Məhkəmə qərarları › İş №2(012)-5171/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5171/2022

12.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5171/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə xx.xx.2022-ci il tarixdə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən aldığı ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metr olan qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin İddiaçı sahiblik və istifadəsinə verilməsi, əmlaka dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin qeyri-yaşayış sahəsində təmir işlərinin başlanılmasına şəraitin yaradılması vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə xx.xx.2022-ci il tarixdə İddiaçı arasında bağlanmış müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metr olan qeyri- yaşayış sahəsini payçı İddiaçı təhvil verməyi öz öhdəsinə götümüşdür. İddiaçı tərəfindən 140000 manat cavabdehə ödənilib və bunu təsdiq edən maliyyə sənədləri vardır. Bundan başqa, Cavabdeh MTK üzvlərinin növbədən kənar ümumi yığıncağının 2 saylı protokoluna əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metrlik qeyri-yaşayış sahəsində kooperativə payçı olması təsdiq edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi gecikdirilir. Dəfələrlə müraciət etməsinə baxmayaraq buna məhəl qoyulmamış və qeyri-yaşayış sahəsi təhvil verilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəməyə ərizə vermiş və Cavabdeh MTK ilə xx.xx.2022-ci il tarixdə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən aldığı ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - “Mənzil tikintisi haqqında” 17 avqust 2022-ci tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metr olan qeyri-yaşayış sahəsinə dair pay hüququ qazanır. Mənzilin 1 kv.metrinin dəyəri 714 manat, mənzilin ümumi dəyəri 140000 manat təşkil edir. Müqaviləyə əmlakın təsdiq edilmiş sxemi əlavə olunmuşdur. - xx.xx.2022-ci il tarixli, PS00-0002546 saylı kassa mədaxil orderindən görünür ki, İddiaçı Cavabdeh MTK-nin hesabına qeyd edilən 196 kv.metrlik qeyri-yaşayış sahənin pay dəyəri kimi 140000 manat pul ödəmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir və heç bir borcu yoxdur. - Cavabdeh üzvlərinin növbədən kənar ümumi yığıncağının 2 saylı xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metrlik qeyriyaşayış sahəsində kooperativə payçı olması təsdiq edilmişdir. - Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin MTK-da apardığı yoxlamaya görə bütün sənədlər və kompüter kooperativdən götürülmüşdür. Bu səbəbdən mübahisə üzrə lazım olan cavabların və sənədlərin təqdim edilməsi mümkün deyildir. Mülki Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109.3-cü maddəsinə görə kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. Həmin Məcəllənin 109-4.1 və 109-4.1.1-ci maddələrinə görə kooperativin üzvlərinin kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq hüquqları vardır.\ Həmin Məcəllənin 112.1-ci maddəsinə görə kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş pay haqqına uyğun olaraq kooperativin üzvlüyünə qəbul edilmiş İddiaçı istifadə və sahibliyinə verilməli idi. Lakin pay haqqı İddiaçı tərəfindən tam olaraq Cavabdeh MTK-ya ödənilsə də, MTK mübahisə predmetini təşkil edən 196 kv.metrlik qeyri-yaşayış sahəsini payçıya təhvil verməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İşin halları və qeyd edilən qanunvericilik normaları baxımından iddiaçının payçı olaraq həmin müqavilə üzrə aldığı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini Cavabdeh MTK-dan tələb etmək hüququ vardır. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MMnin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə iddia tələbi təmin edilməli, qeyd edilən daşınmaz əmlak iddiaçıya təhvil verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 5-ci blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 196 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar