Məhkəmə qərarları › İş №2(012)-4946/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4946/2022

31.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4946/2022 31.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MTK-ya qarşı əmlaka mülkiyyət hüququnun tanınması, əmlakın sahiblik və istifadəyə verilməsi və əmlakla bağlı yaradılan maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı əmlaka mülkiyyət hüququnun tanınması, əmlakın sahiblik və istifadəyə verilməsi və əmlakla bağlı yaradılan maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə xx.xx.2022ci il tarixdə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən aldığı ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, həmin qeyriyaşayış sahəsinin İddiaçı sahiblik və istifadəsinə verilməsi , həmin qeyri- yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin qeyri-yaşayış sahəsində təmir işlərinin başlanılmasına şəraitin yaradılması vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etsə də, iddia ərizəsinə pretenziya qaydasına riayət etməsini göstərən hər hansı bir sənəd əlavə etməmişdir. İşdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 5.3-cü bəndinə görə tərəflərin bu müqavilə üzrə mübahisələrinin onların qarşılıqlı razılığı ilə, belə razılıq olmadıqda isə qanunvericilikdə nəzərdə tutulan qaydada həll edilməsi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MTK-ya qarşı əmlaka mülkiyyət hüququnun tanınması, əmlakın sahiblik və istifadəyə verilməsi və əmlakla bağlı yaradılan maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar