Məhkəmə qərarları › İş №2(006)-110/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-110/2025

17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-110/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-dan zərərərin əvəzi kimi 22998 manat və dövlət rüsumu kimi ödənilmiş 159 manat, cəmi 23157 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-ya məxsus olan, ünvan 1 ünvanında yerləşən binanın 2-ci giriş, 11-ci mərtəbəsindəki 37 saylı mənzilin payçısıdır (sahibidir). Həmin binanın 12-ci mərtəbəsində yerləşən, Cavabdeh1 qızana məxsus 38 saylı mənzildən iddiaçının mənzilinə su axıdılması nəticəsində mənzili su basmış və iddiaçıya maddi ziyan dəymişdir. "xxxx" MMC-nin arayışına əsasən ziyan 22998 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, su basmanın təsirinə məruz qalmış mənzildə: 1) döşəmədə dikt və laqaların sökülməsi və vurulmasına görə 4266 manat; 2) parketin sökülməsi və vurulmasına görə 8828 manat; 3) alçipan işlərinə görə 2115 manat; 4) rəngsaz işlərinə görə 2810 manat; 4) divar kağızlarının vurulmasına görə 2479 manat; 5) material və zibillərin daşınmasına görə 1000 manat; 6) təmir vaxtı və təmirdən sonra ev əşyalarının daşınmasına görə 1000 manat; 7) təmizlik işlərinə görə 500 manat olmaqla, cəmi 22998 manat (material və işçilik haqqı daxil olmaqla) xərc tələb olunur. İddiaçı cavabdehlərin təqsiri üzündən ona dəymiş ziyanın aradan qaldırılmasını tələb etsə də, cavabdehlər onun bu tələbini yerinə yetirməmişlər. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X3 izahat verərək bildirmişdir ki, binanın 18-ci mərtəbəsi cavabdehin mülkiyyətindədir, altdakı mərtəbə isə iddiaçının. Su yuxarı mərtəbədən damaraq aşağı mərtəbəyə tökülmüşdür. Suyun başqa yerdən tökülmə ehtimalı yoxdur. Həmin mərtəbədə bütün mənzillər Cavabdeh1 məxsusdur, başqa bir şəxsin evi yoxdur. Həmçinin Bağırov Hicranın evi binanın ən üst mərtəbəsindədir, ondan sonra heç bir mərtəbə yoxdur. İlkin rəydə bununla bağlı rəy verilmişdir. Suyun binanın şaxtasından tökülmə ehtimal yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 izahat verərək ekspertin rəyində ziddiyətlər olduğunu və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Lakin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 2-ci giriş, 11-ci mərtəbəsindəki 37 saylı mənzilinə Cavabdeh1 yaşadığı eyni ünvanda yerləşən 38 saylı mənzilindən su axıdılması baş vermiş və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Hazırda iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 989-cu məhəllə, Vaqif pr.-ti 9 A ünvanda tikilən kooperativ yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın İİ giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127,9 kv.m. olan, 3 rtaqlı, 37 saylı mənzilin tam dəyərindən İddiaçı Cavabdeh2 MTK-ya heç bir borcu yoxdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi və “Vaqif MTK-nın komendantı X4, Bakı ş. Nəsimi r-nu, Vaqif pr-ti ev 9A, mənzil 37-nin mülkiyyətçisi İddiaçı, şahidlər Musayev Vadim və Babayev Akif tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən Bakı ş. Nəsimi r-nu, Vaqif pr-ti 9A ünvanında yerləşən evin 37 saylı mənzilinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, üst mərtəbədə yerləşən mənzil sahibinin səhlənkarlığı ucbatından, yəni su krantının açıq qalması nəticəsində 37 saylı mənzili su basmış və maddi ziyan dəymişdir. Mülki işin materiallarında olan "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında “Vaqif’ MTK tərəfindən inşa olunan yeni yaşayış binasının 2-ci giriş, 12-ci mərtəbəsindəki 38 saylı mənzilin payçısı (sahibi) ərizə məlumatlarında ünvan 6 ünvanda qeydiyyatda olduğu qeyd edilən Cavabdeh1dır. Digər soruşulanlar barədə MTK-ya məlumat verilməmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, Bakı ş., Nəsimi rnu, Vaqif pr-ti 9 ünvanında yerləşən binanın 37 saylı mənzilinə ondan yuxarı -mərtəbədə yerləşən mənzildən axan suya görə dəymiş ziyanı müəyyən etmək üçün tərəflərindən mənzilə baxış keçirilmişdir. Qeyd edirlər ki, mənzilə 22.998 (iyirmi iki min doqquz yüz zoxsan səkkiz) manat məbləğində ziyan dəymişdir. Görüləcək işlər arayışa əlavə edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqat hissəsində göstərilənləri, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 37 və 38 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 37 saylı mənzilin binanın 11-ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 12-ci mərtəbədə yerləşdiyini, 37 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların sızmaya aid olduğunu, eləcə də "xxxx" MMC-nin və “Vaqif’ MTK-nın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su sızıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 38 saylı mənzilində yerləşən sanitar avadanlıqların və su, kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 37 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. «Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindir. Aparılmış hesablamalara əsasən, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957,0 manat məbləğində müəyyən olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 37 və 38 saylı mənzillərinin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 37 saylı mənzilin binanın 11ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 12-ci mərtəbədə bütövlükdə yerləşdiyini, 37 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də "xxxx" MMC-nin və Cavabdeh2 MTKnın nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su axıdıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin, 38 saylı mənzilin qapısı bağlı olduğundan 37 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 38 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1480 nömrəli, xx.xx.2024-cü il tarixli və 10/5364 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində yerləşən 9 saylı evin 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su sızıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 37 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən olması, 37 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 18957,0 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin su krantının açıq qalması səbəbindən olması "xxxx" MMC-nin nümayəndəsi və “Vaqif MTK-nın komendantı X4, Bakı ş. Nəsimi r-nu, Vaqif pr-ti ev 9A, mənzil 37-nin mülkiyyətçisi İddiaçı, şahidlər Musayev Vadim və Babayev Akif tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 38 saylı mənzildən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 22998 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 18957,0 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin arayışı məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə üstüstə düşmədiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə onu da qeyd edir ki, həm məhkəmə iclasında iştirak edən AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 da izahatından bir daha görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 37 saylı mənzilə su cavabdehə məxsus 38 saylı mənzildən axıdılmışdır, mərtəbədə bütün mənzillər Cavabdeh1 məxsusdur və suyun binanın şaxtasından tökülmə ehtimal yoxdur. Son olaraq məhkəmə qeyd edir ki, cavabdeh “Vaqif" MTK-nın iddiaçıya vurulmuş maddi ziyanla bağlı heç bir təqsiri məhkəmə tərəfindən müəyyən edilmədiyindən və “Vaqif" MTK hazırki iş üzrə subyektiv cavabdeh olmadığından, iddia bu hissədə rədd edilməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh1 18957,0 (on səkkiz min doqquz yüz əlli yeddi manat) manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 159 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinə münasibətdə təmin edilən hissəsi yalnız 18957,0 (on səkkiz min doqquz yüz əlli yeddi manat) manat olmuşdur ki, bu halda ödənilməli rüsum 131 manat təşkil edəcəkdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 159 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş 131 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi kimi 18957,0 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 131 manat, ümumilikdə 19088 (on doqquz min səksən səkkiz manat) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 AZN-nin (iki yüz manat) 165 AZN-i (yüz altmış beş manat) Cavabdeh1, qalan 35 AZN-i (otuz beş manat) isə İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 56.Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi kimi 18957,0 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 131 manat, ümumilikdə 19088 (on doqquz min səksən səkkiz manat) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 AZN-nin (iki yüz manat) 165 AZN-i (yüz altmış beş manat) Cavabdeh1, qalan 35 AZN-i (otuz beş manat) isə İddiaçı alınaraq alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar