Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1070/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "qanunsuz borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "qanunsuz borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" KB QSC arasında bağlanmış kredit müqaviləsinin qüvvəsinin bitməsini nəzərə alaraq 966.3 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4851/2018-008 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələb üzrə borcludur. Qətnamə üzrə ondan 966.3 manat məbləğində pul vəsaiti tutularaq tələbkar ‘Bank Standard” KB QSC-nin xeyrinə ödənilməlidir. Adıçəkilən bank ləğv edildiyi üçün cavabdeh Əmanətlərin Sığortalanması Fondudur. Müqavilənin müddətinin 2016-ci ildə bitməsinə və Cənab Prezidentin “Banklar haqqında” fərmanında qeyd edilən “ Fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrekturizasıyasfna baxmayaraq onun kredit borcu silinməmişdir, əlavə olaraq üzərinə müəyyən məbləğdə faiz borc miqdarı gəlmişdir. Bank qanunsuz olaraq ona borc hesablamış və ödəməyə məcbur etmişdir. Müqavilənin müddəti 2016- cı ildə bitmişdir. Qanunvericilikdə müqavilələrdən yaranan öhdəliklər üzrə iddia müddəti 3 il təşkil edir. Dəfələrlə Əmanətlərin Sığortalanma Fonduna şifahi müraciət etməyinə baxmayaraq, heç bir nəticə çıxmadı. Borcun silinməsi ilə bağlı ona məhkəməyə müraciət etməyini məsləhət verdilər. Bütün bu əsasları nəzərə alaraq, cavabdehin ona ödətdirmək istədiyi borc qanunsuzdur və ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəmənin iş üzrə icraata xitam verməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-4851/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 680,15 manat əsas borc, 246,15 manat faiz borcu, 10 manat cərimə borcu, ümumilikdə 936,3 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq "xxxx" KB-yə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. İddiaçı tərəfindən qanuni qüvvəyə minmiş qətnamə üzrə borcun silinməsinin digər əsasları ilə bağlı icra icraatı çərçivəsində müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "qanunsuz borcun silinməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "qanunsuz borcun silinməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1070/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1070/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver