Məhkəmə qərarları › İş №2(006)-1071/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1071/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1071/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit reyestrindən borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «kredit reyestrindən borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə qalıq qalmış borcun cavabdeh "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikasının kredit reyestrindən onun adından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonar iddia ərizəsinə dəqiqləşdirmə verərək, xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə iddiaçıya münasibətdə qalıq borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdeh "xxxx" KB ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC 60 ay müddətində illik faiz dərəcəsi 19 % olmaqla 16.195 manat məbləğində ona kredit vermişdir. Tərəflərin razılığı ilə o, xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri X2 vermişdir və sonuncu onun kredit müqaviləsindən irəli gələn öhdəliklərini qəbul etmişdir. Bundan sonra, xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə bank qarşısında cavabdeh olan şəxs X4 olmuşdur. Lakin, bir müddət sonra Ə.Dərgahov öz öhdəliklərini icra etməmişdir. Ona görə də, "xxxx" KB ASC iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə 4.963,90 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank iddia ərizəsində ilkin olaraq həmin pulun ondan tutulmasını xahiş etsə də, sonradan xx.xx.2011-ci il tarixli ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş, cavabdeh olaraq o, dəyişdirilmiş, bank borcun X1 tutulmasını xahiş etmişdir. xx.xx.2011-ci il tarixli ərizə Nərimanov rayon Məhkəməsi tərəfindən təmin edilmiş, onun cavabdeh qismində statusuna xitam verilmiş və Ə.Dərgahov cavabdeh qismində işə cəlb edilmişdir. Nərimanov rayon Məhkəməsi xx.xx.2011-ci il tarixli qətnaməsi ilə kredit üzrə 4.963,90 manat borc və dövlət rüsumu üçün ödənilmiş 20 manat olmaqla, cəmi 4.983,90 manat pulun X1 tutularaq "xxxx" KB ASC-yə verilməsi barədə qətnamə çıxarmışdır. Nərimanov rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən də görünür ki, xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə öhdəlik daşıyan şəxs və borclu X3r, o, həmin kredit müqaviləsi üzrə borclu deyil, bank qarşısında öhdəliyi yoxdur, həmin öhdəlik tərəflərin razılığı ilə Ə.Dərgahova keçmiş və məhkəmə qətnaməsilə də həmin müqavilə üzrə pul məbləği Ə.Dərgahovdan tutulmuşdur. Lakin, o, hazırda hansı kredit təşkilatına və banklara kredit almaq üçün müraciət edirsə, ona kredit verilmir, bildirilir ki, adına "xxxx" KB ASC üzrə xx.xx.2008-ci il tarixli, 1009 mc saylı kredit müqaviləsi üzrə borclu kimi qeyd olunur, üzərində ödənilməmiş kredit borcu öhdəliyi var. Ona görə də, onunla kredit müqaviləsi bağlanılmır, imtina olunur. O, «ASAN» kommunala müraciət etmiş və ona "xxxx" MMC-dən çıxarış verilmişdir. Ona məlum olmuşdur ki, adı ölkənin kredit reyestrində "xxxx" KB ASC üzrə xx.xx.2008-ci il tarixdə verilmiş 16.195 manat kreditin qalıq qalmış 3.923,90 manat hissəsinə görə borcluların aktiv öhdəlikləri siyahısında borclu kimi qalıb. Məhkəmənin qətnaməsində isə həmin borc məbləği 4.963,90 manat göstərilib. Beləliklə, qeyd olunan borc Ə.Dərgahovun borcu olsa da, kredit reyestrində onun adında aktiv borc kimi qalıb. Adının borclu kimi qalmasında cavabdeh təşkilat "xxxx" KB ASC-dir. Cavabdeh hazırki tələb üzrə 3-cü şəxslərə düzgün məlumat verməklə onun adını borclular siyahısından çıxarmalıdır. Odur ki, həmin aktiv borc kredit reyestrində onun borcu kimi adından silinməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" KB ASC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, "xxxx" KB ASC iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə 4.963 manat 90 qəpik borcun və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, "xxxx" KB ASC 24 noyabr 2011-ci il tarixli ərizə ilə həmin məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh İddiaçı əsl cavabdeh X4 ilə əvəz edilməsini və borcun X1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli 2(005)- 4088/2011 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin X2 qarşı «kredit üzrə borcun və ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktından göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" KB ASC qarşısında xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının yuxarıda adı qeyd olunan reyestrdə "xxxx" KB ASC qarşısında xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə "xxxx" MMCyə məlumat göndərilməsi "xxxx" KB ASC-yə həvalə edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2008-ci il tarixli 1009 mc saylı kredit müqaviləsi üzrə borclu olmadığı barədə "xxxx" MMCyə məlumat göndərilməsi "xxxx" KB ASC-yə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar