Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1082/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X3 cavabdehlər xxxx» KB-yə qarşı “əmanətin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X7 cavabdehlər «xxxx» KB-yə qarşı «əmanətin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standart” KB-nın ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondundan Müqavilə və faiz borclarının ümumilikdə 200000 ABŞ dollarının tutulması; mənəvi ziyan kimi 100000 ABŞ dolları məbləğində tutularaq Azərbaycan Respublikası Silahlı X4 ianə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına depozit hesabı açmaq üçün müraciət etmişdir. Bu müraciəti ilə bağlı QSC “xxxx” KB ilə aralarında 07 noyabr 2013-cü il tarixli, LD №********** saylı “STANDART” BANK ƏMANƏT MÜQAVİLƏSİ imzalanaraq, 500 (beş yüz) ABŞ dolları məbləğində vəsaiti ******************** saylı hesaba müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin əmanəti 07 noyabr 2013-cü il tarixdən 08 noyabr 2016-cı il tarixədək, 36 ay müddətinə, illik 12,50 %-lə qoymuşdur. Bundan sonra o, QSC “Bank Standart” Kommersiya Bankına (“Elm” Filialı) yenidən depozit qoymaq üçün müraciət etmişdir və beləliklə 10 iyun 2015-ci il tarixli LD ********** saylı Depozit müqaviləsinə 20000 ABŞ dolları məbləğində vəsaiti ******************** saylı hesaba qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini ona qaytarmağı və onun fazilərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin Depozit müqaviləsinin müvafiq bəndinə uyğun olaraq, əmanət 10 iyun 2015-ci il tarixdən 11 iyun 2016-cı il tarixədək, 12 ay müddətinə, illik 10% olmaqla qoyulmuş və elə həmin faiz dərəcəsi ilə də sığortalanmışdır. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan QSC “Bank Standart” X5 müqaviləsinin müvafiq bəndinə əsasən bu vəzifəni öz üzərinə götürmüş və yerinə yetirmişdir. 21 dekabr 2015-ci il tarixli, LD № ********** saylı “STANDART” BANK ƏMANƏT MÜQAVİLƏSİ aralarında imzalanaraq, 30000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaiti ******************** saylı hesaba müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin əmanəti 21 dekabr 2015-ci il tarixdən 22 dekabr 2018-ci il tarixədək, 36 ay müddətinə, illik 11,50 %-lə qoymuşdur. Beləliklə banka güvənərək ayrı-ayrı vaxtlarda müəyyən məbləğləğdə həmin banka vəsait qoymuşdur. QSC “Bank Standart” KB-ə etibar etdiyinə görə vəsaitlərini Azərbaycan Respublikasında adı çəkilən banka əmanətlərini otuzdurmuşdur. Bir müddət sonra Azərbaycana gəldikdə depozit müqaviləsinin müddətinin bitməsini bildikdə həmin vaxt yəni, 11 iyun 2016-cı il tarixdə QSC “Bank Standart” KB-yə gedib bankdan müddətlik qoyduğu depozit faizi və əsas məbləği istədikdə bankdan ona həmin məbləğin bir müddət sonra qaytarılacağını bildirmişlər. Lakin bankdan ona bu günədək yalnız 18900 (on səkkiz min doqquz yüz) ABŞ dolları məbləğində pul verilmişdir. O, yenidən banka tələbi ilə bağlı müraciət edərək onlar tələbinin qeydiyyata alındığı barədə ona 152.257 ABŞ dolları məbləğində, 1182 №-li, 17 noyabr 2016-cı il tarixli kreditor tələblərinin qeydiyyatı barədə qəbz vermişlər. Lakin bugünədək QSC “Bank Standart” KB-dən heç bir ödəniş olmamışdır. Bank öz öhdəliyini yerinə yetirmir, onun bütün hüquqlarını pozaraq ona aid olan əmanəti və bank faizlərini qaytarmır. Beləliklə, adı çəkilən bank ona həm maddi həm mənəvi zərər vurur. Depozit müqaviləsinin 2.7-ci bəndinə əsasən “Əgər əmanətçi deozit müqaviləsinin müddəti bitənədək öz əmanətini tələb etməmişdirsə və ya həmin müqavilənin uzadılması, yaxud dəyişdirilməsi barədə tərəflər razılıq əldə etməmişlərsə, onda müqavilə həmin Müqavilədə nəzərdə tutulmuş depozit növü üçün Bankda müəyyən edilmiş və qüvvədə olan şərtlərlə uzadılmış hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O bildirmişdir ki, 18.589 ABŞ dolları (30 000 manat) məbləğində vəsait iddiaçıya kompensasiya ödənilmişdir. Qalıq məbləğlər isə qanunvericiliyə müvafiq qaydada “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında tranşlar üzrə geri qaytarılacaqdır. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. QSC “xxxx” KB ilə əmanətçi X7 arasında bağlanmış 21.12.2015-ci il tarixli, LD********** depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən 30.000 ABŞ dolları məbləğində əmanəti **********362018002 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin müddəti 3 ildir. Bank əmanətçiyə illik 11,50% ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə əmanətçi X7 arasında bağlanmış 07.11.2013-cü il tarixli, LD********** saylı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən 500 ABŞ dolları məbləğində əmanəti **********362018001 saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.3-cü maddəsinə əsasən müqavilənin müddəti 3 ildir. Bank əmanətçiyə illik 12,50% ödəməyi öhdəsinə götürmüşdür. QSC xxxxın əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, X6 18589 ABŞ dolları kompensasiya hesablanmışdır. AZ89MOSZ******************** nömrəli hesab üzrə 14122,15 ABŞ dolları, AZ89MOSZ******************** nömrəli hesab üzrə 138135,03 ABŞ dolları kompensasiya olunmamışdır. 17 noyabr 2016-cı il tarixli, 1182 saylı qəbzin surətindən görünür ki, X3 Ləğv prosesində olan «xxxx» KB-yə münasibətdə 152257 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “Grusnbergs İvars” məhkəmə işi barədə arayışdan görünür ki, iddiaçı KB “xxxx” QSC-yə 07.11.2013-cü il tarixində 500 ABŞ dolları məbləğində illik 12,5 faiz olmaqla 3 il müddətinə yəni 8.11.2016-cı il tarixinədək əmanət müqaviləsi üzrə əmanət yerləşdirmişdir. Sonradan, yəni 21.12.2015-ci il tarixində 30.000 ABŞ dolları məbləğində illik 11,5 faiz olmaqla 3 il müddətinə, yəni 22.12.2018-ci il tarixinədək əmanət müqaviləsi üzrə əmanət yerləşdirmişdir. KB “xxxx" QSC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən müflis elan edilmiş, ləğvedici Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu öz növbəsində hazırkı iddia üzrə iddiaçının əmanət müqavilələri üzrə 21.12.2015-ci il tarixli əmanətinə əsasən 17.11.2016-cı il tarixində 18.589 ABŞ dolları (30 000 manat) məbləğində vəsait iddiaçıya kompensasiya ödənilmişdir. Qalıq məbləğlər isə qanunvericiliyə müvafiq qaydada “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə əsasən növbəlilik qaydasında tranşlar üzrə geri qaytarılacaqdır. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, QSC “xxxx” KB ilə əmanətçi X3 arasında 07.11.2013-cü il tarixli depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 12,50% ödənilməsi şərti ilə yerləşdirmişdir. Daha sonra tərəflər arasında 21.12.2015-ci il tarixli depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 11,50% ödənilməsi şərti ilə yerləşdirmişdir. İddiaçıya, iddia ərizəsində istinad etdiyi 10.06.2015-ci il tarixli depozit müqaviləsinin məhkəməyə təqdim edilməsi təklif olunsa da, qeyd edilən müqavilə iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan depozit müqavilələrindən isə görünür ki, əmanətlər bankın depozit hesabına cəlb edildiyi dövr üçün qorunan hesab edilməsinə əsas verən faiz dərəcəsinə uyğun yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya sığortalanmış əmanət (depozit) müqavilələri üzrə 17.11.2016-cı il tarixində 18589.00 ABŞ dolları məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir. Hazırkı iddia tələbinin hüquqi əsasını da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun və 01 mart 2016-cı il tarixində qüvvəyə minmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanununun müvafiq müddəları təşkil edir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən QSC “xxxx” Kommersiya Bankının lisenziyası 01.10.2016-cı il tarixdən etibarən ləğv edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(081)-4498/2016 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının QSC “xxxx” KB-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin olunaraq, QSC “xxxx” KB-nin müflis elan edilməsi, iflas prosedurunun başlanılması və Əmanətlərin Sığortalanması Fondunun QSC “xxxx” KB-nin ləğvedicisi təyin olunması qərara alınmışdır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. “Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmalqa müəyyən etdiyi illik faiz dərəscəsi milli valyutada qorunan əmanətlər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəyyən edilmişdir. 02 mart 2016-cı il tarixdən etibarən Əmananətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli malyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensasiya olunur. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Yuxarıda qeyd olunan maddələrin mahiyyətindən də göründüyü kimi, 30000 manat məbləğində sığortalanmış əmanətlərin tam sığortalanmış əmanət statusuna aid edilməsi üçün əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin, iş materiallarına əsasən iddiaçı tərəfindən əmanətin geri qaytarılması və faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə banka müraciət edilmədiyi müəyyən edilmişdir. Belə ki, əmanətin «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşmək üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Lakin iddiaçı qeyd edilən məzmunda LPO Banka müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının əmanət kimi banka yerləşdirdiyi pul məbləğinin sığortalı hissəsi (30.000 manatın ekvivalenti olan 18.589 ABŞ dolları) ona cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılmış, qalan hissənin növbəlilik qaydasında ona qaytarılacağı tələbi kreditor tələblərinin qeydiyyatı barədə reyestrdə qeydiyyat aparılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün məhkəmə tərəfindən iddia “əmanət üzrə kompensasiya ödənilməsi” hissəsində əsassız sayılmaqla rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Eyni zamanda məhkəmə iddia tələbinin ləğv prosesində olan QSC «xxxx» KB-yə münasibətdə rədd edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. “Əmanətlərin sıortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərə kompensasiya ödənilməsi birbaşa Əmanətlərin Sığortalanması Fondunun əsas funksiya və vəzifələrinə aid edilmişdir. Əmanətçinin “əmanət üzrə kompensasiya ödənilməsi” ilə bağlı irəli sürdüyü tələbə bank əmanəti müqaviləsinin şərtlərinə uyğun baxılır. Göründüyü kimi, hazırki iddia tələbi həmçinin əsl olmayan cavabdehə, yəni ləğv prosesində olan QSC «xxxx» KB-yə qarşı irəli sürüldüyündən həmin cavabdehə münasibətdə təmin edilə bilməz. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan hər iki cavabdehə münasibətdə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və LPO QSC «xxxx» KB-yə qarşı “əmanətin geri qaytarılması və s.” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsi tələbinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1082/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1082/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver