Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1075/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3636/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment, xx.xx.2009-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 150 manat və mediasiya xərci olaraq ödədiyi 50 manat vəsaitin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3636/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatmışdır və hazırda tələbədir. xx.xx.2009-cu il təvəllüdlü X11 “əqli gerilik, nitq inkişafının spesifik pozulması" diaqnozlu xəstədir və 2-ci qrup əlildir. Bu xəstəliyinə görə də mütəmadi olaraq müalicə olunması lazımdır. Müalicə üçün tələb olunan xərclərin miqdarı isə yüksəkdir. Hazırda uşaqlara baxdığı üçün də işləməyi mümkün deyildir. Buna görə də, zəruri olan müalicə və dərman xərclərinin tərəfindən qarşılanması mümkün olmur. Bu da uşağın xəstəliyinin artmasına və güclü ağrıların yaranmasına səbəb olur. xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X11 hazırda 8-ci sinifdə oxuyuraq təhsil alırlar. Lakin uşaqların böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilməsi, qayğılarına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə övladlarının saxlanılması üçün qət edilən aliment məbləği bu günki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onların maddi təminatının artmasına səbəb olmuşdur. Uşaqların saxlanılmasında onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq, onların maddi təminatının təminində bəzi problemlərlə üzləşir. Uşağın maddi təminatının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Uşaqların bütün qayğı və ehtiyaclarını o çəkir. Cavabdeh uşaqların saxlanılmasında ümumiyyətlə iştirak etmir, onlarla ünsiyyət saxlamağa belə cəhd etmir və aliment ödəməkdən yayınır. Buna görə də, o, maddi çətinliklərlə üzləşir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, əvvəl X19 əməkdaşı olmuş və daha sonra işdən çıxmışdır. Beş ilə yaxın müddətdir ki, işsizdir. Alimentin ödənilməsində ona atası köməklik edir. Hal-hazırda atası xəstədir və ona köməklik göstərə bilmir. Alimentin artırılmasına etiraz edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli AZ-İ seriyalı 398774 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X13 arasında xx.xx.2013-cu il tarixdə nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Mustafayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X9, 22 iyun 2009-cu il təvəllüdlü X11 və 22 iyun 2009-cu il təvəllüdlü X12 adlı üç övladları doğulmuşdur. Onlardan biri xx.xx.2004-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatmış, digər ikisi isə yetkinlik yaşlarına çatmamışlar. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3636/2018 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş 21 sentyabr 2004-cü il təvəllüdlü X9, 22 iyun 2009-cu il təvəllüdlü X11 və 22 iyun 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 50 manat tutularaq X8 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahlarından 3 övladlarının olması, uşaqların iddiaçının yanında qalması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması, hazırda uşaqlardan birinin (xx.xx.2004-cü il təvəllüdlü X4) yetkinlik yaşına çatmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 ilə bağlı narahatçılığı vardır (tibbi sənədlər: xx.xx.2013-cü il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və sair tarixlərdə verilmiş epikrizlərə, ambulator kitabçadan çıxarışlara, müayinə protokollarına əsasan uşaqda yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F70.1, nitq inkişafının spesifik pozuntusu F80.0 diaqnoz qoyulmuşdur), mütəmadi olaraq müayinə və müalicəyə ehtiyac duyur. Bu isə əlavə xərclər üçün vəsait sərf edilməsini zəruri edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışdan görünür ki, Cavabdeh Dövlət Məşğulluq Xidmətində işaxtaran qismində qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh adına Kürdəmir rayonu, Xırdapay kəndində kənd təsərrüfatı təyinatlı, sahəsi 1.36 hektar olan torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı 4 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/4-02343 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir (Mediator K.Yaqubova). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı onun himayəsində olan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya bir neçə əsasla, o cümlədən işsiz olması, aliment ödəmək üçün zəruri vəsaitinin olmaması və s. hallarla etiraz edərək, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin faktiki vəziyyətini və uşaqların mənafelərini, onların gündəlik tələbatlarının artmasını və uşaqların saxlanılmaları üçün minimum yaşayış xərclərinin artmasını rəhbər tutaraq hesab edir ki, alimentin miqdarı dəyişdirilməlidir (artırılmalıdır). Məhkəmə alimentin dəyişdirilməsi (artırılması) hissəsində iddia tələbinin qismən təmin edilməklə, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3636/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmalı olduğu qənaətinə gəlir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddia tələbinin azyaşlı uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi hissəsində də, qismən təmin edilməsini və əlavə xərclərə görə cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğin dəyişdirilərək (artırılaraq) hər ay 100 manat məbləğində pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göründüyü kimi, iddiaçının övladlarının saxlanılması üçün cavabdehdən alimentin ödənilməsini tələb etmək, habelə cavabdehi əlavə xərclərə cəlb etmək hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin məhkəmə hesab edir ki, ididaçı İddiaçı cavabdehdən hər ay ümumilikdə 500 manat (hər ay hər uşağa görə 250 manat) məbləğində alimentin, habelə 150 manat əlavə xərcin ödənilməsini tələb etsə də, cavabdehin kifayət qədər yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq hər iki valideynin vəzifəsi və borcudur, uşağın maddi xərclərinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə, mediasiya xərci qismində 50 manat ödəsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, habelə iştirak etməməsinin hər hansı bir üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etməmişdir. Belə olan halda isə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3636/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat tutulmalıdır. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3636/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 manat tutulsun. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1075/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1075/2023
01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver