Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1123/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh4 iştirakı ilə, iddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” QSC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada QSC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması və ona edilmişəlavəsazişlər ezrə 9090.02 ABŞ dolları məbləğində kredit borcu, 7014.39 ABŞ dolları məbləğində faiz borcu və 9721.97 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 25826.38 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 Arif oğluna “xxxxxxxxxx” QSC ilə bağladığı xx xxxxxx 2013cü il tarixli 01L000003848 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması əsasında 20 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20909.98 ABŞ dolları ödəmiş, onun 9090.02 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxx 2019-cu il tarixə 957 gün üçün hesablanmış faiz borcu 7014.39 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borcu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. xx xxxxxx 2019-cu il tarixə 957 gün üçün hesablanmış cərimə 9721.97 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Busəbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, onun əvəzini də cavabdehlərdən tələb edir. Sonda iddiaçının nümayəndəsi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, o, və həyat yoldaşı Cavabdeh3 yaxın tanışı Cavabdeh1 QSC-dan 2013-cü ildə 2 il ərzində ödəmək şərti ilə 20000 ABŞ dolları kredit götürmək üçün zamin durmuşlar. Müəyyən zaman keçdikdən sonra Cavabdeh1 məbləğin 50, 60 faizini ödədikdən sonra ödəniş qabiliyyəti aşağı düşmüşdür. Artıq gecikmələr başlamışdır. Bu gecikmələr dövründə ona bank tərəfindən heç bir məlumat verilməmişdir. QSC Cavabdeh1 çağırıb ondan gecikmələrinin səbəbini öyrənmişdir. O, sadəcə ödəmə imkanı olmadığını bildirmişdir. Bu zaman bank özünün məlum ssenarisi üzrə Cavabdeh1 belə təklik vermişdir. Şərti olaraq iki yeni zamin tapsın, yeni kredit ayrılsın, alınan yeni kreditlə köhnə borc bağlansın, qalan pulu bank işçiləri özünə götürsün. Cavabdeh1 də ölkəni tərk etsin. Şərti zamin dedikdə: zaminlərdən biri Cavabdeh5 Cavabdeh1 həyat yoldaşıdır, sadəcə soyadı başqadır. Zamini ümumiyyətlə tanımasın. Yəqin ki, bu zamin də onların öz qohum əqrabasından və ya ölkəni onsuz da tərk edən, bu məqsəd üçün uyğun olmuşdur. Bankın təlimatı üzrə bu adamlar sadəcə qol çəkib ölkən tərk ediblər. Nəticədə Cavabdeh1 borcdan canı qurtarır, bank isə maxinasiyalardan qazanır. Bu əməliyyatın üstündən 3 il keçəndən sonra xalq dilində desək Cavabdeh1 izi0tozu itəndən sonra bu borc atılır birinci zaminlərin üstünə. O, uzun illər Cavabdeh1lə çox yaxşı dost münasibətlərində olmuşdur. Onun arxasında bankla belə bir iş çevirməyinə inanmırdı. Azərbaycanla bütün əlaqələrini pozduğunu ümumi problemləri ilə bağlayırdı. Onu tapmaq məqsədilə xx xxxx 2019-cu il tarixində Rusiya Federasiyasına yola düşmüşdür. 2 ay yarım gəzib soraqlaşandan sonra, nəhayət onu tapıb Astarxan şəhərində görüşə bildi. Cavabdeh1 həqiqətən QSC işçiləri ilə bu danışığa girib və yuxarıda göstərilən maxinasiya faktını etiraf etmişdir. Bank onu əmin edib ki, köhnə zaminlərin bu işə aidiyyəti yoxdur. Yəni o, və həyat yoldaşı Cavabdeh3 avtomatik olaraq zaminlik missiyaları bitmiş hesab olunur. Onu əmin etdi ki, bu səbəbləri əsas tutaraq deyilən işə razılıq vermişdir. Yəni bank burada da onu aldadıb. Əks halda onu zərbə altına qoymazdır. Bu görüş Astarxan şəhərində bir kafedə olmuşdur. Cavabdeh1, o və dostu X3 iştirakı ilə. Baxmayaraq ki, onun zamin durduğu birinci kredit borcu ikinci kreditin hesabına bağlanıb və onun zamin kimi missiyası avtomatik olaraq bağlanıb. Buna baxmayaraq bank onu cavabdeh kimi məhkəməyə vermişdir. Bu halda məhkəməyə yaxınlaşıb işlə tanış olmuş, sənədlərin üz köçürmələrini almışdır. Məhkəmə işinin sənədləri arasında onun zaminlik müqaviləsi yox idi. Bu dəfə banka müraciət edib zaminlik müqaviləsini tələb etmişdir. Onlar ona rədd cavabı vermişdilər. Təbii ki, onun növbəti sualı bunadan ibarət oldu: əgər onun zaminlik müqaviləsi yoxdursa ona qarşı məhkəmə işi hansı sənədə əsasən açılıb? Onun imzaladığı zaminlik müqaviləsi 24 aylıq 20000 ABŞ dolları təşkil edirdi. Onun sualına cavab olaraq QSC tamamilə absurt tərtib edilmiş bir sənəd ortalığa qoyur. Bu sənəddə göstərilir ki, Cavabdeh1 xx xxxxx 100000 ABŞ dolları kredit xətti açılıb. Ona bildirdilər ki, onlar allahına şükür etsinlər ki, onlar 100000 ABŞ dolları kredit veriblər. Bütün bu maxinasiyalar bu sənəd üzərində qurulub. Bu zaman sual yaranır: əgər o, 10 illik zamin idisə, nə üçün Cavabdeh1 yeni kredit ayrılanda ona nə yazılı, nədə ki şifahi xəbər verilməyib? Nə üçün nə ondan nədə ki həyat yoldaşından razılıq alınmayıb? Nəyə görə yenə onun arxasından iş çevirib yeni zaminlər tutublar? O, əmindir ki, müqavilə sənədi heç bir hüquqi orqan tərəfindən təsdiqlənməyib. Bank özünün cəfəng məntiqi ilə tərtib etdiyi bu sənədin üzərində yüzlərlə belə maxinasiyalar ediblər, çox sayda insanların hüququnu pozub, malını, mülkünü zəbt edib həyatını dəyişiblər. Bütün bu xoşagəlməz hallar onun məsləkinə uyğun deyildir. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Lakin, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmənin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Belə ki, iş materiallarından və o cümlədən iddia ərizəsindən görünür ki, tərəflərin imzaladıqları müqaviləyə xx xxxx 2015-ci ildə və xx xxxx 2016-cı ildə ödəniş planına dəyişiklik edilmiş və zaminlərin razılıqları alınmamışdır. Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli kredit razılaşması əsasında 20 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditdən istifadə müddəti xx xxxx 2016-cı il tarixdə bitir. İddiaçı isə zaminə qarşı xx xxxx 2017-ci il tarixədək iddia irəli sürə bilərdi. Öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, zaminliyə xitam verilmiş olur. Bu səbəbdən iddianın Cavabdeh2 yönələn hissədə rədd edilməlidir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və Cavabdeh4 izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 Arif oğluna “xxxxxxxxxx” QSC ilə bağladığı xx xxxxxx 2013-cü il tarixli 01L000003848 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 QSC ilə bağladığı xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması əsasında 20 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 Arif oğlu arasında imzaladıqları xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, “xxxxxxxxxx” QSC-nin müştərişi olan X4 xx xxxx 2014-cü il tarixli kredit razılaşması üzrə borcu xx xxxxxx 2019cu il tarixinə əsas məbləğ üzrə 9090.02 ABŞ dolları, faiz üzrə borc 7014.39 ABŞ dolları, cərimə borcu 9721.97 ABŞ dolları, cəmi 25826.38 ABŞ dolları təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2812 saylı rəyində qeyd edilir: “iş materiallarından göründüyü kimi, “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 (borcalan) arasında xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit razılaşmasına görə kredit alana illik 26 faiz olmaqla, 20 ay müddətinə 30000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulub. Təqdim edilmiş çıxarış kredit dövrünü tam əhatə etmədiyinə görə kreditin verilməsini müəyyən etmək mümkün olmadı. Bundan başqa kassa məxaric və mədaxil orderi təqdim edilməmişdir. Tərəflər arasında bağlanan xx xxxx 2015-ci il tarixli 01R000014070S saylı və xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı Sazişlərə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. Sonuncu bağlanan sazişə görə kreditin qalıq məbləği 12110,79 ABŞ dolları, faiz dərəcəsi illik 17 faiz, xx xxxx 2017-ci il tarixdən sonra isə illik 0 faizlə hesablanır. Həmin sazişin ödəniş planına əsasən xx xxxxxx 2018-ci il tarixi həmin müqavilənin bitmə müddəti müəyyən edilir. İş materiallarından göründüyü kimi hesabdan çıxarışın dövrü kredit müqaviləsinin dövrünü tam əhatə etmədiyinə və ödəniş qəbzləri təqdim edilmədiyinə görə kredit müqaviləsi dövründə kredit üzrə nə qədər ödəniş edildiyini müəyyən etmək mümkün olmur. Lakin tərəflər arasında bağlanmış sonuncu xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı razılaşmaya əsasən kredit məbləği 12110,79 ABŞ dolları müəyyən edilmiş və xx xxxx 2016-cı il tarixdən sonra 3029,77 ABŞ dolları məbləğində ödəniş edilmişdi. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı saziş bağlandıqdan sonra Cavabdeh1 krediti üzrə banka 3029,77 ABŞ dolları ödəniş edilmişdir ki, bank tərəfindən bu məbləğin 3020,77 ABŞ dolları əsas borcdan, 9 ABŞ dolları cərimə borcundan silinmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarında hesablar göstərilməmiş və hazırki tədqiqatla silinmələr təyinatlara əsasən müəyyən edilir. “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 01R000014070 saylı kredit razılaşması üzrə kassa məxaric orderi təqdim edilmədiyindən Cavabdeh1 müqavilə üzrə nə qədər kredit məbləğinin verilməsini müəyyən etmək mümkün olmadı. İş materiallarından göründüyü kimi hesabdan çıxarışın dövrü kredit müqaviləsinin dövrünü tam əhatə etmədiyinə və ödəniş qəbzləri təqdim edilmədiyinə görə kredit müqaviləsi dövründə kredit üzrə nə qədər ödəniş edildiyini müəyyən etmək mümkün olmur. Lakin tərəflər arasında bağlanmış sonuncu xx xxxx 2016cı il tarixli 01R000014070SA saylı razılaşmaya əsasən kredit məbləği 12110,79 ABŞ dolları müəyyən edilmiş və xx xxxx 2016-cı il tarixdən sonra 3029,77 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi tərəflər arasında xx xxxx 2016-cı il tarixli 01R000014070SA saylı sonuncu saziş bağlandıqdan sonra Cavabdeh1 krediti üzrə banka 3029,77 ABŞ dolları ödəniş edilmişdir ki, bank tərəfindən bu məbləğin 3020,77 ABŞ dolları əsas borcdan, 9 ABŞ dolları isə cərimə borcundan silinmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarında hesablar göstərilməmiş və hazırki tədqiqatla silinmələr təyinatlara əsasən müəyyən edilir”. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 427, 439, 442, 448, 472, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu olaraq 9090,02 ABŞ dolları, faiz borcuolaraq 7014,39 ABŞ dolları məbləğindəpulun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. HəminMəcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, “borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”. Göründüyü kimi, QSC cavabdehin qarşısında müqaviləilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsədə, cavabdehlər kredit və zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəliklərini tam icra etməmişlər. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsada iddiaçının tələb etdiyi 9721.97 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Beləki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odurki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 972 ABŞ dolları məbləğində müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə yaranmış kredit borcu cəmi 17076,41 ABŞ dolları məbləğində olmaqla, ondan əsas borc olaraq 9090,02 ABŞ dolları məbləğində, faiz borcu olaraq 7014,39 ABŞ dolları məbləğində və cərimə borcuolaraq 972 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada “xxxxxxxxxx” QSC-nin xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odurki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada cəmi 17076,41 (on yeddi min yetmiş altı dollar qırx bir sent) ABŞ dolları (ondan 9090,02 ABŞ dolları əsas kredit borcu, 7014,39 ABŞ dolları faiz borcu və 972 ABŞ dolları cərimə olmaqla)məbləğində pul vəsaiti ödəniş aparılan tarixinə manatın məzənnəsi ilə alınsınvə“xxxxxxxxxx” QSC-nə verilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiticavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət büdcəsinə köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlərCavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2alınsınvə“xxxxxxxxxx” QSC-nə verilsin. İddianın cərimə tələbi ilə bağlı qalan hissəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1123/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1123/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver