Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-111/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İlkin iddia üzrə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 086 nömrəli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK-nın ona 5 (beş) il 10 (on) aylıq kirayə haqqı üçün yaranan 3500 manat məbləğində borc pulun, dövlət rüsumunun və vəkil xərcinin Cavabdeh MTK-dan alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, ev 9 ünvanında yerləşən 71,5 kv.metr 1/3 paylı mülkiyyətdən ibarət mənzilin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il tarixli Çıxarış ilə öz təsdiqini tapmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 280 nömrəli Sərəncamına əsasən Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Həmin Sərəncamın 2.2-ci bəndi ilə ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə və bu məqsədə nail olması üçün Cavabdeh MMC-nin bütün imkanlara malik olması ilə əlaqədar bəyanat və zəmanətlərini nəzərə alıb, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə həmin MMC arasında 19 fevral 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin vaxt adı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti olan cavabdeh sonradan təşkilati-hüquqi formasını dəyişib və hazırda Cavabdeh Mənzil Tikinti Kooperativi adlanır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 280 nömrəli Sərəncamına istinad edərək İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 fevral 2018-ci il tarixli 081 nömrəli müqavilənin 1.11-ci və 1.1.2-ci yarımbəndlərinə əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, ev 9 ünvanında yerləşən 71,5 kv.metr (faktiki sahə 29.62 kv.metr) 1/3 paylı mülkiyyətdən ibarət yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi və müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada cavabdeh tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, cavabdeh isə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, ev 9 ünvanında yerləşən iddiaçının mülkiyyətindəki yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 38,0 kv.metr təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən cavabdeh yeni yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətində başa çatdıraraq mənzili iddiaçıya təhvil verməli idi. Həmin müqavilənin 2.1.8ci yarımbəndinə görə iddiaçı mənzili cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında tam olaraq icra edərək şəhərin mərkəzində yerləşən yaşadığı və mülkiyyətində olan yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə problem yaratmadan təhvil vermişdir. Lakin müqavilə imzalanan vaxtdan 5 il 10 ay müddət keçməsinə və göstərilən ərazidə uzun müddət bina tikilib başa çatdırılsa da, cavabdeh iddiaçını indiyə kimi mənzillə təmin etmir. Müqavilə bağlandığı müddətdə Cavabdeh MTK-nın o zamankı rəhbəri Nicat Sadıqov demişdir ki, hətta binada 38,0 kv.metr sahəyə uyğun yaşayış sahəsi olmasa, MTK tərəfindən iddiaçıya hər hansı ödənişsiz 60 kv.metrlik mənzil veriləcək. Hazırda N.Sadıqov həmin MTK-da işləmir. Sonradan iddiaçı cavabdehin ofisinə getdikdə MTK nümayəndəsi binada 38,0 kv.metr ölçüdə olan sahədə mənzilin olmadığını, mənzillərin sahəsi böyük olmaqla sahəcə ən balaca ölçülü mənzilin sahəsinin 54 kv.metr təşkil etdiyinə görə iddiaçı tərəfindən əlavə 16 kv.metr sahəyə görə 26000 (iyirmi altı min) manat pul ödənilməli və mənzilin təmir edilməli olduğunu bildirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıdan əlavə tələb edilən 26000 (iyirmi altı min) manat pulun ödənilməsi müqavilə şərtlərində göstərilməmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin kobud pozulması nəticəsində iddiaçı 5 ildən artıq müddətdə şəhərin mərkəzində yerləşən mənzilindən məhrum olaraq kirayə yaşamaq məcburiyyətində qalmışdır. Göstərilən real vəziyyəti nəzərə alaraq, cavabdeh inşa etdiyi binada təmirli mənzili iddiaçının mülkiyyətinə verməyə borclu olduğundan tikiləcək yaşayış binalarının layihələrində cavabdeh tərəfindən həmin hallar nəzərə alınmalı idi. Üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti öz Sərəncamının və 19 fevral 2018-ci il tarixdə Cavabdeh MMC ilə bağlanmış müqavilənin şərtlərinin icrasına tam nəzarət etmədiyindən, iddiaçının hüquqları təmin olunmur və hüquqların pozulması davam etməkdədir. Qeyd edilən müqavilənin 2.3-cü, 2.4-cü və 2.7-ci bəndlər üzrə üzərinə götürdüyü öhdəliklər Cavabdeh MMC tərəfindən bu günə kimi pozulmaqdadır. Belə ki, həmin müqavilənin 2.3-cü bəndi ilə nəzərdə tutulan müvəqqəti yaşayış yerləri üçün sakinlərə 1 (bir) otaqlı mənzillər üzrə kirayə haqqı üçün hər ay 350 manat ödəmək nəzərdə tutulsa da, cavabdeh tərəfindən müqavilə şərtləri kobudcasına pozularaq iddiaçıya həmin məbləğ deyil, 300 manat kirayə haqqı ödənilmişdir. Bu günə cavabdehin iddiaçıya 5 il 10 ay müddətdə yığılmış kirayə haqqı üçün borc məbləği 3500 (üç min beş yüz) manat təşkil edir. Müqavilənin 2.4-cü və 2.7-ci bəndlərinə əsasən binaların tikintisi nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 20 %-dən artıq sahəsi olan, təmirli mənzil sahəsi ilə təmin etmək, həmin mənzilləri su, qaz, elektrik enerjisi sayğacları ilə təmin etmək və tikintinin başlanması üçün tələb olunan icazələr alındıqdan sonra tikintinin 1-ci mərhələsini 18 ay, 2-ci mərhələsini 36 ay müddətinə tam başa çatdırıb istismara qəbul üçün nəzərdə tutulan müddətdə təqdim etmək öhdəlikləri Cavabdeh MMCnin üzərinə qoyulmuşdur. Müqavilənin 2.4-cü bəndinə uyğun olaraq binanın istismara verildiyi tarixdən 2 (iki) il müddətində meydana çıxan qüsurlar və çatışmazlıqlara görə Cavabdeh MMC məsuliyyət daşımalıdır. Təəssüf ki, göstərilən müqavilənin tələbləri cavabdeh tərəfindən vaxtında icra olunmadığına görə iddiaçının hüquqları hələ də pozulur. Cavabdehin qanunsuz fəaliyyəti nəticəsində iddiaçı və ailəsi xeyli çətinliklərlə üzləşirlər. Cavabdeh 2023-cü ilin dekabr ayından iddiaçıya kirayə haqqını da ödəməkdən yayınır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 12 fevral 2018-ci il tarixli 081 nömrəli müqavilənin şərtləri, həm Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilənin şərtləri, həm də Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 280 nömrəli Sərəncamının və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozaraq öz üzərinə götürdüyü öhdəliklər cavabdeh tərəfindən bu günə kimi icra edilmir. Cavabdeh öz hərəkətləri ilə ərizəçinin “İnsan Hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci maddəsini pozur, üçüncü şəxs isə öz sərəncamından irəli gələn öhdəliklərin icrası üçün zəruri addımlar atmır.
3. İlkin iddia üzrə İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə2) iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli, 086 nömrəli müqaviləyə əsasən ona verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK-dan müqavilə öhdəlikləri üzrə 5550 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi, vəkil xərcləri üçün 250 manat olmaqla, cəmi 5900 (beş min doqquz yüz) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 086 nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh MTK tərəfindən İddiaçı mənzil əvəzində ümumilikdə 95000 (doxsan beş min) manat məbləğində pul kompensasiyası ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (tələb dəqiqləşdirilmişdir).
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 086 nömrəli müqaviləyə əsasən sonuncu ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, ev 9 ünvanında yerləşən 71,5 kv.metr (faktiki sahə 29.62 kv.metr) 1/3 paylı mülkiyyətdən ibarət yaşayış sahəsini sökülmək üçün MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, MTK isə 29.62 kv.metr ümumi sahəsi olan mənzil əvəzində yeni inşa etdiyi binada 38,0 kv.metr ümumi sahəsi olan təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən həmin ərazidə çoxmənzilli hündürmərtəbəli binada 38,0 kv.metr ümumi sahəsi olan mənzil mövcud deyildir. Buna səbəb isə budur ki, həmin binanın tikinti layihəsi tərtib edildikdə 38,0 kv.metr ümumi sahəsi olan mənzilin əlavə edilməsi binanın strukturuna uyğun gəlməmiş və həmin mənzilin layihəyə əlavə edilməsi layihəni təhlükə altına aldığına görə həmin ölçüdə mənzilin tikintisi mümkün olmamışdır. Bu səbəbdən MTK xx.xx.2018-ci il tarixli 086 nömrəli müqavilə üzrə İddiaçı qarşısında yaranmış öhdəliyini icra edə bilmir. Cavabdeh MTK tərəfindən pretenziya qaydasında İddiaçı müraciət edilərək, onun şirkətə yaxınlaşaraq sözügedən müqavilənin ləğv edilməsi və həmin 38,0 kv.metr ümumi sahəsi olan mənzilin verilməsi əvəzində kompensasiya ödənilməsi təklif edilmişdir. MTK tərəfindən bina inşa edilmiş ərazidə yerləşən mənzillərin mövcud standart qiymətləri nəzərə alınaraq həmin mənzilin təhvil verilməsi əvəzində, İddiaçı hər kv.metr üçün 2500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 95000 (doxsan beş min) manat (2500x38=95000) pul məbləğində kompensasiya ödənilməsi təklif edilir. Lakin, İddiaçı tərəfindən pretenziyaya hər hansı cavab verilmədiyindən və o şirkətə müraciət etmədiyindən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 086 nömrəli müqavilənin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə2) etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin rədd edilməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasının tikinti layihəsini tərtib etdikdə 38,0 kv.metr ümumi sahəsi olan mənzilin yeni yaşayış binasının tikinti layihəsində planlaşdırılmasını və 24 ay, ya da ən axır müddəti 5 il ərzində binanın inşasının həyata keçirilməklə İddiaçı təmirli mənzillə təmin edilməsini nəinki sonuncunun, hətta dövlətin qarşısında öz öhdəsinə götürmüşdür. Söküntü işlərinin aparılmasından, binanın tikinti layihəsi tərtib edildikdən və binaların inşa edilməsindən 6 (altı) il keçdikdən sonra yeni inşa etdiyi çoxmənzilli hündürmərtəbəli binada 38,0 kv.metrdən ibarət olan mənzilin mövcud olmaması, həmin binanın tikinti layihəsi tərtib edildikdə 38,0 kv.metrdən ibarət olan ümumi sahəsi olan mənzilin əlavə edilməsinin binanın strukturuna uyğun gəlməməsi, həmin mənzilin layihəyə əlavə edilməsinin layihəni təhlükə altına alması Cavabdeh MMC tərəfindən üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsindən imtina etmək və yayınmaq üçün irəli sürülmüş qondarma səbəb kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Belə olduğu halda yeni binaların inşa edilməsindən 6 (altı) il keçdikdən sonra Cavabdeh MMC-nin İddiaçı qarşı irəli sürülən iddia tələbi və təklifi qanunvericiliyin tələblərinə zidd olan anlaşılmaz bir haldır. Cavabdeh MMC 6 (altı) il ərzində süründürməçiliklə məşğul olduğuna görə əlavə olaraq ona qarşı cərimə ödənilməsi tələbinin irəli sürülməsinə də İddiaçı məcbur etməkdədir.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə2 ilkin iddianı müdafiə edib bildirdilər ki, onlar kirayə pulunu hazırkı tarixə qədər tələb edirlər. İlkin iddianın təmin edilməsini xahiş edərək, qarşılıqlı iddianı qəbul etmədiklərini əlavə etdilər. Belə ki, qarşı tərəfin təklif etdiyi kompensasiya məbləğinin az olduğunu, yalnız iş materiallarındakı rəyə əsasən kompensasiya məbləğinin müəyyən ediləcəyi təqdirdə, qarşılıqlı iddianın təmin olunmasına razı olduqlarını qeyd edib, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdilər.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTKnın və ilkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, digər məhkəmə iclasında iştirak etdiyindən hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən iclasın onun iştirakı olmadan keçirilməsini, ilkin iddia üzrə İddiaçı iddia tələbinin rədd olunması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ilkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini (dəqiqləşmələri), həmçinin, etiraz ərizəsini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1 otaqdan ibarət hissəsi (y/s 13.7 kv.metr) xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 280 nömrəli Sərəncamından görünür ki, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir.
13. Cavabdeh MMC (“Tikinti şirkəti”) ilə İddiaçı (“Əmlak mülkiyyətçisi”) arasında bağlanmış 12 fevral 2018-ci il tarixli 081 nömrəli müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, ev 9 ünvanında yerləşən 71,5 kv.metr (faktiki sahə 29.62 kv.metr) 1/3 paylı mülkiyyətdən ibarət yaşayış sahəsini sökülmək üçün “Tikinti şirkəti”nə təhvil verməyi və bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, “Tikinti şirkəti” isə “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 38,0 kv.metr təmirli mənzili sonuncunun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”nin təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə sonuncuya kompensasiya şəklində aylıq 300 (üç yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda 1 (bir) dəfə ödəyir. Əmlak mülkiyyətçisinə veriləcək sahə layihəyə uyğun ölçüdən çox olduğu təqdirdə, yaranan nisbəti pul şəklində şirkətə ödəmək, sahə layihəyə uyğun ölçüdən az olduğu təqdirdə, yaranan nisbəti pul şəklində əmlak mülkiyyətçisinə ödəmək tərəflərin hüquq və vəzifələri kimi müəyyənləşdirilmişdir. Yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili əmlak mülkiyyətçisinə təhvil vermək şirkətin öhdəliyi olmuşdur.
14. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilənin 2.3-cü bəndindən görünür ki, yeni binanın tikintisi başa çatanadək (sakinlər binaya köçənədək) sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün 1 otaqlı mənzillərə görə ayda 350 (üç yüz əlli) manat kirayə haqqı ödəmək Cavabdeh MMC-nin öhdəliklərindəndir.
15. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “hüquqi yardım” təyinatı ilə 250 (iki yüz əlli) manat məbləğində pul 4 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
16. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ilkin iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
17. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2018-ci il tarixli, 081 nömrəli müqavilə üzrə 2023-cü ilin dekabr ayı üçün ödənilməmiş 300 manat kirayə haqqının ona ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir.
18. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış pretenziyadan görünür ki, aralarındakı müqavilədə verilməsi nəzərdə tutulmuş ölçüdə mənzil mövcud olmadığından, müqavilənin ləğv edilməsi və mənzil əvəzində kompensasiya ödənilməsi üçün 3 gün ərzində şirkətə müraciət etməsi ondan xahiş edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
19. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. İş üzrə qəbul edilmiş 11 iyun 2024-cü il tarixli qərardaddan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində Cavabdeh MTK tərəfindən inşa edilən binada 38 m2 sahədən ibarət boş mənzilin (satılmamış) olub-olmaması, olduğu təqdirdə hansı girişdə, neçənci mərtəbədə (nömrəsi göstərilməklə) yerləşməsi; olmadığı təqdirdə, həmin binada ən az m2 sahəsi olan boş mənzillərin (satılmamış) hansı girişlərdə, neçənci mərtəbələrdə (nömrəsi göstərilməklə) yerləşməsi; həmin binada boş olan bütün mənzillərin (satılmamış) sahəsi göstərilməklə hansı girişlərdə, neçənci mərtəbələrdə (nömrəsi göstərilməklə) yerləşməsi (dəqiqliklə) barədə ətraflı arayışın təqdim edilməsi Cavabdeh MTK-dan tələb edilməklə qərardadın icrası Cavabdeh MTK-ya və Nəsimi rayon İcra şöbəsinə həvalə edilmişdir.
21. Qərardadın icrası ilə bağlı Nəsimi rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli qərardadın icrası ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində Cavabdeh MTK tərəfindən inşa edilən binada 38 m2 sahədən ibarət mənzil layihədə nəzərdə tutulmadığından, belə kvadratda boş mənzilin mövcud olmadığı, kompleksdə boş (satılmamış) mənzillərin mövcud olmadığı bildirilmişdir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 9/55xx-xx/5408 nömrəli ekspert rəyindən görünür ki, müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, ekspertiza təyini haqqında qərardadda qeyd edilən, mübahisə predmeti olan mənzilə yaxın ərazidə yerləşən, analoji xüsusiyyətlərə malik mənzillərin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Qeyd olunan səbəbdən qərardadda ekspertiza qarşısında qoyulmuş 1-ci sualın cavablandırılması mümkün olmamışdır. Naturada təqdim edilən mənzildən sahəsi 38,0 kv.m olan yeni mənzilin ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4. bəndlərində və Məhkəmə Tikinti Texniki X1 göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Qeyd: Tədqiq olunan ünvanda baxış zamanı naturada yalnız bir mənzil təqdim edildiyindən həmin binada yerləşən digər mənzillər üzrə tədqiqat aparılmadı. Odur ki, mübahisə predmeti olan yaşayış binasında yerləşən digər mənzillər təqdim ediləcəyi təqdirdə həmin mənzillər üzrə tədqiqat aparıla bilər. Mənzillərin təmirinə çəkilmiş xərc həmin mənzilin təmiri zamanı istifadə olunacaq tikinti materiallarının növündən və keyfiyətindən asılı olaraq dəyişə bilər. Odur ki, tədqiq olunan mənzil təmirsiz olduğundan və həmin mənzillərin təmiri zamanı istifadə olunacaq tikinti materiallarının növü və keyfiyyəti məlum olmadığından qərardadda ekspertiza qarşısında qoyulmuş 3-cü sual üzrə tədqiqat aparılmadı. Mülki iş materiallarında olan (səh. 93-104) mübahisə predmeti olan binanın eskiz layihəsində (blok1-blok10 üzrə) qeyd olunan mənzillərdən ən kiçik ölçülü mənzilin sahəsinin 54.1 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.
23. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.
24. "xxxx" MMC-nin MB-18/0472 nömrəli, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində Cavabdeh MTK tərəfindən inşa edilən binada mənzillərin 1 m2 sahəsinin (təmirli və təmirsiz göstərilməklə) 2018-ci ilin fevral ayına olan (təmirli) bazar dəyəri 1750 (bir min yeddi yüz əlli) manat, (təmirsiz) bazar dəyəri 1500 (bir min yeddi yüz əlli) manat, 14 may 2025-ci il tarixinə olan (təmirli) bazar dəyəri 3400-3800 (üç min dörd yüz-üç min səkkiz yüz) manat, (təmirsiz) bazar dəyəri 3000-3300 (üç min-üç min üç yüz) manat təşkil edir. Cavabdeh MTK tərəfindən inşa edilən binada boş olan mənzillərdən hansının texniki cəhətdən bölünərək, 38 m2 sahəsi olan yeni mənzilin ayrılmasının (MTK tərəfindən təqdim edilmiş sənədlərə (arayış, layihə və s.) əsasən) mümkünlüyünün müəyyən edilməsi qiymətləndiricinin səlahiyyətlərinə aid olmadığından suala cavab verilməsi mümkün olmamışdır. Cavabdeh MTK tərəfindən inşa edilən binada təmirsiz 38 m2 mənzilin təmir xərci 16000 (on altı min) manat təşkil edir. Cavabdeh MTK tərəfindən inşa edilən boş binada olan mənzillərdən ən kiçik ölçülü mənzilin faktiki sahəsi (içdən-içə) (MTK tərəfindən təqdim edilmiş sənədlərə (arayış, layihə və s.) əsasən) 54.1 kv.m təşkil edir.
25. "xxxx" MMC-nin 14 may 2025-ci il tarixli MB-18/0473 nömrəli məktubundan görünür ki, qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil edir.
26. İş materiallarına İddiaçı məxsus hesabdan çıxarış, “Malibo Residence” tərəfindən təqdim edilmiş layihə də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
27. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin ərazi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmiş, sərəncam çərçivəsində Cavabdeh MMC ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzilin 1 otaqdan ibarət hissəsi (y/s 13.7 kv.metr) sökülmək üçün onun tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
28. Müqavilənin şərtlərinə görə, Cavabdeh MMC həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 38 m2 təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi, yaşayış binasının tikintisini başa çatdırana və onu təmirli mənzil ilə təmin edənədək, müvəqqəti yaşayışını təmin etmək məqsədilə İddiaçı kompensasiya şəklində aylıq 300 (üç yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda 1 (bir) dəfə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuşdur ki, İddiaçı veriləcək sahə layihəyə uyğun ölçüdən çox olduğu təqdirdə, yaranan nisbəti pul şəklində MMC-yə ödəmək, sahə layihəyə uyğun ölçüdən az olduğu təqdirdə, yaranan nisbəti pul şəklində İddiaçı ödəmək tərəflərin hüquq və vəzifələrindəndir.
29. Müqaviləyə əsasən, yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdırıb müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili İddiaçı təhvil vermək MMC-nin öhdəliyi olsa da, işin mübahisəsiz halıdır ki, MMC İddiaçı məxsus mənzili söküb, yerində yeni yaşayış binası tikib, mənzilləri sahiblərinə təhvil vermiş, lakin İddiaçı qarşısında olan bu öhdəliyini yerinə yetirməyərək, müqavilə ilə razılaşdırılmış mənzili İddiaçı təhvil verməmiş və ödəməli olduğu aylıq 300 manat kirayə haqqını ödəməyi 2023-cü ilin dekabr ayından etibarən dayandırmışdır. İddiaçı kirayə haqqının ödənilməsini tələb etsə də, MTK ona pretenziya göndərərək, aralarındakı müqavilədə verilməsi nəzərdə tutulmuş ölçüdə mənzil mövcud olmadığından, müqavilənin ləğv edilməsi və mənzil əvəzində kompensasiya ödənilməsi üçün 3 gün ərzində şirkətə müraciət etməsini xahiş etmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət edəcəklərini bildirmişdir.
30. Bu səbəbdən İddiaçı iddia ərizəsi, Cavabdeh MTK isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
31. İddiaçı aralarında bağlanmış müqavilə üzrə razılaşdırılmış mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etdiyindən, Cavabdeh MTK isə belə ölçüdə mənzilin layihədə nəzərdə tutulmadığını bildirdiyindən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində Cavabdeh MTK tərəfindən inşa edilən binada 38 m2 sahədən ibarət boş mənzilin (satılmamış) olub-olmaması, olduğu təqdirdə hansı girişdə, neçənci mərtəbədə (nömrəsi göstərilməklə) yerləşməsi; olmadığı təqdirdə, həmin binada ən az m2 sahəsi olan boş mənzillərin (satılmamış) hansı girişlərdə, neçənci mərtəbələrdə (nömrəsi göstərilməklə) yerləşməsi; həmin binada boş olan bütün mənzillərin (satılmamış) sahəsi göstərilməklə hansı girişlərdə, neçənci mərtəbələrdə (nömrəsi göstərilməklə) yerləşməsi (dəqiqliklə) barədə ətraflı arayışın təqdim edilməsi Cavabdeh MTK-dan tələb edilmiş, Cavabdeh MTK xx.xx.2024-cü il tarixli məktubu ilə 38 m2 sahədən ibarət mənzilin həmin binanın layihəsində nəzərdə tutulmadığını, belə kvadratda boş mənzilin mövcud olmadığını, kompleksdə boş (satılmamış) mənzillərin mövcud olmadığını bildirmişdir.
32. Məhkəmənin eyni tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir ki, xüsusi bilik tələb edən bir sıra suallara ekspertlər tərəfindən aydınlıq gətirilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli ekspert rəyi ilə MTK tərəfindən təqdim edilmiş mənzildən sahəsi 38,0 kv.m olan yeni mənzilin ayrılmasının texniki cəhətdən mümkün olmaması, mübahisə predmeti olan binanın eskiz layihəsində qeyd olunan mənzillərdən ən kiçik ölçülü mənzilin sahəsinin 54.1 kv.m təşkil etməsi müəyyən edilmişdir.
33. Beləliklə, aralarındakı müqaviləyə əsasən İddiaçı verilməsi razılaşdırılmış mənzilin Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın layihəsində nəzərdə tutulmaması və binada hazırda satılmamış, boş mənzilin olmaması müəyyən edilmişdir.
34. Cavabdeh MTK müqaviləyə əsasən İddiaçı verilməsi razılaşdırılmış mənzilin olmaması səbəbindən hər kvadrat metr üçün 2.500 manat olmaqla, 38 kv.m. sahəli mənzilə görə cəmi 95.000 manat məbləğində pulun mənzil əvəzi kompensasiya qismində verilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, onun mənzil əvəzində təklif etdiyi kompensasiya məbləğinin ədalətli olub-olmaması məsələsi məhkəmə tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli ekspert rəyində əmtəəşünaslığa dair suallar cavabsız qaldığından, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əmtəəşünaslığa dair sualların cavablandırılması məqsədilə Azərbaycan Qiymətləndiricilər Palatasının reyestrində qeydə alınmış qiymətləndirici təşkilat olan "xxxx" MMCyə göndərilmiş, qiymətləndirici fəaliyyətini həyata keçirən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatında Cavabdeh MTK tərəfindən inşa edilən binada mənzillərin 1 m2 sahəsinin 14 may 2025-ci il tarixinə olan (təmirli) bazar dəyərinin 3400-3800 manat, (təmirsiz) bazar dəyərinin 3000-3300 manat; Cavabdeh MTK tərəfindən inşa edilən binada təmirsiz 38 m2 mənzilin təmir xərcinin 16000 manat təşkil etməsi qeyd edilmişdir. Beləliklə, MTK-nın mənzil əvəzinə təklif etdiyi kompensasiya məbləğinin orta bazar qiymətinə uyğun olmadığı müəyyən edilmişdir.
35. Bundan başqa, İddiaçı 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyun ayınadək olan dövr üçün ödənilməli olan aylıq 300 manat məbləğində kirayə haqqının MTK tərəfindən ödənilmədiyini təsdiq edən bank hesabından çıxarışı məhkəməyə təqdim edərək, 6 aylıq müddət üçün cəmi 1.800 manat məbləğində pulu MTK-dan tələb etmiş, MTK-nın məhkəmə iclasında iştirak edən vəkilinümayəndəsi işin məhkəmənin icraatında olması səbəbindən 2023-cü ilin dekabr ayından etibarən müqavilədə göstərilmiş kirayə haqqının ödənilmədiyini etiraf etmişdir.
36. İddiaçı həm də onunla bağlanmış müqavilədə aylıq 300 manat müəyyən edilmiş kirayə haqqının Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilənin şərtlərinə zidd olduğunu, belə ki, sözügedən müqavilədə MMCnin 1 otaqlı mənzillərə görə ayda 350 manat kirayə haqqı ödəməyi öz üzərinə götürdüyünü mübahisələndirmiş, buna görə də 2018-ci ilin dekabr ayından keçən müddət üçün 3.750 manat məbləğində əlavə kirayə haqqını, habelə məhkəmə xərclərini də tələb etmişdir.
37. Cavabdeh MTK-nın digər iddia tələbi isə aralarındakı müqavilənin ləğv edilməsindən ibarətdir.
c) Məhkəmənin mövqeyi:
38. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin “İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 086 nömrəli müqaviləyə əsasən ona verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması” və qarşılıqlı iddia tələbinin “MTK tərəfindən İddiaçı mənzil əvəzində 95000 manat məbləğində pul kompensasiyası ödənilməsi” hissələrinə birlikdə qiymət verilməsi məqsədəmüvafiqdir. Çünki məhkəmə araşdırması zamanı mübahisəsiz olaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə İddiaçı verilməsi nəzərdə tutulan sahədə mənzil MTK tərəfindən inşa edilmiş binanın layihəsində mövcud olmamış, məhkəmə araşdırmaları zamanı ekspert tədqiqatına təqdim edilmiş mənzildən həmin ölçüdə mənzilin ayrılması mümkün olmamış, həmçinin, MTK binada boş, satılmamış mənzilin olmadığını bildirmişdir. Deməli, faktiki olaraq ilkin iddia tələbinin “mənzilin təhvil verilməsi vəzifəsinin həvalə edilməsi” hissəsinin təmin edilməsi mümkün deyildir. Bu tələb təmin edilsə belə, qəbul edilmiş qətnamə formal olaraq mövcud olacaq və qətnamənin icrası mümkün olmayacaqdır. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddiaçının mənzilin təhvil verilməsi barədə tələbi təmin edilməməlidir.
39. Belə olan halda isə qarşılıqlı iddiaçının mənzil əvəzində kompensasiya ödənilməsi barədə tələbinin təmin edilməsi üçün əsaslar meydana gəlmiş olur. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş mənzilin verilməsi, yəni müqavilənin MTK tərəfindən icrası faktiki olaraq mümkün olmadığından, deməli, MTK həmin mənzilin əvəzində qarşı tərəfə kompensasiya ödəməyə borcludur. Lakin bu kompensasiya məbləği ədalətli və mütənasib olmalıdır ki, haqlı olaraq mənzili əldə etməyi gözləyən qarşı tərəfin gözləntisi də təmin edilmiş olsun. MTK kompensasiya kimi hər kvadrat metr üçün 2.500 manat olmaqla, 38 kv.m-lik mənzilin əvəzində cəmi 95.000 manat məbləğində pul təklif etsə də, məhkəmə bu məsələdə iddia tələbindən asılı olmadığını vurğulayaraq hesab edir ki, təklif edilən bu məbləğ ədalətli və mütənasib deyildir. Belə ki, məhkəmə araşdırmaları zamanı əldə edilmiş mütəxəssis rəyi (qiymətləndirmə hesabatı) əsasında müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən inşa edilən binada təmirli mənzillərin 1 m2 sahəsinin hazırkı tarixə olan bazar dəyəri 3400-3800 manat, yəni orta hesabla 3600 manatdır. Belə olan halda hər kvadrat metr üçün təklif edilən 2.500 manat kompensasiya məbləğindən söz gedə bilməz. Hətta dövlət ehtiyacları üçün belə mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməsi barədə konstitusion prinsipi nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işdə qarşılıqlı iddia üzrə cavabdehə MTK tərəfindən sökülmüş mənzilinin əvəzində verilməsi razılaşdırılmış mənzilin hər kvadrat metri üçün məhz 3.600 manat, yəni 38 kv.m-lik mənzilin əvəzində cəmi 136.800 manat məbləğində kompensasiyanın ödənilməsi ədalətli və mütənasibdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin “MTK tərəfindən İddiaçı mənzil əvəzində pul kompensasiyası ödənilməsi” hissəsi təmin edilməli, Cavabdeh MTKdan 136.800 manat məbləğində kompensasiya alınaraq İddiaçı verilməlidir. Məhkəmə bir daha qeyd edir ki, burada məqsəd ədalətli kompensasiyanın müəyyənləşdirilməsi olduğundan, tələbin bu formada təmin edilməsi iddia tələbindən kənara çıxma sayılmamalıdır. Çünki müvafiq mənzili İddiaçı vermək MTK-nın müqavilədən irəli gələn öhdəliyi olmuş, lakin MTK-nın bu öhdəliyinin icrasının qeyri-mümkün olması müəyyən edilmişdir. Buna görə də MTK öz öhdəliyini mənzilin əvəzinə ədalətli kompensasiya ödəmək yolu ilə yerinə yetirməlidir. Qeyd edilməlidir ki, İddiaçı hazırkı məhkəmə iclasında verdiyi izahatda ədalətli kompensasiya ödəniləcəyi təqdirdə, mənzil əvəzinə kompensasiya almağa razı olduğunu bildirmişdir.
40. İlkin iddia tələbinin “2023-cü ilin dekabr ayından 2024-cü ilin iyun ayınadək olan 6 aylıq dövr üçün ödənilməli olan cəmi 1.800 manat (aylıq 300 manat) məbləğində pulun MTK-dan tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış bu tələbin əsaslı olduğunu göstərir. Eyni zamanda, MTK-nın vəkili-nümayəndəsi də əvvəlki məhkəmə iclaslarında verdiyi izahatla iddiaçının bu iddiasının doğru olduğunu təsdiq etmiş, mübahisə olduğuna görə MTK-nın ödənişləri dayandırdığını bildirmişdir. Beləliklə, mübahisəsiz olaraq müəyyən edilmişdir ki, MTK-nın aralarında olan müqavilədən irəli gələn öhdəliyi olan, 3 ayda bir dəfə ödənilməli olan aylıq 300 manat kirayə haqqı 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyun ayınadək olan 6 aylıq dövrdə əsassız olaraq ödənilməmişdir. Belə ki, istinad edilən müqavilə qüvvədə olduğundan və tərəflər arasında bununla bağlı başqa heç bir razılaşma olmadığından məhkəmə hesab edir ki, MTK aylıq kirayə haqlarını İddiaçı ödəməli idi. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia bu hissədə təmin edilməli, Cavabdeh MTK-dan 1.800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İlkin iddiaçı tərəfin hazırkı məhkəmə iclasında şifahi olaraq kirayə haqqını hazıradək tələb etmələri barədə olan izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, şifahi səsləndirilmiş bu tələbə hazırkı qətnamə ilə qiymət verilməsi mümkün deyildir. Belə ki, ilkin iddiaçı iddia tələbinin həcminin artırmaq hüququna malik olsa da, bunu məhkəmə baxış iclasınadək (və ya buna əsasların baxış iclasında meydana gəldiyini əsaslandırmaqla, məhkəmə baxışı zamanı da) yazılı qaydada təqdim etdiyi ərizə ilə ifadə etməli və müvafiq sübutları təqdim etməli idi. Lakin göründüyü kimi, onun bu tələbi hazırkı iclasda şifahi səsləndirilmişdir. Məhkəmə ilkin iddiaçıya bu tələbə dair yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edərək, şifahi səsləndirilmiş və sübutlar təqdim edilməmiş həmin tələbə münasibət bildirməməyi məqsədə müvafiq sayır.
41. İlkin iddia tələbinin “2018-ci ilin dekabr ayından keçən müddət üçün 3.750 manat məbləğində əlavə kirayə haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasındakı faktiki münasibətlərdən və iş materiallarından müəyyən edilir ki, MTK ilə İddiaçı arasında müqavilə könüllü surətdə bağlanmış, tərəflərin iradə ifadəsini əks etdirmişdir. İddiaçı bu müqavilənin 300 manat kirayə haqqı ödənilməsi hissəsinin MTK (həmin vaxt MMC) ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilənin şərtlərinə zidd olduğunu mübahisələndirsə də, məhkəmə hesab edir ki, bu dəlil tələbin bu hissəsinin təmin edilməsinə əsas vermir. Çünki əvvəla qeyd edilməlidir ki, tərəflər arasındakı müqavilə MTK (həmin vaxt MMC) ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilədən əvvəl bağlanmış və sonradan həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığına əsasən dəyişiklik edilməmişdir. İkincisi, müqavilənin kirayə haqqı ilə bağlı bəndi uzun müddət müqavilədə göstərilmiş məbləğdə icra edilmiş və İddiaçı bununla bağlı heç bir iradı və ya təklifi olmamışdır. Üçüncüsü isə müqavilə bağlandığı vaxt olduğu kimi, ona dəyişiklik və əlavə edilməsi zamanı da tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipi qüvvədə olur. Buna görə də məhz İcra Hakimiyyəti ilə aralarında bağlanmış müqaviləyə istinadən MTK-nı hər ay əlavə olaraq 50 manat kirayə haqqı ödənilməsinə məcbur etmək sözügedən prinsiplərə zidd hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir.
42. Qarşılıqlı iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi üçün ilk öncə tərəflərin qarşılıqlı razılığı olmalıdır. Lakin hazırkı işdə İddiaçı müqavilənin ləğv edilməsinə razı olmaması müəyyən edilir. Belə olan halda, müqavilənin ləğv edilməsi üçün irəli sürülən əsasa nəzər salmaq, bu əsasın müqavilənin ləğv edilməsinə səbəb olub-olmamasını müəyyən etmək və bu zaman tərəflərin hüquqlarının qorunmasını təmin etmək zəruridir. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, yalnızca mənzilin təhvil verilməsi hissəsində icra edilməsinin mümkün olmaması müəyyən edilən müqavilənin məhz bu əsasla ləğv edilməsi MTK-nı müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərdən də (kirayə haqqı və s.) azad edərək, İddiaçı müqavilədən irəli gələn hüquqlarının tamamilə pozulması ilə nəticələnəcək. Yəni bu tələbi irəli sürən MTK tələbin təmin edilməsi zamanı faydalanacaq, qarşı tərəfin vəziyyəti isə ağırlaşacaq. Çünki yuxarıda da qeyd edildiyi kimi, MTK-nın İddiaçı qarşısında kirayə haqqı ödəmək, habelə hazırkı qətnamə ilə müəyyən edilmiş kompensasiya ödəmək öhdəliklərinin yaranma əsası məhz həmin müqavilədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən səbəb müqavilənin ləğv edilməsindənsə, müqavilənin dəyişdirilməsinə əsas vermiş olar. Lakin MTK müqavilənin ləğv edilməsini tələb etdiyindən məhkəmə hesab edir ki, bu tələb təmin edilməməli və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
43. Məhkəmə ilkin iddiaçının “dövlət rüsumu və vəkil xərcinin ödənilməsi” tələbi ilə bağlı hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi, hüquqi xidmət xərcinin isə 125 (bir yüz iyirmi beş) manat hissəsi Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməli, ilkin iddianın verilməsi üçün çəkilmiş məhkəmə xərclərinin qalan hissəsi İddiaçı özünə aid edilməlidir.
44. Digər məhkəmə xərclərinin bölüşdürülməsi barədə tələb olmasa da, mülki prosessual qanunvericiliklə tənzimlənən bu məsələyə qiymət verilməsi məhkəmənin səlahiyyəti olduğundan məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspert və mütəxəssis rəyləri üçün tələb edilən məbləğlər də MPM-in göstərişinə əsasən mütənasib şəkildə bölüşdürülməlidir. Belə ki, qarşılıqlı iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi İddiaçı alınaraq Cavabdeh MTK-ya verilməli, qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi Cavabdeh MTK-nın özünə aid edilməlidir. İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi Cavabdeh MTK-dan, qalan 50 (əlli) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh MTKdan, qalan 150 (bir yüz əlli) manat hissəsi isə İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1, 6.1.1, 6.1.2, 6.1.5. Mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2, 14.2.1, 14.2.3. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
48. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
49. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
50. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
51. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh MTK-dan 1.800 (bir min səkkiz yüz manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı verilməli, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi və hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat xidmət xərcinin 125 (bir yüz iyirmi beş) manat hissəsi ilkin iddia üzrə Cavabdeh MTK-dan alınaraq ilkin iddia üzrə İddiaçı verilməli, məhkəmə xərclərinin qalan hissəsi ilkin iddia üzrə İddiaçı aid edilməli, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-dan 136.800 (bir yüz otuz altı min səkkiz yüz) manat məbləğində kompensasiya alınaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-ya verilməli, dövlət rüsumunun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-ya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi Cavabdeh MTK-dan, qalan 50 (əlli) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh MTK-dan, qalan 150 (bir yüz əlli) manat hissəsi isə İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə:
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MTK-dan 1.800 (bir min səkkiz yüz manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi və hüquqi xidmət xərcinin 125 (bir yüz iyirmi beş) manat hissəsi ilkin iddia üzrə Cavabdeh MTK-dan alınaraq ilkin iddia üzrə İddiaçı verilsin, məhkəmə xərclərinin qalan hissəsi ilkin iddia üzrə İddiaçı aid edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-dan 136.800 (bir yüz otuz altı min səkkiz yüz) manat məbləğində kompensasiya alınaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-ya verilsin, dövlət rüsumunun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-ya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi Cavabdeh MTK-dan, qalan 50 (əlli) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22); mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 150 (bir yüz əlli) manat hissəsi Cavabdeh MTK-dan, qalan 150 (bir yüz əlli) manat hissəsi isə İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, Kod: 805562, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova