Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1128/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsinə görə qanunla xitam verildiyi üçün həmin borcun silinməsi öhdəliyi və İddiaçı həmin öhdəliyi icra etməməsinə dair neqativ qeydin silinməli olması barədə məlumatın Cavabdeh2nə verilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2nə Cavabdeh1 ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə İddiaçı həmin öhdəliyi icra etməməsinə dair neqativ qeydin silinməli olması barədə məlumat verildikdən sonra buna dair düzəlişlərin Mərkəzləşdirilmiş Kredit Reyestrində aparılması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 28% dərəcəsi ilə 6 ay müddətinə 4700 manat məbləğində kredit verilmişdir. Həmin kredit İddiaçı adına rəsmiləşdirilsə də, faktiki olaraq onun iş yerinin müdiri tərəfindən götürülmüş və geri qaytarılmamışdır. İddiaçı bu barədə məlumatı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı qaldırdığı iddia tələbi ilə əldə etmişdir. Belə ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı 2017-ci ilin sonlarında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia irəli sürərək, 4420 manat əsas, 1316,63 manat faiz, 2148,58 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 6197,42 manat cərimə borcu olmaqla, cəmi 14082,57 manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-3265/2018 nömrəli qətnaməsi ilə iddia müddətinin keçməsi səbəbindən iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçı Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, kredit müqaviləsi üzrə borcun silinməsi və bu barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilməsini xahiş etsə də, məhkəmənin qərarı ilə ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə bu barədə öhdəlik qoyulmaması səbəbindən onun müraciətinin təmin edilməyəcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasını tələb etmək hüququ üçün qanunla müəyyən edilmiş müddət keçmiş, həmin öhdəliyə qanunla xitam verilmiş və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı həmin öhdəliklə bağlı irəli sürdüyü iddia tələbi iddia müddətinin keçməsinə görə rədd edilmişdir. Göründüyü kimi, Qanun, öhdəliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, kreditorun borcluya qarşı irəli sürmədiyi dövrə aiddir. Həmin müddətlər keçdikdə öhdəliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək də yoxdur. Bu səbəbdən xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə borcun silinməsi öhdəliyi və İddiaçı həmin öhdəliyi icra etməməsinə dair neqativ qeydin silinməli olması barədə məlumatın Cavabdeh2 MMC-yə verilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra olunmamasına dair neqativ məlumatın saxlanılmasından 10 ildən çox müddət keçmişdir. Odur ki, iddiaçı xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra olunmamasına dair neqativ məlumatın məhv olunmasını cavabdehlərdən tələb edə bilər. İddiaçının bu tələbi yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsinə görə qanunla xitam verildiyi üçün iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında borcunun olmamasının müəyyən edilməsi, həmin borcun bankın əməliyyat sistemindən silinməsi və İddiaçı həmin borcunun olmamasına dair məlumatın Cavabdeh2nə verilməsi öhdəliyinin cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, 10 ildən artıq müddət ərzində onun barəsində olan neqativ məlumat reyestrdə saxlanılmaqla onun başqa kredit təşkilatlarından kredit almaq hüquqları məhdudlaşdırılır, bu hərəkət isə qanunla xitam verilməsi nəzərdə tutulan öhdəlik üzrə vaxtı keçmiş borcun ödətdirilməsinə nail olmaq məqsədi daşıyır. Cavabdehlər hüquqdan sui-istifadə edirlər, bununla da onun hüquqları pozulur. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddianı qəbul etməyib, Konstitusiya Məhkəməsinin mövqeyinə əsaslanaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-3265/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-3265/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-2366/2019 saylı qərarından görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-3265/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-3265/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan “Borcalanın şəxsi məlumatları” adlı sənədin “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO "xxxx" ASC-yə kreditin qalıq məbləği üzrə 3,543.66 AZN, o cümlədən faiz məbləği üzrə 11,853.42 AZN məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə hazırda ləğv prosesində olan Cavabdeh1 ASC arasında xx.xx.2011-ci il tarixdə 125 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, Cavabdeh1 ASC iddiaçıya illik 28% dərəcəsi ilə 6 ay müddətinə 4700 manat məbləğində kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və onun xx.xx.2018-ci il tarixə Cavabdeh1 ASC-yə 4420 manat əsas, 1316,63 manat faiz, 2148,52 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz, 6197,42 manat cərimə borcu olmaqla, cəmi 14082,57 manat məbləğində kredit borcu yaranmışdır. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həmin borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmin məhkəmə araşdırması zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək, müqavilə müddətinin bitməsindən 6 il keçməsinə baxmayaraq, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ondan pul tələb etməsinə münasibət bildirərək, iş üzrə iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, “xx.xx.2011-ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2012-ci il tarixdə bitmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı iddia tələbi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir”. Göstərilənlərə əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasının iddia müddəti tətbiq olunmaqla təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-3265/2018 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11320/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, əsassız olduğundan təmin edilməməsini xahiş etmiş, Ali Məhkəmənin keçirmiş olduğu iclasda isə iştirak etməmiş, şikayətə dair münasibət bildirməmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin kredit müqaviləsi üzrə pulu özü üçün götürmədiyini əsas gətirərək və tərəflərin arasında yaranmış mübahisə üzrə çıxarılmış məhkəmə qətnamələrinə istinad edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Binəqədi filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 125 saylı kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsinə görə qanunla xitam verildiyi üçün iddiaçının ləğv prosesində olan Cavabdeh1 ASC qarşısında borcunun olmamasının müəyyən edilməsi, həmin borcun bankın əməliyyat sistemindən silinməsi və İddiaçı həmin borcunun olmamasına dair məlumatın Cavabdeh2nə verilməsi öhdəliyinin cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını xahiş edir. Cavabdeh tərəf isə iddiaçının tələbinə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarını tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh bank arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh bank müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, iddiaçı öz öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə onun cavabdeh banka borcu yaranmış, cavabdeh isə həmin borcu məhkəmə qaydasında tələb etmişdir. Həmin tələb məhkəmə tərəfindən əsaslı hesab edilmiş, lakin iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən iddia təmin edilməmişdir. Beləliklə, iddiaçının cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin olması, lakin cavabdeh bankın borcu məhkəmə qaydasında tələb etmə müddətini ötürməsi məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir və işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, cavabdeh isə öhdəliyini lazımınca icra etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-739.2-ci maddələrində qeyd edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının həmin kredit müqaviləsi üzrə pulu özü üçün götürməməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı 2018-2019-cu il tarixlərində hər üç məhkəmə instansiyasında keçirilmiş iclaslarda krediti özü üçün götürüb-götürmədiyi, müqaviləni özü imzalayıb-imzalamadığı məsələsini mübahisələndirməmişdir. Ona görə də hazırki iş üzrə həmin məsələni mübahisələndirməsi məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarı ilə məhkəmələr tərəfindən kredit müqaviləsinin tərəflər arasında bağlanmış olduğu və Cavabdeh1 ASC-nin pulu İddiaçı verdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbi ilə əlaqədar, həmçinin, qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarı ilə iddia tələbinin müddətin keçməsinə görə təmin edilməməsi öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarlarının mövcudluğu halı yoxdur. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının silinməsini tələb etdiyi borc öhdəliyi mövcuddur, belə ki, məhkəmə qətnaməsi ilə bu öz təsdiqini tapmışdır. Yəni iddiaçının cavabdeh banka borcunun olması və öhdəliyini icra etməməsi, lakin cavabdeh bankın həmin borcu məhkəmə qaydasında tələb etmə müddətinin ötürülməsi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən dəlillərə istinadən borcun olmamasının müəyyən edilməsi, borcun olmasına dair neqativ qeydin reyestrdən silinməsi üçün cavabdehlərin üzərinə öhdəliklər qoyulması tələbi əsassız olduğundan, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Mülki Məcəllənin 551.2-ci maddəsinə görə, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Burada qeyd edilməlidir ki, 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Yuxarıda istinad edilmiş normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsası tapılmadığından, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1128/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1128/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver