Məhkəmə qərarları › İş №2(006)-11/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-11/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-11/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi x4, cavabdeh x5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı «xxxxxxxxxx» QSC-nin cavabdehlər x7 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc məbləğinin ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» QSC cavabdehlər x7 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc məbləğinin ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x6 «xxxxxxxxxx» QSC ilə bağladığı 01.12.2014-cü il tarixli, 004L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə, ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə x7 «xxxxxxxxxx» QSC ilə bağladığı 15.08.2016-cı il tarixli, 004R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9919 manat məbləğində kredit götürmüşdür. x7 götürdüyü kredit borcundan 2264,61 manat ödəmiş, onun 7654,39 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən, kredit alanın maliyyə vəziyyətində, əmlakında və onun təşkilati-hüquqi formasında kredit alanın bu müqavilənin və ya hər hansı kredit razılaşmasının şərtlərini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazar şəraitində kredit alanın mövcudluğu üçün əhəmiyyətli təhlükə yaradan dəyişiklik olduqda, Bank bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Cavabdeh x5 maliyyə vəziyyəti pisləşmiş və bu onun kredit razılaşmasının şərtlərini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərir. Cavabdehin digər kredit müqaviləsi üzrə «xxxxxxxxxx» QSC-yə olan borc öhdəliyini icra etməməsi buna sübutdur. Belə ki, x7 «xxxxxxxxxx» QSC ilə 05.06.2014-cü il tarixdə bağladığı 04A000018253 kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,3333 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 28.10.2015-ci il tarixli, 04A000018253S saylı sazişə əsasən kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. x7 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.01.2016-cı il tarixdən banka qaytarmamışdır. x7 götürdüyü kredit borcundan 55514.06 ABŞ dolları ödəmiş, onun 64485,94 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən x7 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.12.2016-cı il tarixə 316 gün üçün hesablanmış faiz borcu 8970.50 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 02.12.2016-cı il tarixə 316 gün üçün hesablanmış cərimə 20062.86 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 05.06.2014cü il tarixli, 04G000017722 saylı zaminlik müqaviləsinə əsasən kreditor qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında borclu x7 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Həmçinin, kredit müqaviləsi üzrə x5 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan x7 ilə Bank arasında bağlanılmış 05.06.2014-cü il tarixli, 029 saylı alqısatqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin x5 mülkiyyətindəki 22 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1407 №-li reyestr kitabının 128765 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin x5 mülkiyyətindəki 22 nömrəli mənzilinin x5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxxxxxxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən cavabdeh x3 iddiaçı «xxxxxxxxxx» x9 xeyrinə 15.08.2016-cı il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 7 654,39 manat məbləğində kredit borcunun tutulması, cavabdehlər x3 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» x9 xeyrinə 05.06.2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə 64485,94 ABŞ dolları məbləğində kredit borcu, 8970,50 ABŞ dolları məbləğində faiz borcu və 20062,86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 93 519,30 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin x5 mülkiyyətindəki 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə 93 519,30 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “xxxxxxxxxx” QSCyə ödənilməsi, hərracda satışdan olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin x3 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin x5 mülkiyyətindəki 22 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra x5 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər x3 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxxxxxxxx» x9 xeyrinə 05.06.2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə 64485,94 ABŞ dolları məbləğində kredit borcu, 11613,17 ABŞ dolları məbləğində faiz borcu və 50682 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 126781,11 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin x5 mülkiyyətindəki 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə 126781,11 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “xxxxxxxxxx” QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin x3 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin x5 mülkiyyətindəki 22 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi x8 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh x5 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İşin materiallarında olan «xxxxxxxxxx» QSC ilə x7 arasında bağlanmış 01 dekabr 2014-cü il tarixli, 004L**********33 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank tərəfindən x6 120 ay müddətinə, 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşin materiallarında olan «xxxxxxxxxx» QSC ilə x7 arasında bağlanmış 05 iyun 2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən x6 60 ay müddətinə, illik 1,3333 faiz dərəcəsi ilə 120.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşin materiallarında olan «xxxxxxxxxx» QSC ilə x7 arasında 28.10.2015-ci il tarixdə bağlanmış 04A000018253S saylı sazişə əsasən bank ilə kredit alan arasında 05 iyun 2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 29 ay təşkil edir. İşin materiallarında olan «xxxxxxxxxx» QSC ilə Cavabdeh2 arasında bağlanmış 05.06.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2borclu x5 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarındakı «xxxxxxxxxx» QSC ilə alıcı-ipoteka qoyan x7 və satıcı x13 arasında bağlanmış 05.06.2014-cü il tarixli, 029 saylı alqı-satqı və ipoteka müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin 22 nömrəli mənzilini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş; satış qiyməti 93.996 manat (120.000 ABŞ dolları) olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən 05.06.2014-cü il tarixdə bağlanmış 04A000018253 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 19.07.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, x6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsi, ev 251, mənzil 22 «xxxxxxxxxx» QSC-nin “Badamdar” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1407 nömrəli reyestr kitabının 128765 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan «xxxxxxxxxx» QSC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İşin materiallarında olan «xxxxxxxxxx» QSC-nin x6 ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir. İşdə olan «xxxxxxxxxx» QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, x5 banka 05 iyun 2014-cü il tarixli, 04A000018253 saylı kredit razılaşması üzrə 02.12.2016-cı il tarixə 64485,94 ABŞ dolları əsas kredit borcu, 8970,50 ABŞ dolları faiz borcu, 20062,86 ABŞ dolları cərimə borcu, cəmi 93519,30 ABŞ dolları məbləğində borcu vardır. «x10» MMC tərəfindən verilmiş 16 fevral 2018-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsi, 251 saylı evin 22 saylı mənzilinin hazırki dövrə olan bazar dəyəri 120.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 150 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27710 saylı, 19 aprel 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 01 dekabr 2014cü il tarixli, 004L**********33 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 15 avqust 2016-cı il tarixli, 004R********** saylı kredit müqaviləsi və 05 iyun 2014-cü il tarixli, 04A000018253 saylı kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla, x5 «xxxxxxxxxx» QSC-yə olan borcu müqavilə müddəti bitən tarixə, yəni 15 avqust 2017-ci i tarixinə tam ödədiyi və 39,35 manat borcun artıq ödənişin olduğu müəyyən edilir, 05.06.2014-cü il tarixli, 04A000018253 saylı müqavilə üzrə müqavilə müddəti bitən tarixə, yəni 05 noyabr 2016-cı il tarixə əsas borc üzrə 64.050,85 ABŞ dolları, faiz borcu üzrə 7.870,74 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. Bundan əlavə, «xxxxxxxx» MMC tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsi, 251 saylı evin 22 saylı mənzilinin 29.08.2019-cu il tarixə olan bazar dəyəri 135.000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 200 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxxxxxxxx» QSC ilə x7 arasında bağlanmış 05 iyun 2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən x6 60 ay müddətinə, illik 1,3333 faiz dərəcəsi ilə 120.000 ABŞ dolları məbləğində kredit verilmiş, «xxxxxxxxxx» QSC ilə x7 arasında 28.10.2015-ci il tarixdə bağlanmış 04A000018253S saylı sazişə əsasən bank ilə kredit alan arasında 05 iyun 2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılaraq və 29 ay müəyyən edilmiş, zamin Cavabdeh2 borclu x5 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, «xxxxxxxxxx» QSC ilə alıcı-ipoteka qoyan x7 və satıcı x13 arasında bağlanmış 05.06.2014-cü il tarixli, 029 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin 22 nömrəli mənzilini alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş; satış qiyməti 93.996 manat (120.000 ABŞ dolları) olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən 05.06.2014-cü il tarixdə bağlanmış 04A000018253 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka ödənilməmiş borcları yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsi, 251 saylı evin 22 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracaçıxarılaraq satılmalı, ilkin satış qiyməti 135.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan 1 ay sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ cavabdeh x6 qaytarılmalıdır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 05.06.2014-cü il tarixli, 04A000018253 saylı kredit razılaşması üzrə cərimə borcu 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, ölkəmizdə baş vermiş manatın devalvasiyasını, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Həmçinin, məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, cavabdehlərdən 05.06.2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə əsas borc 64050,81 ABŞ dolları məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər x7 və Cavabdeh2 müştərək qaydada 05.06.2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə 64050,81 (altmış dörd min əlli ABŞ dolları, səksən bir sent) ABŞ dolları, 11613,17 (on bir min altı yüz on üç ABŞ dolları, on yeddi sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 76.163,98 (yetmiş altı min yüz altmış üç ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 61 (altmış bir) manatın, ümumilikdə isə 76.163,98 (yetmiş altı min yüz altmış üç ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 61 (altmış bir) manat məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxxx» QSC-yə ödənilməli, tutma ipoteka qoyulmuş x5 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər x7 və Cavabdeh2 iddiaçı «xxxxxxxxxx» QSC-yə olan kredit borcları ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq cavabdeh x6 qaytarılmalı, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər x7 və Cavabdeh2 müştərək qaydada tutulmalı, ipoteka predmeti satıldıqdan bir ay sonra boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «x10» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehlər x7 və Cavabdeh2 birgə qaydada tutularaq həmin MMC-nin “xxxxxx” İKB ASC, Kodu 510277, Müxbir hesab AZ98NABZ********************, VÖEN **********, H/Hesab AZ69NİCB**********0001A40090, SWİFT BİK NİCBAZ22 hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 345 (üç yüz qırx beş) manat cavabdehlər x7 və Cavabdeh2 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. «xxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər x7 və Cavabdeh2 birgə qaydadatutularaq həmin MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər x7 və Cavabdeh2 müştərək qaydada 05.06.2014-cü il tarixli, 04A000018253 saylı kredit müqaviləsi üzrə 64050,81 (altmış dörd min əlli ABŞ dolları, səksən bir sent) ABŞ dolları, 11613,17 (on bir min altı yüz on üç ABŞ dolları, on yeddi sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 76.163,98 (yetmiş altı min yüz altmış üç ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 61 (altmış bir) manatın, ümumilikdə isə 76.163,98 (yetmiş altı min yüz altmış üç ABŞ dolları, doxsan səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 61 (altmış bir) manat məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxxx» QSC-yə ödənilsin. Tutma ipoteka qoyulmuş x5 mülkiyyətində olanBakı şəhəri, Yasamal rayonu, Mehman Bünyadzadə küçəsində yerləşən 251 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər x7 və Cavabdeh2 iddiaçı «xxxxxxxxxx» QSC-yə olan kredit borcları ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq cavabdeh x6 qaytarılsın. Hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ cavabdehlər x7 və Cavabdeh2 müştərək qaydada tutulsun. İpoteka predmeti satıldıqdan bir ay sonra boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. «x10» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 150 (bir yüz əlli) manat məbləğində pul cavabdehlər x7 və Cavabdeh2 birgə qaydada tutularaq həmin MMC-nin “xxxxxx” İKB ASC, Kodu 510277, Müxbir hesab AZ98NABZ********************, VÖEN **********, H/Hesab AZ69NİCB**********0001A40090, SWİFT BİK NİCBAZ22 hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 345 (üç yüz qırx beş) manat cavabdehlər x7 və Cavabdeh2 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFTBİKCTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. «xxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər x7 və Cavabdeh2 birgə qaydadatutularaq həmin MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar