qərarlar iddiaçı tərəfindən təqdim edilmişdir). Belə ki, Bakı Apellyasiya Məhkəməsi 2(103)-10862/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsində qeyd edir ki, SKODA FABİA markalı avtomaşının satılması cavabdehləri öz üzərinə götürdükləri kredit öhdəliklərini yerinə yetirməkdən azad etmir. Məlumdur ki, minik avtomobili yüklülükdən azad edilmiş və əmlak özgəninkiləşdirilmişdir. Belə olan halda ipoteka predmeti olmadığından hazırkı iddia tələbi əsassızdır. Həmçinin iddiaçı iddia ərizəsində göstərilmiş əsaslarla bağlı 2015-ci il tarixindən 10 il müddət keçməsinə baxmayaraq hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 etiraz ərizəsinə uyğun uzahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları: Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli 120/5590/11 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor “borc alanla 15052 manat məbləğində kredit İddiaçı tərəfindən alınan bir ədəd Skoda Fabia markalı avtomaşının dəyərinin ödənilməsi üçün 60 ay müddətinə verilmişdir, ödənilməli olan son tarix xx.xx.2016-cı ildir. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli “Bank hesabı” müqaviləsindən görünür ki, bank bu müqaviləyə əsasən “Müştəri”yə açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. “Müştəri” pul vəsaitini bankda onun adına açılmış hesaba köçürməyi və hesabda olan vəsait üzərində qanunvericilik və bu müqavilə ilə müəyyən edilmiş qaydada sərəncam verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan görünür ki, aktiv kreditlərin cəmi qalıq məbləği 1957.80 manat, kredit xətləri üzrə 0 manat, cəmi aylıq ödəniş məbləği 125,51 manat, tam ödənilmiş kreditlərin cəmi məbləği 1697,45 manat təşkil edir. İş materiallarına əlavə olunmuş kassa mədaxil orderlərinə əsasən xx.xx.2011-ci il tarixdə İddiaçı tərəfindən QSC “Bank Standart” KB-yə 383 manat, xx.xx.2011-ci il tarixində 382.30 manat, xx.xx.2011-ci il tarixində 382.22 manat, xx.xx.2012-ci il tarixdə isə 384 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli TT********** nömrəli kassa məxaric orderinə əsasən X8 tərəfindən QSC “Bank Standart” KB-yə 1600 manat, xx.xx.2013-cü il tarixli TT********** nömrəli kassa məxaric orderinə əsasən isə 2000 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş QSC “Bank Standart” KB tərəfindən AR DİN DYP-yə göndərilən xx.xx.2014-cü il tarixli 11/6793 nömrəli məktubdan görünür ki, **-MB-*** dövlət nömrə nişanlı, SKODA FABİA minik markalı, “Xetçbek” tipli, buraxılışı 2011-ci il, ban TMBED45JXB3176820, “göy” rəngli avtomobilin sahibi, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2011-ci il tarixli girov şəhadətnaməsinə əsasən, yuxarıda göstərilən avtomobilin özgələşdirilməsi üzərinə qoyulmuş qadağanın götürülməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş QSC “Bank Standart” KB trəfindən AR Vəkillər Kollegiyası 2 saylı Hüquq Məsləhətxanasına göndərdiyi xx.xx.2016-cı il tarixli 21/10215 saylı məktubundan görünür ki, X9 xx.xx.2014-cü il tarixindən QSC “Bank Standart” KB-də çalışır və Bankın “28 May” filialında sürücü işləyir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-10592/2015 saylı “iddianı təmin etmənin ləğv olunması barədə” qərardaddan görünür ki, Binəqədi rayon Məhkəməsinin iddianı təmin etmə barədə xx.xx.2015-ci il tarixli 2(001)-10592/2015 saylı qərardadının ləğv edilməsi, cavabdeh İddiaçı məxsus “Skoda fabia” markalı, **-MB-*** qeydiyyat nömrəli avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2349/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı QSC “Bank Standart” KB-nin cavabdehlər İddiaçı, X5 və X6 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulmasına dair” iddiasının qismən təmin edilməsi, cavabdehlər Pərvanə Hacı qızı, X8 və X2 müştərək qaydada 11563,14 manat əsas, 1013 manat faiz, cərimə üzrə 117 manat, cəmi 12693,14 manat borcu tutularaq iddiaçı QSC “Bank Standart” KB-nin hesabına ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10862/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı QSC “Bank Standart” KB-nin cavabdehlər İddiaçı, X3 və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X7 və X2 müştərək qaydada 11563.14 manat əsas, 1013 manat faiz, cərimə üzrə 117 manat, cəmi 12693.14 manat borc tutularaq iddiaçı QSC “Standart Bank” KB-nin hesabına ödənilməsi, cavabdehlər İddiaçı, X7 və X2 müştərək qaydada iddiaçı QSC “Bank Standart” KB-nin xeyrinə ödənilmiş dövlət rüsumuna görə 27.6 manat tutulması, dövlət rüsumunun 2.4 manatı iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 manatın 73,6 manatı müştərək qaydada cavabdehlər İddiaçı, X7 və X2, 6,4 manatı isə iddiaçı QSC “Standart Bank” KB-dən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE, ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********000003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-514/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun əvəzləşdirərək ləğv olunması və həmin öhdəliyə xitam verilməsi və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13752/2019 saylı qərardadının surətindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)-514/2019 saylı qətnaməsinin ləğv olunması, İddiaçı cavabdeh QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun əvəzləşdirilərək ləğv olunması və həmin öhdəliyə xitam verilməsi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiasının baxılmamış saxlanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən AR VK Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanan xx.xx.2024-cü il tarixli 3-13- 16/2-173841/2024 nömrəli məktubunun surətindən görünür ki, “SKODA FABİA” markalı **- MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü X1 adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən AR VK Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili xanım Vəkil ünvanlanan xx.xx.2024-cü il tarixli 3-13-16/2-199649/2024 nömrəli məktubunun surətindən görünür ki, “SKODA FABİA” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatda olan xx.xx.1980-ci il təvvəllüdlü İddiaçı adına qeydiyyata alınmış. xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Əmanətlərin Sığortalanması Fondu tərəfindən göndərilən məktubdan görünür ki, xx.xx.2024-cü il tarixinə bank əməliyyat sistem məlumatlarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixli 1xx/xx/5590/11 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standart” KB qarşısında olan 11.563,14 manat əsas borc və 5.155,66 manat məbləğində faiz öhdəliyi mövcuddur. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına hesabdan çıxarışlar, foto şəkillər əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər QSC “Bank Standard” KB və Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcunun ipoteka predmeti olan “Şkoda Fabia” avtomobili hesabına ödənilməsi və öhdəliyə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsas arqumenti ondan ibarət olmuşdur ki, 2011ci il tarixli kredit müqaviləsinə əsasən aldığı kredit avtomobilin alınmasına yönəldilmiş və avtomobil girov kimi qoyulmuş, lakin satışdan əldə olunmuş vəsaitdən ona heç bir məbləğ verilməmişdir. Cavabdehlər isə etiraz edərək, iddiaçının avtomobilin banka təhvil verilməsi və satışdan əldə edilmiş vəsaitlə bağlı sübutları təqdim etmədiyini bildirmişlər. Əvvəlki məhkəmə qərarları da göstərmişdir ki, ipoteka predmeti artıq mövcud deyil və iddiaçı tərəfindən irəli sürülmüş tələblər əsaslandırılmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü tələblər əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı avtomobilin Banka təhvil verildiyini və onun satışından əldə olunan vəsaitin bütövlükdə Bank tərəfindən mənimsənildiyini iddia etsə də, bu iddianı təsdiq edən heç bir birbaşa və inandırıcı sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında nə avtomobilin Banka təhvil verilməsini təsdiqləyən təhvil-təslim aktı, nə satışın məbləğini müəyyən edən rəsmi sənəd, nə də satışdan daxil olmuş vəsaitlərin bölgüsünü əks etdirən və ya həmin vəsaitlərin kredit borcuna tətbiq edilməməsini sübuta yetirən hər hansı sənəd mövcuddur. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Əksinə, mövcud sənədlərdən göründüyü kimi, avtomobil ipotekadan azad edilmiş və onun alqı-satqısı məhz iddiaçının verdiyi etibarnamə əsasında, bilavasitə onun adından həyata keçirilmişdir. Bu hal iddiaçının özünün avtomobilin satışında iştirak etdiyini və prosesin onun iradəsindən kənar baş vermədiyini təsdiqləyir. Həmçinin iş materiallarında əksini tapmış məlumatlar göstərir ki, avtomobilin satılmasından sonra Banka yalnız 3519,00 manat məbləğində ödəniş edilmişdir. Bu fakt Bank tərəfindən satışdan əldə olunmuş bütün vəsaitlərin mənimsənilməsi barədə iddianı təkzib edir və əksinə, satışdan əldə olunan gəlirin tam şəkildə Bankın sərəncamına verilməsi barədə iddiaçının mülahizələrinin əsassız olduğunu ortaya qoyur. Beləliklə, məhkəmə müəyyən edir ki, nə Bankın avtomobili öz adına keçirməsi, nə də satışdan daxil olmuş vəsaitləri tam şəkildə mənimsəməsi barədə iddiaçının dediklərini təsdiq edən hər hansı hüquqi və faktiki sübut təqdim olunmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnamələri hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdirlər. Həmin qərarlar göstərir ki, bank tərəfindən cavabdehlərdən kredit öhdəliyinin müştərək qaydada tutulması, müvafiq borc məbləğinin hesablanaraq bankın xeyrinə ödənilməsi qərara alınmışdır. Bununla belə, həmin məhkəmə prosesi zamanı iddiaçı tərəfindən qalıq borcun ipoteka predmeti olan avtomobil hesabına yönəldilməsi barədə hər hansı bir tələbin irəli sürülməməsi, hazırkı iddianın əsasının olmadığını bir daha sübut edir. Bu fakt göstərir ki, əvvəllki məhkəmə qərarları ilə müəyyən edilmiş ödəniş mexanizmi və hüquqi nəticələr nəzərə alınmadan, borcun avtomobil hesabına yönəldilməsi tələbi hüquqi baxımdan əsaslı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, iddiaçı yalnız fərziyyələrə və ümumi mülahizələrə əsaslanaraq iddia irəli sürmüşdür, lakin mülki prosessual qanunvericiliyin tələblərinə görə iddiaçının iddia etdiyi halları sübut etmək öhdəliyi məhz onun üzərinə düşür. İş materiallarında isə əks sübutlar mövcuddur və həmin sübutlar Bankın hərəkətlərinin iddiaçının dediyi kimi qanunsuz və əsassız olmadığını, əksinə, iddiaçının öz etibarnaməsi və iştirakı ilə avtomobilin satıldığını və yalnız müəyyən məbləğin Banka ödənildiyini göstərir. Bütün bu hallar nəzərə alınmaqla məhkəmə qənaətə gəlir ki, iddiaçının Bank tərəfindən avtomobilin satışından əldə olunan vəsaitlərin mənimsənilməsi barədə iddiası sübuta yetirilməmişdir və belə olan halda irəli sürülmüş tələblər əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "Bank Standard" Kommersiya Bankına (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun ipoteka predmetinə yönləndirilməsi" tələbinə dair” iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Bank Standard" Kommersiya Bankına (Ləğv prosesindədir) və Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun ipoteka predmetinə yönləndirilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1048/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1048/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver