Məhkəmə qərarları › İş №2(006)-1067/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1067/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1067/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh2 və Nərimanov rayon İcra şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh Bakı şəhəri 41 saylı notariat kontoruna qarşı "notariusun icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Tağıyev X2 rayon İcra Şöbəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Bakı şəhəri 41 saylı notariat kontoru, Cavabdeh2 qarşı "notariusun icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06.05.2020-ci il tarixində Cavabdeh2 ünvan 1də bağlanmış kredit müqaviləsinə əsasən faizsiz olaraq 06.11.2020- ci il tarixində qaytarmaq şərti ilə 33.000 manat pul almışdır. Bundan sonra iddiaçı borcundan 09.07.2020-ci il tarixində 13.300 manat pulu ünvan 1in depozit hesabına Cavabdeh2 verilməsi üçün ödəmiş, bu barədə notariusa ərizə də yazmışdır. Sonrakı dövrlərdə müəyyən səbəblərdən həmin pulun qalan hissəsini vaxtında tam olaraq ödəyə bilməmişdir. İddiaçı qeydiyyatda olduğu ünvanda yaşamır. O səbəbdən də, bu yaxınlarda ona məlum olmuşdur ki, sözügedən borc üzrə 09.08.2021-ci il tarixində Bakı şəhəri 41 saylı notariat ofisi tərəfindən icra qeydi verilmişdir. Həmin icra qeydində isə ödədiyi 13300 manat pul nəzərə alınmamış və borc məbləği 33.000 manat qeyd olunmuşdur. Həmin icra qeydi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində icra işi başlanılmış və iddiaçı barəsində borclu qismində məcburi icra tədbirləri aparılır. İcra məmuru Zaur Əlizadəyə ödədiyi pul barəsində məlumat versə də, icra hərəkətləri 33.000 manat pul üzrə aparılır, icra tədbirləri nəticəsində əmlakı üzərinə həbs qoyulmuş, qiyməti müəyyən edilməsi üçün qiymətləndirmə qurumuna müraciət edilmişdir. Odur ki, Bakı şəhəri 41 saylı notariat ofisi tərəfindən verilmiş sözügedən icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydi verilərkən borc verən Cavabdeh2 bu barədə notariusa düzgün olmayan informasiya vermiş, iddiaçını isə lazımi qaydada məlumatlandırmamışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri 41 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 8İ-3727 nömrə ilə qeyd edilmiş 09.08.2021-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdehlikdən çıxarılaraq üçüncü şəxs kimi tanınmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və bunun səbəblərini məhkəməyə bildirməmişlər.

6. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış ünvan 1in xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 6 may 2020-ci il tarixli, reyestr nömrəsi 3M-877 olan kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 06.11.2020-ci il tarixinə kimi 33000 manat məbləğində pulu borc götürmüşdür.

9. İş materiallarında olan Cavabdeh2 Notariat ofisinə ünvanladığı **********726 saylı ərizədə bildirilmişdir ki, ünvan 1də 6 may 2020-ci il tarixli, reyestr nömrəsi 3M-877 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsinə əsasən, İddiaçı qarşı 33000 manat 00 qəpik məbləğində pul tələbi var. Lakin, 06.11.2020-ci il tarixində kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, o, həmin məbləği bu günə qədər geri qaytarmamışdır. Bu səbəbdən də icra qeydi aparmağı xahiş etmişdir.

10. İş materiallarında olan ünvan 1in 9 avqust 2021-ci il tarixli, reyestr nömrəsi 8İ- 3727 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AA*******, 15.08.2019 00:00 – Asan 1, FİN: xxxxxxx; d/t: xx.xx.1984) xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, 25.04.2018 – Asan 5-2; FİN: xxxxxxx, d/t: xx.xx.1981) müddət üçün vaxtında ödənilməmiş 33000 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 33020 manat 00 qəpik pul tutulmalıdır.

11. İş materiallarında olan “İcra qeydinin aparıldığı barədə tələbkar tərəfindən borcluya göndərilən” 01.06.2021-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün 20 gün vaxt verilmişdir.

12. İş materiallarında olan 10.08.2021-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən Bakı şəhəri 41 saylı Notariat Kontorunun 3727 nömrəli, 10.08.2021-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır.

13. İş materiallarında olan tələbin könüllü icrası haqqında 10.08.2021-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.

14. İş materiallarında olan 09 iyul 2020-ci il tarixli, X/O – 718 nömrəli notariusun "xxxx" ASC-nin Dəmiryol şöbəsinə ünvanlandığı məktubunda bildirmişdir ki, İddiaçı notariat qaydasında təsdiq edilmiş, 06 may 2020-ci il tarixli, 3M-877 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsinə əsasən ödənilməli olan 33000 manat puldan hal-hazırda 13300 manat məbləğində pulun müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh2 verilməsi üçün bankda olan AZ68AİİB********************№-li depozit hesabına qəbul olunması xahiş edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. İş üzrə müəyyən olunmuş faktiki hallardan və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahatdan məlum olur ki, İddiaçı borcundan 13300 manat məbləğində pulu ünvan 1inn depozit hesabına Cavabdeh2 ödənilməsi üçün ödəmiş, lakin icra qeydi verilərkən ödədiyi məbləğ nəzərə alınmamış və borc məbləği 33000 manat qeyd edilmişdir. İddiaçı tərəfi isə lazımı qaydada məlumatlandırmamışdır. Hazırda isə borclu icra qeydinin ləğv edilməsini xahiş edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

17. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161 -ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur.

19. İş materiallarına əlavə edilmiş 9 avqust 2021-ci il tarixli, 8İ-3727 saylı nömrəli icra qeydindən görünür ki, Notarius borclu tərəfindən ödənilən 13300 manat məbləğində pulu nəzərə almamış və nəticədə onun hüquqları pozulmuşdur.

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1in xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-3727 nömrəli, 9 avqust 2021-ci icra qeydi ləğv edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. ünvan 1in xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-3727 nömrəli, 9 avqust 2021-ci icra qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar