Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-108/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı3 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdehnə qarşı “borcun xitam olunması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və Əsədov X6 Rayon Məhkəməsinə müraciət edərək, 25.249,59 ABŞ dolları məbləğində borcun xitam olunması və xx.xx.2018-ci il tarixdə keçirilmiş hərrac aktını ləğv edib, Quba rayonu, Dəlləkli kəndində yaşayış evlərinin Cavabdeh hesabından çıxarılıb onların adına keçirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum İddiaçı2 tərəfindən 05 iyun 2014cü il tarixdə 13QB/14-1 №-li müqavilə ilə"xxxx" Kommersiya Bankı ASC-dən 21.108 (iyirmi bir min yüz səkkiz) ABŞ dolları məbləğində 24 aylıq kredit götürülmüşdür. Ölkədə baş verən devalivasiyaya qədər, yəni 21 fevral 2015-ci il tarixə qədər kredit borcunu mütəmadi olaraq ödəmişdir. İkinci devalivasiyadan sonra isə maddi durumu çətinləşmiş və o, borcunun qalan hissəsini ödəyə bilməmişdir. 2016-cı il tarixdə 8.500 (səkkiz min beş yüz) ABŞ dolları məbləğində qalıq borcu qalmışdır. Qalan borcunu ödəyə bilmədiyinə görə "xxxx" ASC ona qarşı Quba Rayon Məhkəməsində “kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia tələbi qaldırmışdır. İddiada əsassız olaraq borcun miqdarı şişirdilmiş və iddiaçılardan 21.107.42 ABŞ dolları əsas kredit, faiz borcu üzrə 1.448.63 ABŞ dolları, cərimə borcu üzrə 19,12 ABŞ dolları, cəmi 22.575,17 ABŞ dolları məbləğində pul tələbi ilə borcdan artıq məbləğ tələb edilmişdir. "xxxx" KB ASC-nin tələbi üzrə Quba Rayon Məhkəməsində işə baxıldı və iddia qismən təmin edildi. Onlar isə Quba Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli, 2(027)-2829/2015 №-li qətnaməsindən apellyasiya şikayəti verdilər. X8 Məhkəməsində baxıldı və 23 oktyabr 2017- ci il tarixli, 2(105)-1993/2017 №-li qətnamə ilə hərraca çıxarılarkən ipoteka predmeti olan Quba Rayon Dəlləkli kəndində yerləşən 0,32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evlərinin ilkin satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edildi. Onlar Sumqayıt Apellyasiya Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(105)- 1993/2017 №-li qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verdilər. Kassasiya şikayəti də təmin edilmədi. Quba rayon Dəlləkli kəndində yerləşən 0,32 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evləri 09 avqust 2018-ci il tarixdə hərraca çıxarıldı. Cavabdeh həmin əmlakı 28.687.50 (iyirmi səkkiz min altı yüz səksən yeddi manat 50 qəpik) manata almışdır. Quba rayon İcra və Probasiya Şöbəsi 20 fevral 2019-cu ildə onları evdən məcbur çıxardı. 28 fevral 2019-cu il tarixli, 551 №-li Azərbaycan Respublikası Prezident Fərmanı ilə onların əmlakı üzərinə qoyulmuş həbs götürüldü. Onlar mənzillərində yaşamağa başladılar. 03 oktyabr 2019-cu il tarixdə onları "xxxx" KB ASC-yə çağırdılar. Onlarla xx.xx.2019-cu il tarixdə 268rstQuba/19 №-li “Güzəştli kredit və Bank hesabı” müqaviləsi bağladılar. Həmin müqaviləyə görə Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respubikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 №-li Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcu 14.285.46 (on dörd min iki yüz səksən beş manat 46 qəpik) AZN oldu. Həmin müqavilənin 1.3-cü maddəsinə uyğun olaraq kredit 60 (altmış) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, 12 (on iki) ay güzəşt müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla, illik 1 (bir) faiz ödəmək şərti ilə müqavilə bağlanıldı. "xxxx" ASC-nin nümayəndələri onlara köhnə borcun xitam olunması barədə məktubu 10 gün müddətinə verəcəklərini dedilər. Ancaq 10 gün müddətində xitam məktubu gəlmədi. "xxxx" KB ASC-yə rəsmi olaraq müraciət etsələr də, xitam məktubu hələ də verilməmişdir. Onlar xx.xx.2019-cu il tarixdə 268rstQuba/19 №-li “Güzəştli kredit və Bank hesabi” müqaviləsinə əsasən borclarını vaxtında və mütəmadi olaraq ödəmişlər. Halhazırda da ödəyirlər. Bu "xxxx" ASC-dən də çıxarışla da təsdiq olunur. Quba rayon İcra və Probasiya Şöbəsi xx.xx.2019-cu il tarixdə, 81460/18-03 №-li məktubla Sumqayıt Apellyasiya Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(105)-1993/2017 №-li qətnaməsinə əsasən 25.249.59 ABŞ dolları məbləğində köhnə borclarının ödənilməsi üçün onlara məktubla müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(105)-1993/2017 №-li qətnaməsindəki borcun miqdarı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 №-li Fərmanı ilə dəyişmişdir. Həmin borc isə xx.xx.2019-cu il tarixdə 268rstQuba/19 №-li “Güzəştli kredit və Bank hesabı” müqaviləsi ilə miqdarı azalmış və borcları restrukturizasiya olunaraq 14.285.46 (on dörd min iki yüz səksən beş manat 46 qəpik) AZN olmuşdur. Bu borcu isə onlar hələ də ödəyirlər. Buna baxmayaraq, Quba rayon Məhkəməsi 14 yanvar 2020-ci il tarixli 3(027)-45/2020 saylı qərarı ilə İddiaçı3 AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Həmin qərardan dərhal Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi hesab edir ki, Quba rayon Məhkəməsi 14 yanvar 2020-ci il tarixli 3(027)-45/2020 saylı qərarı, heç bir halı aydınlaşdırmamış qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İXM-nin 48- ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarını vaxtında hər tərəfli tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Ona görə də apellyasiya inistansiyası məhkəməsi Quba Rayon Məhkəməsinin, Azərbaycan Respubilkası İXM-nin 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımlı tədbirlər görmədiyindən hazırkı inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş səxs İddiaçı3 AR İXM-nin 528.1 maddəsilə təqsirli bilinməsi və 500 manat cərmə edilməsi barədə qərarı işin hallarının tam və hərtərəfli şəkildə araşdırılmaması ilə bağlı əsaslı və qanuni hesab edilə bilməz. Ona görə də məhkəmə İXM-nin 135.1 1-ci maddəsinə əsasən hakim bütün faktiki halların aydınlaşdırılmamasına inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin məcələnin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcələnin 135.1 və 135.1.6-cı maddələri ilə müyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana ( vəzifəli şəxsə ) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, İddiaçı2 Quba rayonu, Dəlləkli kəndində özünə məxsus 2 mərtəbəli, 6 otaqlı evində yoldaşı İddiaçı1, oğlu İddiaçı3 və digərləri ilə birlikdə yaşayır. İş materiallarında olan AR Ali Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(102)-1329/2018 saylı Qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli qətnaməsilə "xxxx" KB ASC-nin iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı1, İddiaçı2 və X1 05 iyun 2014-cü il tarixli, 13QB/14-1 saylı kredit müqaviləsi üzrə 21.107,42 ABŞ dolları əsas borc, 3.842,17 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 25.249,59 ABŞ dolları məbləğində pul və ödənilmiş 28 manat dövlət rüsumunun əvəzinin "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan İddiaçı2, İddiaçı1 və digərlərinə məxsus olan Quba rayonu, Dəlləkli kəndində yerləşən 0.32 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 37.600 manat məbləğində müəyyən edilməsi, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay müddətində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılmaları qət olunmuşdur. Sumqayıt Aplleyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsilə Quba Rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli qətnaməsi müəyyən hissədə dəyişdirilərək, əmlakın ilkin satış qiyməti 45.000 manat müəyyən olunmuşdur. Qətnamədən kassasiya şikayəti verilmiş, lakin təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 268rstQUBA/19 №-li Güzəştli Kredit və X3 görünür ki, "xxxx" KB ASC ilə İddiaçı1 arasında müqavilə bağlanmış, bu müqaviləyə görə “Bank” “AR-da fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bəndində göstərilən müddətdə və faizlə müştərinin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə bank tərəfindən müştəriyə verilən kreditin məbləği 14285.46 manat təşkil edir. Kredit 60 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək, 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1 faiz ödəmək şərtilə verilir. Kreditin məqsədli təyinatı xx.xx.2014-cü il tarixli, 13QB/14-1 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun 14285.46 manat qalıq məbləğinin ödənilməsidir. İş materiallarında olan 268rstQUBA/19 №-li Güzəştli Kredit və X7 1 saylı Əlavədən görünür ki, kreditin məbləği 14285.46 manat, illik faiz 1%, müddət 60 ay, güzəşt müddəti 12 ay, aylıq annuitet isə 304 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 13QB/14-1 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 USD faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən verilən Y-276 №-li, xx.xx.2018-ci il tarixli Hərracın nəticələri haqqında yekun protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Quba rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında İddiaçı2, İddiaçı1 və İddiaçı3 və digərlərinə məxsus Quba rayonu, Dəlləkli kəndində yerləşən 0.32 ha torpaq sahəsi və üzərində yerləşən İddiaçı2 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat, satılmış son qiyməti isə 28687.50 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 0187 № ilə qeyd edilmişdir. Ölümün səbəbi onurğa beyninin bədxassəli yenitörəməsi olmuşdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, RX seriyalı Çıxarışdan görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı1 "xxxx" KB ASC qarşısında xx.xx.2022-ci il tarixə olan kredit borcu 268rstQUBA/19 saylı kredit müqaviləsi üzrə 11463.09 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - iddiaçılar İddiaçı1 və İddiaçı3 üzərinə düşür. Lakin, mülki işdə iddiaçılar tərəfindən öhdəliyin icra edilməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini mərhum İddiaçı2 vermişdir. Lakin, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Sonradan İddiaçı1 ilə əvvəlki müqavilənin restruktuzasiyası məqsədi ilə güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmağına baxmayaraq həmin müqavilənin də icrası təmin edilməmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçıların iddiası əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materiallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıların müəyyən məbləğdə borcu mövcuddur və götürmüş olduqları kredit məbləğinin tam şəkildə cavabdehə ödənilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdehnə qarşı “borcun xitam olunması və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdehnə qarşı “borcun xitam olunması və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəsini alır. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-108/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-108/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver