Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1052/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçı - İddiaçı nümayəndəsi və vəkili - Nümayəndə, Cavabdehin nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh ”Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin iddiaçı ilə bağladığı xx.xx.2007-ci il tarixli, 546 saylı kredit müqaviləsi üzrə borcun restrukturizasiya olunması, borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, cərimənin qaytarılması, tələbin ipoteka predmeti olan avtomobilə yönəldilməsi” tələbi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-2799/2010 saylı, 31 avqust 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2007-ci il tarixli, 546 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 5345 manat, faiz borcuna görə 3745 manat, cəriməyə görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 9210 manat tutularaq "xxxx" ASC-nin hesabına keçirilməsi, İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Vaz- 21074” markalı, ağ rəngli, mühərrik nömrəsi 8830792, ban nömrəsi XTA**********3849 olan **-UR-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunan vəsaitdən 9210 manat tutularaq "xxxx" ASCnin hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" ASC (8 saylı filialı) ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixli, 546 saylı kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı 28 % ödənilməsi şərti ilə 18 ay müddətinə 5681 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini məqsədi ilə İddiaçı “Vaz-21074” markalı, ağ rəngli, mühərrik nömrəsi 8830792, ban nömrəsi XTA**********3849 olan **-UR-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2007-ci il tarixli, 546 saylı ipoteka müqaviləsi əsasında Banka ipotekaya qoymuşdur. İddiaçı müqavilə üzrə cəmi 660 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən gələn xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, girov predmeti olan İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Vaz- 21074” markalı, ağ rəngli, mühərrik nömrəsi ******* XTA**********3849 olan **-UK-*** dövlət nömrə nişanlı avtomobil hərraca çıxarılmış və 510 manata satılmışdır. Həmin avtomobilin dəyəri 4000 manat dəyərində olsa da nədənsə 510 manata satılmışdır. Müqavilənin müddətinin bitməsinə baxmayaraq şəxsdən hələ də borc tutulur. Belə ki, müqavilə 18 ay müddətinə bağlanılmışdır. Lakin hələ də borc üçün məbləğin tutulması haqlı hesab etmir. Hesab edir ki, cavadeh borcları restrukturizasiya etməli və borcları silməli idi. Lakin cavabdeh bunu etmədiyindən Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Cənab prezident tərəfindən silinmiş borcları cavabdehin əmək haqqından tutur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2799/2010 saylı 31 avqust 2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli, 546 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 5345 manat, faiz borcuna görə 3745 manat, cəriməyə görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 9210 manat tutularaq "xxxx" ASC-nin hesabına keçirilməsi, İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, “Vaz-21074” markalı, ağ rəngli, mühərrik nömrəsi 8830792, ban nömrəsi XTA**********3849 olan **-UR-*** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunan vəsaitdən 9210 manat tutularaq "xxxx" ASCnin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 8.6-ci bəndinə əsasən bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanının tələbindən göründüyü kimi sözügedən fərman yalnız 2012-ci il yanvarın 1-dən sonra bağlanmış kredit müqavilələri üzrə borclara şamil edilmişdir. Hazırki iş üzrə isə "xxxx" ASC ilə iddiaçı arasında kredit müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmışdır ki, həmin kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsir dairəsinə düşmədiyindən həmin borc restrukturizasiya oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1052/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1052/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver