Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-105/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min hcş yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 (qırx beş manat) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2545 (iki min beş yüz qırx beş) manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onlar xx.xx.2022-ci il tarixdən həmin ilin avqust ayınadək Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsindəki 38 saylı evun, 74 saylı mənzilində əsaslı təmir işləri görmüşlər. Təmir işlərinin dəyəri ümumilikdə 6900 (altı min doqquz yüz) manat təşkil etmişdir. Cavabdeh onlara hissə-hissə olmaqla 4400 (dörd min dörd yüz) manat pul vermiş, qalan 2500 (iki min beş yüz) manat pulu isə verməmişdir. Cavabdehə pulun ödənilməsi ilə bağlı dəfələrlə müraciət etsələr də bu heç bir nəticə verməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçilar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsininin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, onun Bakı şəhəri, Qulu Quliyev küçəsindəki 38 saylı evin 74 saylı mənzilində yalnız İddiaçı1 və oğlu təmir işləri aparmışlar, digər iddiaçıları isə tanımır. İddiaçı1 və oğlunun yerinə yetirdikləri suvaq işlərinin həcmini keçən ilin 14 avqust tarixində özünün qeyd etdiyi kimi 4400 manat tam ödəmişdir. Baxmayaraq ki, iddiaçı işləri keyfiyyətsiz həyata keçirmiş və bununla ona küllü miqdarda maddi ziyan vurmuş, tələb etdiyi məbləğ tam olaraq ödənilmişdir, Çatışmamazlıqlar sonradan aşkar olunduqca basqa ustalar vasitəsilə onları aradan qaldırmışdır. Bundan başqa otaqların birində ona deyilmədən, özbaşına beton döşəmə (styajka) vurmuşdur və nəticədə həmən otağın beton polunu usta çağırıb sındırıb yenidən düzəltdirməli olmuşdur. Sadaladığı bu və digər xırda nöqsanlardan agah olmuşdur ki, İddiaçı1 peşəkar usta deyil və ona vurduğu maddi ziyana baxmayaraq onun pulunu tam ödəmiş və ayrılmışlar. Bundan təqribən üç ay sonra İddiaçı1 mənzilində əlavə təmir işləri aparmaq məqsədilə mənzilinə gəlmişdir. Mənzilində işlərin başqa ustalar tərəfindən həyata keçirildiyini görmüş məhz bu işlərin ona həvalə edilməməsindən qəzəblənərək o ona qarşı şər və böhtan xarakterli Polis İdarəsinə şikayət etmişdir. Şikayətdə 1500 manat tələbi qoymuşdur. Laklin təhqiqatçı polis mənzilə baxış keçirəndən sonra onun şikayətinin əsassız olduğunu bildirmişdir. Bundam sonra isə o eyni məzmunlu lakin bu dəfə 2500 manat böhtan xarakterli iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edibdir. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı2 Cavabdeh pul tələbinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və tərəflərə, məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri tövsiyyə olunmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılığı ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında Bakı şəhəri, Qulu Quliyev küçəsindəki 38 saylı evin 74 saylı mənzilində təmir işlərinin aparılması üçün ümumilikdə 6900 manat məbləğinə razılığa gəlmişlər. Cavabdeh həmin puldan hissə-hissə olaraq 4400 manatını ödəmiş, yerdə qalan 2500 manatını isə ödəməkdən boyun qaçırmışdır. Lakin həmin borc müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən, şifahi formada bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul və 45 manat dövlət rüsumu, ümumilikdə 2545 (iki min beş yüz qırx beş) manat pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul və 45 manat dövlət rüsumu, ümumilikdə 2545 (iki min beş yüz qırx beş) manat pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-105/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-105/2024
18.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver