Məhkəmə qərarları › İş №2(006)-1107/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1107/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1107/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, iddiaçı LPO İddiaçı1 ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LPO İddiaçı1 ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32.756,36 USD (otuz iki min yeddi yüz əlli altı ABŞ dolları, 36 sent) əsas, 7.615,88 USD (yeddi min altı yüz on beş ABŞ dolları, 88 sent) faiz, 9.695,97 USD (doqquz min altı yüz doxsan beş ABŞ dolları, 97 sent) cərimə, 4.590,55 USD (dörd min beş yüz doxsan ABŞ dolları, 55 sent) kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 54.659,16 USD (əlli dörd min altı yüz əlli doqquz ABŞ dolları, 16 sent) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə 102.000 USD (yüz iki min ABŞ dolları) məbləğində kredit vəsaiti verilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 32.756,36 USD (otuz iki min yeddi yüz əlli altı ABŞ dolları, 36 sent) əsas, 7.615,88 USD (yeddi min altı yüz on beş ABŞ dolları, 88 sent) faiz, 9.695,97 USD (doqquz min altı yüz doxsan beş ABŞ dolları, 97 sent) cərimə, 4.590,55 USD (dörd min beş yüz doxsan ABŞ dolları, 55 sent) kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 54.659,16 USD (əlli dörd min altı yüz əlli doqquz ABŞ dolları, 16 sent) borcu mövcuddur. Göstərilənlərə əsasən Cavabdeh 32.756,36 USD (otuz iki min yeddi yüz əlli altı ABŞ dolları, 36 sent) əsas, 7.615,88 USD (yeddi min altı yüz on beş ABŞ dolları, 88 sent) faiz, 9.695,97 USD (doqquz min altı yüz doxsan beş ABŞ dolları, 97 sent) cərimə, 4.590,55 USD (dörd min beş yüz doxsan ABŞ dolları, 55 sent) kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 54.659,16 USD (əlli dörd min altı yüz əlli doqquz ABŞ dolları, 16 sent) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı1 ASC-nin nümayəndəsi Nəcəfzadə Anar Ziya oğlu yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. xx.xx.2019-cu il tarixli arayışından görünür ki, LPO İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə xx.xx.2019-cu il tarixə cavabdehin banka əsas borc üzrə 32.756,36 ABŞ dolları, faiz borcu üzrə 7.615,88 ABŞ dolları, cərimə borcu üzrə 9695,97 ABŞ dolları və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 4.590,95 ABŞ dolları, ümumilikdə isə 54.659,16 ABŞ dolları məbləğində borcu qalmışdır. Ödəniş qəbzindən (№ 585423648) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanması qeyd olunan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə istinad etsə də, müqavilənin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilərək, vaxt verilməklə məhkəmə iclası təxirə salınsa da, iddiaçının nümayəndəsi kredit müqaviləsinin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiklərini, müqavilənin bankın arxivində aşkar edilmədiyini bildirmişdir. Belə olduğu təqdirdə, hazırkı iddianın təmin edilməsi qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilənin əsli, yaxud onun notarial qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmədiyindən, iş matareriallarına əlavə olunmuş maliyyə arayışı və digər sənədlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı1 ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı1 ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar