Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1086/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «Rabitəbank ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 08.09.2008-ci il tarixli, RBN-3278/İE saylı kredit müqaviləsinə əsasən illik 42% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1420 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri). 08.09.2008-ci il tarixli, RBN -3278/İE saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 08.09.2008-ci il tarixli RBN- 3278/İE saylı kredit müqaviləsinə görə,cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 8-dən gec olmayaraq hər ay 107,66 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 08.09.2008-ci il tarixli, RBN-3278/İE saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1420 manat, faiz borcuna göpə 4133,47 manat, dəbbə borcuna görə 0 manat, cəmi 5553,47 manat təşkil edir. Cavabdeh 08.09.2008-ci il tarixli, RBN-3278/İE saylı kredit müqaviləsi üzrə əsas boruna görə 1420 manat, faiz borcuna görə 4133,47 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 5553,47 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 08.09.2008-ci il tarixli, RBN-3278/İE saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1420 mnat, 08.03.2010-cu il tarixinə kimi 42% ilə hesablanan faiz borcuna görə 657,97 manat, 08.03.2010-cu il tarixdən 5% ilə hesablanan faiz borcuna görə 769.17 manat, cərimə borcuna 0 manat, cəmi 2847,14 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəməyə iddiaçının nümayəndəsi X2 ərizə ünvanlayaraq iddianın qiyabi icraat qaydasında baxılaraq təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.09.2008-ci il tarixli, 3278/İE saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 42 % ödənilmək şərtilə 1420 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.09.2008-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 1420 manat əsas borc, faiz borcu üzrə 4133,47 manat, cərimə borcu 0 manat olmaqla, ümumilikdə 5553,47 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 15.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.09.2008-ci il tarixli kredit müqaviləsi üzrə 12.02.2021-ci il tarixə İddiaçı ASC-yə əsas borc üzrə 1420 manat, müqavilənin bitmə tarixə kimi 657,97 manat, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz dərəcəsinə görə 769,17 manat olmaqla, ümumilikdə 2847,14 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, müqavilə üzrə borcun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/1797 saylı, 01 iyun 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.09.2008-ci il tarixli, RBN-3278 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin sonuna, yəni 08.03.2010-cu il tarixə banka olan əsas borc üzrə 1420 manat, faiz borcu üzrə 893,10 manat müəyyən olunmuşdur. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 08.09.2008-ci il tarixli, RBN-3278 saylı kredit müqaviləsi üzrə 1,50 manat məbləğində ödəniş etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 sentyabr 2008-ci il tarixli, RBN-3278/İE saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 42% olmaqla, 1420 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir və nəticədə cavabdehin banka 1420 manat məbləğində əsas borcu, 657,97 manat faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 769,17 manat faiz borcu olmaqla, ümumilikdə 2847,14 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas borcu 1420 manat, faiz borcu 893,10 manat təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 1420 manat, faiz borcu kimi 657,97 manat məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 657,97 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1420 (bir min dörd yüz iyirmi) manat əsas borc, 657,97 (altı yüz əlli yeddi manat, doxsan yeddi qəpik) manat faiz borcu, 769,17 (yeddi yüz altmış doqquz manat, on yeddi qəpik) manat kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 2847,14 (iki min səkkiz yüz qırx yeddi manat, on dörd qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2877,14 (iki min səkkiz yüz yetmiş yeddi manat, on dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1420 (bir min dörd yüz iyirmi) manat əsas borc, 657,97 (altı yüz əlli yeddi manat, doxsan yeddi qəpik) manat faiz borcu, 769,17 (yeddi yüz altmış doqquz manat, on yeddi qəpik) manat kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 2847,14 (iki min səkkiz yüz qırx yeddi manat, on dörd qəpik) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2877,14 (iki min səkkiz yüz yetmiş yeddi manat, on dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1086/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1086/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver